Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-194/2023 25.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi vəkili Vəkil3, İddiaçı3 vəkili Vəkil2, cavabdehin nümayəndəsi X3 Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli X1 hissəsində ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı “Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən fərdi yaşayış evinə dair X7 adına verilmiş mülkiyyət hüququna dair 17 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18- 10301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 09 fevral 2022-ci il tarixli qərardadı ilə X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə iddiaçılar olduğu kimi saxlanılaraq, cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi saxlanılması, digər cavabdehlər cavabdehlər sırasından çıxarılması, iddia tələbinə “Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən fərdi yaşayış evinə dair X7 adına verilmiş mülkiyyət hüququna dair 17 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması qərarı alınmışdır. Məhkəmənin 24 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh üçüncü şəxs qismində məhkəmə icraaatına cəlb edilmişdir. Məhkəmənin 05 aprel 2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli X1 hissəsində ləğv edilməsi” kimi bахılmаsı dаvаm еtdirilməsi qərara alınmışdır. Məhkəmənin 10 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli X1 hissəsində ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin əsl Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu. Aşağı Surra kəndində iddiaçıların valideynlərinə məxsus fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evi 1961-ci il tarixdə çiy kərpicdən inşa edilmiş və bundan sonra iddiaçıların və üçüncü şəxs Nazim Hüseynovun valideynləri həmin evə köçmüşlər. Lakin, 1975-ci il tarixdə iddiaçıların atası dünyasını dəyişdiyi üçün ailə bir müddət həmin kənddə yaşasa da 1981-ci il tarixdə X5 Bakı şəhərinə köçmək məcburiyyətində qalmışdır. Bundan sonra fərdi yaşayış evi iddiaçılardan İddiaçı1 sahibliyində, sərəncamında və istifadəsində olmuş, həmin təsərrüfatı bu iddiaçı idarə etmişdir. İddia ərizəsi iizrə üçüncü şəxs Nazim Hüseynov mübahisə predmetini təşkil edən evə bu müddət ərzində gəlməmişdir. Üçüncü şəxs Nazaim Hüseynov hərbi xidmətlə əlaqədar olaraq 1983-cü il tarixdə o vaxtki Rusiya SSR-nın Başqırdıstan vilayətinə hərbi xidmətə yollanmış, hərbi xidmətdən tərxis olunduqdan sonra 1985-ci il tarixdə Moskva vilayətində işləməyə başlamış və orada yaşamışdır. O Rusiyadan 1989-cu il tarixində qayıtmışdır. İddiaçıların və üçüncü şəxsin anası Fazilə Hüseynova 2010-cu il tarixədək Bakı şəhərində yaşamış, bundan sonra səhhətində yaranan problemlərlə əlaqədar Aşağı Surra kəndində yerləşən evə köçmüşdür. Fazilə Hüseynova kəndə köçdükdən sonra da İddiaçı1 himayəsində olmuş və cavabdeh yalnız qısa müddətiik anasına baş çəkmək üçün kəndə gəlmişdir. Mübahisə predmetini təşkil edən ev 2019-cu ilin sonıınadək tərəflərin ümumi istifadəsində olmuş və heç bir mülkiyyət hüququ qeydə alınmamışdır. Hazırki iddia əıizəsinə əlavə edilən Neftçala rayonu, X23 tərəfindən verilmiş, 04 mart 2020-ci il tarixli 61 nömrəli Arayışdan görünür ki, İddiaçı1 həqiqətən də Neftçala rayonu. Aşağı Surra kəndində yerləşən mərhum valideynlərinə məxsus evdə 2000-ci illərə qədər ailəsi ilə birlikdə yaşamış və 2015-ci ilə qədər həmin evin yerləşdiyi torpaq sahəsinin vergisini ödəmişdir. Hətta hazırki iddia ərizəsində əlavə edilən Neftçala rayon Dövlət Arxivinin 03 fevral 2020-ci il tarixli 8 saylı məktubundan da görünür ki, üçüncü şəxs Nazim Hüseynov 1983-cü il tarixdə Kolxozçu işləsədə sonradan onun işləməsi barədə məlumat yoxdur. Həmçinin həmin məktubdan o da görünür ki, Neftçala rayonu. Aşağı Surra kəndinin YAİK-nm sənədləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Yalnız 2020-ci ilin yanvar ayının sonunda tərəflər arasında düşən mübahisə zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs Nazim Hüseynov iddiaçıların məlumatı olmadan valideynlərinə məxsus fərdi yaşayış evi üzərində öz mülkiyyət hüquqlarını qeydə aldırmışdır. İddia ərizəsinə əlavə edilən Neftçala RPİ-nin 25 yanvar 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından da görünür ki, cavabdeh fərdi yaşayış evinin 1981-ci il tarixdə anası tərəfindən ona verildiyini bildirmiş və bununla da evin onun valideynləritərəllndən tikildiyini etiraf etmişdir. Lakin, vəkil sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilən 27 yanvar 2020-ci il tarixli **********15 saylı məktubuna əlavə edilən mülkiyyət hüquqlarını qeydə almağa əsas verən sənədlərdə evin 1982-ci ildə tikildiyi qeyd edilmişdir. Hətta bu məktuba əlavə edilən Neftçala rayonu, Aşağı Surra kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Cədvələ baxsaq görərik ki, həmin cədvəl fotosurət olmaqla üzərində olan qeydlər sonradan icra edilmişdir. Üçüncü şəxs Nazim Hüseynov hansısa yollarla həqiqətə uyğun olmayan sənədləri düzüb-qoşmuş və bu yolla qanunsuz olaraq öz mülkiyyət hüquqlarını qeydə aldıra bilmişdir. Digər cavabdeh isə bu hüquqları qeydə almaqla iddiaçıları gələcək mülkiyyət hüquqlarından məhrum elmişdir. Nəticədə iddiaçılar onlara çatası hüquqlardan məhrum olmuşlar. İddiaçılar tərəfindən X9 Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən fərdi yaşayış evi üçün verilmiş **********8-10301 reyestr nömrəli Çıxarışın və Texniki Pasporlun ləğv edilməsi ilə bağlı cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsinə müraciət edilmiş lakin, 13 oktyabr 2021-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmiş, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçılar tərəfindən X9 verilmiş çıxarışın əsası olan Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli Qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 sentyabr 2021-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmiş, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu səbəbdən də iddiaçılar cavabdehlər tərəfindən pozulan hüquqlarının məhkəmə vasitəsi ilə müdafiə olunması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Belə hesab edirlər ki, məhkəmə iddiaçıların pozulan mülkiyyət hüquqlarının bərpa edilməsinə və qanunsuz olaraq verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxaracaqdır. Odur ki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı Neftçala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli X1 hissəsində ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş edib. Hesab edirlər ki, iddiaçıların Cavabdehnə qarşı olan iddiaları əsassızdır və təmin edilə bilməz. Həmçinin qeyd edirlər ki, iddiaçılar iddia tələbi ilə bağlı məhkəməyə qərarın qəbul edildiyi tarixdən xeyli müddət sonra, yəni təxminən 26 il sonra müraciət etmişlər. Bununla da həmin mübahisələr üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərini ötürmüşlər. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı3 Cavabdehnə qarşı Neftçala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli X1 hissəsində ləğv edilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsinə dair qərar qəbul edəsiniz. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi vəkili Vəkil3 iddia ərizəsinə uyğun olaqraq izahat verərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaçıların qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərini ötürdüklərinin və hal-hazırda subyektiv hüquqlarının olmamasının nəzərə alınmasını, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iddiaçıların qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərini ötürdüklərini və subyektiv hüquqlarının olmadığını bildirərək iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 xx.xx.1958ci ildə Neftçala rayonu Aşağı Surra kəndində anadan olmuş, 14 mart 2005-ci il tarixdən Neftçala rayonu Aşağı Surra kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 xx.xx.1963cü ildə Neftçala rayonu Aşağı Surra kəndində anadan olmuş, 08 may 2014-cü il tarixdən Bakı şəhəri, Səbail RPİ, A.Abbaszadə küçəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən daşınmaz əmlaka dair X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış və texniki pasportla təmin olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Odur ki, qeyd olunanları nəzərə alaraq nəzərinizə çatdırırıq ki, sözgedən daşınmaz əmlaka dair tərtib olunmuş çıxarış və texniki pasportun tərəfimizdən ləğv edilməsi mümkün deyil. Məlumat üçün qeyd edirik ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, müraciətinizdə qaldırılan məsələnin həlli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətləri xaricindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində 62.2 kv.m yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrdə 10 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 17 dekabr 2019-cu il tarixli, **********18-10301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Neftçala rayonu Aşağı Surra kənd sakini X7 adına fərdi yaşayış evinin Texniki Pasportu tərtib edilmişdir. İşdə olan Cavabdeh başçısının aparatının Memarlıq və tikinti şöbəsinin rəyində qeyd edilmişdir ki, Neftçala rayonu aşağı Surra kəndində yerləşən X9 məxsus 1982-ci ildə mişar daşından inşa edilmiş, bir mərtəbəli, iki otaqlı, tikintialtı sahəsi 122.5 kv.m. ümumi sahəsi 62.2 kv.m olan fərdi yaşayış evinin ərazidə yerləşməsi ətrafından keçən digər kommunikasiya obyektlərinin normal fəaliyyətinə maneçilik törətmir. Odur ki, fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində qeydə alınması məqsədə uyğundur. İşdə olan Neftçala rayonu Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 47 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, 1996-2000-ci illərin Aşağı Surra kəndinin təsərrüfatbaşına kitablara baxılmış, X7 adı aşkar olmamışdır. İşdə olan Neftçala rayonu İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd İnzibati Ərazi X11nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 08 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1965 -ci il təvəllüdlü X7 Neftçala RİHB-nin Aşağı Surra kənd İnzibati Ərazi X11nə məxsus təsərrüfatbaşına kitabında 324 saylı şəxsi hesab üzrə 0.15 ha həyətyanı sahədə 1982-cü ildə inşa edilmiş ümumi sahəsi 62.2 kv.m, yaşayış sahəs 45 kv.m olan yaşayış evi barədə məlumatlar öz əksini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində 182.5 kv.m yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrdə 7 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-041A (kod ********) nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 saylı qərarı ilə 0,10 hektar torpaq sahəsi Neftçala rayonu, Aşağı Surra kənd sakini İddiaçı1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-860 (kod ********) nömrəli Torpağa Mülkiyyət hüququna dair Şəhadətnamənin surətindən görünür ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 saylı qərarı ilə çizgidə göstərilən sərhəd daxilində 2,61 hektar torpaq sahəsi Neftçala rayonu, Aşağı Surra kənd sakini İddiaçı1 mülkiyyətinə verilmişdir. İşdə olan Neftçala rayonu Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 44 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Aşağı Surra kəndinin 1977- 1979-cu illərin 7 nömrəli təsərrüfatbaşına kitabın 21-ci səhifəsində mərhum X2 adına 0,15 ha torpaq sahəsi və adları göstərilən ailə üzvləri vardır. Ailə başçısı X5, oğlu X17, oğlu İddiaçı1, oğlu İddiaçı2, oğlu X16, oğlu X18, qızı X19, qızı X12 və gəlini X10. İşdə olan Neftçala rayonu Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 45 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan Aşağı Surra kəndinin 7 nömrəli təsərrüfatbaşına kitabın 8-ci səhifəsində mərhum X4 adına 0,15 ha torpaq sahəsi və adları göstərilən ailə üzvləri vardır. Ailə başçısı X8, arvadı X5, oğlu İddiaçı1, oğlu İddiaçı2, oğlu X16, oğlu X18, qızı X19, qaynənəsi X20. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Aqrar islahat aparılan zaman İddiaçı1, İddiaçı2 və İddiaçı3 qızma Neftçala rayonu Aşağı Surra kəndində Aqrar İslahat Komissiyasının qərarı ilə həyətyanı torpaq sahəsinin ayrılıbayrılmamasına dair Cavabdehndə hər hansı sənəd mövcud deyildir. İşdə olan Neftçala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 129 nömrəli məhkəməyə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Neftçala rayon Aşağı Surra kəndinin Aqrar islahat Komisiyasmm sənədləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün vətəndaş İddiaçı1 oglu,İddiaçı2 oglu və İddiaçı3 haqqında heç bir məlumat vermək mümkün deyil. İşdə olan Neftçala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 128 nömrəli məhkəməyə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Neftçala rayon Aşağı Surra kəndində yerləşən 0.10 ha torpaq sahəsinin İddiaçı1 və o cümlədən 182.5 kv.m torpaq sahəsi olması barədə və onun qeydiyyata olunması barədə Aqrar islahat Komisiyyasmın Dövlət aktının və ona verilməsinin əsas olan sənədlərin sürətlərinin təsdiq olunmasını göndərir. Məlumat ücün bildirir ki, göstərilən sənədlər Neftçala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli arxiv sənədlərinin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli məktunda qeyd edilmişdir ki, arxivdə aparılmış araşdırma nəticəsində İddiaçı2 və İddiaçı3 adları həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında aşkar edilməmişdir. İddiaçı1 ayrılmış torpaq sahəsinə dair sənədlər xx.xx.2022-ci il tarixli, **********99 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikası Neftçala Rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Surra Kənd İnzibati Ərazi X11 tərəfəndin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 28 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü X7 Neftçala RİHB-nin Aşağı Surra kənd İnzibati Ərazi X11nə məxsus təsərrüfatbaşına kitabında 324 saylı şəxsi hesab üzrə 0.15 ha həyətyanı sahədə 1982-cü ildə inşa edilmiş ümumi sahəsi 62.2 kv.m yaşayış sahəs 45 kv.m olan yaşayış evi barədə məlumatlar öz əksini tapmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı2 xx.xx.2020-ci il tarixdə şifahi formada Neftçala RPŞ-yə müraciət edərək, Neftçala rayonunun Aşağı Surra kəndində mərhum valdeyinlərinin fərdi yaşayış evini qardaşı Bakı şəhər sakini X16 təxminən 2 ay əvvəl ondan və digər bacı qardaşlarından xəbərsiz öz adma sənədləşdirib çıxarış əldə etməsi barədə Neftçala rayon Polis şöbəsi tərəfindən cinayət işinin başlanması xx.xx.2020-ci il tarixdə rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/3542 nömrəli məktubundan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, X7 1996-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkətləri barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. Bununla yanaşı, xx.xx.1965-ci il təvəllüdlü X7 2001-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 2016 və 2017-ci il tarixlərdə müxtəlif tarixlərdə dövlət sərhədindən hərəkətləri qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Neftçala Rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Surra Kənd İnzibati Ərazi X11 tərəfindin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 86 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı3, İddiaçı2 və X16 1997-2001-ci illər ərzində Azərbaycan Respublikası ərazisində olmalarına baxmayaraq Neftçala rayonu Aşağı Surra kəndində yaşamamışlar. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, X26 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X16 11,05.1995-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, ev 21-də, xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək ünvan 7 ünvanında qeydiyyatdadır. İşdə olan Neftçala rayon Prokurorluğunun məhkəməyə ünvanladığı 02 fevral 2023-cü il tarixli 32-XİD/23 saylı məktubuna əsasən araşdırma zamanı toplanmış material üzrə vəzifəli şəxslərin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması hissəvi rədd edilmiş və X16 və qeyrilərinin əməlində AR CM-in 320-ci maddəsinin tərkibinin olub-olmaması məsələsinə baxılması üçün materialdan zəruri sənədlərin surəti çıxarılaraq araşdırmanın davam etdirilməsi üçün Neftçala rayon Polis Şöbəsinə göndərilmişdir. İşdə olan Neftçala rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 13-100/2-4729/2023 saylı məktubuna əsasən X9 Şirvan inzibati Məhkəməsində mübahisələndirilən qərar əsasında verilən mülkiyyət hüquqlarına dair çıxarışın saxta sənədlər əsasında verilməsini sübut etmək üçün mötəbər sübut olmadığından materiallar üzrə cinayət işi başlanmasının 19 fevral 2023-cü il tarixli qərarla rədd edildiyi müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiaçı Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarını mübahisələndirir və iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd edərək Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarının X9 aid olan hissəsində ləğv edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarına əsasən Aqrar İslahatın keçirildiyi zaman qeyd edilən İddiaçı2 və İddiaçı3 həmin ərazidə yaşamadıqları müəyyən edilmişdir. X27 komissiyasının xx.xx.1997-ci il tarixli, 23 saylı qərarına əsasən isə iş üzrə digər İddiaçı1 və ailə üzvlərinin təsərüfatının ayrılaraq onların adına JN-041A, KOD 80700038 nömrəli şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsinin və eyni qərarla 2,61 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisə predmet olan Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarı 1997-ci ildə, qərara əsasən cədvəl 2001-ci il tarixdə və mülkiyyət hüququnu təsdiq edən çıxarış isə 17 dekabr 2019-cu il tarixdə tərtib edilmişdir, lakin hazırkı iddiaçı qeyd edilən 1997-ci il tarixli qərarı 2021-ci ilin noyabr ayında (məhkəməyə daxil olduğu vaxt), yəni uzun müddətdən sonra mübahisələndirmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, Neftçala rayon Pols Şöbəsinin cinayət işinin rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail RPİ, A.Abbaszadə küçəsində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, ünvan 10 ünvanında yaşayan İddiaçı2 xx.xx.2020-ci il tarixdə şifahi formada Neftçala RPŞ-yə müraciət edərək göstərmişdir ki, Neftçala rayonunun Aşağı Surra kəndində mərhum valdeyinlərinin fərdi yaşayış evini qardaşı Bakı şəhər sakini X16 təxminən 2 ay əvvəl ondan və digər bacı qardaşlarından xəbərsiz öz adına sənədləşdirib çıxarış əldə etməsini bildirərək ailə üzvləri ilə birlikdə həmin evə köçüb onları evə buraxmır və onu öldürməklə hədələyir. İddiaçı2 şifahi məlumatının qəbulu barədə tərəfimdən protokol tərtib edilmişdir. Yəni iddiaçıların 17 dekabr 2019cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarış və texniki pasportdan artıq 2020-ci il tarixdən məlumatları var idi. Qeyd edilən qərarda İddiaçı2 izahatında göstərmişdir ki, 1986-cı ildən Bakı şəhərində yaşayır. X30 rayonunun Aşağı Surra kəndində öz evində yaşayıb. Atası Sabir 1972-ci ildə vəfat edib. 2015-ci ilin dekabr ayında anası vəfat edəndən sonra ev boş qalmış və təxminən 2 ay o həmin evdə yaşamışdır. Sonra o Bakıya getmiş və ev boş qalmışdır. O, qardaşı Famil, bacısı Leyla və qardaşı Nazim öz aralarında razılaşmışlar ki, evin sənədlərini qardaşı Nazimin adma hazırlasınlar Nazim orada yaşasın həmin evdən onlara düşən payı versin və onlar həmin evə iddia etməsinlər, onların razılaşması elə də qalmışdır. Təxminən 2 ay əvvəl qardaşı X16 ondan və qardaş bacısından xəbərsiz Neftçala rayonunun Aşağı Surra kəndindəki ata evlərini öz adma sənədləşdirib çıxarış əldə etməsini bildirərək ailə üzvləri ilə birlikdə həmin evə köçüb onları evə buraxmır. Təxminən 15 gün əvvəl Nazim ata evində ona deyib ki, bura gəlsən səni öldürərəm. Nazim onu sözlə hədələyib. Xahiş edir qardaşı Nazim Neftçala rayonunun Aşağı Surra kəndindəki ata evlərindən çıxsın, yadakı həmin evdən onlara düşən payı versin. İddiaçı1 izahatında göstərmişdir ki, Nazim, Namid, Rafiq adlı qardaşları, Leyla və Lalə adlı bacıları Bakıda yaşayırlar, onlardan Neftçala rayonunda yaşayan tək odur. Atası Sabir 1972-ci ildə vəfat edib. Onun evindən 50-60 metr aralıda anası Fazilə öz evində yaşayıb, 2015-ci ilin dekabr ayında vəfat edəndən sonra ev boş qalıb, 40 mərasimi başa çatandan sonra qardaşı Nazim onlara deyib ki, mərhum anamız Fazilə evin mənə verib. Onlar Nazimdən bu barədə sənəd tələb edəndə deyib ki, anam sözlə mənə deyib. O, Nazimə deyib ki, siz hamınız Bakıda qeydiyyatdasınız, mən burda qeydiyyatdayam, evi keçirim öz adıma sizin payınıza düşəni verim. Nazimdən başqa bütün bacı qardaşları razılaşıb. Həmin vaxtdan mərhum anasının evi boş qalmış, evə o nəzarət etmiş, hərdən bir Nazim gəlib evə baxırmış. 25 dakabr 2020-ci il tarixdə o, mərhum anası Fazilənin evinə gedəndə görüb ki, Nazim evdədir. Nazim or deyib ki, bu evə çıxarış almışam, bura mənim evimdir, siz bura gəlməyin. O da ( bacı qardaşlarına bu barədə məlumat vermişdir. Nazim onu və ya ailə üzvlər hədələməyib, onlara qarşı heç bir kopud və nalayiq hərəkətlər etməyib. Ba şəhərində yaşayan bacısı Lalə və qardaşı Rafiq evə dair öz paylarını Nazimə veribi; Nazimin tərəfindədirlər. O, Nazimin Namidi hədələməsini görməyib və eşitməyi Tələbi odur ki, qardaşı Nazim Neftçala rayonunun Aşağı Surra kəndindəki evlərindən çıxsın, yadakı həmin evdən onlara düşən payı verilməsini istəmişdir. Belə ki, qeyd edilən cinayət işinin rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan, qeyd edilən qərara əlavə edilən izahatlardan və Şirvan Şəhər Məhkəməsinin 2(032)-658/2020 saylı 14 aprel 2020-ci il tarixli qərardaddan iddiaçıların uzun zamandır mübahisələndirdikləri qərardan məlumatlarının oludğu müəyyən edilir. İddia müddətinin bərpası ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə cavabdeh tərəfindən ünvanlanan iddia müddətinin tətbiqinə dair ərizəyə və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-194/2023 nömrəli hüquqi yardım məktubuna iddiaçı tərəfindən etiraz edilmiş və ərizənin rədd edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfin ifadəsindən, müzakirə olunan ərizəyə münasibətindən və iddia ərizəsindən prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü sayılması üzrə dəlillər təqdim olunmamış kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyil. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarının qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Göründüyü kimi iddiaçı Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 23 nömrəli qərarı mübahisləndirmək üçün qanunvericiliklə müəyyən edilmiş mümkünlük şərtləri ödənilmədiyindən iddiaçmıların iddiası mümkün sayılmamalıdır. Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) aşağıdakı kimi öz əksini tapmışdır: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 10 iyul 2023-cü il tarixli, 2-1(120)-194/2023 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, məhkəmə işin məhkəmə araşdırılması ilə mübahisələndirilən qərar üzrə mümkünlük şərtləri ödənilmədiyi müəyyən edildiyindən hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-194/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-194/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver