Məhkəmə qərarları › İş №2-1(120)-1933/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1933/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1933/2022 14.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, "xxxx" (Posservice) MMC-yə qarşı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli, **********3541 saylı qərarın ləğv edilməsi, "xxxx" (Posservice) MMC tərəfindən yeni nəsil 4613-XXX tipli İBM POS-X9 Aparatının İddiaçı MMC-də quraşdırılmasını, həmçinin quraşdırılması üçün tələb etdiyi 740 manat məbləğin ləğv edilməsi, və yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 (dörd min) manat pulun geri qaytarılması” tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, № **********3541 saylı qərarın ləğv edilməsi və yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 (dörd min) manat pulun geri qaytarılması tələbinə dair iddia ərizəsinin təmin edilməsi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək, əlavə cavabdeh qismində "xxxx" (Posservice) MMC-nin məhkəmə prosesinə cəlb edilməsi, "xxxx" (Posservice) MMC tərəfindən yeni nəsil 4613-XXX tipli İBM POS- X9 Aparatının İddiaçı MMC-də quraşdırılmasım həmçinin quraşdırılması üçün tələb etdiyi 740 AZN məbləğinin ləğv edilməsi, Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC arəsində 1000 (Bir min) AZN məbləğində xx.xx.2022-ci il tarixli, № **********3541 saylı təyin edilmiş qərarının ləğv edilməsi, İddiaçı MMC-də, yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 manat pulun geri qaytarılması” haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşək, əlavə cavabdeh qismində "xxxx" (Posservice) MMC-nin məhkəmə prosesinə cəlb edilməsi, "xxxx" (Posservice) MMC tərəfindən yeni nəsil 4613-XXX tipli İBM POS- X9 Aparatının İddiaçı MMC-də quraşdırılmasım həmçinin quraşdırılması üçün tələb etdiyi 740 AZN məbləğinin ləğv edilməsi, Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC arəsində 1000 (Bir min) AZN məbləğində xx.xx.2022-ci il tarixli, № **********3541 saylı təyin edilmiş qərarının ləğv edilməsi, İddiaçı MMC-də, yeni tipli NKAnın quraşdırılması üçün artıq alınmış 4000 manat pulun geri qaytarılması” haqqında qərar qəbul edilməsi kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən, 28 yanvar 2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə № **********3541 saylı Qərarla “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması” haqqında, iddiaçı- İddiaçı MMC-nə (VÖEN **********) 1000 (bir min) manat məbləğində vergi hesablanmışdır. 07 aprel 2012-ci il tarixində, 6 saylı Ərazi Vergilər İdarəsinin tələbi ilə ünvan 1 ünvanında yerləşən “FƏZA“ MMC-nin YDM-də (X5) 4260 (dörd min iki yüz altmış) manat dəyərində, yeni “4613-XXX tipli İBM POS-Terminal” NKA (X10) quraşdırılmışdır. YDM-də quraşdırılmış yeni tipli NKA-nın istismarının elə 1-ci günü kassanın hissəsi olan DSRlərinin yanıb sıradan çıxması nəticəsində sonrakı istifadəsi mümkün olmamışdır. Onlara dəymiş maddi ziyanın əvəzinin ödənilməsini NKA-na serviz xidmətini həyata keçirən "xxxx" MMC (indiki adı "xxxx" MMC) bir mənalı rədd etdi. Odurki, məcburiyyət qarşısında qalıb yanacağın satışını və rüblik hesabatlar YDM-də ilkin qoyulmuş “Merkuri-112 FK” X10nın (NKA) hesabına həyata keçirilmişdir. Həmçinin “Merkuri-112 FK” NKA-nın ödəniş xidmət haqqı müvalıq qəbzlərlə rəsmiləşdiribmişdir. Lakin yeni nəsil NKA-nın YDM-də quraşdırılmasının yuxarıdakı səbəblərə görə qeyri-mümkünlüyü həmçinin texniki-serviz xidməti göstərilməyən yeni nəsil NKA-na görə aylıq-illik vəsaitin ödənilməsinin mümkünsüzlüyü və ödənilmiş 4260 manat pulun geri qaytarılması barədə xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərdə 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilmişdir. Lakin heç bir nəticəsi olmamışdır. 6 saylı Ərazi Vergilər İdarəsinin işçilərinin sözlərinə görə, yeni nəsil kassa aparatlarının qiyməti 4260 manat deyil, cəmi 260 manat civarındadır. Odur ki, cavabdehdən 4260-260=4000 manat artıq alınmış pul tələb olunacaqdır. Çünki 4000 manat qanuni sahibi olan iddiaçıya qaytarılmamışdır. Bu kassa aparatları keçmiş vergilər naziri Fazil Məmmədovun təzyiqi tələbi ilə vergi əməkdaşlarının iştirakı ilə Respublikanın bütün YDM-ə məcburi qaydada satmaqla külli miqdarda pul mənimsənilmişdir. Lakin, Cas Pos (Posservicc) MMC-nin əməkdaşları bu illər boyu bir neçə dəfə YDM-nə təşrif buyurub qəza ucbatından fəaliyyəti dayandırılmış yeni tipli NKA görə xidmət haqları onlardan tələb edirlər. Onların hər gəlişində, reallığı başa salıb izah edir ki, texniki-serviz xidməti göstərilməyən NKA-na görə aylıq-illik vəsaitin ödənilməsi qanuna ziddir, haqsızlıqdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərındəki müraciətlərinə baxmayarq, xx.xx.2022-ci il tarixli № **********3541 saylı qərarla, İddiaçı MMC üçün, yeni tipli NKA-dan istifadə olunmamasını əsas-səbəb göstərməklə YDM barəsində 1000 manat məbləğində vergi cərimə aklı tərtib etmişlər. Yenidən xx.xx.2022-ci il tarixdə № 03 saylı məktubla cavabdeh 6 saylı Ərazi vergilər Baş İdaıəsinə eyni məzmunda müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə aparılan şifahi və yuxanda qeyd olunan rəsmi müraciətlərinin heç bır nəticəsi olmadığına görə və əvəzində bilərəkdən qərəzli olaraq elə belə bir iqtisadi böhran vəziyyətində yazılan cərimənin müəssisəni nə qədər ağır vəziyyətə salınması başa düşüləndir. Odurki, məcburiyyət qarşısında qalıb 28 yanvar 2022-ci il tarixli, № **********3541 saylı qərarın ləğv edilməsi və İddiaçı MMC-də, yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 manat pulun geri qaytarılması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, müddətin tətbiq edilməsi barədə vəsatəti müdafiə edərək, bildirmişdir ki, inzibati mübahisə üzrə mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli, **********3541 nömrəliQərar xx.xx.2022-ci il tarixli, **********655100 nömrəli məktubla xx.xx.2022-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmişdir. İddiaçı sözügedən qərarı xx.xx.2022-ci il tarixdə saat 17:28:49-da oxumuşdur. Nəzərə alınsa ki, iddiaçı iddia ərizəsini 20 iyun 2022-ci il tarixdə tərtib edərək məhkəməyə göndərmişdir. İddia ərizəsinin 4 aydan çox müddətdən sonra məhkəməyə göndərilməsi və yuxarı vergi orqanına deyil qərarı qəbul etmiş 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ərizə ilə müraciət edilməsi, nəticə etibarı ilə iddia müddətinin ötürülməsini nəzərə alaraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Buna görə iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021 -ci il tarixli **********2572 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı əsasında "Fəza” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən “X5” adlı obyektində (Obyekt kodu: **********-26002) “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Tədbir nəticəsində obyektdə nağd pul hesablaşmalarının yeni nəsil kassa aparatı quraşdırılmadan aparıldığı aşkar olunmuş, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 20 dekabr 2021-ci il tarixli 008385 nömrəli akt tərtib olunmuşdur. İddiaçı MMC barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı qaydaları”nın 8.3-cü bəndinin tələblərinin pozulmasına görə maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası ərazisində elektron kassalara keçid prosesi “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-ci il tarixli 52 nömrəli Qərarına və xx.xx.2019cu il tarixli 338 nömrəli “NKA aparatının istismarı Qaydları”na əsasən həyata keçirilir. Onlayn kassanın tətbiqi qrafikinəəsasən xx.xx.2019-cu il tarixinədək Azərbaycan Respublikası ərazisində bütün yanacaq doldurma məntəqələrində yeni nəsil NKA-ların quraşdırılması məcburidir. Lakin, İddiaçı MMC-yə quraşdırılmış yeni nəsil X10 uzun müddətdir istifadə olunmur, həmin NKA-nın Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olduğu halda qoşulmamış və fiskal yaddaşında satışla bağlı heç bir məlumat yoxdur. Eyni zamanda, xx.xx.2021-ci il tarixli **********549500 nömrəli məktubla “OVN materiallarının baxılması barədə” Bildiriş göndərilmiş və poçtdan geri qayıtmamışdır. xx.xx.2022-ci il tarixli, **********655100 nömrəli məktubla xx.xx.2022-ci il tarixli **********3541 nömrəli Məsuliyyət qərarı və tələbnamə göndərilmiş, poçtdan geri qayıtmamışdır. İddia ərizəsində adı çəkilən "xxxx" MMC tərəfindən, İddiaçı MMC-dən NKA-nın quraşdırımasına görə 4000 manat vəsaitin alınması, NKA-nın düzgün quraşdırılmaması səbəbindən həmin vəsaitin alınaraq iddiaçıya qaytarılması vergi orqanının səlahiyyətlərinə aid deyildir. İddiaçı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə vəsatət təqdim edərək bildirmişdir ki, birinci dəfə 6 saylı Ərazi Vergilər Baş X8 Nəzarəti Şöbəsinin rəisi Rauf İsgəndərovun qəbulunda olmuşdur. xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərarın ləğv edilməsi və yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 manat pulun geri qaytarılması barədə hələ 05 noyabr 2013-cü il və 10 fevral 2015-ci il tarixlərdə 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət olunması barədə məlumat verildi. Şöbə rəisi haqlı tələbi qəbul edib, onunla ümumi razılığa gəlib, qərarın ləğv edilməsinə köməklik edəcəyini bu səbəbdən rəisinə məlumat verib, onlarla görüşdürməyi, odur ki, məhkəməyə ehtiyac-zərurətin olmamasını bildirdi. 6 saylı Ərazi Vergilər Baş İdarənin rəisi ilə görüş vaxtını müəyyən etdi. İkinci dəfə 6 saylı Ərazi Vergilər Baş İdarənin rəis müavini Tural Abdulzadənin qəbulunda olub, qanunsuz yazılan cərimə qərarı barəsində vəziyyəti izah edib başa salıb, qərarın ləğv edilməsinə köməklik etməsini xahiş etmişdir. Qarşılıqlı anlaşma şəraitində keçən danışıqlar zamanı rəis müavini onlarla razılaşıb hökmən kömək edəcəyinə, odurki, müəyyən vaxt zamana ehtiyac olmasını bildirdi. Eyni zamanda rəis müavini Tural Abdulzadə, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hüquqşünası Elsevər Qarayevidə otağına çağırıb, onların yanında İddiaçı MMC-nə qanunsuz yazılmış xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərarın silinməsinə dair hüquqi yardım etməsini, məhkəmə prosesində maneçiliklər yaratmamasını, həmçinin iddiaçının əleiyhinə hər hansı bir etiraz və ya vəsatət verməməsi barədə göstərişlər verdi. 6 saylı Ərazi Vergilər Baş İdarənin yuxarıda qeyd olunan məsul şəxsləri xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərarın ləğv edilməsinə söz verdilər. Lakin verdikləri sözün üstündə durmadılar. 6 saylı Ərazi Vergilər Bas İdarənin yuxarıda göstərilən və ya digər məsul şəxslərinə inanıb onlarla aparılan çoxsaylı görüş-danışıqlar ucbatından məhkəməyə müraciət etmək müddəti üzürlü səbəbdən ötürülmüşdür. Bu səbəblərdən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odurki, məhkəməyə, buraxılmış prosessual müddəti bərpa edib, inzibati işə baxılması barədə ərizə ilə müraciət etmişdir. Ona görə İddiaçı MMC-nin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinə qarşı, “xx.xx.2022-ci il tarixli, № **********3541 saylı qərarın ləğv edilməsi və yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 (dörd min) manat pulun geri qaytarılması tələbinə dair” iddiasının müddətin buraxılması səbəbini üzürlü hesab edərək, buraxılmış prosessual müddəti bərpa edib inzibati işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə cavabdeh vergi orqanının əməkdaşı Alimpaşa müəllimə 4000 manat məbləğində pulun nağd şəkildə "xxxx" MMC üçün yeni tipli NKA-nın quraşdırılması məqsədilə ödənildiyini, lakin heç bir qəbz və ya digər sənədlərlə rəsmiləşdirilmədiyini, cavabdeh vergi orqanının hesabına həmin məbləğ keçirilmədiyini, sonradan həmin şəxs tərəfindən aldadıldıqlarının üzə çıxdığını və NKA aparatları quraşdırılmadığını və “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini, iddianın mümkün sayılmasını və iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, iddiaçının nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan” görünür ki, “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində oxunmuşdur. İş materiallarında olan “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin predmetindən görünür ki, vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirşlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin) elektron şəkildə göndərilməsini tərəflər razılığa gəlmişlər. İddiaçı MMC tərəfindən cavabdeh orqana pretenziya məktubu göndərilmiş, 21.06..2022-ci il tarixli xəbərnaməyə əsasən, pretenziya məktubu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinə daxil olmuşdur. Eyni zamanda məlum olmuşdur ki, “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərardan xx.xx.2022-ci il tarixindən məlumatlı olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərardan xx.xx.2022-ci il tarixindən məlumatı olmuş və prosessual müddətin axımı həmin qərarın təqdim olunduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlamışdır. İddia ərziəsi xx.xx.2022-ci il tarixdə poçta, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı MMC inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərardan məlumatlı olduğu vaxtdan 5 (beş) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarı aldıqdan (təqdim olunduqdan) 5 ay keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, 6 saylı Ərazi Vergilər Bas İdarəsinin məsul şəxslərinə inanıb onlarla aparılan çoxsaylı görüş-danışıqlar ucbatından məhkəməyə müraciət etmək müddətinin üzürlü səbəbdən ötürüldüyünü, bu səbəblərdən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən qərar barədə məlumatlı olmamasına dair sübut təqdim edə bilməmiş, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, xx.xx.2022-ci il tarixdə iddia ərizəsi dəftərxana tərəfindən qeydə alınmışdır. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə qeyd edir ki, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericilik vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1909/2019 nömrəli 02 iyul 2019-cu il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İddiaçı MMC-nin cavabdeh qismində "xxxx" (Posservice) MMC-nin cəlb edilməsi, "xxxx" (Posservice) MMC tərəfindən yeni nəsil 4613-XXX tipli İBM POS-X9 Aparatının İddiaçı MMC-də quraşdırılmasını, həmçinin quraşdırılması üçün tələb etdiyi 740 manat məbləğin ləğv edilməsini tələb etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər.İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbindən aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında iddiaya baxılmasının mümkünlük şərtlərində biri iddia tələbinin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsidir. Lakin iddia ərizənizdən görünür ki, iddiaçı tələbi inzibati orqan hesab olunmayan tərəfə Saatlı rayon Mənzil Kommunal X1rşı yönəltmişdir Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş «X2» cavabdeh "xxxx" (Posservice) MMC inzibati orqan kimi göstərilməmişdir. Həmçinin məhkəmə tərəfindən iş materialları araşdırılaraq iddiaçıdan yeni tipli NKAnın quraşdırılması üçün artıq alınmış 4000 (dörd min) manat pulun kimə ödənilməsi və cavabdeh vergi orqanı tərəfindən geri qaytarılması məsələsi müzakirə edilmiş, İddiaçı MMC tərəfindən bildirilmişdir ki, cavabdeh vergi orqanının əməkdaşı Alimpaşa müəllimə "xxxx" MMC üçün 4000 manat məbləğində pul nağd şəkildə yeni tipli NKA-nın quraşdırılması məqsədilə ödənilmişdir, lakin heç bir qəbz və ya digər sənədlərlə rəsmiləşdirilməmiş, cavabdeh vergi orqanının hesabına həmin məbləğ keçirilməmişdir. Sonradan həmin şəxs tərəfindən aldadıldıqları üzə çıxmış və NKA aparatları quraşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMCdən NKA-nın quraşdırmasına görə 4000 manat vəsaitin alınması və NKA-nın düzgün quraşdırılmaması səbəbindən həmin vəsaitin alınaraq iddiaçıya geri qaytarılması vergi orqanının səlahiyyətlərinə aid deyildir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən İddiaçı MMC-dən NKA-nın quraşdırmasına görə 4000 manat vəsaitin alınması və NKA-nın düzgün quraşdırılmaması səbəbindən həmin vəsaitin alınaraq iddiaçıya geri qaytarılması vergi orqanının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmasını istəmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsini göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının bu hissədə tələbi həmin tələbə cavab verməyən inzibati orqana – cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı yönəlmişdir. Belə ki, “"xxxx" MMC tərəfindən İddiaçı MMC-dən NKA-nın quraşdırmasına görə 4000 manat vəsaitin alınması və NKA-nın düzgün quraşdırılmaması səbəbindən həmin vəsaitin alınaraq iddiaçıya geri qaytarılması” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı yönələ bilməz. Başqa sözlə hazırki iş üzrə cavabdeh tələbə cavab verən inzibati orqan deyildir. Bundan məhkəmə gələcəkdə çətinliklərlə rastlaşmaması üçün iddiaçıya izah edərək bildirir ki, əgər iddiaçının hüquqi marağı "xxxx" (Posservice) MMC tərəfindən yeni nəsil 4613-XXX tipli İBM POS-X9 Aparatının İddiaçı MMC-də quraşdırılmasını, həmçinin quraşdırılması üçün tələb etdiyi 740 manat məbləğin ləğv edilməsi və "Posservise” MMC tərəfindən İddiaçı MMC-dən NKA-nın quraşdırmasına görə 4000 manat vəsaitin alınması və NKA-nın düzgün quraşdırılmaması səbəbindən həmin vəsaitin alınaraq iddiaçıya geri qaytarılması ilə bağlıdırsa bu zaman həmin tələbə cavab verməli orqan "xxxx" MMC olmalı və aidiyyatı üzrə iddiaçının ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bununla bağlı olaraq məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, sənədin maraqlı şəxsə təqdim olunmasından qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir. Qeyd olunan şərtlərə əməl olunaraq, üstəlik özünün seçdiyi üsulla ona təqdim edilən inzibati akt hər bir halda qanunla qorunan bu tələblərə cavab vermiş sayılmalıdır. Vergi mübahisələri ilə bağlı məhkəmə təcrübəsi də göstərir ki, elektron yaxud kağız formatda göndərilən inzibati aktların vizual baxımdan tək fərqi aşağı hissədə yer alan imza və möhürdən ibarətdir. Bu mənada, məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların elektron üsulla göndərilməsinin həmin qərarların qanunla müəyyən edilmiş qaydada çatdırılma üsulu kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki,qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, "xxxx" (Posservice) MMC-yə qarşı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərarın ləğv edilməsi, "xxxx" (Posservice) MMC tərəfindən yeni nəsil 4613-XXX tipli İBM POS-X9 Aparatının İddiaçı MMC-də quraşdırılması, həmçinin quraşdırılması üçün tələb etdiyi 740 manat məbləğin ləğv edilməsi, və yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 (dörd min) manat pulun geri qaytarılması” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3541 saylı qərarın ləğv edilməsi, cavabdeh qismində "xxxx" (Posservice) MMC-nin cəlb edilməsi, "xxxx" (Posservice) MMC tərəfindən yeni nəsil 4613-XXX tipli İBM POS-X9 Aparatının İddiaçı MMC-də quraşdırılmasını, həmçinin quraşdırılması üçün tələb etdiyi 740 manat məbləğin ləğv edilməsi, və yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 (dörd min) manat pulun geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, "xxxx" (Posservice) MMC-yə qarşı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli, **********3541 saylı qərarın ləğv edilməsi, "xxxx" (Posservice) MMC tərəfindən yeni nəsil 4613-XXX tipli İBM POS-X9 Aparatının İddiaçı MMC-də quraşdırılmasını, həmçinin quraşdırılması üçün tələb etdiyi 740 manat məbləğin ləğv edilməsi və yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 (dörd min) manat pulun geri qaytarılması” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, "xxxx" (Posservice) MMC-yə qarşı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli, **********3541 saylı qərarın ləğv edilməsi, "xxxx" (Posservice) MMC tərəfindən yeni nəsil 4613-XXX tipli İBM POS-X9 Aparatının İddiaçı MMC-də quraşdırılması, həmçinin quraşdırılması üçün tələb etdiyi 740 manat məbləğin ləğv edilməsi və yeni tipli NKA-nın quraşdırılması üçün artıq alınmış 4000 (dörd min) manat pulun geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar