Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1952/2023 05.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «13 may 2022-ci il tarixli, 079gm nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «13 may 2022-ci il tarixli, 079gm nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-12703/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X10 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci ordu korpusunun, N saylı hərbi hissədə 2009-cu ildən xx.xx.2022-ci ilədək “kiçik gizir” kimi xidmət etmişdir. Xidmət etdiyi dövr ərzində özünü nizam-intizamlı apararaq hərbi hissə komandirlərinin verdikləri tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğranda gedən döyüşlərdə iştirak etmiş və Prezidentimiz tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medal, “Cəbrayılın azad olunmasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bildirir ki, X11 Qoşunları Komandanının 13 may 2022-ci il tarixli, 079gm saylı əmrinə əsasən məni xidmətdən əsassız və qanunsuz olaraq azad etmişlər. Göstərlənlərə əsasən, hesab edir ki, xidməti araşdırma aparılmadan, heç bir əsas olmadan onun xidmətdən azad olunmağı, ona qarşı yol verilmiş kobud qanun pozuntusudur və eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı kimi onun konstitusion hüquqlarının və qanunun aliliyinin kobud şəkildə pozulmasıdır. Buna görə də hesab edir ki, onun xidmətdən azad olunmağı qanunsuz, əsassız və ədalətsiz olduğuna görə, 13 may 2022-ci il tarixli, 079gm nömrəli əmr məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırılmışdır ki, X6 hərbi hissədə yol verdiyi nalayiq hərəkətləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissədə şərəf məhkəməsi keçirilmiş və “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə məhkəmənin qərarı həmin vaxt iştirak edən X9 elan edilmişdir. Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.6-cı yarımbəndinə əsasən şərəf məhkəməsinə cəlb olunan şəxs Məhkəmənin qərarından 10 gün müddətində yazılı şəkildə bilavasitə hərbi hissə komandirinə şikayət verə bilər. Şikayət raportuna daxil olduğu gündən 10 gün ərzində baxılmalıdır. Şikayətdə göstərilən məsələlərin yoxlanılması üçün zərurət yarandıqda bu müddət 30 günə qədər uzadıla bilər, iş materiallarından göründüyü kimi X6 bu barədə şikayəti daxil olmamışdır. Bundan əlavə X9 X8 - X5 xx.xx.2022-ci il tarixli 079gm nömrəli əmri əsasında ehtiyata buraxılması barədə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 155 nömrəli əmri ilə inzibati icraat haqqında Qanunun 62-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə inzibati aktın qəbul edilməsi haqqında imza etməklə məlumat verilmişdir. İş materiallarından göründüyü kimi X6 xx.xx.2022-ci il tarixədək bu barədə şikayəti daxil olmamışdır. İnzibati Prosessual məcəllənin 24.1ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən olunmuş müddət pozuntusu proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 62.3-cü bəndinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallarda şamil olunur. Qeyd olunan sübutlardan göründüyü kimi X9 onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə inzibati orqanın aktı barədə xx.xx.2022-ci il tarixdən etibarən imza edilməklə ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir. Odur ki, məhkəmədən iddia müddəti keçdiyi üçün X6 iddiasının rədd edilməsini xahiş edirlər. Əlavə olaraq iddiaçı X10 N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 1-ci döyüş maşını komandiri döyüş maşınları heyətinin rəisi vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik idarəsinə sonuncunun narkotik vasitədən istifadə etməsi barədə məlumat daxil olmuş, həmin məlumata əsasən Daxili Təhlükəsizlik İdarəsindən N nömrəli hərbi hissəyə telefonoqram daxil olmuş, daxil olan telefonoqrama əsasən kiçik gizir X10 narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə edib-etməməsini müəyyən etmək məqsədilə təyin olunmuş nümayəndələrə təqdim edilmiş, nümayəndələr tərəfindən gizir R.İ.Quliyevin “qan və sidik” nümunələri götürülmüşdür. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik idarəsinin 27.01,2022-ci il tarixli 7/22N nömrəli və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 83 nömrəli təliqələrinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 götürülmüş “qan və sidik” nümunələrinin iş təcrübəsi 2018-ci ildən olan Məhkəmə tibbi eksperti-kimyaçı Vəfa Qarayevə tərəfindən tədqiqatı aparılmış, tədqiqat nəticəsində gizir R.İ.Quliyevin sidik nümunəsinin tərkibində “9-A-Tetra-hidro kannabinol” adlı maddə aşkar olunmuşdur. Aşkarlanan bu preparat Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Gizir R.i.Quliyevin müayinəsinin nəticələri barədə MN MTE və PAM-də tərtib edilmiş 145/K nömrəli Akt (Maddi sübutların tədqiqatı) N nömrəli hərbi hissəyə göndərilmişdir. Gizir R.İ.Quliyevin qeyd olunan davranışı nəzərə alınaraq bölük komandiri tərəfindən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 145/k nömrəli maddi sübutların tədqiqatı Aktına əsasən (narkotik vasitədən istifadə etdiyinə görə) xx.xx.2022-ci il tarixdə onun şərəf məhkəməsində dinlənilməsi barədə raportla vəsatət qaldırılmış, hərbi hissə komandiri tərəfindən vəsatət təmin edilmiş, xx.xx.2022-ci il tarixdə şərəf məhkəməsi keçirilmiş, R.i.Quliyev “gizirlərin şərəf məhkəməsi”ndə dinlənilmişdir. N nömrəli hərbi hissə komandirinin qərarı əsasında xx.xx.2022-ci il tarixdə keçirilən “gizirlərin şərəf məhkəməsi”ndə R.l.Quliyev və məhkəməyə cəlb olunmuş şəxslərin məhkəmədə baxılan iş üzrə irad və fikirlərini bildirmək üçün çıxışları dinlənilmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 4.16-cı yarımbəndinin tələblərinə uyğun olaraq bu barədə 14 nömrəli xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən şərəf məhkəməsi zamanı onunla birgə xidmət edən 5 nəfər hərbi qulluqçu çıxış etmiş, məhkəmə heyətinə çıxış edən şəxslərin 4 nəfəri kiçik gizir X6 hərbi qulluqçunun şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verməsi, narkotik vasitədən istifadə etməsi və belə hərbi qulluqçunun müzəffər Azərbaycan Ordusunda xidmət etməsinin məqsədəuyğun olmaması nəzərə alınaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təkliflər etmişlər. Həmçinin məhkəmə prosesi zamanı kiçik gizir İddiaçı çıxışlarda göstərilən iradlarla razılaşaraq qərardan etirazı olmadığını bildirmişdir. Şərəf məhkəməsinin 26 mart 2022-ci il tarixli 14 nömrəli qərarından sonra onunla 2 dəfə söhbətləşmə aparılmış, əsasnamənin tələblərinə uyğun olaraq təqdimat tərtib edilmiş və təqdimatda ehtiyata buraxılma səbəbləri əsaslandırılaraq yuxarı komandanlığa göndərilmişdir. Bundan əlavə xidmət etdiyi hərbi hissədən təqdim olunan sənədlərə əsasən iddiaçı X10 xx.xx.2021-ci il tarixdən N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 1-ci döyüş maşını komandiri - döyüş maşınları heyətinin rəisi vəzifəsində xidmət edərkən özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidməti vəzifələrinə laqeyd yanaşmış, ona təhkim olunmuş silah və texnikaya vaxtlı-vaxtında qulluq göstərməmiş, verilən tapşırıqları yerinə yetirilməsində çətinlik çəkmiş, ona tutulan iradlardan nəticə çıxarmamış, hərbi qulluqçu adına, şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol vermiş, xidmət zamanı narkotik vasitələrdən istifadə etmişdir. Əlavə olaraq Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin intizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən gizirlərə və miçmanlara “Xidmət vaxtı başa çatmamış ehtiyata buraxma” intizam cəzası verilir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 66cı maddəsinə əsasən Silahlı qüvvələr növlərinin komandanları və müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinləri onların tabeliklərində olan gizirlər və miçmanlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin 06 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 2.1-ci yarımbəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, əxlaq və davranış norma və qaydalarına əməl etməkdə digər şəxslərə nümunə olmalıdırlar. Həmin Qaydalarının 3.1-ci yarımbəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşımaqla onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa, bütün qüvvəsini səfərbər etməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə borcludurlar. Həmin Qaydalarının 3.2-Cİ yarımbəndinə əsasən hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. Həmin Qaydalarının 7.1 -ci yarımbəndinə əsasən hərbi qulluqçu günün nizam qaydalarına və xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib-getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, komandanlığın icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Xidmət zamanı vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Həmin Qaydalarının 8.1 -ci yarımbəndinə əsasən hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı hallarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Həmin Qaydalarının 10.1 -ci yarımbəndinə əsasən Davranış Qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı X6 iddiaları tam əsassızdır, o xidmət dövründə özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərməsi, xidməti vəzifələrinə laqeyd yanaşması, ona təhkim olunmuş silah və texnikaya vaxtlıvaxtında qulluq göstərməməsi, verilən tapşırıqları yerinə yetirilməsində çətinlik çəkməsi, ona tutulan iradlardan nəticə çıxarmaması, hərbi qulluqçu adma, şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol verərək xidmət zamanı narkotik vasitələrdən istifadə etməsi nəzərə alınaraq onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı X6 Müdafiə nazirliyinə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsini rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasın gəlməmiş və bunun səbbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçı X6 iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, idiaçı X9 təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbində mübahisələndirilən əmrin iddiaçıya rəsmən elan edildiyini, onunla söhbətlər aparıldığını, əmrdən məlumatlı olduğunu bildirərək iddia müddətinin keçməsini məhkəmənin nəzərə almasını və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci tağımının 1-ci doyuş maşınları heyəti-döyüş maşın komandiri vəzifəsində xidmət edən kiçik gizir X6 narkotik maddələrdən istifadə etməsi və bu faktın Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 qəbul edilmiş analizlərdə öz təsdiqini tapması və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmasının təklif edilməsi barədə xx.xx.2022-ci il tarixdə keçirilən şərəf məhkəməsində iştirak edən iddiaçı X10 onan tutulan iradlarla razı olduğunu bildirmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 155 nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik gizir X10, N nömrəli hərbi hissənin 4-cü mexanikləşdirilmiş taborunun (BMP-2) 12-ci mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirimiş taqımının döyüş maşın komandiri-döyüş maşınları heyətinin rəisi,“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, X8-Quru Qoşunları Komandanının13 may2022-cı ıl tarixli 079gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 24 may 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzulirayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, X9 X8 - X5 xx.xx.2022-ci il tarixli 079gm nömrəli əmri əsasında ehtiyata buraxılması barədə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 155 nömrəli əmri ilə inzibati icraat haqqında Qanunun 62-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə inzibati aktın qəbul edilməsi haqqında imza etməklə məlumat verilmişdir. Mübahisə predmet olan əmr xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2022-ci ilin sentyabr ayında (məhkəməyə daxil olduğu vaxt), çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci tağımının 1-ci doyuş maşınları heyətidöyüş maşın komandiri vəzifəsində xidmət edən kiçik gizir X6 narkotik maddələrdən istifadə etməsi və bu faktın Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 qəbul edilmiş analizlərdə öz təsdiqini tapması və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmasının təklif edilməsi barədə xx.xx.2022-ci il tarixdə keçirilən şərəf məhkəməsində iştirak edən iddiaçı X10 ona tutulan iradlarla razı olduğunu bildirmiş və onun qeyd edilən maddə ilə ehtiyata buraxılacağı elan olunmuşdur. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 155 nömrəli əmri elan edilmiş, o, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə xəbərdar olmuş, lakin xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli, 2-1(120)-1952/2023 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «13 may 2022-ci il tarixli, 079gm nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1952/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1952/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver