Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1948/2022 25.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı “1981-ci ildən 2010cu il tarixə kimi kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 25 noyabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «1981-ci ildən 2010-cu il tarixə kimi kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 80 yaşı var. 1981-ci il tarixdə qəza nəticəsində xəsarət almış, əlilldir. Həmin dövr üçün, yəni 1981-ci ildən 2010-cu il tarixə kimi ona kompensasiya ödənilməmişdir. Ona ancaq xx.xx.2010-cu ildən sonrakı dövrü üçün kompensasiya ödənilmişdir. Kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Astara rayon şöbəsinə müraciət edilmiş və bu barədə imtina verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Astara rayon şöbəsinə (hal-hazırda 7 saylı regional ərazi filialı) qarşı “1981-ci il tarixdən 2010-cu il tarixədək ödənilməmiş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbi aşağıdakı faktiki və hüquqi əsaslara görə təmin edilməməlidir. 1) Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il 5 saylı Qərarı). Hazırkı iddia tələbi üzrə yaranmış öhdəliklər üçün DSMF məsuliyyət daşımır. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən “istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir.” Həmin maddənin 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalatda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Belə ki, iddiaçı Ə.Barat 1981-ci il tarixində işləmiş olduğu sovxozda əmək fəaliyyəti göstərdiyi zaman aldığı əmək xəsarətinə görə kompensasiyanın ödənilməsi üçün 02 dekabr 2014-cü il tarixində DSMF Astara rayon şöbəsinə müraciət etmişdir. Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi barədə qaydalar Azərbavcan Respublikasının Nazirlər Kabineti 19 mart 2010-cu il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir. Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə ləğv edilmis kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə. Bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan səxslərə 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir. Aylıq kompensasiya 2010-cu il yanvarın 1-dən etibarən bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə onların müraciətləri əsasında təyin edilir. Bu Qaydaların 2-ci bəndində göstərilən şəxslərin müvafiq sənədləri 2010-cu il 1 yanvar vəziyyətinə ödənclərinin aylıq məbləği və hüquqi ünvanı göstərilməklə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına təhvil verilir. Mülkiyyət forması dəyişdirilmədən saxlanılan kolxoz və sovxozlar barədə məlumat ildə bir dəfə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. 19 mart 2010-cu il tarixli, 51 nömrəli qərarın icrası olaraq iddiaçı Ə.Barata kompensasiya ödənişi 02 iyul 2010-cu il tarixdən 01 fevral 2015-ci il tarixədək 4257 manat 80 qəpik məbləğində birdəfəlik olmaqla təyin edilmiş, həmçinin həmin tarixdən aylıq kompensasiya təyin edilməklə hazırki tarixədək plastik kart vasitəsi ilə ödənilməkdədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 17 mart 2022-ci il tarixli, 2- 1(120)-255/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı “1981-ci ildən 2010-cu il tarixə kimi kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(120)-255/2022 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən O.N.İsmayılov, hakimlər Z.M.Allahyarov və M.K.Həsənovdan ibarət tərkibdə) 19 may 2022-ci il tarixli, 2-1(106)-141/2022 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(120)-255/2022 nömrəli qərardadının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(120)-255/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı hazırki tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə ki, iddiaçı ilkin olaraq hazırki tələblə cavabdehə müraciət etməli, cavabdehin onun tələbinə münasibətini müəyyən etməli idi. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədlər (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia olmaqla, inzibati mübahisədir. Qeyd edilməlidir ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasının məqsədi inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməli olması ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Bu baxımdan öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunu aradan qaldırmasını tələb edib- etməməsidir. İş materiallarında olan (iş vərəqi 8) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 06 avqust 2018-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olmuş müraciəti baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçı müxtəlif dövlət orqanlarına müraciət etməsini təsdiq edən sənədlər təqdim etmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ərizədən görunur ki, iddiaçı Azərbaycan Respublikasının birinci vitse-prezidentinə müraciət edərək, 1981-ci il tarixdən 2010-cu il tariva kimi komDensasiyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bundan basqa beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının İddiaçı ünvanladığı 24 fevral 2020-ci il tarixli, V/77- 028/Dp nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsı aidıyyəti üzrə araşdırılmaqdan ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Mərkəzinin Astara Rayon Şöbəsinə göndərilmiş və ona Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan eyni zamanda iddiaçının apellyasiya məhkəməsindəki icraat zamanı təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, o, hazırki tələblə başqa inzibati orqanlara müraciət etmiş və onun müraciətləri baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. İş materiallarından da görünür ki, iddiaçının başqa inzibati orqanlara etdiyi müraciətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və onun müvafiq şöbəsinə göndərilmişdir. İddiaçının başqa inzibati orqanlara etdiyi müraciətlərinin öyrənilməsi onun hüququnun müdafiəsi ilə bağlı müəyyən hərəkətlər edib-etməməsini müəyyən etməyə imkan verir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəməyə müracət etməzdən oncə birbaşa iddiaya cavab verməli orqana müraciət etməsi tələbi normaların tətbiqində ifrat formallığa yol verilməsi olardı. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 20, 28, 33-cü maddələrinin tələbləri baxımından hər bir şəxs onun huquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət edə bilər və daxil olmuş müraciətə baxılması inzibati orqanın səlahiyyətlərinə aid olmadıqda həmin müraciəti səlahiyyətli orqana göndərmək inzibati orqanın vəzifəsidir. Məhkəmə tərkibi qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının yuxarıda qeyd olunan müxtəlif orqanlara ünvanlanmış müraciətlərini sorğu verib tələb etməmiş və həmin müraciətlərə baxılmasının nəticələrini araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbləri baxımından həmin halların aydınlaşdırılması üçün birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmalıdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, cavabdeh iddia tələbinə etirazında iddiaçının Fondun Astara rayon şöbəsinə müraciət etdiyini qeyd etmiş və işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsini xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan (iş vərəqi 47) iddiaçının Fondun Astara rayon şöbəsinə ünvanladığı xx.xx.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduğu üçün aylıq kompensasiya almasına köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, işə baxan məhkəmə iş materiallarında olan sənədlərin (məktub.ərizə və s.) məzmununu hərtərəfli araşdırmamış, formal əsaslarla istinadla iddia tələbinin mümkünsüz olması nəticəsinə gəlmiş, bununla da iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Başqa sözlə, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan iddianı mümkünsüz saymış, bununla da prosessual pozuntuya yol vermişdir. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasım təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X7 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1981-ci il tarixli Aktdan görünür ki, Astara rayonunun Pəlikəş kəndində fəaliyyət göstərmiş keçmiş “Sosializm” sovxozunun sürücüsü İddiaçı 16 iyun 1981-ci il tarixində gündüz iş vaxtı fəhlələrin dalınca gedərkən idarə etdiyi avtomobildə qəflətən nasazlıq meydana çıxmış, bu səbəbdən avtomobili idarə etmək mümkün olmamış, nəticədə qəza baş vermiş və o, ağır yaralanmışdır. İş materiallarında olan 32 №-li TSEK-də xx.xx.2014-cü il tarixli müayinə aktından çıxarışdan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və əmək qabiliyyətinin 80% itirilməsi müəyyən olunraq ona “əmək zədəsi” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, Astara rayonu Pəlikəş kənd sakini İddiaçı 1981-ci ildə qəzaya düşməsi nəticəsində aldığı xəsarətdən 2 ay Bakı şəhərində xəstəxananın travmotologiya şöbəsində yatmış, ona pensiya təyin olunmuş və hal-hazırda əmək pensiyası alır, lakin 2-ci qrup əlil kimi heç bir imtiyaz əldə etməmiş, sağlamlığının pozulması ilə əlaqədar kompensasiya almasına köməklik göstərilməsini Astara rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən xahiş etmişdir. İş materiallarında olan sosial ödənişlər haqqında məlumat cədvəllərindən, cavabdeh təşkilatın 14 sentyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubundan, habelə iddiaçının xx.xx.2018-ci il tarixli məktubundan göranür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli, 51 nömrəli qərarının icrası olaraq 01 fevral 2015-ci il tarixinədək hesablanmış 4257,8 manat məbləğində birdəfəlik və 01 fevral 2015-ci il tarixdən sonra isə 69,8 manat aylıq pensiya məbləğinin ona ödənilməsi təmin edilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Astara rayonunun Pəlikəş kəndində fəaliyyət göstərmiş keçmiş “Sosializm” sovxozunun sürücüsü olmuş İddiaçı 16.iyun 1981-ci il tarixində əmək funksiyasını yerinə yetirərkən baş vermiş qəza nəticəsində ağır xəsarət almış, 2 ay Bakı şəhərində xəstəxanın travmotologiya şöbəsində yatdıqdan sonra ona pensiya təyin olunmuş, Dövət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində növbəti dəfə qiymətləndirilmiş və əmək qabiliyyətinin 80% itirilməsi müəyyən olunraq ona “əmək zədəsi” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2014-cü il tarixli ərizəsinə əsasən 1981-ci ildə aldığı xəsarət nəticəsində sağlamlığının pozulması ilə əlaqədar kompensasiya almasına köməklik göstərilməsi barədə Astara rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş, Azərbavcan Respublikasmın Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli 51 nömrəli qərarının icrası olaraq xx.xx.2010-cu il tarixindən 01 fevral 2015-ci il tarixinədək hesablanmış 4257,8 manat məbləğində birdəfəlik və 01 fevral 2015-ci il tarixdən sonra isə 69,8 manat məbləğində aylıq kompensasiya məbləğinin ona ödənilməsi təmin edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli, 51 nömrəli qərarına əsasən xəsarət aldığı 1981-ci ildən həmin qərarın qüvvəyə mindiyi 2010cu il tarixinədək olan müddət üçün ona kompensasiyanın ödənilməli olduğunu iddia edir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edir. Belə ki, Azərbavcan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli, 51 nömrəli qərarı ilə “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanm verilməsi barədə Qaydalar”ı təsdiq edilmişdir. “Qaydalar”ın 1-ci bəndinə əsasən bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəyıniş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir. Həmin “Qaydalar”ın 2-ci bəndinə əsasən bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmis kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə. Qeyd olunan qanunvericilik aktının 2-ci bəndindən göründüyü kimi, bu Qaydalar əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə 2010-cu il yanvarın 1-dən etibarən şamil olunur. Həmin “Qaydalar”ın 3-cü bəndinə əsasən bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan səxslərə 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir. Sözügedən “Qaydalar”ın 4-cü bəndinə əsasən aylıq kompensasiya 2010-cu il yanvarın 1-dən etibarən bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə onların müraciətləri əsasında təyin edilir. Qeyd olunduğu kimi, İddiaçı 1981-ci il tarixində işləmiş olduğu sovxozda əmək fəaliyyəti göstərdiyi zaman aldığı əmək xəsarətinə görə kompensasiyanın ödənilməsi üçün 02 dekabr 2014-cü il tarixində DSMF Astara rayon şöbəsinə müraciət etmiş, Azərbavcan Respublikasmın Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli 51 nömrəli qərarının icrası olaraq xx.xx.2010-cu il tarixindən 01 fevral 2015-ci il tarixinədək hesablanmış 4257,8 manat məbləğində birdəfəlik və 01 fevral 2015-ci il tarixdən sonra isə 69,8 manat məbləğində aylıq kompensasiya məbləğinin ona ödənilməsi təmin edilmişdir və ödəniş hazırki vaxtda da davam edir. Bundan başqa, Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən “istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir.” Həmin maddənin 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalatda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş 3.8-ci bəndinə əsasən ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Lakin iş materiallarında olan İddiaçı 16 iyun 1981-ci il tarixində idarə etdiyi avtomobildə qəflətən nasazlıq meydana çıxmış, avtomobili idarə etmək mümkün olmamış, nəticədə qəza baş vermiş ifadələri yer alsa da, həmin qəza ilə bağlı təqsirkar şəxs (müəssisə və ya sürücü) müəyyən edilməmişdir ki, bu da iddiaçının işlədiyi müəssisənin ləğv edilməsi ilə əlaqədar ona kompensasiyanın məhz dövlət vəsaiti hesabına ödənilməli olduğunu istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı «1981-ci ildən 2010-cu il tarixə kimi kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı «1981-ci ildən 2010-cu il tarixə kimi kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1948/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1948/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver