Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1943/2024 11.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2020ci ilin yanvar ayına qədər qüvvədə olmuş qanunvericilik tətbiq edilməklə və müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, 2020-ci ilin 1 yanvar tarixinə qədər 57 yaşı tamam olan, işsiz, 4 uşağı olan və onları 8 yaşınadək tərbiyə edən ana kimi güzəştli şərtlərlə aylıq müavinət təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-225181/2023 saylı imtinanın qanunsuz və əsassız hesab edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Sonradan İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, “2020ci ilin yanvar ayına qədər qüvvədə olmuş qanunvericilik tətbiq edilməklə və müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, 2020-ci ilin 1 yanvar tarixinə qədər 57 yaşı tamam olan, işsiz, 4 uşağı olan və onları 8 yaşınadək tərbiyə edən ana kimi güzəştli şərtlərlə aylıq müavinət təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyuması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxx 1962-ci il tarixdə doğulmuş, 4 uşaq anasıdır, onları 8 yaşadək tərbiyə etmiş, hazırda 62 yaşı hələ tamam olmamışdır, əvvəllər işləməmiş, indi də işləmir və pensiyaya çıxmağına xeyii vaxt qalmışdır. Son vaxtlar öyrəndiyinə görə, 2020-ci ilin yanvar ayına qədər 57 yaşı tamam olmuş və 57 yaşı tamam olan zaman işsiz olmuş, 3 və daha çox uşaq doğub onları 8 yaşadək tərbiyə edən ana kimi sosial müavinət almaq hüququm olmuşdur. Lakin qanunları bilmədiyi üçün həmin hüquqdan yararlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev bir neçə ay bundan əvvəl televiziya ilə çıxış edərkən göstərdi ki, 2020-ci ilin 1 yanvar tarixinə qədər 57 yaşı tamam olan və 3 uşağı olan qadınlara ayda 130 manat müavinət verilirdi. 2020-ci ilin yanvarından isə bu güzəşt ləğv edilmişdir. Lakin həmin tarixə qədər 57 yaşı tamam olmuş və 57 yaşı tamam olan zaman işsiz olmuş, lakin bu güzəştdən yararlanmamış şəxslər indi də həmin müavinəti almaq hüququna sahibdirlər. Həmin hüququn əldə edildiyi zaman qüvvədə olan 2020-ci ilin yanvar ayına qədər qüvvədə olmuş qanunvericilik tətbiq edilməli və müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, 2020-ci ilin 1 yanvar tarixinə qədər 57 yaşı tamam olan, işsiz, 4 uşağı olan və onları 8 yaşınadək tərbiyə edən ana kimi ona güzəştli şərtlərlə aylıq müavinət təyin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialından daxil olmuş yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-225181/2023 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra İddiaçı, ona dörd övladının olması ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı iddiaçı iddia tələbini dəyişdirərək, ona çoxuşaqlı ana kimi əmək pensiyasının deyil, sosial müavinətin təyin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ona 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi sosial müavinətin təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Mərkəzi Filialın xx.xx.2024 tarixli 3-17-1/2-A- 131835/2024 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qadınların pensiya yaş həddi 63 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının müraciəti ilə əlaqədar bildirilmişdir ki, 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi müavinət hüququnun yarandığı zaman əmək pensiyaçısı olduğundan; eyni zamanda qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 63 yas 6 av müəyyən edildiyindən; qanunvericiliklə nəzərdə tutulmuş qaydada beş və daha çox usaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, iddiaçıya dörd övladının olması ilə əlaqədar sosial müavinətin təyin edilməsi qanunvericiliklə mümkün olmadığı tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (120)-1943/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, Lənkəran rayonu, Separadi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1982-ci il tarixli, İİ-ЖГ-438000 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1982ci il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1983-cü il tarixli, İX-ЖГ 328127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1983-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X3, anası X1 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1984-cü il tarixli, X-ЖГ 388803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1984-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X3, anası X1 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1986-cı il tarixli, Xİİ-ЖГ 279766 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1986-cı il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X3, anası X1 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1989-cu il tarixli, XİV-ЖГ 284941 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1989-cu il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X3, anası X1 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12-5/577 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətəndə Lənkəran rayonunun Separadi kənd sakinidir, hal-hazırda həmin kənddə yaşayır, heç bir yerdə işləmir və X6, X11, X5 və X4 həqiqətən də o dünyaya gətirib 8 (səkkiz) yaşına qədər böyüdüb tərbiyə etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-225181/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixindən pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Qeyd olunanlara əsasən bildiririk ki, beş və daha çox uşaq doğub (4 övladı olduğu üçün) onları səkkiz yaşınadək tərbiyə etmədiyi və böyütmədiyi üçün və tələb olunan pensiya yaş həddinə (63 yaş 6 ay) çatmadığı üçün ona yaşa görə sosial ödənişin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-298499/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2010-cu il tarixinədək qüvvədə olan 8.1-ci maddəsinin tələblərinə əsasən üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan və 51 yaşına çatmış qadınların yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixindən qüvvəyə minmiş və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixindən pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Qeyd olunanlara əsasən İddiaçı 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmədiyi və tələb olunan pensiya yaş həddinə (63 yaş 6 ay) çatmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə xx.xx.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunla dəyişiklik edilmişdir və dəyişiklik 2010-cu il yanvarın 1-dən qüvvəyə minir. Qanunun 8.1-ci maddəsinin xx.xx.2010-cu il tarixədək və ondan sonrakı tələbləri aşağıdakı kimidir: - (dəyişiklikdən əvvəlki redaksiyada) üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar – 51 yaşına çatdıqda; 4 uşağı olanlar – 50 yaşına çatdıqda; 5 uşağı olanlar – 49 yaşına çatdıqda; 6 uşağı olanlar – 48 yaşına çatdıqda; 7 uşağı olanlar – 47 yaşına çatdıqda; 8 uşağı olanlar – 46 yaşına çatdıqda; 9 uşağı olanlar – 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar – 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. - (dəyişiklikdən sonrakı redaksiyada) (maddə 8.1) Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 8.2) Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 8.3) Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). Hazırki mübahisənin hallarından görünür ki, iddiaçı ona yaşa görə sosial müavinət təyin edilməsi barədə cavabdeh orqana müraciət edərkən sosial müavinətin təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaşa çatmışdır. Belə ki, iddiaçı cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan qanunun müddəalarına əsasən 4 uşaq doğub 8 yaşınadək tərbiyə etdiyinə görə onun yaşa görə müavinət alması üçün 57 yaşa çatması tələb olunur. İddiaçının 57 yaşı isə 2019-cu il tarixində tamam olmuşdur. Lakin iddiaçının 08 may 2019-cu il tarixdə 57 yaşının tamam olmasına baxmayaraq, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Belə olan halda iddiaçıya 2019-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən sosial müavinətin təyin edilməsi barədə cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab etmək olmaz. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsində isə qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarının 6.4-cü maddəsinə görə Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Bundan əlavə, qüvvədə olan qanunvericiliyə əsasən “Sosial müavinətlər haqqında” Qanunun tələbinə əsasən isə qadınlara beşdən çox uşağı olduqda və ya tələb olunan yaş həddinə çatdıqda sosial müavinət təyin edilir. Belə olan halda, İddiaçı sosial müavinət hüququnun yaranmadığı müəyyən edilir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2020-ci ilin yanvar ayına qədər qüvvədə olmuş qanunvericilik tətbiq edilməklə və müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, 2020-ci ilin 1 yanvar tarixinə qədər 57 yaşı tamam olan, işsiz, 4 uşağı olan və onları 8 yaşınadək tərbiyə edən ana kimi güzəştli şərtlərlə aylıq müavinət təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuması” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2020ci ilin yanvar ayına qədər qüvvədə olmuş qanunvericilik tətbiq edilməklə və müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, 2020-ci ilin 1 yanvar tarixinə qədər 57 yaşı tamam olan, işsiz, 4 uşağı olan və onları 8 yaşınadək tərbiyə edən ana kimi güzəştli şərtlərlə aylıq müavinət təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1943/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1943/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver