Məhkəmə qərarları › İş №2-1(120)-1940/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1940/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1940/2022 22.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “05 yanvar 2009-cu il tarixdən 2007-2008-ci illərin əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2009-cu il tarixdən təyin olunmuş əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə əsasən (yəni əmək haqqının 85 %-i həcmində) hesablanaraq hal-hazıradək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “xx.xx.2009-cu il tarixdən təyin olunmuş əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2-1(086)-1012/2019 saylı qərardadı ilə İddiaçı tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2-1(086)-1012/2019 saylı qərarı ilə (sədrlik edən hakim Samir Həsənov) İddiaçı 05 yanvar 2009-cu il tarixdən 2004-2005-ci illərin əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2019cu il tarixli, 2-1(106)-635/2019 saylı qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-1012/2019 saylı, 27 may 2019-cu il tarixli qərarının verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə qarşı “xx.xx.2009-cu il tarixdən təyin olunmuş əmək pensiyasının əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2-1(106)-635/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2-1(102)-3414/19 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2-1(106)- 635/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş və şikayət qalan hissədə təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2-1(106)-08/2021 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2- 1(086)-1012/2019 saylı qərarının dəyişdirilməsi, İddiaçı müraciət etdiyi xx.xx.2015-ci il tarixdən 2004-2005-ci illərin əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2- 1(106)-08/2021 saylı qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1463/2021 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2- 1(106)-08/2021 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən S.İ.Mayılov, hakimlər T.S.Kərimov və O.N.İsmayılovdan ibarət tərkibdə) 31 may 2022-ci il tarixli, 2- 1(106)-28/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2- 1(086)-1012/2019 saylı qərarının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibti işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “05 yanvar 2009-cu il tarixdən 2007-2008-ci illərin əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin hazırlıq icraatı mərhələsi keçirildikdən sonra iş şifahi məhkəmə baxışına təyin edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iş üzrə iddia ərizəsinin geri qaytarılması və icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ərizəsi təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “05 yanvar 2009-cu il tarixdən 2007-2008-ci illərin əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar