Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-195/2023 01.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (N saylı Hərbi Hissə üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrinin İddiaçı aid hissədə ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarının ləğv edilərək, N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-561/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının dəqiqləşmə barədə ərizəsinə əsasən, “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrinin ləğv olunması” kimi davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbinə “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrinin İddiaçı aid hissədə ləğv olunması” kimi davam etdirilməsi və N saylı Hərbi Hissənin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 06 oktyabr 2010-cu il tarixdən müddətdən artıq həqiqi hərbi qullqcu kursuna daxil olaraq xx.xx.2010-cu kursu bitirərək N saylı saylı hərbi hissədə gizir kimi xidmət etmiş, xdmət dövründə komandir heyətinin dəfələrlə təşəkkürünü qazanmışdır. xx.xx.20N -ci il tarixdə hərbi hisə komandiri şəxsi heyəti növbə ilə Müdafiə Nazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsində müayinədən keçirilmək ücün göndərmişdir.Tibbi ekspertizadan keçdikdən sonra 19 fevral 20N -ci il tarixdə nəticə hərbi hissəyə daxil olduqda məlum oldu ki, guya qanda narkotik tərkibli maddəyə bənzər fermentlər aşkar olunmuşdur. O, idmanın müxtəlif növləri ilə məşğul olur, nəinki narkotik hec spirtli içki belə bu günədək qəbul etməmişdir. Ekspert rəyindən narazılığını müdafiə naziri cənab Zakir Həsənova teleqram vasitəsi ilə bildirmişdir. Nəticədə xx.xx.2021-ci il tarixdə N saylı saylı hərbi hissə komandiri tərəfindən yenidən Müdafiə Hazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsində müayinədən keçirilmək üçün göndərilmişdir. Müdafiə Hazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsinin 11 mart 2021-ci il tarixli 92\k nömrəli rəyində onun qan və sidik nümunələrində narkotik vasitələrin ,psixotrop və güclü təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Rəydən bir gün sonra hərbi hissə komandanlığının əmri ilə 156 cı maddənin "e” bəndinə əsasən xidmətə yararsız kimi ehtiyata buraxılmasına dair N saylı hərbi hissə komandirinin birinci müavini Elcin Axundovun imzası ilə daxil olan xx.xx.2021ci il tarixli 3355 saylı məktubundan öyrəndi. Əmrə əsas olaraq analiz nümunələrində dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması göstərilmişdir. Barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N lsayllı hərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X3 tərəfindən araşdırılma aparılaraq cinayət işinin başlanması haqqında rədd qərarı verilmişdir. Müdafiə Nazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsinin 11 mart 2021-ci il tarixli 90\k nömrəli rəyində onun qan və sidik nümunələrimdə narkotik vasitələrin ,psixotrop və güc lü təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Təhqiqat bölməsi tərəfindən aparılmış araşdırılma zamanı əməlində heç bir hüquq pozuntusunun olmaması N sayllı hərbi hissənin təhqiqatçısı ədliyyə leytenantı X3 02 aprel 2021-ci il tarixli 17 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası MN-ə müraciətə N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş cavabda onun analiz nümunələrində dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması, əsasında müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarına uyğun olaraq hərbi hissə komandirinin əmri ilə “Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə (xidmətə uyğunsuzluğa) müvafiq ehtiyata buraxıldığı qeyd edilmişdir. Qeyd olunan maddənin tələbinə əsasən isə ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə bərpası mümkünsüz hesab olunması göstərilmişdir. Göstərilənlər məhkəmə müdaxiləsini zəruri etmişdir. Belə ki, həqiqi hərbi xidmətdən buraxılma «Hərbi xidmətkeçmo haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq aparılır. Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. Hərbi hissə komandiri tərəfindən əsasnamənin 158 maddəsinin “b” bəndinin tələbləri kobud pozuntusu ilə əmr verilmişdir. (Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər.) Barəsində aparılan araşdırma xx.xx.2021-ci ildə tamamlanmamasına baxmayaraq hərbi hissə komandiri xx.xx.2021-ci il tarixdə 92/k saylı əmri imzalamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, sabiq hərbi qulluqçu gizir İddiaçı 2010-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2014cü il tarixdən Hərbi Hava quvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyasının 2-ci aviasiya manqasının Texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə təyin olunmuşdur. Xidməti müddəti ərzində gizir İddiaçı özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Gizir İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 1 dəfə “Töhmət”, 1 dəfə “Şiddətli töhmət” edilərək intizam qaydasında əzalanması xidmət vərəqəsində öz təsdiqini tapmışdır. Təqdimatında gizir İddiaçı xidmətə özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. 2 fevral 2021-ci il tarixdə gizir İddiaçı qan və sidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X6 təqdim olunmuşdur. Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş 32/K nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı gizir Məmmədov lətai Xidmət oğlunun qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (maruxana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə man Kannbimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-indol (JWH) qrupu saxlayan vasitələrinin izləri (qalıqları) aşkar olunmuşdur. Bu da o deməkdir ki, İddiaçı ekspertizadan keçməmişdən 2-3 gün ərzində qeyd olunan narkotik vasitələrdən istifadə etmişdir. Faktla bağlı gizir İddiaçı Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş 36/K nömrəli akta əsasən 22 fevral 2021-ci il tarixdə “Gizirlərin şərəf məhkəməsinə” çıxarılmışdır. Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 12 mart 2021-ci il tarixli 018gm nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 e bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı X1 98-ci -sddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam əzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir Təbidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab erməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət əsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskresion səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzərə alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrini ləğv edilərək iddiaçı gizir İddiaçı xidmətə bərpası mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və 3-cü şəxs N saylı Hərbi Hissənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Kürdəmir rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia ərizəsinə baxılmalıdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olduğu kimi, əsaslıdır. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. Həmin Qaydanın 3.9 və 3.9.2-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə imtina edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və AO ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, İddiaçı oglu xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur, xx.xx.2008-ci l tarixdə hərbi hissəyə göndərilmişdir, HHQ komandirinin xx.xx.2021-ci il tarixli, 018 gm saylı əmri ilə tərxis edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli N nömrəli hərbi hissənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir İddiaçı oglunun analiz nümunələrində narkotik vasitələrin izlərinin aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından həmin fakt üzrə AR CPM-in 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpsertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” X12 xx.xx.2022-ci il tarixli, 732/k saylı ekspertiza rəyinə əsasən, iddiaçı (xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatda olan ş/v seriyası AZE ********) İddiaçı qan sidik və tük nümunələri götürülərək həmin nümunələrdə narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrinin olub-olmaması müəyyən edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya” X9 Şəxsin məhkəmə-kimya şöbəsində xx.xx.2022-ci il tarixdə saat 10:07-də İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Hal-hazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrindən yalnız №32/K nömrəli sidik nümunəsində məhkəmə- kimyəvi tədqiqat aparmaq mümkündür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 rəisi vəzifəsini icra edən Rahim Məmmədovun xx.xx.2022-ci il tarixli 101 №-li göndərişinə əsasən xx.xx.2021- ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrindən №77/K nömrəli sidik nümunəsinin məhkəmə-kimya şöbəsində aparılmış məhkəmə-kimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən təkrar məhkəmə- kimyəvi tədqiqat aparmaq mümkün deyil. Məhkəmə-kimya şöbəsinə təqdim olunan qan nümunələrinin (№32/K və №77/K nömrəli) miqdarının az olması səbəbindən məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkün deyil. Hal-hazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır. İddiaçı məxsus №32/K nömrəli sidik nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Halhazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən İddiaçı məxsus №77/K nömrəli sidik nümunəsinin Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 rəisi vəzifəsini icra edən Rahim Məmmədovun xx.xx.2022-ci il tarixli 101 №-li göndərişinə əsasən məhkəmə-kimya şöbəsində aparılan məhkəmə-kimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən İddiaçı məxsus 32/K və №77/K nömrəli qan nümunələrinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. Narkotik, psixotrop və güclü təsiredici maddələrin insan orqanizmində qalma müddəti maddənin növündən, insan orqanizminin individuallığından, eləcə də epizodik və mütəmadi istifadədən asılıdır, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K saylı akt əsasında ) götürülmüş ilkin və sonrakı qan və sidik nümunələrinin tərkibində heç bir narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar edilmədi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmətibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” X12 xx.xx.2022-ci il tarixli, 2869/k saylı ekspertiza rəyinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixində AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 Məhkəmə-kimya şöbəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də sintetik kannabinoid (JWH) aşkar edilmədi. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 32/K nömrəli ekspert aktından (ilkin müayinə) və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 90/K nömrəli ekspert rəyindən (sonrakı müayinə) görünür ki, keçirilmiş məhkəməkimyəvi tədqiqat GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında aparılmışdır. Lakin aparılmış tədqiqat zamanı aşkar olunan xromatoqrafik piklərə aid olan xromatoqrammaların təqdim edilməməsi səbəbindən (MN “MTE və PAM”-də olan GCMS- 2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında texniki nasazlıq baş verdiyindən piklər silinmişdir.) 32/K nömrəli aktda qeyd edilən Kannabinodlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Space) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izlərinin olub-olmaması barədə heç bir fikir söyləyə bilmir. İndol - heterotsiklik kondensə edilmiş aromatik birləşmədir. İndol nüvəsi bir çox təbii biokimyəvi birləşmələrə daxildir. İndol və onun homoloqu Skatol insan orqanizmində və məməlilərdə (bağırsaqda) triptofan amin turşularının çürüməsi nəticəsində əmələ gəlir. İndol çox xoşa gəlməz iyə malikdir, lakin az konsentrasiyada jasmin iyi verərək (efir yağlarında) parfumeriyada istifadə olunur. Naftil - karbon əsaslı yanıcı və zəif toksiki maddədir. Naftil raket yanacaqlarında geniş istifadə edilir. Bundan başqa naftil qrupuna kimyəvi reagentərin və indiqatorların tərkibində rast gəlinir. AR Müdafiə Nazirliyinin hazırki təlimatlarına əsasən bioloji obyektler 1 (bir) il müddətində saxlanılır. xx.xx.2021-ci il tarixli (32/K saylı akt əsasında) İddiaçı götürülmüş (ilkin) sidik nümunəsi müsbət nəticə verdiyindən və məhkəmə araşdırması bitmədiyindən həmin nümunə ləğv edilməmiş və təlimatlara uyğun olaraq mənfi (-) 2°-dən mənfi (-) 20°-dək temperatur hüdudunda saxlanılmışdır. Həmin sidik nümunəsi müayinə üçün yararlı hesab olduğundan yenidən sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmış və nəticədə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də, sintetik kannabinoid (JWH) aşkar edilməmişdir. xx.xx.20N -ci il 90/K saylı rəydə qeyd olunan 77/K saylı xx.xx.20N -ci il tarixli akt əsasında İddiaçı götürülmüş nümunələr neqativ nəticə göstərdiyindən və saxlanma müddəti bitdiyindən məhv edilmiş, bu səbəbdən nümunələrdə yenidən məhkəmə-kimyəvi tədqiqatın aparılması mümkün olmamışdır. İşdə olan 32/k saylı,xx.xx.2021-ci maddi sübutların tədqiqatı barədə akta əsasən, İddiaçı götürülmüş qan və sidik nümunələrinin kull spektrometriyalı qaz xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq aşağıdakı rəyə gəlmişdir: məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan və sidik nümunələrin tərkibində Kannabinoidlərin (marixuana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintez yolla əldə olunan Kannabimimetiklərin (spice) nümayəndəsi olan və tərkibində Naftil-indol (SVVU qrupu) saxlayan narkotik vasitələrin izləri aşkar olundu. İşdə olan xx.xx.2021-ci il tarixli söhbət vərəqəsindən görünür ki, İddiaçı bildirmişdir ki, o, narkotik vasitədən istifaə etmir, tibbi ekspertizanın rəyi ilə razı deyil, təkrar analiz keçirilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin qərarına əsasən, baş gizir İddiaçı qanında narkotik vasitələrin izləri aşkarlandığı üçün, hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkət etdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrindən çıxarışa əsasən, 411-ci Aviasiya bazasının 2-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki, İddiaçı“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buxarılmışdır. İşdə olan 90/k saylı, xx.xx.2021-ci il tarixli maddi-sübutun məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, İddiaçı məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan, sidik və tük nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmadı. İşdə olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin ünvan 2 ünvanında qeydiyyatda olan 1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdə Kürdəmir rayon Hərbi Komissarlığından hərbi qeydiyyatdan çıxaraq Silahlı Qüvvələrin Təlim və X10 hazırlığı kursuna göndərilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən işdən azad olunduğu üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2008-ci l tarixdə hərbi hissəyə göndərilmişdir, 411-ci Aviasiya bazasının 2-ci aviasiya eskadrilyasının (SU- 25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki olmuşdur. xx.xx.2021-ci il tarixli N saylı hərbi hissənin təliqəsinə əsasən, İddiaçı tibbi ekspertizadan keçmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan və sidik nümunələrin tərkibində Kannabinoidlərin (marixuana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintez yolla əldə olunan Kannabimimetiklərin (spice) nümayəndəsi olan və tərkibində Naftil-indol (SVVU qrupu) saxlayan narkotik vasitələrin izləri aşkar olunmuşdur. İddiaçı ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin qərarına əsasən, baş gizir İddiaçı qanında narkotik vasitələrin izləri aşkarlandığı üçün, hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkət etdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. xx.xx.2021-ci il tarixli N saylı hərbi hissənin təqdimatı ilə baş gizir İddiaçı xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Həmçinin xx.xx.2021ci il tarixli, N saylı N saylı hərbi hissənin təhqiqatçısı Məhərrəm Əzimovun qərarına əsasən (77/k saylı, xx.xx.2021-ci il tarixli akt əsasında) tibbi-ekspertizasının keçirilməsi üçün İddiaçı müayinəyə göndərilmişdir. Lakin keçirilmiş tibbi-ekspertizanın nəticələrini gözləmədən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrindən çıxarışa əsasən, 411-ci Aviasiya bazasının 2-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texnikiistismar hissəsinin baş mexaniki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buxarılmışdır. Bundan sonra 90/k saylı, xx.xx.2021-ci il tarixli maddi-sübutun məhkəmə-kimyəvi ekspertizasına (xx.xx.2021-ci il tarixli, N saylı N saylı hərbi hissənin təhqiqatçısı Məhərrəm Əzimovun qərarına əsasən) əsasən, İddiaçı məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan, sidik və tük nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmadı. Həmçinin iddiaçı barəsində N saylı hərbi hissədə cinayət işi materialı araşdırılan ərəfədə,xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrlə iddiaçı hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdə isə iddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Halbuki “«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən, barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Məhkəmə hesab edir ki, komandanlıq tərəfindən “Şərəf məhkəməsi”nin qərarı nəzərə alınaraq baş gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ilə vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində “Təqdimat”ın verilməsində ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, iddiaçı xidmət etdiyi hərbi hissədə tibbi ekspertizanın nəticələri ilə razı olmadığını və yenidən analizlər keçirilməsini tələb etdiyini bildirmiş, yenidən xx.xx.2021-ci il tarixli, N saylı N saylı hərbi hissənin təhqiqatçısı Məhərrəm Əzimovun qərarına əsasən (77/k saylı, xx.xx.2021-ci il tarixli akt əsasında) tibbi-ekspertizasının keçirilməsi üçün İddiaçı müayinədən keçirilmişdir. Lakin ekspertiza rəyinin nəticəsi gözlənilmədən, yəni xx.xx.2021-ci il tarixli N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin qərarına əsasən, baş gizir İddiaçı qanında narkotik vasitələrin izləri aşkarlandığı üçün, hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkət etdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. xx.xx.2021-ci il tarixli N saylı hərbi hissənin təqdimatı ilə baş gizir İddiaçı xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması məqsədəuyğun hesab edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrindən çıxarışa əsasən, 411-ci Aviasiya bazasının 2-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texnikiistismar hissəsinin baş mexaniki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buxarılmışdır. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixli maddi-sübutun məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, İddiaçı məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan, sidik və tük nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmadı. Belə ki, “Azərbaycan Respublikası Silahlı X2”nin “İntizam cəzalarının verilmə qaydası” bölməsinin 85-ci bəndinə əsasən “Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nəlayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır”. “İntizam Nizamnaməsi”nin 87-ci bəndinə əsasən “Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir”. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmə qərardadlarına əsasən, İddiaçı məhkəmə-tibbi ekpertizasının rəyinin alınması üçün müayinəyə göndərilmiş, xx.xx.2022-ci il tarixdə saat 10:07-də İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədiyi, Hal-hazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmadığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrindən yalnız №32/K nömrəli sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparmağın mümkün olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 rəisi vəzifəsini icra edən Rahim Məmmədovun xx.xx.2022-ci il tarixli 101 №-li göndərişinə əsasən xx.xx.2021- ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrindən №77/K nömrəli sidik nümunəsinin məhkəmə-kimya şöbəsində aparılmış məhkəmə-kimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən təkrar məhkəmə- kimyəvi tədqiqat aparmaq mümkün olmadığı, məhkəmə-kimya şöbəsinə təqdim olunan qan nümunələrinin (№32/K və №77/K nömrəli) miqdarının az olması səbəbindən məhkəmə-kimyəvi tədqiqat aparmağın mümkün olmadığı, hal-hazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmadığı, İddiaçı məxsus №32/K nömrəli sidik nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədiyi, məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən İddiaçı məxsus №77/K nömrəli sidik nümunəsinin Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 rəisi vəzifəsini icra edən Rahim Məmmədovun xx.xx.2022-ci il tarixli 101 №-li göndərişinə əsasən məhkəmə-kimya şöbəsində aparılan məhkəmə-kimyəvi tədqiqat nəticəsində miqdarının az qalması səbəbindən narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadığını, məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən İddiaçı məxsus 32/K və №77/K nömrəli qan nümunələrinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadığını Narkotik, psixotrop və güclü təsiredici maddələrin insan orqanizmində qalma müddəti maddənin növündən, insan orqanizminin individuallığından, eləcə də epizodik və mütəmadi istifadədən asılı olduğunu, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı xx.xx.2021- ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K saylı akt əsasında ) götürülmüş ilkin və sonrakı qan və sidik nümunələrinin tərkibində heç bir narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar edilmədiyi müəyyən olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 Məhkəmə-kimya şöbəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də sintetik kannabinoid (JWH) aşkar edilmədi. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 32/K nömrəli ekspert aktından (ilkin müayinə) və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 90/K nömrəli ekspert rəyindən (sonrakı müayinə) görünür ki, keçirilmiş məhkəməkimyəvi tədqiqat GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında aparılmışdır. Lakin aparılmış tədqiqat zamanı aşkar olunan xromatoqrafik piklərə aid olan xromatoqrammaların təqdim edilməməsi səbəbindən (MN “MTE və PAM”-də olan GCMS- 2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında texniki nasazlıq baş verdiyindən piklər silinmişdir.) 32/K nömrəli aktda qeyd edilən Kannabinodlərin (Marixuana, Həşiş, Həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Space) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izlərinin olub-olmaması barədə heç bir fikir söyləyə bilmir. İndol - heterotsiklik kondensə edilmiş aromatik birləşmədir. İndol nüvəsi bir çox təbii biokimyəvi birləşmələrə daxildir. İndol və onun homoloqu Skatol insan orqanizmində və məməlilərdə (bağırsaqda) triptofan amin turşularının çürüməsi nəticəsində əmələ gəlir. İndol çox xoşa gəlməz iyə malikdir, lakin az konsentrasiyada jasmin iyi verərək (efir yağlarında) parfumeriyada istifadə olunur. Naftil - karbon əsaslı yanıcı və zəif toksiki maddədir. Naftil raket yanacaqlarında geniş istifadə edilir. Bundan başqa naftil qrupuna kimyəvi reagentərin və indiqatorların tərkibində rast gəlinir. AR Müdafiə Nazirliyinin hazırki təlimatlarına əsasən bioloji obyektler 1 (bir) il müddətində saxlanılır. xx.xx.2021-ci il tarixli (32/K saylı akt əsasında) İddiaçı götürülmüş (ilkin) sidik nümunəsi müsbət nəticə verdiyindən və məhkəmə araşdırması bitmədiyindən həmin nümunə ləğv edilməmiş və təlimatlara uyğun olaraq mənfi (-) 2°-dən mənfi (-) 20°-dək temperatur hüdudunda saxlanılmışdır. Həmin sidik nümunəsi müayinə üçün yararlı hesab olduğundan yenidən sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmış və nəticədə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də, sintetik kannabinoid (JWH) aşkar edilməmişdir. xx.xx.20N -ci il 90/K saylı rəydə qeyd olunan 77/K saylı xx.xx.20N -ci il tarixli akt əsasında İddiaçı götürülmüş nümunələr neqativ nəticə göstərdiyindən və saxlanma müddəti bitdiyindən məhv edilmiş, bu səbəbdən nümunələrdə yenidən məhkəmə-kimyəvi tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə-tibbi ekspertiza rəylərinə əsasən, İddiaçı hazırki qan və sidik nümunələrinin tərkibində narkotik maddə və ya psixotrop maddə aşkar olunmamışdır. 32/k saylı,xx.xx.2021-ci maddi sübutların tədqiqatı barədə akta əsasən, İddiaçı götürülmüş qan və sidik nümunələrinin kull spektrometriyalı qaz xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq aşağıdakı rəyə gəlmişdir: məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan və sidik nümunələrin tərkibində Kannabinoidlərin (marixuana, həşiş, həşiş qətranı) təsirinə oxşar effekt yaradan və sintez yolla əldə olunan Kannabimimetiklərin (spice) nümayəndəsi olan və tərkibində Naftil-indol (SVVU qrupu) saxlayan narkotik vasitələrin izləri aşkar olunduğu üçün, xx.xx.2021-ci il tarixli (32/K saylı akt əsasında) İddiaçı götürülmüş (ilkin) sidik nümunəsi üzrə yenidən müayinə edilmiş və məhkəmə-kimyəvi tədqiqat aparılmış və nəticədə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də, sintetik kannabinoid (JWH) aşkar edilməmişdir. Lakin qan nümunələrinin miqdarı kifayət qədər olmadığı üçün qan nümunəsi üzrə yenidən müayinə aparıla bilməmişdir. Beləliklə, məhkəmə 32/k saylı,xx.xx.2021-ci maddi sübutların tədqiqatı barədə aktda qeyd edilən hallar sübuta yetirilə bilinmədiyi üçün İddiaçı narkotik və ya psixotrop maddələrdən istifadə etməsini istisna edən hal kimi qiymətləndirilməsini mümkün hesab edir. Hazırki iş üzrə İddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri Müdafiə Nazirliyinin malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul edilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən sonuncunun biri digəri ilə uzlaşmayan mövqeyi aşkara çıxmış olur, bu isə öz növbəsində cavabdehin hərəkətlərinin əsaslılığının öz təsdiqini tapmadığına dəlalət edir. Belə ki, cavabdeh inzibati orqan 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmr verilərkən maddi hüquq normasının tələblərinə əməl olunmamış, iddiaçı barəsində araşdırma yekunlaşmadan, ekspertiza yekunlaşmadan əlverişsiz inzibati akt tərtib edilmişdir. Araşdırma nəticəsi olaraq Məhkəmə Tibbi Ekspertiza və X5 90/k saylı, xx.xx.2021-ci il tarixli maddi-sübutun məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, İddiaçı məhkəmə-kimyəvi tədqiqat nəticəsində qan, sidik və tük nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamış, N saylı hərbi hissənin təhqiqatcısı ədliyyə leytenantı X3 02 aprel 2021-ci il tarixli 17 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla əməlində heç bir hüquq pozuntusunun olmaması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Silahlı Qüvvələrin İntizam Nizamnaməsi”nin tələblərinə uyğun qəbul edilmədiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən İddiaçı hüquqlarını kobud şəkildə pozur və o, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə 411-ci Aviasiya bazasının 2-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki, İddiaçı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: - (maddə 45.2.1) sənədlərdən; - (maddə 45.2.2) tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; - (maddə 45.2.3) şahid ifadələrindən; - (maddə 45.2.4) müvafiq müayinələrin aparılmasından; - (maddə 45.2.5) ekspert rəylərindən; - (maddə 45.2.6) hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; - (maddə 45.2.7) işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi yuxarıda qeyd edilən iş materialları, sübutlar və ekspert rəylərinə əsasən, İddiaçı işdən çıxarılmasına əsas olan əməlin tərkib hissənin olduğu inzibati orqan tərəfindən sübuta yetirilmir, əksinə qeyd edilən əsasların olmadığı müəyyən olunur. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 12 mart 2021-ci il tarixli, 018gm nömrəli əmri qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edilmiş sayılır ki, bu hal da özü-özlüyündə həmin əmrin əsassız və qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmri İddiaçı aid hissədə ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmri İddiaçı aid hissədə ləğv olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-195/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-195/2023
01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver