Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-195/2021 18.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, cavabdehin nümayəndəsi X4 (Yevlax rayonunun Tanrıqulular kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təhsil aldığı illəri sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Razzaqova X2 rayonu, Uzuntəpə kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********8 nömrəli məktubla imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil aldığı illəri sosial sığorta stajı kimi müəyyən edərək xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Salyan şəhərində anadan olmuş, hazırda Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayır. xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası alır. xx.xx.1971-ci il tarixdən xx.xx.1976-cı il tarixə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil almışdır. Təhsil aldığı müddət ona məxsus R 113253 nömrəli diplom ilə öz təsdiqini tapır. Ona pensiya təyin olunarkən qeyd olunan təhsil illəri nəzərə alınmamışdır.Əmək pensiyasının yenidən hesablanmasından ötrü Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, ona təhsil müddətinə görə “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsini əsas gətirərək 3 il geriyə pensiyanı yenidən hesablanıb fərq ödənilmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi pensiyanın yenidən hesablanıb ona çatan fərqin alınmasına köməklik etməyi xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı iddia ərizəsində ona “təhsil dövrünə görə yenidən hesablanmış pensiyanın 01.17.2 011-ci il tarixdən təkrarən hesablanıb ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunaraq ödənilir. Qeyd edilməsi zəruridir ki iddiaçı xx.xx.2020-ci il tarixində təhsil illərini sığorta stajına daxil etməklə pensiyanın yenidən hesablanıb fərq məbləğinin verilməsi üçün filiala müraciət etmişdir. Bu müraciət əsasında vətəndaşa pensiyası 3 il geriyə hesablanaraq yaranmış fərq məbləği tam şəkildə ödənilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində filiala yenidən müraciət etmiş və təhsil illərinin sığorta stajına daxil edilərək xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq yaranan fərq məbləğinin ödənilməsini tələb etmişdir. Vətəndaşın müraciəti filial tərəfindən cavablandırılmış və ona əmək stajı hesablanan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsi tətbiq edilərək müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3(üç) il geriyə hesablanaraq ödənişin təmin edildiyi, qanunvericiliklə daha əvvəlki dövrdən pensiyanın təyin olunub ödənilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 1,0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Eyni zamanda. “Əmək pensiya lari haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin tələbinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən sərt nəzərə alınmaqla ödənilir. Belə ki, yuxarıda qeyd edilən qanuna əsasən İddiaçı inzibati orqana müraciət etdiyi tarixdən (xx.xx.2020) əvvəlki üç il üçün (03.06,2017ci ildən etibarən) yaşa görə əmək pensiyası yenidən hesablanaraq yaranmış fərq məbləği ödənilib. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiya lari haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020- ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyalari haqqmda”Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmi$ şəxslərə münasibətdə də tətbiq edilməlidir. Hesab edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğundur. Yuxarıda qeyd olunananlardan göründüyü kimi, iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənildiyindən, ondan öncəki illərin ödənilməsi qanuna müvafiq deyildir. İddiaçı 2-1(120)-229/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X6 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 45.5.2-ci maddəsinə əsasən aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı təhsil aldığı illəri sosial sığorta stajı kimi müəyyən edərək xx.xx.2011ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1977-ci il tarixli, İ-ЖГ 425093 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 Minara Abasqulu qızı xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, Я 113253 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, X5 1971-ci il tarixdən 1976-cı il tarixədək V.İ.Lenin adına X14 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “riyaziyyat” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunu Cəlilabad rayon şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, əmək stajı hesablanan zaman hesablanmış əmək stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.1-ci maddəsinə görə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il geriyə hesablanaraq ödənilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Cəlilabad rayon filialının xx.xx.2020-ci il tarixli, **********4 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən yaşa görə ömürlük pensiya alır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüqiqi şəxsinin Cəlilabad rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayan İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası alır. Hal-hazırda 412.33 manat pensiya alır. Vətəndaş təhsil aldığı illərin sosial sığorta stajı nəzərə alınmaqla pensiyasının xx.xx.2011-ci il tarixdən hesablanmasından ötrü xx.xx.2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət etmişdir. Vətəndaşın təhsil aldığı illəri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinə əsasən üç il geriyə xx.xx.2017-ci il tarixdən hesablanıb ödənilmişdir. Vətəndaşın xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi təhsil aldığı dövrlərin hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinə əsasən mümkün olmaması nəzərə alıb iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda iddiaçının təhsil aldığı illər sosisl sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyası xx.xx.2017-ci il tarixdən yenidən hesablanıb ödənilmişdir. Başqa sözlə, iddiaçının təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınmış və cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üçün hesablanaraq yaranmış fərq məbləği ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təhsil aldığı illəri sosial sığorta stajı kimi müəyyən edərək xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təhsil aldığı illəri sosial sığorta stajı kimi müəyyən edərək xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-195/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-195/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver