Məhkəmə qərarları › İş №2-1(120)-1936/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1936/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1936/2023 01.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin mərz nişanlarının dəqiqləşdirilməsi barədə cavabdeh təşkilatın üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin mərz nişanlarının dəqiqləşdirilməsi barədə cavabdeh təşkilatın üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırmışdırlar ki, DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı Dövlət reyestrindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Seriya RX №1088169 olan çıxarışa əsasən 0,10 hektar torpaq sahəsi tam mülkiyyət hüququ ilə onun xüsusi mülkiyyətimdədir. Lakin buna baxmayaraq həmin torpaq sahəsinin 0,03 hektarı qonşu X5 tərəfindən zəbt olunaraq çəpərə salınmışdır. Bahar Əsədullayevanın 0,03 ha. torpaq sahəsindən çıxarılması barədə Biləsuvar rayon məhkəməsində iddia qaldırmışdır. Biləsuvar rayon məhkəməsi tərəfindən məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X9 tərəfindən verilmiş 13562 №-li, 22 iyin. 2019-cu il tarixli ekspert rəyindən məlum olur ki. Azərbaycan Respublikası Əmlak Məsələlə! Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X6 LTİ-nin mütəsəssis rəyində qoyulmuş suallar cavablandırılmadığı üçün qərardadın bu sualları üzrə təhqiqat aparılmamışdır. Təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti isə Biləsuvar rayon məhkəməsi tərəfindən təmin edilməmişdir. Nəticədə Biləsuvar rayon məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(022)-2/2019 nömrəli qətnaməsinə əsasən iddiam rədd edilmişdir. Apellyasiya baxışında təkrar ekspertizanın keçirilməsi barədə vəsatət yenidən təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2(106)-251/2020 saylı qətnaməsinə əsasən verilmiş apelyasiya şikayəti təmin edilmədən Biləsuvar rayon məhkəməsinin 29 avqust 2019-cu il tarixli. 2(022)-2/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-412/2021 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiy: Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2(106)-251/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarına əsasən hazırda mülkiyyətində olan torpaq sahəsindən cəmi 0,07 ha. qalmışdır. 0,03 ha. torpaq sahəsindən qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Tələbi həm qanuni, həm də əsaslı olduğu halda, belə bir mənzərə yaranmışdır ki, guya məhkəmədə əsassız iddia qaldırmış və bu səbəbdən də iddia təmin olunmamışdır. Çünki, məhkəmə qərarlarının məzmunundan belə nəticəyə gəlmək olar ki, Dövlət öz vətəndaşının mülkiyyətinin toxunulmazlığına təminat vermir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindfən müdafiə olunur. Həmçinin Konstitusiyanın 29-cu maddəsinin 1 və 2-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Yuxarıda qeyd etdiyim qətnamənin qəbul edilməsi üçün əsas Cəlilabad LTİ-nin mütəxəssim rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13562 nömrəli, 23 iyun 2019-cu il tarixli ekspert rəyi olmuşdur. Əgər onların rəylərdə göstərdikləri kimi, həqiqətən mülkiyyətimə verilmiş 0.10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X13 sahəsinin planı və ölçüsünün olmaması səbəbindən faktiki vəziyyəti yerəuyğun elektron baza materialı cizgisi üzərində düzgün yerləşdirmək, mübahisəli torpaq sahəsinin sərhədlərinin yerini dəqiqliklə müqayisələndirmək mümkün deyildirsə, bu onun yox, həmin rəyi vermiş mütəxəssis və ekspertin günahıdır. Onlar yer qurluşu üzrə mütəxəssis və ekspert olaraq məhkəmə qərarına əsasən torpaq mübahisəsi üzrə obyektiv araşırma aparmaq yolu ilə müvafiq rəy verməyə borcludurlar. Belə olan vəziyyətdə cavabdeh təşkilat tərəfindən mülkiyyətində olan 0,10 ha. torpaq sahəsinin mərz nişanları dəqiqləşdirilməlidir. Bu promlemin digər qaydada həll edilməsi mümkün deyildir. Mərz nişanlarının dəqiqləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə tərəfindən ərizəsinə xx.xx.2022-ci il tarixdə alınsa da, hazırkı vaxta qədər ona cavab verməmişdirlər. Buna görə də məhkəməyə müraciət edilərək cavabdeh təşkilatın üzrə mərz nişanlarının dəqiqləşdirilməsi barədə öhdəlik qoyulmalıdır. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi, xx.xx.2017-ci il, Seriya RX №1088169 olan çıxarışa əsasən mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin mərz nişanlarının dəqiqləşdirilməsi barədə cavabdeh təşkilat üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Biləsuvar rayonu, Səmədabad kəndində 0,10 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Biləsuvar Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(022)-2/2019 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X4 qarşı tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 0,10 hektar həyətyanı torpaq sahəsininözbaşına zəbt olunmuş 0,03 hektarından B.A.Əsədullayevanın çıxarılması barədə iddiası rədd edilmiş, X2 isə İddiaçı qarşı X7 Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 03 avqust 1998-ci il tarixli, 43 saylı qərarı ilə verilmiş Biləsuvar rayonu Səmədabad kəndində torpağa mülkiyyət hüququna dair şəhadətnamənin, eləcə də RX seriyalı, ******* nömrəli çıxarış qanuni olmadığından həmin şəhadətnamənin və çıxarışın ləğv edilməsi, qarşılıqlı iddiaçının mülkiyyətində olan və İddiaçı tərəfindən zəbt edilmiş 3 metr eni, 26 metr uzunluğunda torpaq sahəsindən İddiaçı çıxarılıb, həmin torpaq sahəsinin mərzləri müəyyənləşdirilməklə qarşılıqlı iddiaçıya qaytarılması barədə qarşılıqlı iddiası rədd edilmiş, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün sərf olunmuş vəsaitin bir hissəsinin əvəzi qismində 124 (bir yüz iyirmi dörd) manat 05 (beş) qəpik məbləğində pul vəsaiti, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına tutulmuş, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün sərf olunmuş vəsaitin bir hissəsinin əvəzi qismində 124 (bir yüz iyirmi dörd) manat 05 (beş) qəpik məbləğində pul vəsaiti, X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına tutulmuşdur. İş materialında olan Biləsuvar Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(022)-19/2019 nömrəli məktubundan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(022)-24/2019 saylı qətnaməsi 27 yanvar 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 492/2023 nömrəli məktubundan görünr ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 26 dekabr 2022-ci il tarixdə **********54 saylı məktubla bildirilmişdir ki, mülkiyyətində olan 0,10 hektar torpaq sahəsinin sərhədlərini naturada göstərilməsi üçün 8 saylı Cəlilabad Ərazi İdarəsininBiləsuvar rayon şöbəsinin mütəxəssisləri sözügedən torpaq sahəsində olmuşlar. Lakin qonşu torpaq sahəsinin mülkiyyətçiləri ilə mübahisə yarandığı üçün çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçıya mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterinin xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışı ilə göstərilən 0,10 ha torpaq sahəsi üzrə müvafiq mərzçəkmə işlərinin aparılması aparılması (naturada yerinin, sərhədinin müəyyənləşdirilməsi) və mərz nişanları qoyulması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterinin xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışı ilə göstərilən 0,10 ha torpaq sahəsi üzrə müvafiq mərzçəkmə işlərinin aparılması aparılması (naturada yerinin, sərhədinin müəyyənləşdirilməsi) və mərz nişanları qoyulması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar