Məhkəmə qərarları › İş №2-1(120)-195/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-195/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-195/2024 14.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və ona 2-ci qrup əlilliyin dayandırıldığı müddətdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2021-ci il tarixli 0286003AAOQY nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfndən qəbul edilmiş 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin 16 avqust 2022-ci il tarixli qərardadı ilə “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, 4Q5Q1G0005 saylı qərarının ləğv edilməsi və ona müddətsiz 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və ona 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və ona 2-ci qrup əlilliyin dayandırıldığı müddətdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə Cəmşid Naxçıvanski adına Xüsusi məktəbə daxil olmuş və 1993-cü ilin iyun ayında qeyd olunan məktəbin tam tədris kursunu bitirərək 16 iyun 1993-cü il tarixində Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin “Tank və Artileriya fakültəsi”nə qəbul olmuşdur. 1997-ci ilin iyun ayında “Tankçı və Artilleriyaçı” ixtisası üzrə tam kursu bitirərək “leytenant” rütbəsini almış və 1997-ci ilin iyul ayından Azərbaycan Respublikası Müdafıə Nazirliyinin tərkibində olan N saylı hərbi hissədə zabit kimi həqiqi hərbi xidmətə başlamış və 2006-cı ilin avqust ayında son iş yeri Müdafıə Nazirliyi Silahlı X3maqla Taktika kafedrasının müəllimi vəzifəsində işləmiş və mayor rütbəsində xəstəliyilə (xidməti dövrdə aldığı xəsarətlə bağlı) əlaqədar Azərbaycan Respublikası Müdafıə Nazirinin müvafıq əmrinə əsasən ehtiyata buraxılmışdır. Xidmət dövründə aldığı zədə və xəsarətlər nəticəsində Müdafıə Nazirliyinin Mərkəzi hospitalında müayinə və müalicələr (xx.xx.2005-xx.xx.2005, xx.xx.2005xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2006-xx.xx.2006. xx.xx.2006-xx.xx.2006) almışdır. 08 iyun 2005-ci ildə Müdafıə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profıllik hospital hərbi-həkim komissiyasında (Davamlı ağrı sindromu ilə müşayiət olunan, residiv verən diskogen mənşəli xroniki bel-omba radikuliti natamam remissiya mərhələsində. Onurğa sütunu boyun L3-L4. L5-S1 fəqərələrarası diskin protruziyası, funksiyasınm pozulması ilə xəstəlik hərbi xidmət dövründə alınmasını) şəhadətləndirilmişdir və Mərkəzi hərbi həkim komissiyası tərəfındən təsdiq edilmişdir. Müdafıə Nazirliyi Hərbi Həkim Komissiyası 18 may 2006-cı il tarixli Xəstəlik Haqqında şəhadətnaməsi əsasında davamlı ağrı sindromu və sol aşağı ətrafda hissi-hərəkət pozulmalarla müşayiət olunan, tez-tez residiv verən diskogen mənşəli xroniki bel-oma radikuliti natamam remissiya mərhələsində. Onurğa sütunu boyun (C4-C7), döş (D1-D12), bel-oma (L3-L4, L5-S1) fəqərələrarası disklərin protruziyası, onurğa sütunu funksiyasınm cüzi dərəcədə pozulması ilə, Xroniki qastroduodenit, natamam remisiya mərhələsindəki diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin” 26b, 66c maddəsinin 3-cü qrafasında qeyd edilmiş dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrlində məhdud yararlı diaqnozu ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarlarna əsasən 2006-cı ilin oktyabr ayından 2020-ci ilin dekabrına qədər (15 il) 2-ci əlillik (2006-cı ildən -2015-ci ilədək bir il-bir il və 2015-ci ildən 2020-ci ilin dekabrınadək 5 il müddətinə) təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 29 dekabr 2020-ci ildən - 15 yanvar 2021-ci ilədək yuxarda qeyd edilən diaqnoz əsasında müalicə və müayinə almışdır. 2021-ci ilin fevral ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron bazasına Masallı Rayon Mərkəzi Xəstəxanasının vasitəsi ilə müvafıq sənədlərdə qeyd edilən nəticələr Forma 88 tərtib edilmiş və göndərilmişdir. 07 iyun 2021-ci il tarixindən - 30 iyun 2021-ci ilədək Ə.Cəbiyev adına Masallı Rayon Mərkəzi Xəstəxanasında ambulator 232-li epikriz qeyd edilən diaqnoz üzrə müalicə almışdır. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci tarixli müayinə № 32599 vərəqəsində qeyd edilmiş (Sol oturaq və sol qasıq sümüklərinin qapalı yerdəyişmiş sınıqlarından sonrakı vəziyyət. Qapalı kəllə beyin travması. T 90.5 Qapalı kəllə beyin travması F07.8. F48) diaqnozlar öz əksini tapmışdır. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 4138 saylı göndərişinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkaran Şəhər Psixiatriya Xəstəxanasında müalicə və müayinədə olmuş və 09 avqust 2021-ci il tarixli, 348 №-li qərarda qeyd edilən Baş beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi, posttravmatik ensefalopatiya mənşəli psixoorqanik sindrom və asteno-nevrotik təzahürlərlə F07.8. F48.8. G93.4 diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hospitalın xx.xx.2021-ci il tarixli, 6136 arxiv arayışında qeyd edilən faktlar (xx.xx.2006-cı il tarixində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş və xx.xx.2006-cı il tarixində Silahlı Qüvvələrin Baş Klinik Hospitalının cərahiyyə profilli hərbi həkim komissiyası tərəfındən şəhadətləndirilmişdir. Diaqnoz: Sol oturaq və sol qasıq sümüklərinin qapalı yerdəyişmiş sınıqlarından sonrakı vəziyyət, hərbi travma, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən almışdır) yerinə yetirərkən aldığını bir daha sübut edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyası tərəfindən tərtib edilmiş 15 sentyabr 2021-ci il tarixli, 269 №-li Qərarında qeyd edilən faktlar (xx.xx.2021-ci il tarixli 295 nömrəli arayışı, SQ BKH-ın tərəfındən verilmiş xx.xx.2006-cı il tarixli xəstəlik tarixindən çıxarış epikrizi, SQ BKH-lı tərəfındən verilmiş xx.xx.2021-ci il tarixli, 6136 arayışı, MN MHHK-nın mütəxəssisinin rəyi ilə təsdiq edir ki, qeyd edilən travmalar hərbi travmadır və bunlar qeyd edilən travmaları hərbi mükəlləfıyyəti yerinə yetirərkən alınmışdır. 8 sentyabr 2019-cu il tarixində hərbi xidmət dövründə aldığı xəsarətlər nəticəsində keçirdiyi sudurğa zamanı yıxılıb özündən getmiş və yenidən travma almışdır. Masallı Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsi ilə aparılmış və tibbi yardım almışdır. Yuxarıda qeyd edilən faktlar Masallı Rayon Mərkəzi Xəstəxanasının elektron bazasında (Forma 88 tərtib edilmiş) 17 noyabr 2021-ci ildə “Masallı Rayon Mərkəzi Xəstəxanası” X9 Həkim Məsləhət Komissiyası tərəfındən müayinə olunmuşdur və bu barədə göndəriş (HMK bildiriş № 0286003AA0QY) “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyesteri“nə daxil edilmişdir. 14 mart 2022-ci ildə 124 qaynar xətt vasitəsi ilə öyrənmişdir ki, 27 noyabr 2022-ci il tarixində imtina (Əlillik əlamətinin təyin edilməməsi) verilmişdir. Bu barədə elektron sistemdə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31 mart 2022-ci il tarixində № **********6 məktubunda əlillik vəziyyətini qiymətləndirmə barədə müraciətinə ƏƏSMN-nin tabeliyində DSTE və RA baxıldığı. “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi üçün onun nəzarət qaydasında komissiyada əyani müayinə olunduğu, təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq barəsindəki diaqnozun əlillik əlaməti təyin etmədiyinə dair qərar qəbul edilmişdir. Bunun əsası kimi onun hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişə əsasən xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Davamlı ağrı sindromıı və sol aşağı ətrafda hissi hərəki pozulmalarla olunan, tez-tez residiv verən diskogen mənşəli xroniki bel-oma radikuliti natamam remissiya mərhələsində, onurga sütununun boyun (C4-C7), döş (D1-D12). bel-omba (L3-S1) fəqərələrarası yeyilmiş osteoxandrozu, L3-L4. L4-L5 disklərin pozulması ilə aşağı ətraflarda hissi və hərəki pozulmalar və yerişin kəskin pozulması, baş-beyin traxmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, posttravmatik ensefalopatiya mənşəli psixoorqanik sindromu, astenonevrotik təzahürlərlə” diaqnozu-anamnestik məlumatların obyektiv müayinələrdə öz əksini tapmaması qeyd olunmuşdur. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ılə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31 mart 2022-ci il tarixində № **********8 məktubunda əlillik vəziyyətini qiymətləndirmə barədə müraciətinə ƏƏSMN-nin tabeliyində DSTE və RA-da baxıldığını, “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlillik vəziyyətinin “X10 Xəstəxanası” PHŞ-nin 0286003AA0QY nömrəli göndərişi əsasında 27 noyabr 2021-ci ildə qiymətləndirildiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyyarlarına dair Əsasnamə”yə müvafıq olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. 01 yanvar 2021-ci il tarixindən 2-ci dərəcli əlilliyə görə əmək pensiyasınm ödənişi dayandırılmışdır. Onun 2-ci dərəcəli əlilliyinin əlillik altsistemindən etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ yalnız Tibbi-Sosial Ekspert komissiyasının elektron bazasında qeydə alınan xxxxxxx0005 saylı qərara əsasən dayandırılmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndində müvafıq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2020-ci il tarixli, 11 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-nın müraciəti əsasında bu müddət Agentlik tərəfındən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərərlardan bu Qanunun 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Ağentlik tərəfındən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” AR Qanununa uyğun olaraq baxılır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4-cü bəndinə əsasən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri aşağdakı formada qeyd edilmişdir: - Həmin qərarın 4.1-ci maddəsinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. - Həmin qərarın 4.2-ci maddəsinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. - Həmin qərarın 6.1-ci maddəsinə əsasən bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfındən 5 (beş) il müddətinə uzadılır. Yuxarıda qeyd edilənlər və qanunvericiliyin tələbləri onun həqiqi hərbi xidmətdən aldığı travmalar və xəstəliyilə əlaqədar Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli, 99 nömrəli qərarın 2.2-ci bəndinə əsasən 2006-cı ildə 2-ci qrup əlilik təyin edilmişdir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 2006-ci il dən - 2020-ci ilin dekabr ayına qədər 15 (on beş) ilə yaxın bir müddət ƏƏSMNnin tabeliyində DSTE və RA baxılmşdır və 2-ci qrup əlillik təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarına dair Əsasnamə”nin 4.2-ci maddəsinə əsasən ikinci qrup əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci qrup əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilməlidir. Hesab edir ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarının tələblərinə və işdə olan materiallara əsasən İİ qrup əlilliyin müddətsiz təyin edilməsi üçün tam qanuni əsas vardır və bu səbəbdən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfındən qəbul edilmiş 31 mart 2022-ci il tarixli, **********8 saylı qərarın ləğv edilməsi üçün əsaslar mövcuddur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy...; Diaqnozun mətni. C3- C4 və C4-C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: C3-C4 və C4-C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif – Sümük - əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 – Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy...; Diaqnozun mətni; C3- C4 və C4-C5 fəqərələrının osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları ilə ; Meyar. 2.2. İkinci dərəcə əlillik => DİGƏR: C3-C4 və C4-C5 fəqərələrının osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif- Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy...; Dmqnozun mətni: C3-C4 və C4- C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: C3-C4 və C4-C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikiəri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, C3- C4,C4-C5 fəqərələrinin osteoxondrozu,disklərin protruziyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür. Ağırlaşmaları barədə məlumat ətraflı qeyd edisin” səbəbi ilə imtina verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Davamlı ağrı sindromu və sol aşağı ətrafda hissihərəki pozulmalaria müşayiət bolunan,tez-tez residiv verən diskogen ənşəli xroniki beloma radikuliti.natamam remissiya mərhələsində.Xroniki Bel-oma radikuliti kəskin ağrı tutmaları ilə. Onurğa sütununun boyun (C4-C7, döş(D1-D12, bel-oma (L3-S1) fəqərələrarası yayılmış osteoxondrozu, L3-L4, L4-L5 fəqərəarası disklərin protruziyası,onurğa sütunu funksiyasının cüzi dərəcədə pozulması ilə. Aşağı ətraflarda hissi və hərəki pozulmalar vəyerişin kəskin pozulması. Baş beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi.Posttravmatik ensefalopatiya məpşəli psixoorqanik sindromu. Asteno- nevrotik təzahürlərlə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinın 16 yanvar 2020-ci H tarixli 11 nömrəli qerarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 vanvar tarixli 12 nömrəli Qərarı ilə təsdıq edılmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan RespublikasıQanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tib müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrıliqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı Kərimov X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına, o cümlədən işdə olan tibbi sənədlərə əsasən xx.xx.1976cı il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdə Cəmşid Naxçıvanski adına Xüsusi məktəbə daxil olmuş və 1993-cü ilin iyun ayında qeyd olunan məktəbin tam tədris kursunu bitirərək 16 iyun 1993-cü il tarixində Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin “Tank və Artileriya fakültəsi”nə qəbul olmuşdur. 1997-ci ilin iyun ayında “Tankçı və Artilleriyaçı” ixtisası üzrə tam kursu bitirərək “leytenant” rütbəsini almış və 1997-ci ilin iyul ayından Azərbaycan Respublikası Müdafıə Nazirliyinin tərkibində olan N saylı hərbi hissədə zabit kimi həqiqi hərbi xidmətə başlamış və 2006-cı ilin avqust ayında son iş yeri Müdafıə Nazirliyi Silahlı X3maqla Taktika kafedrasının müəllimi vəzifəsində işləmişdir. Xidmət dövründə aldığı zədə və xəsarətlər nəticəsində Müdafıə Nazirliyinin Mərkəzi hospitalında müayinə və müalicələr (xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005xx.xx.2005, xx.xx.2006-xx.xx.2006. xx.xx.2006-xx.xx.2006) almışdır. 08 iyun 2005-ci ildə Müdafıə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profılli hospital hərbi-həkim komissiyasında (Davamlı ağrı sindromu ilə müşayiət olunan, residiv verən diskogen mənşəli xroniki bel-omba radikuliti natamam remissiya mərhələsində. Onurğa sütunu boyun L3-L4. L5-S1 fəqərələrarası diskin protruziyası, funksiyasınm pozulması ilə xəstəlik hərbi xidmət dövründə alınmasını) şəhadətləndirilmişdir və Mərkəzi hərbi həkim komissiyası tərəfındən təsdiq edilmişdir. Müdafıə Nazirliyi Hərbi Həkim Komissiyası 18 may 2006-cı il tarixli Xəstəlik Haqqında şəhadətnaməsi əsasında davamlı ağrı sindromu və sol aşağı ətrafda hissi-hərəkət pozulmalarla müşayiət olunan, tez-tez residiv verən diskogen mənşəli xroniki bel-oma radikuliti natamam remissiya mərhələsində. Onurğa sütunu boyun (C4-C7), döş (D1-D12), bel-oma (L3-L4, L5-S1) fəqərələrarası disklərin protruziyası, onurğa sütunu funksiyasınm cüzi dərəcədə pozulması ilə, Xroniki qastroduodenit, natamam remisiya mərhələsindəki diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin” 26b, 66c maddəsinin 3-cü qrafasında qeyd edilmiş dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrlində məhdud yararlı diaqnozu ilə ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2005-ci il tarixdə Masallı Rayon Mərkəzi Xəstəxanasında tibbi nəzarətə götürülmüş, iddiaçının əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy...; Diaqnozun mətni. C3-C4 və C4-C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: C3-C4 və C4-C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif – Sümük - əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 – Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy...; Diaqnozun mətni; C3-C4 və C4-C5 fəqərələrının osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları ilə ; Meyar. 2.2. İkinci dərəcə əlillik => DİGƏR: C3-C4 və C4-C5 fəqərələrının osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif- Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy...; Dmqnozun mətni: C3-C4 və C4- C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: C3-C4 və C4-C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tu...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikiəri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, C3-C4,C4-C5 fəqərələrinin osteoxondrozu,disklərin protruziyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür. Ağırlaşmaları barədə məlumat ətraflı qeyd edisin” səbəbi ilə imtina verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Davamlı ağrı sindromu və sol aşağı ətrafda hissi-hərəki pozulmalaria müşayiət olunan, tez-tez residiv verən diskogen mənşəli xroniki bel-oma radikuliti natamam remissiya mərhələsində. Xroniki Bel-oma radikuliti kəskin ağrı tutmaları ilə. Onurğa sütununun boyun (C4-C7,döş(D1-D12,bel-oma (L3-S1) fəqərələrarası yayılmış osteoxondrozu, L3-L4, L4-L5 fəqərəarası disklərin protruziyası,onurğa sütunu funksiyasının cüzi dərəcədə pozulması ilə. Aşağı ətraflarda hissi və hərəki pozulmalar və yerişin kəskin pozulması. Baş beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi. Posttravmatik ensefalopatiya mənşəli psixoorqanik sindromu. Asteno- nevrotik təzahürlərlə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarını mübahisələndirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1976-cı ildə Masallı rayonunda anadan olmuş və Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X9 verdikləri 03 oktyabr 2022-ci il tarixli, T431/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində tərtib edilmiş 0286003AAVW9 saylı göndərişdə (088 №-li Formada) qeyd edilən “onurğanm osteoxondrozu, C3-C4, C4-C5 fəqərələrinin osteoxondrozu, disklərin protruziyası” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Şəxsin əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyinatına əsas yoxdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1976-cı ildə Masallı rayonunda anadan olmuş və Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X9 verdikləri 17 fevral 2023-cü il tarixli, 05 nömrəli rəydə göstərilmişdir ki, 1-3. İddiaçı Lənkəran şəhər psixiatriya xəstəxanasında 07.04.xx.xx.2022-ci il tarixlərdə müayinə və müalicə zamanı “Baş beynin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi, posttravmatik ensefalopatiya mənşəli psixoorqanik sindrom, asteno-nevrotik təzahürlərlə, F-07.8; F-48.8; G-93.4, HPK” müəyyən edilmişdir. İddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Yayılmış osteoxondroz, osteoporoz, L3-L4, L4-L5 disklərin yırtığı, kökcük ağrı sindromu” diaqnozu təyin edilmişdir. - Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfındən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq cdilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlllik dərəcəsinin təyin edilməsi tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1976-cı ildə Masallı rayonunda anadan olmuş və Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan İddiaçı hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir ? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X9 verdikləri 26 oktyabr 2023-cü il tarixli, T726/2023 saylı rəydə göstərilmişdir ki, 1.2. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq cdilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7813/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-4/2-K-619/2024 nömrəli çağırış məktubu gödərilərək xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olumuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, zərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2021-ci il tarixdə aparılmış sonuncu müayinənin nəticəsi olaraq təyin edilmiş “Radikulopatiya, Davamlı ağrı sindromu və sol aşağı ətrafda hissi-hərəki pozulmalaria müşayiət olunan, tez-tez residiv verən diskogen mənşəli xroniki bel-oma radikuliti natamam remissiya mərhələsində. Xroniki Bel-oma radikuliti kəskin ağrı tutmaları ilə. Onurğa sütununun boyun (C4-C7,döş(D1-D12,bel-oma (L3-S1) fəqərələrarası yayılmış osteoxondrozu, L3-L4, L4-L5 fəqərəarası disklərin protruziyası, onurğa sütunu funksiyasının cüzi dərəcədə pozulması ilə. Aşağı ətraflarda hissi və hərəki pozulmalar və yerişin kəskin pozulması. Baş beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi. Posttravmatik ensefalopatiya mənşəli psixoorqanik sindromu. Asteno- nevrotik təzahürlərlə” diaqnozu patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. İddiaçı xəstəlik diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”nın təsir dairəsinə daxil edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, iddiaçının diaqnozu qoyulmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və ona 2-ci qrup əlilliyin dayandırıldığı müddətdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və ona 2-ci qrup əlilliyin dayandırıldığı müddətdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar