Məhkəmə qərarları › İş №2-1(120)-1954/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1954/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1954/2022 02.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-N(N2N)-N954/2N22 saylı, xx.xx.2N22-ci il tarixli qərardadı ilə iddia tələbinə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N-cü il tarixdə Lerik rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar N-ci Qarabağ döyüşlərində iştirak etmək üçün yola salınmışdır. İlk öncə onu (Prişiv) indiki Liman qəsəbəsinə, oradan da Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən 7N4-saylı hərbi hissəsinə aparmışlar. Orada xidmətə başlamışdır.Hərbi hissədən döyüş bölgəsinə göndərilərək Fizuli, Şiştəpə, Ağdam, Güllücə, Qərvənd ərazilərində döyüşmüş və torpaqlarımız uğrunda gedən döyüşlər zamanı Qərvənd istiqamətində düşmənin atdığı güllədən, ilk öncə alt çənəsini dəlib keçən güllə yarası almış. Yerə yəxılarkən sol ayağının pəəncəsindən dəlib keçən və ardınca 3-cü gülləni sol ayağının dabanından dəyən güllə yarası almışdır. Lakin döyüşlərdə iştirak etməsinə baxmayaraq hal-hazıra qədər müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Ərizə ilə Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Həmin idarədən cavab verilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 2NN9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 2NN9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lerik rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin Azərbaycan Respublikası Sahibkarları ilə vətəndaşlarının Hüquqi Maariflləndirilməsi və Hüquqi Xidmətinə təqdim etdiyi xx.xx.2N22-ci il tarixli, 4/3-5576 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2N22-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2N22-ci il tarixli 4/2-2699 nömrəli arayışına əsasən xx.xx.N4-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.N8-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2NN6-cı il tarixli 26N nömrəli qərarında qeyd edilmişdir ki, Lerik RHK tərəfindən N-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ qarnizonu hərbi prokurorluğunun qərarına əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N4-cü ildə aldığı və N2.N4 N4-cü ildən xx.xx.N4-cü ilə kimi Bakı şəhəri 3 nömrəli şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma — diaqnozu “Alt çənənin dəlib keçən qəlpə yarası, alt çənənin sol tərəfdən açıq sınığı, yad cismi. Sol pəncədən deşib keçən güllə yarası. Sol daban və aşıq sümüyünün sınığı, yad cismi. Sol pəncədən deşib keçən güllə yarası. Sol daban və aşıq sümüyünün sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Lerik rayon şöbəsinin xx.xx.2NN6-cı il tarixli N963 nömrəli göndərişi, xx.xx.2NN6-cı il tarixli 478 nömrəli arayışı Bakı şəhəri 3 nömrəli şəhər klinik xəstəxanası tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli çıxarış epiqrizi, MN Mərkəzi Hərbi Poliklinikanın hərbi həkim komissiyasının müayinə vərəqəsi ilə ambulator kartası, MN MHHK-nın həkim mütəxəssisi- cərrahın rəyi ilə təsdiq edilir), Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2N22-ci il tarixli, 4/2-48N5 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hərbi Komissarlığından çağırılmış İddiaçı N №- ii hərbi hissə komandirinin N may N-cü il tarixli N24 №-li əmrilə (əsas: § N, səh 35, sıra 4, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli NN3 №-li əmrilə İddiaçı (əsas: § 6, səh 5, sıra 3, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təchiz edilmişdir. N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli N6N №-li əmrilə İddiaçı (əsas: § 27, səh 32, sıra N2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N №-İi hərbi hissədən N №li hərbi hissənin tabeliyinə verilmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli 64 №-li əmrilə (əsas: § N, səh 65, sıra N2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası şəxsi heyətin qəbulu məntəqəsinin N6.NN,N4-cü il tarixli adlı siyahısına əsasən “hərbi xidmət haqqında” qanununa müvafiq olaraq X4 N №-li hərbi hissə komandirinin N6 yanvar N4-cü il tarixli NN №-li əmrilə (əsas: § 2, sıra 3N3, əmrdə soyadı Yaxyayev yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin NN fevral N4-cü il tarixli N9 №-li əmrilə baş çavuş İddiaçı (əsas: § 4, sıra 88N, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N9N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Lerik RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü, sıravi İddiaçı N9N №-li hərbi hissə komandirinin N fevral N4-cü il tarixli 36 №-li əmrilə (əsas: § 6, səh N8, sıra 78, əmrdə vəzifəsi göstərilməyib) xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara daxil edilmişdir. N9N №-li hərbi hissə komandirinin N3 aprel N4-cü il tarixli NN3 №-li əmrilə sıravi İddiaçı (əsas: § 2, sıra N, əmrdə vəzifəsi göstərilməyib) 223 №-li hərbi hospitala stasionar müalicəyə göndərilərək xx.xx.N4-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N9N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab; “xx.xx.N-xx.xx.N7”, sıra 22) N975-ci il təvəllüdlü İddiaçı Lerik RHKdan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandirin N fevral N4-cü il tarixli 36 №- li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə Nazirinin xx.xx.N4-cü il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin N5 fevral N5-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Bildiririk ki, əlifba qeydiyyatı kitabında qeyd edilmiş xx.xx.N5-ci il tarixli N №-li əmr N9N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan əmrlərində öz əksini tapmamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan NN-N2 iyul N-cü il, xx.xx.N-xx.xx.N-cü il, yanvar N4-xx.xx.N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin iyul-dekabr N-cü il, yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və N9N №-li hərbi hissə komandirinin xx.xx.N4-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. NNN №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək, xx.xx.N-cü ildən xx.xx.N4-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2N22-ci il tarixli, NN/2-2935 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.N-cü il tarixdə hərbi xidmətə çağrıldığını və 7N4 nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərək yaralandığını qeyd etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq və mənafelərinin məhkəmədə müdafiə olunması, iddia ərizəsinə münasibət bildirilməsi məqsədi ilə İddiaçı may N-cü il tarixdən etibarən hərbi xidmət keçib-keçməməsi, qanuni əsaslarla ehtiyata buraxılması yoxlanılmaqla barəsində aşkarlanmış məlumatların (əlifba qeydiyyatı kitabları və nizami hissə üzrə əmrləri, yaralanmasına dair sənədləri) xronoloji ardıcıllıqla yazılaraq həmin kitablardan və əmrlərdən çıxarışların qısa müddət ərzində Hüquq İdarəsinə göndərilməsinə dair göstəriş verilməsi məhkəmədən xahiş olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2N22-ci il tarixli, NNN5 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N975-ci il təvəllüdlü Lerik rayonu Tərbizli kəndində qeydiyyatda olan İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N5-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur (Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2NN6- cı il tarixli, 9/2-NN2N7 nömrəli arayışı). İddiaçı barəsində xx.xx.N8-ci il N4/H-N/64 nömrəli məktubla amnistiya qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinə daxil olmuşdur (Əsas: N975ci il təvəllüdlü çağırışçıların əlifba kitabı. Səhifə N94, sıra sayı 6). xx.xx.2NN2-ci il tarixdə Lerik Rayon Hərbi Komissarlığı Hərbi həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafası 82 c maddəsinə (Azərbyacan Respublikası Nazirlər Kabinetinin 2NNN-ci il tarixli 95 nömrəli əmri) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçı xx.xx.2NN2-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. - İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Lerik rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2N22-ci il tarixli, N53-8468-N222 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N975-ci il təvəllüdlü, Lerik rayonu, Kornadi kəndində anadan olan, Lerik rayonu,Təbrizli kəndində qeydiyyatda olan və orada yaşayan İddiaçı barəsində Lerik rayon polis şöbəsində təqsirləndirici material yoxdur. - İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2N22-ci il tarixli, NN/3N48 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə "üçün imperativdir: -Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. -Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN7-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin Nxx.xx.2N22-ci il tarixli 4/2-5N27 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin NN-N2 iyul N-cü il, xx.xx.Nxx.xx.N-cü il, yanvar N4-xx.xx.N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, 7N4 nömrəli hərbi hissə komandirinin iyul-dekabr N-cü il, yanvar-may N4-cü il tarixli nizami hisə üzrə əmrlərində və N9N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti barədə məlumat aşkar edilməmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N-cü il tarixdən sonrakı müddətdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM- N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPM-nin N.2-ci maddəsindən və MPM-nin 8N -ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2NN6-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2N iyun 2NN7-ci il tarixli 2-N(NN2)-NN6N/2NN7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin Müdafiə Nazirliyi Hüquq idarəsinə ünvanladığı xx.xx.2N22-ci il tarixli, 4/2-5N27 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hərbi Komissarlığından çağırılmış İddiaçı N №- li hərbi hissə komandirinin N may N-cü il tarixli N24 №-li əmrilə (əsas: § N, səh 35, sıra 4, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli NN3 №-li əmrilə İddiaçı (əsas: § 6, səh 5, sıra 3, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təchiz edilmişdir. N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli N6N №-li əmrilə İddiaçı (əsas: § 27, səh 32, sıra N2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 74N Nq-İİ hərbi hissədən N №-li hərbi hissənin tabeliyinə verilmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli 64 №-li əmrilə (əsas: § N, səh 65, sıra N2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası şəxsi heyətin qəbulu məntəqəsinin N6.NN,N4cü il tarixli adlı siyahısına əsasən “hərbi xidmət haqqında" qanununa müvafiq olaraq X4 N №-li hərbi hissə komandirinin N6 yanvar N4-cü il tarixli NN Nq-İİ əmrilə (əsas: § 2, sıra 3N3, əmrdə soyadı Yaxyayev yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N Nq-İİ hərbi hissə komandirinin NN fevral N4-cü il tarixli N9 Nq-İİ əmrilə baş çavuş İddiaçı (əsas: § 4, sıra 88N, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N9N Nq-İİ hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Lerik RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü, sıravi İddiaçı N9N Nq-İİ hərbi hissə komandirinin N fevral N4-cü il tarixli 36 Nq-İİ əmrilə (əsas: § 6, səh N8, sıra 78, əmrdə vəzifəsi göstərilməyib) xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara daxil edilmişdir. N9N №-li hərbi hissə komandirinin N3 aprel N4-cü il tarixli NN3 Nq-İİ əmrilə sıravi İddiaçı (əsas: § 2, sıra N, əmrdə vəzifəsi göstərilməyib) 223 Nq-İİ hərbi hospitala stasionar müalicəyə göndərilərək xx.xx.N4-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N9N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab; “xx.xx.N-xx.xx.N7”, sıra 22) N975-ci il təvəllüdlü İddiaçı Lerik RHK- dan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandirin N fevral N4-cü il tarixli 36 Nq- İİ əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə Nazirinin xx.xx.N4-cü il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin N5 fevral N5-ci il tarixli 27 Nq-İİ əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Bildiririk ki, əlifba qeydiyyatı kitabında qeyd edilmiş xx.xx.N5-ci il tarixli N №-li əmr N9N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan əmrlərində öz əksini tapmamışdır. N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan NN-N2 iyul N-cü il, xx.xx.N-xx.xx.N-cü il, yanvar N4-xx.xx.N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin iyul-dekabr N-cü il, yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və N9N №-li hərbi hissə komandirinin xx.xx.N4-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla təxris olunmasına dair sübutların (əmrin), həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin (hərbi qulluqçunun) hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.N4-cü il tarixdən sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhkəməyə daxil olmuş xx.xx.2N22-ci il tarixli, NNN5 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N975-ci il təvəllüdlü Lerik rayonu Tərbizli kəndində qeydiyyatda olan İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N5-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur (Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2NN6- cı il tarixli, 9/2-NN2N7 nömrəli arayışı). İddiaçı barəsində xx.xx.N8-ci il N4/H-N/64 nömrəli məktubla amnistiya qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinə daxil olmuşdur (Əsas: N975-ci il təvəllüdlü çağırışçıların əlifba kitabı. Səhifə N94, sıra sayı 6). Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq və İddiaçı barəsində amnistiya qərarı mövcud olduğu üçün iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar