Məhkəmə qərarları › İş №2-1(120)-1932/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1932/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1932/2024 22.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «maddi və məvəvi ziyana görə 2000 manat təzminatın ödənilməsi» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “maddi və məvəvi ziyana görə 2000 manat təzminatın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İşdə olan **********1022024 nömrəli ölüm haqqında akt qeydində göstərilmişdir ki, İddiaçı 16 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2024-ci il tarixdə ölmüşdür və barəsində Cəlilabad Rayon Qeydiyyat Şöbəsi tərəfindən **********1022024 saylı ölüm akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı ona dəymiş maddi və məvəvi ziyana görə 2000 manat təzminatın ödənilməsindən ibarətdir. İddiaçı xx.xx.2024-cü il tarixdə öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti, yəni iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanunvericiliyin tələbi baxımından hüquq varisliyinə yol vermədiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 55 və 80-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «maddi və məvəvi ziyana görə 2000 manat təzminatın ödənilməsi» tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar