Məhkəmə qərarları › İş №2-1(120)-1927/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1927/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1927/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı vaxtdan pensiyasının güzəştli şərtlə hesablanması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən İddiaçı xx.xx.2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Şirvan şəhərində doğulmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin X9 Təhsili Komitəsinin 94 nömrəli peşə məktəbində təhsil almışdır.xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı mebel yığma zavodunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək “X8” adlı zavodun Əli-Bayramlı filialında,xx.xx.1983-cü ildən xx.xx.1992-ci il tarixədək Bakı Tikinti Quraşdırma, “Azəraqararsənayetikitni” Respublika Kaperativ Tikinti Birliyinin 145 nömrəli səyyar dəstəsində, Sabirabad 4 nömrəli TREST-də dülgər vəzifəsində, xx.xx.1992-ci ildən “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinə 4-cü dərəcəli operator vəzifəsinə, xx.xx.1995-ci il tarixdən 3-cü dərəcə qazmaköməkçi, xx.xx.1995-ci il tarixdən əmtəə operatoru, xx.xx.2005-ci il tarixdən nasos qurğuların maşinisti keçirilmişdir. xx.xx.2009-cu il tarixdən etibarən X3 Limited Şirkətinə nasos maşinisti vəzifəsinə qəbul edilməklə xx.xx.2011-ci il tarixdən pensiya yaşınadək 5-ci dərəcəli texnoloji nasosların maşinisti vəzifəsində çalışmışdır. Ona 6 aprel 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.-ci maddəsinə əsasən güzəştli şərtlətlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulna işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində quyuların yeraltı təmiri üzrə operatorlar və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur.Güzəzştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın 28 fevral 2023-cü il tarixli 14-2-1/2-Y-15-1/2023-104 nömrəli arayışında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Şirvan Oyl” BMC-də Neftin kompleks hazırlanması sexində operator və xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində maşinist vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi operator vəzifəsi. Həmçinin sözügedən arayışda maşinisti olduğu nasos qurğularının texnoloji nasoslara aiddir. Qeyd olunan hallar ətraflı araşdırılmadan 1 yanvar 2006-cı il tarixinəədək onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 8 ay 27 gün) (xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr) təşkil etməsi əsası ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması həyata keçirilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-302206/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 25 iyun 2023-cü il tarixdə iddiaçı tərəfindən təqdim edilmiş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. İddiaçıya 6 aprel 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Nq-İİ siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısTnın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində quyuların yeraltı təmiri üzrə operatorlar və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı N.X4 təqdim etdiyi SOCAR-ın 28 fevral 2023-cü il tarixli 14-2- 1/2-Y-15-1/2023-104 nömrəli arayışında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" BMC-nin Neftin kompleks hazırlanması sexində əmtəə operatoru və xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi əmtəə operatoru vəzifəsi yuxarıda qeyd olunan quyuların yeraltı təmiri üzrə operatorlar vəzifəsinə aid deyil. Həmçinin, sözügedən arayışda iddiaçının maşinist olduğu nasos qurğularının texnoloji nasoslara aid olub-olmaması barədə hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (2 il 8 ay 27 gün) xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr təşkil edir. Ona görə də iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2019-ciu il tarixindən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümükün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Salyan rayonu, Əli-Bayramlı şhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir ( 2 il 2 ay 21 gün). Azərbaycan SSR X9 Təhsili Komitəsi tərəfindən xx.xx.1980-ci il tarixdə 1231 № ilə qeydə alınmış attestatın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildə Bakı şəhər, Xırdalan qəsəbəsi, 94 №-li peşə məktəbinə daxil olmuş və xx.xx.1980-ci ildə Ağac emalı üzrə dəzgahçı peşəsi üzrə məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır ( 10 ay 17 gün ). ИТ-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1980-ci ildə Azərbaycan SSR Meşə və Ağac Emalı Nazirliyinin Bakı Mebel Yığma Kombinatı-Faner sexinə üçüncü dərəcəli arıtma dəzgahının dəzgahçısı vəzifəsinə qəbul edilmişdir ( Əmr № 202 ok, xx.xx.1980); xx.xx.1981-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılması ilə əlaqdəar işdən azad edilmişdir ( Əmr № 109-ok, xx.xx.1981) (8 ay 10 gün ) xx.xx.1981-xx.xx.1983-cü il tarixədək Sovet Ordu sıralarında xidmət; xx.xx.1983-cü ildə “Uzaq Rabitə” EİB sınaq zavodunun Əli-Bayramlı filialındaəsaslı tikinti şöbəsinə 3-cü dərəcəli ağac emalı üzrə dəzgahçı vəzifəsinə təyin edilmişdir (Əmr № 71-k, xx.xx.1983-cü il); xx.xx.1983-cü ildə işdən azad edilmişdir (Əmr № 71-k, xx.xx.1983-cü il) ( 1 ay 12 gün); xx.xx.1983-cü ildə Əli-Bayramlı TTİ-yə 3-cü dərəcəli dülgər işinə qəbul edilmişdir ( Əmr № 123, xx.xx.1983); xx.xx.1985-ci ildə öz xahişi ilə işdən azad edilmişdir ( Əmr № 05k, xx.xx.1985);( 1il 2 ay 4 gün); xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR Soveti Yanında kənd T.Aqrokimyəvi XÜ İEB-2-ci dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir ( Əmr № 15, xx.xx.1985); xx.xx.1985-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir ( Əmr № 53, 3.06.1985) (03 ay 22 gün); xx.xx.1982-ci ildə Sabirabad MPMK-ya 4-cü dərəcəli dülgər vəzifəsinə təyin edilmişdir (Əmr № 103, xx.xx.1985); xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad edilmişdir ( Əmr № 15. 2.02.1987)( 4 il 7 ay 17 gün); xx.xx.1987-ci ildə 41 saylı Sabirabad RSMD-yə 4-cü dərəcəli dülgər işinə təyin edilmişdir (Əmr № 51, xx.xx.1987); xx.xx.1988-ci ildə 145 saylı RSMD-ə köçürmə yolu ilə işdən azad edilmişdir ( Əmr № 22, xx.xx.1988); (9 ay 25 gün) xx.xx.1988-ci ildə 145 saylı Sabirabad RSMD-yə köçürmə yolu ilə 4-cü dərəcəli dülgər qismində işə qəbul edilmişdir ( Əmr № 5, xx.xx.1988); xx.xx.1990-cı ildə öz ərizəsinə əsasən 4-cü dərəcəli dülgər vəzifəsindən azad edilmişdir ( Əmr № 135, xx.xx.1990); ( 2 il 14 gün ) xx.xx.1991-ci ildə öz ərizəsinə əsasən 44 №-li TSMD-ə dülgər 5-ci dərəcə qəbul edilmişdir ( Əmr № 69, xx.xx.1991); xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir ( Əmr №79, 7.9.1992); (1 il 2 ay 6 gün) xx.xx.1992-ci ildə “Şirvanneft” NQÇİ-nin 3 saylı neft və qaz çıxarma ( neft mədəni) sexinə 4-cü dərəcəli QYT operatoru qəbul olunmuşdur ( Əmr № 161/k xx.xx.1992) xx.xx.1995-ci il tarixdə Quyuların təmir sexinə 3-cü dərəcə ilə qazma köməkçisi keçirilir (Əmr № 52/k, 3.04.1995); xx.xx.1995-ci ildə Neftin Kompleksləşdirilməsi və hazırlanması sexinə 3-cü dərəcə ilə əmtəə operatoru keçirilmişdir ( Əmr № 91/k, 6.06.1995-ci il); xx.xx.1996-cı ildə Həmin sexdə 4-cü ( dörd) dərəcə ilə əməttə operatoru keçirilmişdir ( Əmr № 356/k, xx.xx.1996-cı il); xx.xx.1999-cu ildə Əmtəə operatoru 5 (beşinci) dərəcə verilir ( Əmr № 145, xx.xx.1999-cu il); Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 saylı əmri ilə Şirvanneft xx.xx.1997-ci il tarixindən ləğv olunmuş və onun bazasında "xxxx" Birgə MMM yaradılmışdır. xx.xx.1997-ci il tarixdə həmin sexdə işini davam etdirir ( Əmr № 01/k, xx.xx.1997); xx.xx.2005-ci ildə NKHS-də 5 (beş)-ci dərəcə nasos qurğularının maşinisti keçirilmişdir (Əmr № 150/k-a, xx.xx.2005) xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir ( Əmr № 285, xx.xx.2009) (xx.xx.1992- xx.xx.2006-dək 13 il 3 ay 21 gün) (xx.xx.1992-xx.xx.2009-cu il tarixədək 17 il 25 gün) xx.xx.2006-cı il tarixədək ümumi stajı 27 il 4 ay 6 gün, güzəştli stajı 16 il 24 gün. xx.xx.2009-cu ildə “X3 Limited şirkəti Neftin kompleks hazırlanması və vurulması sexinə 5-ci dərəcə nasos qurğu maşinisti qəbul edilmişdir ( xx.xx.2009-cu il tarixli əmək müqaviləsi) “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş İddiaçı güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 12/a №-li, xx.xx.2023cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı “X3 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı X2 Hazırlanması və Vurulması sexində 5-ci dərəcəli nasos qurğusu maşinisti vəzifəsinə qəbul olunmuşdur xx.xx.2009-xx.xx.2011 ( 2 il 1 ay 26 gün); xx.xx.2011-ci il tarixdə (Əmr № 407/k, xx.xx.2011) 5-ci dərəcəli texnoloji nasosların maşinisti vəzifəsinə keçirilmişdir, hal-hazırdadək işləyiri ( 11 il 2 ay). İddiaçı işlədiyi texnoloji nasosların maşinisti peşəsinin güzəştli əmək pensiyası hüququna əsas olan işin xüsusiyyətləri aşağıdakı kimidir: Magistral neft kəmərlərində və ötürücü neft bazarlarında neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulması üçün olan stansiyalarına xidmət edilməsi; Magistral neft kəmərlərində, ötürücü neft bazarlarında və neft emalı müəssisələrində nasoslara ümumi gücü 3000 kvt-dan artıq olan elektrik mühərrikləri ilə birlikdə xidmət; Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən elektrik mühərriklərinə düşən yükə,nasoslarda və boru kəmərlərində işçi təzyiqə, avtomatika cihazlarının, yağlama sisteminin, soyutma və ventilyasiyanın, paylayıcı qurğuların, bağlayıcı armaturanın işinə nəzarət edilməsi; Elektrik mühərriklərinin işə buraxılması və saxlanması;Yastıqlarda yağın olmasının yoxlanılması;Yastıqların açılması, yuyulması və sürtülməsi;Qoruyucuların dəyişdirilməsi, vurulan məhsulların sızmasının ləğv edilməsi;Avadanlığın iş rejiminə nəzarət edilməsi.İddiaçı “X3 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2009-ci il tarixdən hal hazıradək, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 13 il 3 ay 26 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq euilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- texnoloji nasosların maşinistləri yarımbəndinə uyğundur.Arayışda olan məlumatlar işçinin Əmək kitabçasına və şəxsi işinə istinadən qeyd edilmişdir.Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsinin Mərkəzi Filialına təqdim edilməsi üçün verilir. Arayış “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavəyə uyğun hazırlanmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/2-275284/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş İddiaçı aid 037853 №-li pensiya işinə əlavə olunmuş “Əmək pensiyasının təyin edilməsi haqqında” **********5 №-li, xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qərarın 9-cu bəndində əlavə məlumat: ümumi iş stajı 24 il 2 ay, 2 gün (xx.xx.2006-dək); Güzəştli iş stajı: 13 il, 1 ay, 2 gün. 12 saylı qərar: Bölmə 10.2 quyuların yeraltı təmiri üzrə operator. SOCAR “Azneft” İstehsalat Birliyinin 14-2-1/2-42/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 23 fevral 2023-cü il tarixli 14-2/2-Y-15-1/2023-429 nömrəli arxiv arayışında İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft və qazçıxarma sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək yeraltı təmir operatoru, Quyuların əsaslı təmiri sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək qazmaçı köməkçisi, “Şirvanneft” NQÇİnin və "xxxx" X5 Müəssisəsinin Neftin kompleks hazırlanması sexində xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmtəə operatoru, "xxxx" X5 Müəssisəsində xx.xx.2005ci il tarixdən xx.xx.2009-cu il tarixədək nasos qurğularının maşinisti peşəsində işlədiyi qeyd edilmişdir. İddiaçı “Şirvanneft” NQÇİ-nin 3 Ne-li neft və qazçıxarma sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (02 il 06 ay 24 gün) işlədiyi yeraltı təmir operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Ne-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “quyuların yeraltı təmiri üzrə operatorlar" peşəsi ilə, Quyuların əsaslı təmiri sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (02 ay 01 gün) işlədiyi qazmaçı köməkçisi peşəsi həmin yarımbölmədə qeyd edilmiş “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə, "xxxx" Birgə MMM-in Neftin kompleks hazırlanması sexində xx.xx.2005-ci il tarixdən xx.xx.2009- cu il tarixədək (03 il 16 gün) işlədiyini nasos qurğularının maşinisti peşəsi həmin yarımbölmədə nəzərdə tutulan “texnoloji nasosların maşinistləri” peşəsi ilə, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (10 il 3 ay 13 gün) işlədiyi əmtəə operatoru peşəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli, 81 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Qərarının 1.2.1.1.4.-cü bəndi ilə sözügedən Siyahının 10.2-ci yarımbölməsinə əlavə edilmiş “əmtəə operatorları” peşəsi ilə uyğunluq təşkil edir. “İddiaçı işlədiyi peşələrin təlimatının məhkəməyə təqdim edilməsi” ilə bağlı qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisin Mərkəzi arxivində “Şirvanneft” NQÇİ-nin və "xxxx" Birgə MMM-in saxlanılan sənədlərinin siyahısında işçilərin Peşə təlimatları aşkarlanmadığına görə “Aznef” istehsalat Birliyinin strukturuna daxil olan təşkilatlarda mövcud olan həmin peşələrin təlimatı təqdim olunmuşdur. Məktuba əlavə olunmuş “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması və nəqli sahəsinin Nasos qurğularının maşinistinin peşə təlimatından müəyyən olunur ki, işin xüsusiyyəti- Birləşmiş nasos stansiyalarının, blokda birləşmiş nasos stansiyalarının, duzsuz və yüksək minerallaşmış suların vurulması üçün elektrik mərkəzdənqaçma qurğularının avadanlıqlarına, su paylayıcı qurğulara, suyun yığılması və hazırlanması qurğularına xidmət edilməsi. Nasosların və elektrik mühərriklərinin fasiləsiz işləməsinə nəzarət edilməsi və nasazlıqların ləğv edilməsi üçün tədbirlər görülməsi. Hər bir quyu üzrə laya su vurulması rejiminin saxlanılması. Nəzarətölçü cihazlarının fasiləsiz işinin təmin edilməsi. Xidmət edilən avadanlığın cari təmirinin aparılması. Quyulara su vurulması, avadanlığın işi və elektrik enerjisi sərfi üzrə qeydiyyat jurnallarının aparılması. Neftin çəndən süzülməsi və vurulması. Mühərrik və nasosların işə salınması və dayandırılması, su və neftin verilən təzyiqinin saxlanılması və boru kəmərlərinin xidmət edilən sahələrinin nasos, mühərrik və armaturunun fasiləsiz işinə nəzarət. Qurğu avadanlıqların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. İşləyən nasosları nəzarətsiz qoymaq qəti qadağandır. Hovuzda olan suyun səviyyəsinin tələb olunandan aşağı enməsinə yol verilməməsi. Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin Əmtəə operatorunun Peşə təlimatından müəyyən olunur ki, 2-ci dərəcə Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi, nümunə götürülməsi, tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi, avtosisterinlərin, qablaşdırılmış neft məhsullarının, qaz balonlarının çəkisinin müəyyən edilməsi, plombların hazırlanması, plomblama, pasportların açılması, neft məhsullarının qızıdırılması; 3-cü dərəcə-İşin xüsusiyyəti: Paylayıcı neft bazasının avadanlığına xidmət edilməsi: neft məhsullarının illik satış həcmi 10 min tondan 40 min tona qədər olan bazarlarda olan neft, neft məhsulları, maye qazlar, neft tutucu məhsullarının, reagentlərin və başqa məhsulların qəbul edilməsi, yerləşdirilməsi, vurulması və saxlanması. Daha yüksək ixtisaslı operatorun göstərişi ilə siyitmələri başqa çənlərə və tutumlara keçirtmək.Tutumların, estakadaların, dolduruculann, dirsəklərin, yan alma qurğularının və boru kəmərlərinin neft və neft məhsullarının, reagentlərin, maye qazların və başqa məhsulların qəbulu, buraxılması və saxlanması üçün hazırlanması. Rezervuarlarda(çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının və başqa maye məhsulların xüsusi çəkisinin müəyyən edilməsi. Qeyd edilən məhsulların temperaturunun tərkibindəki mexaniki qarışıqların və suyun miqdarının müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının, yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Sistemlərdə neftin, neft məhsullarının və başqa maye məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Rezervuarlarda(çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Sistemlərin plomblanması. Rezervuarların, boru kəmərlərin, boşaltma-doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Sistemlərə qələvi, turşu və sair reagentlərin boşaldılması. Maye qazın qələviləşdirilməsi, qazın verilməsinin təmizlənməsi, balon və sistemlərin qazdoldurucu stansiyalarda və maye qaz satışı qurğularında doldurulması.Katalizatorların parçalanması, çeşidlənməsi və qablaşdırılmasının təmin edilməsi. Neft tutucularına xidmət edilməsi. Məşəlin yandırılması və söndürülməsi.Qaz kondensatının təmizlənməsi, həlledicilərin və yanacağın ozogerit istehsalına vurulması. Ozogeritin çəkilməsi və növlərinə görə çeşidlənib yığılması. Qəbul edilən və təhvil verilən məhsul üçün sənədləşmənin aparılması.4-cü dərəcə-İşin xüsusiyyəti.Paylayıcı neft bazasının avadanlığına xidmət edilməsi; illik neft məhsulları satışının həcmi 10 min tondan 40 min tona qədər olan neft bazasının bütün işlərinə rəhbərlik edilməsi; illik neft məhsulu satışının həcmi 40 min tondan 100 min tona qədər olan neft bazasının bütün işlərinə rəhbərlik edilməsi. Əmtəə və rezervuar parklarına, dəmir yolu və avtosisternləri doldurmaq üçün estakadalara, gəmiyanalma qurğularına, doldurma məntəqələrinə, ötürücü neft bazalarının magistral neft məhsulları kəmərinə və neft emalı zavodlarının neft və neft məhsullarının sutkalıq həcmi 5000 min tona qədər olan doldurma məntəqələrinə xidmət edilməsi. Tutumlarının həcmi 500 tona qədər olan maye qaz parklarına xidmət edilməsi. Etilqarışdırıcı qurğulara, neft tutucularına, məşəl təsərrüfatına yüksək və alçaq təzyiqli neft məhsulu kəmərlərinə, qaz holderlərə, boşaltma-doldurma estakadalarına və gəmi yanalma qurğularına xidmət edilməsi. Lazımi qatılıqda qələvi və turşu məhlulu hazırlanması. Sənaye çirkab sularının təmizlənməsi prosesinin aparılması, tutulan neftin ayrılması. Nümunə götürülməsinə və vurma rejiminə nəzarət edilməsi. Xidmət edilən təsərrüfatda növbə ərzində icra edilən bütün vurma işlərinin aparılması. Neftin, neft məhsullarının, qazın və reagentlərin mühafizəsinin təmin edlməsi. Xidmət edilən parkların, estakadaların, neft tutucu təsərrüfatın ərazisində rezervuarların qızdırılmasına, məhsul və buxar xətlərinin vəziyyətinə nəzarət edilməsi. Sistemlərin və vaqonların doldurma-boşaltma xətti üzrə düzülməsi. Əmtəə parkının işi barədə uçotun və operativ hesabatın aparılması bütün neftvurma əməliyyatı; məhsulların qəbulu və təhvili, boş vaqonların qəbulu sənədlərinin rəsmiləşdirilməsi. Sistemlərin boşdayanması üzrə aktların hazırlanması. Xidmət edilən avadanlıq və inventarın sazlığına nəzarət edilməsi, boşaltma-doldurma işlərinə rəhbərlik edilməsi.5-ci dərəcə-İllik neft məhsulları satışının həcmi 40 min tondan 100 min tona qədər olan paylayıcı neft bazalarının avadanlığına xidmət edilməsi və illik neft məhsulları satışının həcmi 100 rezervuar parklarına. Dəmir yolu və avtoestakadalara, gəmiyanalma .məntəqələrinə magistral neft məhsulları kəmərlərinin doldurma məntəqələrinə, neft emalı zavodlarının yük dövriyyəsi sutkada 5000-10000 tona qədər olan ötürücü neft bazalarına və doldurma məntəqələrinə xidmət edilməsi. Yüksək keyfiyyətli mürəkkəb komunikasiyalı neft məhsulları parklarına xidmət edilməsi, əmtəə məhsulu hazırlamaq üçün neft məhsullarının kompaund edilməsi, benzinin etilləşdirilməsi, aşqarlar və ingibitorlar əlavə edilməsi. Nəqliyyat təşkilatları ilə təhvil vermə, yüklənmə, hesablaşma və rəsmiləşdirmə əməliyyatlarının aparaılması, dəmir yolu ilə maliyyə hesablaşmalarının aparılması. Doldurucu-boşaldıcıların işinə rəhbərlik edilməsi. Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin Quyuların yeraltı təmiri üzrə operatorun Peşə təlimatından müəyyən olunur ki, işin xüsusiyyəti-Quyuların yeraltı təmir işlərinin aparılması.Birsıralı və ikisıralı liftlərin, parafinli boruların, dərinlik nasoslarının, bir quyu vasitəsilə bir neçə layın birlikdə istismarının, qazlift klapanlarının dəyişdirilməsi. Dərinlik nasoslarının batırılma dərinliyinin dəyişdirilməsi, ştanqların qırılması və açılmasının qarşısının alınması.Dərinlik nasosunun aşağı kiapanının yuyulması və plunjerin pərçimlənmədən azad edilməsi.Qaz və qum lövbərlərinin sökülməsi və təmizlənməsi.Quyuların isti neftlə və başqa kimyəvi reagentlərlə yuyulması.Quyuların qum tıxaclarından və gil məhlulundan yuyulub təmizlənməsi.Quyu xətlərində hidrat tıxaclarının ləğv edilməsi, istismar kəmərinin parafindən, duz çöküntüsündən və qətrandan təmizlənməsi.Quyuların bir istismar üsulundan başqa istismar üsuluna keçirilməsi.Quyuların perforasiya və geofizik tədqiqat işləri aparılmasına hazırlanması.Müxtəlif istismar üsullarında quyuüstu avadanlığın sökülməsi və yığılması.Avadanhq və alətlər üzərində profilaktik işin aparılması.Yeraltı təmirlə əlaqədar yükləmə-boşaltma işində iştirak etmək.Vurucu quyuların qəbul etmə qabiliyyətinin bərpa edilməsi və artırılması tədbirlərinin həyata keçirilməsi.Səyyar aqreqatların və qurğuların quraşdırılması və bərkidilməsi. Quyuları təmirə hazırlayan briqadalar olmayan mədənlərdə,qaldırıcıların qurulması və quyuların təmirə hazırlanması ilə əlaqədar bütün işlərin görülməsi.Ştepsel ayı nası olan quyularda elektrik avadanlığının xəttə qoşulması və xətdən açılması. Mürəkkəbliyi 1-ci kateqoriya olan quyularda daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yeraltı təmir işi aparıldıqda 4-cü kateqoriya dərəcə. Mürəkkəbliyi 1-ci kateqoriya və yaxud mürəkkəbliyi 2-ci kateqoriya olan quyularda daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yeraltı işi apardıqda 5-ci dərəcə..Mürəkkəbliyi 2-ci kateqoriya olan quyularda yerlatı təmir işi aparıldıqda 6-cı dərəcə. Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış: 3-17-1/2-4263/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 52 927,37 manat təşkil edir. 3-17-1-2-57129/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixindən (57 yaşdan) təyin olunması tələbinə dair Mərkəzi Filiala qarşı inzibati iş üzrə məhkəmə çəkişməsinin gedişində məhkəmə sorğusuna əsasən təqdim edilən “Azneft" İstehsalat Birliyinin 9 yanvar 2025-ci il tarixli 14-2-1/2-42/2025 nömrəli arayışında xx.xx.1995xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Şirvanneft NQÇ-nin və "xxxx" X5 Müəssisəsinin Neftin kompleks hazırlanması sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 81 nömrəli Qərarı ilə əlavə edilib. Bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən yenidən hesablanması mümkün deyil.Qeyd olunanları nəzərə alaraq, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1 (120)-1927/2025 nömrəli qərardadının icrası tərəfimizdən mümkün olmamışdır. İddiaçının ( nümayəndəsi və vəkili Nümayəndə1) hazırkı iddia tələbi ilə bağlı cavabına cavabdeh inzibati orqanh tərəfindən verilmiş 3-17-1/2-223139/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala 27 avqust 2024-cü il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində Mərkəzi Filial tərəfindən pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 955,71 manat pul vəsaiti hesablanıb.Həmin pul vəsaiti 2022-ci ilin iyul, avqust və sentyabr aylarında adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2024-cü il tarixindən 430,22 manat təşkil edir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; .... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının: ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə; Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (bənd 1). İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır (bənd 3). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.

“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı: 1.2.1.1.4. “kompressor qurğularının maşinistləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:

1. Əmtəə operatorları;

2. Nasos qurğularının maşinistləri;

3. Dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri;

4. Qazın yığılması üzrə operatorlar;

5. Qazpaylayıcı stansiyanın operatorları

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: … Maddə 11.Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. … Maddə 19. Mötəbərlik prezumpsiyası. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

İPM:

-İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1995xx.xx.2005-ci illərdə işlədiyi “əmtəə operatoru” vəzifəsinin onun hüququ yarandığı tarixdə güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. İşin müəyyən edilən hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan SOCAR “Azneft” İstehsalat Birliyinin 14-2-1/2- 42/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən, “iddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft və qazçıxarma sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək yeraltı təmir operatoru, Quyuların əsaslı təmiri sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək qazmaçı köməkçisi, “Şirvanneft” NQÇİnin və "xxxx" X5 Müəssisəsinin Neftin kompleks hazırlanması sexində xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmtəə operatoru, "xxxx" X5 Müəssisəsində xx.xx.2005ci il tarixdən xx.xx.2009-cu il tarixədək nasos qurğularının maşinisti vəzifələrində çalışmışdır və əmtəə operatoru vəzifəsinin əsas xüsusiyyəti 3-cü dərəcə-İşin xüsusiyyəti: Paylayıcı neft bazasının avadanlığına xidmət edilməsi: neft məhsullarının illik satış həcmi 10 min tondan 40 min tona qədər olan bazarlarda olan neft, neft məhsulları, maye qazlar, neft tutucu məhsullarının, reagentlərin və başqa məhsulların qəbul edilməsi, yerləşdirilməsi, vurulması və saxlanması. Daha yüksək ixtisaslı operatorun göstərişi ilə siyitmələri başqa çənlərə və tutumlara keçirtmək.Tutumların, estakadaların, dolduruculann, dirsəklərin, yan alma qurğularının və boru kəmərlərinin neft və neft məhsullarının, reagentlərin, maye qazların və başqa məhsulların qəbulu, buraxılması və saxlanması üçün hazırlanması. Rezervuarlarda(çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının və başqa maye məhsulların xüsusi çəkisinin müəyyən edilməsi. Qeyd edilən məhsulların temperaturunun tərkibindəki mexaniki qarışıqların və suyun miqdarının müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının, yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Sistemlərdə neftin, neft məhsullarının və başqa maye məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Rezervuarlarda(çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Sistemlərin plomblanması. Rezervuarların, boru kəmərlərin, boşaltma-doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Sistemlərə qələvi, turşu və sair reagentlərin boşaldılması. Maye qazın qələviləşdirilməsi, qazın verilməsinin təmizlənməsi, balon və sistemlərin qazdoldurucu stansiyalarda və maye qaz satışı qurğularında doldurulması.Katalizatorların parçalanması, çeşidlənməsi və qablaşdırılmasının təmin edilməsi. Neft tutucularına xidmət edilməsi. Məşəlin yandırılması və söndürülməsi.Qaz kondensatının təmizlənməsi, həlledicilərin və yanacağın ozogerit istehsalına vurulması. Ozogeritin çəkilməsi və növlərinə görə çeşidlənib yığılması. Qəbul edilən və təhvil verilən məhsul üçün sənədləşmənin aparılması, 5-ci dərəcə-İllik neft məhsulları satışının həcmi 40 min tondan 100 min tona qədər olan paylayıcı neft bazalarının avadanlığına xidmət edilməsi və illik neft məhsulları satışının həcmi 100 rezervuar parklarına. Dəmir yolu və avtoestakadalara, gəmiyanalma .məntəqələrinə magistral neft məhsulları kəmərlərinin doldurma məntəqələrinə, neft emalı zavodlarının yük dövriyyəsi sutkada 5000-10000 tona qədər olan ötürücü neft bazalarına və doldurma məntəqələrinə xidmət edilməsi. Yüksək keyfiyyətli mürəkkəb komunikasiyalı neft məhsulları parklarına xidmət edilməsi, əmtəə məhsulu hazırlamaq üçün neft məhsullarının kompaund edilməsi, benzinin etilləşdirilməsi, aşqarlar və ingibitorlar əlavə edilməsindən aparılmasında ibarətdir. Qeyd olunanlarla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının xx.xx.1995-xx.xx.2005-ci illərdə işlədiyi “əmtəə operatoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.1.2007-ci il tarixli 12 №-li Qərarına xx.xx.2024-cü il tarixdə edilmiş dəyişikliklə əlavə olunmuş “əmtəə operatoru” vəzifəsi ilə eyinilik təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ haquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə və o cümlədən sübutların cavabdeh inzibati orqan tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi prinsipinə uyğun gəlmir və hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. İş materiallarında olan DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3- 17-1/2-223139/2024 saylı, xx.xx.2024-cü il tarixli məktbundan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya pensiya xx.xx.2021-ci il tarixdən hesablanaraq, ödənilməlidir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar