Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1934/2025 31.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Siyahısında XBT-10 X7 üzrə, Sıra №-si-6 Sinir sistemi xəstəlikləri, 6.7 Epilepsiya G40.0 Ağırlaşma halı 6.7.3 “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4dəfə) tutulmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır)” diaqnozu üzrə 65-80 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1934/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Siyahısında XBT- 10 X7 üzrə, Sıra №-si-6 Sinir sistemi xəstəlikləri, 6.7 Epilepsiya G40.0 Ağırlaşma halı 6.7.3 “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutulmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır)” diaqnozu üzrə 65- 80 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən müvafiq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1934/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1996-cı ildə anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsindən hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2016-cı il tarixdən ehtiyyata buraxılmışdır. Bundan sonra, xx.xx.2017-ci il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi (MAHHXHQ) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində sürücü vəzifəsində hərbi xidmətdə olmuş, 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur Döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralanaraq “Barotravma. Sağ kürək nahiyyəsinin səthi qəlpə yarası” xəsarəti almışdır. Ona ilk tibbi yardım göstərildikdən sonra Ağcabədi RMX-da həmin diaqnoz üzrə müayinə və müalicə olmuş, müalicədən imtina edərək təkrar xidmət etdiyi hərbi hissəyə yollanmış, vəziyyətinin pisləşməsi, tez-tez huşunun itirmə hallarının baş verməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası SQ-nin BKH-ya göndərilmiş və xx.xx.2021-xx.xx.2021-ci il tarixədək “Baş beynin gicgah payının araxnodial kistası. İkincili parsial gicgah epilepsiyası, nadir baş verən epileptik tutmalarla. Barotravma (xx.xx.2020) nəticəsində sağ tərəfli koxlear nevrit. Sağ tərəfli neyrosensor ağır eşitmə, pıçıltı nitqinin 4,5 metr, solda 6 metrə qədər məsafədən eşitməsi ilə. Hər iki gözün miopiyası. M 1,5 D nəticəsində görmə itiliyinin hər iki gözdə 0,1-ə qədər azalması, korreksiya ilə 0,9 olmaqla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 9169 nömrəli qərarı ilə şəhadətləndirilərək “Baş beynin gicgah payının araxnodial kistası, ikincili parsial gicgah epilepsiyası, tez-tez baş verən epileptik tutmalarla. Barotravma (xx.xx.2020) nəticəsində sağ tərəfli koxlear nevrit, sağtərəfli neyrosensor ağır eşitmə, pıçıltı nitqinin eşidilməsi sağ qulaqda 4,5 metr, solda 6 metrə qədər məsafədən eşitməsi ilə. Üzvi mənşəli asteno-nevrotik təzahürlər. Sol əlin V daraq sümüyününn əsasının köhnə kafi bitişmiş sınığı. Sağ diz oynağı nahiyyəsinin ön səthinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapığı. Sol təpə sümüyünün xarici tərəfdən cüzi basılmış köhnə bitişmiş sınığı. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M2, 0D və M1, 0D nəticəsində görmə itiliyinin hər iki gözdə 0,1ə qədər azalması, korreksiya ilə hər iki gözdə 0,9 olmaqla. 15,25,36,46-cı dişlərin olmaması” diaqnozu qoyulmuş, həmin xəsarətlərin-hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmət dövründə alınması qeyd edilmişdir. İddiaçı TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə Ağcabədi RMX-nın 0220003AAV0U nömrəli forma 88 göndərişi əsasında hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması, sol gicgah nahiyyəsində yumşaq toxumaların əzilməsi, sol əlin əzilmiş yaraları (qəlpə). Baş beynin gicgah payının araxnodial kistası. İkincili parsial gicgah epilepsiyası, nadir baş verən epileptik tutmalarla. Barotravma nəticəsində sağ tərəfli koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltılı nitqinin sağ qulaqda 4,5 solda 6 metr məsafədən eşitməsi ilə. Hər iki gözün miopiyası. M 1.5D nəticəsində görmə itiliyi hər iki gözə 0,1-ə qədər azalması, korreksiya ilə 0,9 olmaqla” diaqnozu üzrə 3-cü dərəcəli əlillik təyin edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı il müddəti müəyyən edilmişdir. Bundan sonra o, TSEK tərəfindən xx.xx.2022-ci il tarixdə Ağcabədi RMX-nın E00006445YLV nömrəli forma 88 göndərişi əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən “Baş, üz və boyunun birləşdirici və digər yumşaq toxumalarının Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar. Bir tərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə” diaqnozu üzrə yenidən 3-cü dərəcəli əlillik təyin edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il müddəti müəyyən edilmişdir. Həmin qərarın əmək zəmanəti qrafasında (Kənar şəxsin nəzarəti altında xüsusi məsuliyyət tələbi olmayan peşələr üzrə işləyə bilər” göstərişi qeyd edilmişdir. Bundan sonra, Rzayev X5 RMX-nın D00218703DSİ nömrəli Forma 88 göndərişi əsasında “Kompleks pasrial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Barotravmadan sonrakı parsial epilepsiya” diaqnozu üzrə (Qeyd: Xəstəliyin Əsas: K 90.5, Ağırlaşma: G 40.2 X7 qoyulmaqla. Bu təsnifat kodu hətta 2-ci dərəcə əlilliyə əsas verir) TSEK tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və heç bir əsas olmadan TSEK qeyd olunan diaqnoz üzrə əlillik təyin edilməsindən imtina etmiş, imtinanın səbəbi kimi: Diaqnoz əlillik əlaməti təyin etmir əsası qeyd edərək imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası İddiaçı barəsində əlillik təyin etmə barədə qərar qəbul etsə də, həmin qərarı İddiaçı təqdim etməmiş, poçtla, elektron qaydada, telefonuna sms vasitəsilə göndərməmiş və bu səbəbdən həmin qərarı iddia ərizəsinə əlavə edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Barotravmadan sonrakı parsial epilepsiya. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlilli əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbihəkim komissiyalar (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator va ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyatində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinasinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndarişi təsdiq eden vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrənilərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir va gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iş materiallarında olan xx.xx.2024ci il tarixli qərarın surətindən görünür ki, həmin qərar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və qeydə alınmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: AD № ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu xx xxxxxxxx 1996-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən 01 aprel 2016-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 9169 nömrəli 25 iyul 2022-ci il tarixli X1 surətindən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağacabədi rayon şöbəsinin rəisinin xx.xx.2022-ci il tarixli 358 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: “Baş beynin gicgah payının araxnoidal kistası. İkincili parsial gicgah epilepsiyası, nadir baş verən epileptik tutmalarla. Barotravma (xx.xx.2020) nəticəsində sağ tərəfli koxlear nevrit. Sağ tərəfli neyrosensor ağır eşitmə, pıçıltı nitqinin 4,5 metr, solda 6 metrə qədər məsafədən eşitməsi ilə. Üzvi mənşəli asteno-nevrotik təzahürlər. Sol əlin V daraq sümüyününn əsasının köhnə kafi bitişmiş sınığı. Sağ diz oynağı nahiyyəsinin ön səthinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapığı. Sol təpə sümüyünün xarici tərəfdən cüzi basılmış köhnə bitişmiş sınığı”. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Diaqnoz: Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M2,0D və M 1,0D nəticəsində görmə itiliyinin hər iki gözdə 0,1-ə qədər azalması, korreksiya ilə hər iki gözdə 0,9 olmaqla. 15,25,36,46-cı dişlərin olmaması”. Xəstəlikdir, Hərbi Xidmət Dövründə Almışdır” qərarı verilmişdir. Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 15 yanvar 2021-ci il tarixli, 153/4 nömrəli X8 surətindən görünür ki, N nömrəli hərbi hissə mahhxhq əsgər İddiaçı xx.xx.2020-ci il tarixdı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma. Sağ kürək nahiyyəsinin səthi qəlpə yarası” xəsarətini almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 29 iyul 2021-ci il tarixli, **********0 nömrəli Protokolundan görünür ki, Ağcabədi rayon sakini İddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə tibb müəssisəsinin göndərişi rəsmiləşdirilib, qərar verilməsi üçün xidmətə göndərilib. (**********100016 Unikal kod) Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 525 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Baş beynin gicgah payının araxnoidal kistası. İkincili parsial gicgah epilepsiyası, nadir baş verən epileptik tutmalarla. Hər iki gözün miopiyası. M1,5D nəticəsində görmə itiliyi hər iki gözdə 0,1-ə qədər azalması, korreksiya ilə 0,9 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş “Baş beynin gicgah payının araxnoidal kistası. İkincili parsial gicgah epilepsiyası, nadir baş verən epileptik tutmalarla. Hər iki gözün miopiyası. M 1,5 D nəticəsində görmə itiliyi hər iki gözdə 0,1-ə qədər azalması, korreksiya ilə 0,9 olmaqla” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”nin 2.3.4 bəndinə müvafiq olaraq Hərbi Xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə İİİ (üçüncü) dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli Qərarından görünür ki, Ağcabədi rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Verilmiş qərarın əlillik səbəbindən narazı qalan, İddiaçı yenidən şəhadətləndirilmiş və orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixi 9169 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməsə “Baş beynin gicgah payının araxnoidal kistası. İkincili parsial gicgah epilepsiyası, tez-tez baş verən epileptik tutmalarla. Barotravma (xx.xx.2020), sağtərəfli koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin eşidilməsi sağ qulaqda 4,5 metr, solda 6 metr məsafədən eşitməsi ilə. Üzvi mənşəli asteno-nevrotik təzahürlər. Sol əlin V daraq sümüyünün əsasının köhnə kafi bitişmiş sınığı. Sağ diz oynağı nahiyyəsinin ön səthinin kəsilmiş yarasından sonrakı bərkimə, dəri çapığı. Sol təpə sümüyünün xarici tərəfdən cüzi basılmış köhnə bitişmiş sınığı.” Diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 2,0D və M 1,0D nəticəsində görmə itiliyinin hər iki gözdə 0,1-ə qədər azalması, korreksiya ilə hər iki gözdə 0,9 olmaqla. 15,25,36,46-cı dişlərin olmaması.” Diaqnozu ilə xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-3-7252/2024 nömrəli Qərarının surətindən görünür ki, Ağcabədi rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və 50 % 2(iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 9169 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Həmin şəhadətnamədə “Baş beynin gicgah payının araxnoidal kistası. İkincili parsial gicgah epilepsiyası, tez-tez baş verən epileptik tutmalarla. Barotravma (xx.xx.2020), sağtərəfli koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin eşidilməsi sağ qulaqda 4,5 metr, solda 6 metr məsafədən eşitməsi ilə. Üzvi mənşəli asteno-nevrotik təzahürlər. Sol əlin V daraq sümüyünün əsasının köhnə kafi bitişmiş sınığı. Sağ diz oynağı nahiyyəsinin ön səthinin kəsilmiş yarasından sonrakı bərkimə, dəri çapığı. Sol təpə sümüyünün xarici tərəfdən cüzi basılmış köhnə bitişmiş sınığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M2, 0D və M1, 0D nəticəsində görmə itiliyinin hər iki gözdə 0,1-ə qədər azalması, korreksiya ilə hər iki gözdə 0,9 olmaqla 15,25,36,46-cı dişlərin olmaması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılar, sağ qulaqda ağrı, yuxusuzluq, əsəbləşərkən, səs-küy olarkən tez-tez baş verən tutmalardan şikayətlənmişdir. Bu tumaların ayda 4-5 dəfə baş verdiyini, bəzən 1-2 dəqiqə, bəzən 1 saat davam etdiyini söyləmiş, sonra gecə saat 1-2-də başlayaraq səhərə qədər olduğunu əlavə etmişdir. Qəbul etiyi dərmanların adlarını bilməmişdir. xx.xx.2024-cü il tarixli “Baş-beyin MRT nəticəsi: ”Baş-beyin parenxim strukturları MRT müayinəsi görüntüsü patalogiyasızdır. Sol orta kəllə çuxuru anteriorunda 16- 24 mm ölçüdə CSF siqnallı araxnoidal kista qeyd edildi. Frontal sinus sol yarısında və etmoid hücrələrdə divaryanı mukozal qalınlaşma qeyd edilir. Burun çəpəri -------“ kimi qeyd edilmiş və gicgah epilepsiyasına əsas verəcək üzvi patologiyanı təsdiq etməmiş və XHŞ-də qoyulmuş diaqnozla ziddiyyət təşkil etmişdir. xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi təqdim olunmuş dalğalarla uyğunsuzluq təşkil etmişdir. DTSERA xx.xx.2024-cü il tarixli EEQ nəticə: “Baş-beyin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunur. Asimmetriya yoxdur. Funksional sınıqlar normal. Epliptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuşdur. Əldə olunan instrumental müayinə nəticələrinin araşdırılması və kliniki-anamnestik məlumatlar epitutmalar təsdiq etməmişdir. Ailəli, 2,3,5 yaşlarında övladları olduğunu və DMA tərəfindən iribuynuzlu heyvanla təmin edildiyini bildirmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 dekabr 2024-cü il tarixli, 3-17- 4/2-33105/2024 nömrəli vətəndaşın əlillik vəziyyəti haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Qeyd edilir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ilkin olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 0220003AAV0U nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, xx.xx.2021-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının E00006445YLV nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 (iki) il müddətinə (xx.xx.2024-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddəti başa çatdıqdan sonra, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının D00218703DSİ nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1934/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X10 09 aprel 2025-ci il tarixli, 18-1-5/2-261/2025 nömrəli vətəndaş İddiaçı haqqında tibbi rəydən görünür ki, xəstəxananın dəvətinə əsasən vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə tibb müəssisəyə ambulator müraciət etmiş və həkimneyrocərrah Fuad Dövlətov tərəfindən konsultasiya olunmuşdur. Vətən müharibəsi qazisi İddiaçı və yaxınlarının deməsinə görə, 5 ildir ki, huşun itirilməsi ilə müşahidə olunan periodik, kəskinləşən epileptik qıcolma tutmaları, baş ağrıları, ümumi halsızlıq, başgicəllənmədən şikayətçi olduğunu və xroniki epilepsiya xəstəliyi ilə bağlı antikonvulsant müalicə aldığını bildirmişdir. Həkim-neyrocərrah Fuad Dövlətov vətəndaş İddiaçı huşu aydın, sualları həvəssiz, ləng cavab verdiyini, ətraflarında hissi və hərəki defisit askar olunmadığını, bəbəklər D=S, fotokorneal reflekslər canlı olduğlarını qeyd etmiş və ona “Beyin” MRT və “EEQ” (Elektroensefaloqrafiya) müayinələrini təyin edilmişdir. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə keçdiyi “Beyin” MRT və xx.xx.2025-ci il tarixdə tibb müəssisəsində keçdiyi “EEQ” müayinə nəticələrinə əsasən: “Sağ gicgah payda 35.0*20.0 mm ölçüsündə araxnoidal kista qeyd edilmişdir. Beyincik badamcıqları böyük ənsə dəliyindən 3.0 mm aşağıda yerləşməsi qeyd edilir (kliniki dəyərləndirilməsi məsləhət görülür). Kortikal sulkus və qiruslarin dərinliyi və genişliyi normaldır. Orta anatomik strukturlarının yerdəyişməsi təyin edilməmişdir. İİİ və lateral mədəciklər genişlənməmişdir. Bazal qanqlionlar, daxili və xarici kapsula, talamuslar normaldır. Hipofiz vəzi, görmə sinirləri, görmə çarpazı normaldır. Hippokampusların strukturu və ölçüləri normaldır. Arxa kəllə çuxurunda patoloji dəyişiklik təyin edilməmişdir. Pons, medulla oblanqata, bazal sisternalar, 4-cü mədəciyin genişliyi və konfiqurasiyası normaldır. Soltərəfli mastoidit. Sol maksilyar sinusda iltihabi möhtəviyyat, frontal, etmoidal sinuslarda iltihabi dəyişiklik”, “Zəmin ritm alfa-ritmlə təqdim olunub, tezliyi 10-11 Hs, amplitudu 40-50 mkv, müntəzəm paryetooksipital bölgələrdə dominantlıq edir. Zonal qradiyent saxlanılıb. Yarımkürələrarası asimmetriya izlənilmir. Gözü açıq vəziyyətdə zəmin ritm blokada olunur, tam bərpa olunaraq. Sınaqlarda və fon yazıda ənsə nahiyyələrdə kəskindalğalar, teta-alışmalar təkrarlanır. Nəticə: 1.Zəmin ritm (alfa) müntəzəm ifadə olunur. 2.Ənsə bölgələrdə epileptiform paroksizm qeydə alınır, aksentlə sağa” qeyd edilmişdir. Vətəndaş İddiaçı tərəfindən təqdim olunan müayinə nəticələrinə əsasən (Diaqnoz: Epilepsiya xəstəliyi) həkim-neyrocərrah Fuad Dövlətov ona hazırda neyrocərrahi əməliyyata göstəriş olmadığını, nevroloq və otolarinqoloqun (LOR) müayinə və müalicəsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 88/1517 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında vətəndaş İddiaçı dair xx.xx.2022-ci il tarixli 9169 nömrəli "Xəstəlik haqqında şəhadətnamə”dən başqa heç bir sənəd saxlanılmır. İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirildiyinə görə şəhadətləndirməyə əsas olmuş sənədlər həmin tibb müəssisəsinin arxivində saxlanılır. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X4 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X9 üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra– TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”:
1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 1.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi məqsədilə hərbi qulluqçular aşağıdakı kateqoriyalara bölünür: 1.2.1. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış və hərbi tibbi sənədləri olan şəxslər; 1.2.2. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış, lakin hərbi tibbi sənədləri olmayan şəxslər; 1.2.3. həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci və 42-ci maddələrində müəyyən edilmiş digər əsaslara görə buraxılmış hərbi tibbi sənədləri olan və ya hərbi tibbi sənədləri olmayan şəxslər. 1.3. Bu Təlimat Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət keçmiş xüsusi rütbəli şəxslərə də şamil edilir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra–Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”
7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə
1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra– MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildi. 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir: 2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri; 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.5-1. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbihəkim ekspertizası və tibbi şəhadətləndirilməyə, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq aparılan yekun tibbi müayinəyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi; 2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırkı iş üzrə iddiaçının tələbi-onun hüquqi marağı və məqsədi ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən müvafiq əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin tələblərinə görə, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə, göndərişlər “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin yuxarıda göstərilən halları onu deməyə imkan verir ki, iddiaçıya xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 (iki) il müddətinə (xx.xx.2024-ci il tarixinədək) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 9169 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” verilmişdir. Bundan başqa “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X10 vətəndaş İddiaçı haqqında tibbi rəyindən müəyyən olunmuşdur ki, xəstəxananın dəvətinə əsasən vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə tibb müəssisəsinə ambulator müraciət etmiş və həkimneyrocərrah Fuad Dövlətov tərəfindən konsultasiya olunmuşdur. Vətəndaş İddiaçı xx.xx.2025ci il tarixdə keçdiyi “Beyin” MRT və xx.xx.2025-ci il tarixdə tibb müəssisəsində keçdiyi “EEQ” müayinə nəticələrinə əsasən: “Sağ gicgah payda 35.0*20.0 mm ölçüsündə araxnoidal kista qeyd edilmişdir. Beyincik badamcıqları böyük ənsə dəliyindən 3.0 mm aşağıda yerləşməsi qeyd edilir (kliniki dəyərləndirilməsi məsləhət görülür). Kortikal sulkus və qiruslarin dərinliyi və genişliyi normaldır. Orta anatomik strukturlarının yerdəyişməsi təyin edilməmişdir. İİİ və lateral mədəciklər genişlənməmişdir. Bazal qanqlionlar, daxili və xarici kapsula, talamuslar normaldır. Hipofiz vəzi, görmə sinirləri, görmə çarpazı normaldır. Hippokampusların strukturu və ölçüləri normaldır. Arxa kəllə çuxurunda patoloji dəyişiklik təyin edilməmişdir. Pons, medulla oblanqata, bazal sisternalar, 4cü mədəciyin genişliyi və konfiqurasiyası normaldır. Soltərəfli mastoidit. Sol maksilyar sinusda iltihabi möhtəviyyat, frontal, etmoidal sinuslarda iltihabi dəyişiklik”, “Zəmin ritm alfa-ritmlə təqdim olunub, tezliyi 10-11 Hs, amplitudu 40-50 mkv, müntəzəm paryetooksipital bölgələrdə dominantlıq edir. Zonal qradiyent saxlanılıb. Yarımkürələrarası asimmetriya izlənilmir. Gözü açıq vəziyyətdə zəmin ritm blokada olunur, tam bərpa olunaraq. Sınaqlarda və fon yazıda ənsə nahiyyələrdə kəskindalğalar, teta-alışmalar təkrarlanır. Nəticə: 1.Zəmin ritm (alfa) müntəzəm ifadə olunur. 2.Ənsə bölgələrdə epileptiform paroksizm qeydə alınır, aksentlə sağa” qeyd edilmişdir. Vətəndaş İddiaçı tərəfindən təqdim olunan müayinə nəticələrinə əsasən (Diaqnoz: Epilepsiya xəstəliyi) həkim-neyrocərrah Fuad Dövlətov ona hazırda neyrocərrahi əməliyyata göstəriş olmadığını, nevroloq və otolarinqoloqun (LOR) müayinə və müalicəsini tövsiyə etmişdir. İnzibati icraat zamanı təqdim edilmiş xx.xx.2025-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Sağ gicgah payda 35.0*20.0 mm ölçüsündə araxnoidal kista qeyd edilmişdir. Beyincik badamcıqları böyük ənsə dəliyindən 3.0 mm aşağıda yerləşməsi qeyd edilir (kliniki dəyərləndirilməsi məsləhət görülür) kimi qeyd edilmişdir. Kifayət qədər əsaslar olduğu halda cavabdeh inzibati orqan iddiaçının arzuladığı aktı qəbul etməmiş, baxmayaraq ki, 2022-ci il tarixdən 2024-cü il tarixədək ona müddətli əlillik təyin edilsədə iddiaçının sağlamlıq vəziyyətinin yaxşılaşmasını həmçinin yuxarda sadalanan tibb müəssələri tərəfindən təqdim edilmiş sənədləri təkzib edən sübutları təqdim etmədən iddiaçının hüquqi marağının ziddinə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Cavabdeh inzibati orqan qərar qəbul edərkən xx.xx.2024-cü il tarixli EEQ nəticə: “Başbeyin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunur. Asimmetriya yoxdur. Funksional sınıqlar normal. Epliptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuşdur. Əldə olunan instrumental müayinə nəticələrinin araşdırılması və kliniki-anamnestik məlumatlar epitutmalar təsdiq etməmişdir. Ailəli, 2,3,5 yaşlarında övladları olduğunu və DMA tərəfindən iribuynuzlu heyvanla təmin edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan hər hansı tibbi sənədə əsaslanmadan iddiaçının ailəli, 2,3,5 yaşlarında uşaqlarının olmasını və X6 tərəfindən iribuynuzlu heyvanla təmin edildiyini əsas ghətirməklə qərar qəbul etmişdir. Bu halların iddiaçının sağlamlıq vəziyyəti ilə ümumiyyətlə əlaqəsi olmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2022-ci il tarixdən hazır ki, vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsədə bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 6.7.3-cü bəndində epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması müəyyən edilməklə, əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntualar müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, iş materiallarına əlavə olunmuş tibbi sənədlərlə müəyyən edilir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, xx.xx.2024-cü il tarixdən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən müvafiq əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin. xx.xx.2024-cü il tarixdən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən müvafiq əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahəli Musayev