Məhkəmə qərarları › İş №2-1(120)-1922/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1922/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1922/2021 24.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı “Çıxarışın ləğv edilməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə 24 noyabr 2021-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan və qeydiyyatda olan Cavabdeh məxsus, 28.09.2021-ci il tarixdə verilmiş, **********5 qeydiyyat nömrəsi olan daşınmaz əmlaka aid çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavahdeh tərəfindən Lerik Rayon Məhkəməsində iddia qaldırılaraq, o və 11 nəfərdən ibarət ailə üzvləri 30 ildən artıq yaşadıqları evdən çıxarılmasını xahiş etmişdir. Şikayətçi olduğu xanım X1 onun doğma qardaşı qızıdır. Bu qız qardaşı Teyyubu döyməsinə görə qardaşı qorxusundan kəndə gəlmişdi və onların evində vəfat etdi. Qardaşı Teyyubun bütün hüzürünu o, keçirmişdir. Hətta bu qız öz atasının yasında belə iştirak etməmişdir. O və ailəsi 30 ildir ki, bu evdə yaşamışlar və hazırda da bu evdə yaşayırlar. O və ailəsi Cavabdeh Lerik Rayon Məhkəməsində qaldırdığı iddiasını qanunsuz, qərəzli və qəsdən etməsini bildirir və aşağıdakı faktlara əsaslanaraq mülkiyyətə verilmiş çıxarışın ləğv olunmasını xahiş edirlər. Ərizəsinə əlavə etdiyi XDS-nin çıxarışına əsasən, bu torpaq sahəsi 1986-cı il 27 may tarixli XDS-nin qərarı ilə onun oğlu X3 adına verilmişdir və bu ev həmin torpaq sahəsindədir. Həmin torpaq sahəsində balaca bir koma tikmişdir ki, rəhmətlik qardaşı Teyyub gələndə orada istirahət etsin. Həmin komaya görə oğlu İsaq qardaşı Teyyuba onlardan xəbərsiz müqavilə də vermişdir. Lakin qardaşı Bakıda yasadığından kəndə gəlib ona 05.09.2010-cu ildə şahidlərin imzaları ilə həmin komanı da ona vəsiyyətnamə ilə vermişdir və həmin komanın dəyəridən artıq da pul verdiyini ərizəsinə əlavə etdiyi 40-dan çox kənd camaatı, şahidlər təsdiq edirlər. Ərizəsinə əlavə etdiyi Lerik rayonu dövlət notariusu tərəfındən verilmiş 04.11.1992-ci tarixli müqavilədə göstərilir ki, guya oğlu İsaq evi qardaşı Teyyuba vermişdir. Lakin 1992-ci ildə evə aid heç bir sənəd olmamışdır və oğlu sənədi olmayan evi ailə üzvlərinin razılığı və imzaları olmadan, xəbərsiz olduqları halda müqavilə ilə notariusda necə qardaşına verə bilərdi? Hətta həmin müqavilənin alt hissəsində əl barmağının şəkilidə düşmüşdür. Deməli bu müqavilə qanunsuzdur. Ərizəsinə əlavə etdiyi kənd ərazi nümayəndəsinin və kənd bələdiyyəsinin arayışlarında da göstərilir ki, o və ailəsi 30 ildən yuxarıdır ki, bu evdə yaşayırlar və bundan başqa heç bir yaşayış yerləri də yoxdur. Ərizəsinə əlavə etdiyi elektrik şəbəkəsinin arayışında və qaz istismar idarəsinin müqaviləsinə əsasən də məlumdur ki, bu müddət ərzində kommunal xidmətlər də onun adınadır və bunu o ödəyir. O, bu 30 il ərzində həmin həyətdə quyu, anbar, tövlə və digər təmir işləri edərək 30.000 manata qədər pul vəsaiti xərcləmişdir. Əgər bu ev qardaşına məxsus olubsa, onda o, niyə bu xərci çəkirdi. Ərizəsinə əlavə etdiyi sözügedən əmlaka çıxarış sənədi 28.09.2021-ci ildə əldə edilmişdir. Əgər onun evi qardaşına və ya Pərvanəyə məxsus olmuşdusa, bəs onda soruşmaq lazımdır ki, ay Pərvanə xanım, niyə atası Teyyub kişi vəfat etməmişdən bu çıxarışı düzəltmirdin? Niyə bunu bir dəfə də olsun onlarla söhbət etməyib? Rəhmətlik qardaşı Teyyub və onun ailə üzvlərindən heç kim, o cümlədən Cavabdeh də onların evində qeydiyyatları olmayıb və hazırda da yoxdur. Belə olan halda bu xanım onları evdən çıxarılmağı üçün heç bir əsası və səlahiyyətə malik deyil. Bir şeyi başa düşmür ki, bu xanım Bakıda yaşadığı halda, onun öz zəhməti ilə tikdiyi və yaşadığı evə sənədlər olmadan necə cıxarış düzəldir və hansı yolla bunu edib? Cavabdeh bunu qəsdən və bilərəkdən etmişdir ona görə ki, öz atasını incitdiyinə, döydüyünə görə qardaşı rəhmətlik Teyyub onlara kəndə gələrək qızı Pərvanənin barəsində hər şeyi onlara danışmışdı və bildirmişdi ki, bu qız hər nəyə əl atır ki, pul əldə etsin və kimlərisə incidərək özünə tabe etdirsin. İddiaçı göstərilənlərə əsaslanaraq, Cavabdeh məxsus, 28.09.2021-ci il tarixdə verilmiş, **********5 qeydiyyat nömrəsi olan daşınmaz əmlaka aid çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya məhkəmə tərəfindən müraciət olnumuş, iddianın mümkünlüyü və iddiaçının dinlənilməsinin təmin edilməsinə dair məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Cavabdeh adına hazırlanmış mübahisə predmeti olan çıxarış Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən verilmiş 01.09.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında hazırlanmışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarış miras qoyan şəxsin adına hazırlanmış mülkiyyət sənədinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin nəticəsi olduğundan hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mülki xarakterli olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İPM-in 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı1 Cavabdeh qarşı “Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar