Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-194/2020 30.01.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı Cəlilabad rayonunun Qarazəncir kəndinin sakinləri X1 JN-462A/80605018 saylı şəhadətnamə ilə aid olan torpaq sahəsinin, X2 JN 537A/80605018 saylı şəhadətnamə ilə aid olan torpaq sahəsinin, X4 05.03.2013cü il tarixli, RX **********4376 nömrəli çıxarış ilə aid olan torpaq sahəsinin faktiki sahələri ölçülüb sxemlərin tərtib olunması və faktiki sahələrinin mülkiyyətə dair qeyd edilən sənədlərdəki sahələrə uyğun olub-olmadığının təsbit olunması, X3 adına 05.03.2013-cü il tarixli, RX **********4376 nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərin (ilkin texniki pasport, alqı-satqı müqaviləsi ya da ilkin torpaq ayırma sənədi, torpaq sahəsinin ölçülərini göstərən ilkin sənədlərin) təqdim olunması, bu cür sənədlərin olmaması halında həmin sənədlərin olmadığına dair arayışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonunun Qarazəncir kəndinin sakinləri X1 JN- 462A/80605018 saylı şəhadətnamə ilə aid olan torpaq sahəsinin, X2 JN 537A/80605018 saylı şəhadətnamə ilə aid olan torpaq sahəsinin, X4 05.03.2013-cü il tarixli, RX **********4376 nömrəli çıxarış ilə aid olan torpaq sahəsinin faktiki sahələri ölçülüb sxemlərin tərtib olunması və faktiki sahələrinin mülkiyyətə dair qeyd edilən sənədlərdəki sahələrə uyğun olub-olmadığının təsbit olunması, X3 adına 05.03.2013-cü il tarixli, RX **********4376 nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərin (ilkin texniki pasport, alqı-satqı müqaviləsi ya da ilkin torpaq ayırma sənədi, torpaq sahəsinin ölçülərini göstərən ilkin sənədlərin) təqdim olunması, bu cür sənədlərin olmaması halında həmin sənədlərin olmadığına dair arayışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün iddiaçı və cavabdeh 11.12.2019-cu il tarixə məhkəməyə dəvət edilmişlər. İddiaçı və cavabdehin nümayəndəsi gəlmədiyindən məhkəmə iclası 30.01.2020-ci il tarixə təxirə salınmış, məhkəmə iclasına təkrarən gəlmədiyi halda iddianın geri götürülmüş hesab olunacağı barədə iddiaçıya məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq, iddiaçı təkrarən məhkəmə iclasına gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı Cəlilabad rayonunun Qarazəncir kəndinin sakinləri X1 JN-462A/80605018 saylı şəhadətnamə ilə aid olan torpaq sahəsinin, X2 JN 537A/80605018 saylı şəhadətnamə ilə aid olan torpaq sahəsinin, X4 05.03.2013cü il tarixli, RX **********4376 nömrəli çıxarış ilə aid olan torpaq sahəsinin faktiki sahələri ölçülüb sxemlərin tərtib olunması və faktiki sahələrinin mülkiyyətə dair qeyd edilən sənədlərdəki sahələrə uyğun olub-olmadığının təsbit olunması, X3 adına 05.03.2013-cü il tarixli, RX **********4376 nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərin (ilkin texniki pasport, alqı-satqı müqaviləsi ya da ilkin torpaq ayırma sənədi, torpaq sahəsinin ölçülərini göstərən ilkin sənədlərin) təqdim olunması, bu cür sənədlərin olmaması halında həmin sənədlərin olmadığına dair arayışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası geri götürülmüş hesab edilsin.
2. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim Orxan İsmayılov