Məhkəmə qərarları › İş №2-1(120)-1939/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1939/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1939/2022 04.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X2 qarşı «2021-ci ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək ona ödənilməyən pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 04 noyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «2021-ci ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək ona ödənilməyən pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci il tarixdə anadan olmuş və 2004-cü il tarixdən əlilliyə görə pensiya alır. Bildirir ki, 2021-ci ilin fevral ayından ona məlum olmayan səbəbdən aldığı pensiya dayandırılmışdır. Daha sonra onun əlilliyi bərpa edilmiş və 2021-ci ilin sentyabr ayından pensiyası ödənilmişdir. Qeyd edir ki, heç bir səbəb olmadan və ona məlumat verilmədən pensiyası dayandırılmış, sonra bərpa olunmuş və nəticədə 6 aylıq pensiya məbləği cavabdeh təşkilat tərəfindən ödənilməmişdir. Pensiya məbləğinin ödənilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 1 saylı X2 müraciət etmişdir. Cavabdeh təşkilat ona xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Sizə xx.xx.2016-xx.xx.2021 -ci il tarixləri üçün ümumi səbəbdən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Növbəti əlillik təyinatı xx.xx.2021-ci ildən aparılmış və əlillik təyin olunduğı gündən əlilliyə görə əmək pensiyanız hesablanaraq ödənilmişdir. xx.xx.2021-ci il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə edilmiş dəyişikliyə əsasən əlillik müddətinin bitməsindən 6 ay keçmədən yenidən əlillik təyin olunarsa ötürülmüş müddət nəzərə alınaraq pensiya ödənişi həyata keçirilməlidir. Sizin əlillik təyinatınız 6 ayı keçdiyi üçün ötürülmüş müddətin nəzərə alınması mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası tam qanunsuz və əsassız olduğu üçün onun pensiya hüququnu tam şəkildə pozur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X1 nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 2-ci dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2016-cı ildə keçirilən növbəti müayinədə əlillik 5 il müddətinə yenidən qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci ildə iddiaçının əlillik müddəti bitdiyinə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Tibbi Sosial Ekspert Kommisiyası tərəfindən keçirilən xx.xx.2021-ci il tarixli növbəti müayinədə dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbindən və xx.xx.2021-ci il tarixdə keçirilən müayinədə isə əlavə müalicəyə ehtiyacın olması əsas gətirilərək İddiaçı əlillik dərəcəsinin təyin olunmasından imtina edildiyi bildirilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə keçirilən müayinədə iddiaçıya müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bununla belə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 müraciət edərək ona yanvar 2021-ci il tarixdən sentyabr 2021-ci il tarixədək olan dövr üçün dayandırılmış 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. İddiaçıya ünvanlanan **********1 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmiş və müraciətində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından eyni zamanda təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən, həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericilik baxımından mümkün deyildir. Bundan sonra İddiaçı “yanvar 2021-ci il tarixdən sentyabr 2021-ci il tarixədək olan dövr üçün dayandırılmış 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin, qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3.1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyqun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda bildirirlər ki, xx.xx.2021ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021-ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi, iddia tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış və xx.xx.2021-ci il tarixdə bərpa edilmişdir. Bu baxımdan “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3.1-ci maddəsinə əsasən şəxsin əlilliyi 6 ay ərzində bərpa edilərsə, bu zaman ona əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin dayandırıldığı tarixdən həyata keçirilərək əlillik dayandırıldığı tarixdən bərpa olunmuş sayılır. R.N.Pasayevin əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021-xx.xx.2021) qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddəti keçdiyindən ona ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən İddiaçı fevral 2021-ci il tarixdən sentyabr 2021-ci il tarixədək olan dövr üçün dayandırılmış 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının ödənilməsi üzrə iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “ətraflı qiymətləndirmə məlumatları” haqqında Tibbi- Sosial Ekspertiza və Reablitasiya Alt sistemindən çıxarışlardan görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı ilkin tibbi müayinəsi həyata keçirilmiş, “Baş beynin zədələnməsi və ya disfunksiya nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları” diaqnozu ilə ona 2-ci dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə xx.xx.2016-cı il tarixə təyin olunmuş, həmin il keçirilən tibbi müayinənin nəticəsində eyni diaqnoz ilə 2-ci dərəcə əlilliyi təsdiq edilmiş, növbəti qiymətləndirmə xx.xx.2021-ci il tarixə təyin olunmuş, xx.xx.2021-ci il, xx.xx.22021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndərişlər əsasında “göndəriş natamam doldurulmuşdur” və “Əlavə müalicəyə ehtiyacın olması” səbəbləri ilə İddiaçı müayinəsinin aparılmasından imtina edilmiş, xx.xx.2021-ci il tarixində İddiaçı növbəti müayinənin nəticəsi olaraq “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi mənşəli şəxsiyyət pozuntusu kəskin ifadəli psixopata bənzər davranışla” diaqnozu ilə ona 2-ci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin İddiaçı ünvanladığı 03 mart 2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə baxılmış və ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən “əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, səxs ötürülmüs müddət də daxil olmagla əlilliyi olan səxs hesab edilir. Sizin təkrar əlilliyiniz xx.xx.2021-ci il tarixdən bərpa edildiyi üçün pensiyanız həmin tarixdən hesablanır və əlillik təyinatınız 6 ayı keçdiyi üçün ötürülmüş müddətin nəzərə alınması mümkün olmamışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Dövət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən xx.xx.2015-ci il tarixdə İddiaçı “Baş beynin zədələnməsi və ya disfunksiya nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları” diaqnozu ilə 2-ci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdə eyni diaqnoz ilə 2-ci dərəcə əlilliyi 5 il müddətinə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitmiş, xx.xx.2021-ci il tarixində İddiaçı növbəti müayinənin nəticəsi olaraq “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi mənşəli şəxsiyyət pozuntusu kəskin ifadəli psixopata bənzər davranışla” diaqnozu ilə 2-ci dərəcə müddətsiz əlillik təyinatı aparılmış, 2021-ci ilin fevral ayından sentyabr ayınadək ödənilməmiş pensiyanın ödənilməsi barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, səbəb olaraq əlilliyinin bitdiyi xx.xx.2021-ci il tarixidən təkrar əlillik təyinatının aparıldığı xx.xx.2021-ci il tarixdək 6 aydan çox müddətin keçdiyi ona bildirilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Qeyd olunan Qanunun 3.1 -ci maddəsinə əsasən, səxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3.1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, səxs ötürülmüs müddət də daxil olmagla, əlilliyi olan səxs hesab edilir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə bitdiyindən və təkrar əlillik təyinatı xx.xx.2021-ci il tarixində aparıldığından, bununla da qanunla müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin təsir dairəsinə düşmür və mübahisələndirilən dövr üzrə pensiyanın hesablanıb ona ödənilməsi qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X2 qarşı «2021-ci ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək ona ödənilməyən pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X2 qarşı «2021-ci ilin fevral ayından 2021-ci ilin sentyabr ayınadək ona ödənilməyən pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar