Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1945/2023 21.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X1rşı «maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddianın mümkünlük məsələsinə 21 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri ucbatından ona dəymiş maddi ziyana görə 3204,0 (üç min iki yüz dörd) manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X2 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2008-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2020-ci il tarixədək həmin pensiyanı almışdır. Sonuncu tarixdən onun əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi dayandırılmışdır. O, bununla bağlı növbəti həkim komissiyasından keçmiş, lakin onun sənədləri xəstəxana tərəfindən qanunsuz olaraq altsistemə düzgün yerləşdirilməmiş, xəstəliklə bağlı diaqnozu düzgün təyin olunmamış, yanlış diaqnoz sistemə yerləşdirilmiş və nəticədə o, 1 illik müddət üçün xəstəxananın təqsiri ucbatından əmək pensiyası ala bilməmişdir. Onun əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdə İİİ dərəcə olaraq müəyyən olunmuş və ona pensiya yenidən təyin olunmuşdur. Halbuki, o, komissiyadan 2021-ci ilin yanvar ayında keçdikdə onun hər hansı xəstəliyi müəyyən olunmamışdır. Əgər onun xəstəliyi həmin vaxt doğru diaqnozla müəyyən olunsaydı, ona pensiya 2021-ci ilin yanvar ayından təmin olunardı. Lakin, cavabdehin təqsiri ucbatından ona 3.204 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyanın təqsiri birbaşa cavabdeh orqanın üzərinə düşür, həmin orqanın yanlış rəyi və göndərişinə görə o, 1 il pensiya ala bilməmişdir. xx.xx.2022-ci il tarixdə isə onun xəstəliyi təsdiq olunaraq ona pensiya təyin olunmuşdur. Buradan açıq görünür ki, o, xəstə olduğu halda ona cavabdeh orqanın təqsiri ucbatından pensiya verilməmişdir. Bununla bağlı DSMF-yə də müraciət etmiş, lakin əllilik təyinatının 6 ay keçdikdən sonra təyin olunduğundan həmin müddət üçün pensiya ödənilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin müddətin keçməsinə səbəb xəstəxananın düzgün rəy verməməsi və göndərişi vaxtında sistemə daxil etməməsi olmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərədə tutulan inzibati mübahisələrin həlli ilə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir ki, bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçı hazırkı tələblə cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X3 müraciət etməsini təsdiq edən sübutu iş materiallarına əlavə etməmiş və məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının məhkəməyə müraciət etməkdə olan hüquqi marağı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində 1 illik müddət üçün əlilliyə görə əmək pensiyası ala bilməməsi və ona maddi ziyanın dəyməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə cavabdeh inzibati orqan olmalıdır. Hazırki iş üzrə cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X4 isə inzibati orqan deyil. Həmin qurum Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarında inzibati orqan kimi müəyyən edilməmişdir. Həmin qərarın V bəndində “qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər inzibati orqanlar” da nəzərdə tutulmuşdur. Lakin işin ilkin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı ilə cavabdeh arasındakı münasibətlər publik hüquq sahəsinə aid deyil, mülki xarakterlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatrı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X1rşı «maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1945/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1945/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver