Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1954/2023 13.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən onun xx.xx.1980- xx.xx.1982-ci illərdə hərbi xidmətdə olduğu müddətin, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984- xx.xx.1985, xx.xx.1984xx.xx.1985-ci illərdə Sabirabad rayonu 41 nömrəli X1, xx.xx.1985-xx.xx.1986-cı illərdə 20 nömrəli X1, xx.xx.1986-xx.xx.1999-cu illərdə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Meliorasiya-Mexaniki Təmir Zavodunda işlədiyi illərin, 1977-1980-ci illərdə Sabirabad rayonu “Telman” adına kolxozda işlədiyi illərin minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 51 yaşdan, yəni 17 fevral 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1977-1980-ci illərdə Sabirabad rayonu “Telman” adına kolxozda, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1985, xx.xx.1984-xx.xx.1985-ci illərdə Sabirabad rayonu 41 nömrəli X1, xx.xx.1985-xx.xx.1986-cı illərdə 20 nömrəli X1, xx.xx.1986xx.xx.1999-cu illərdə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Meliorasiya- Mexaniki Təmir Zavodunda işləmişdir. xx.xx.1986-xx.xx.1999-cu illərdə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Meliorasiya-Mexaniki Təmir Zavodunda 2-ci dərəcəli nəqledici, quraşdırıcı çilingər, o cümlədən xx.xx.1989-xx.xx.1999-cu illərdə metal əridici və polad əridici vəzifələrində (10 il) zərərli peşələrdə işləmişdir. Belə ki, onun 20 ildən artıq ümumi iş stajı, 10 ildən artıq zərərli iş stajı vardır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarında Xİ bölmə, Metal Emalı bölməsinin, ərinti və metal əridiciləri peşəsi 1110100a-16626 saylı kod ilə, vakkum sobalarında poladəridənlər və onların köməkçiləri peşəsi 1110100z-18768 saylı kod ilə göstərilmişdir. Güzəştli iş stajı xx.xx.2019-cu il tarixli, 10 saylı arayışda da qeyd olunmuşdur. Tələb olunan sənədlərin notarial qaydada təsdiq olunmuş surətini (Şəxsiyyət vəsiqəsinin surətini, Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, hərbi biletin notarial qaydada təsdiq olunmuş surətini, Sabirabad rayon dövlət arxivinin 23 aprel 2019-cu il tarixli, 103 nömrəli arxiv arayışlarının notarial qaydada təsdiq olunmuş surətini, xx.xx.2019-cu il tarixli, 10 nömrəli güzəştli arayışın notarial qaydada təsdiq olunmuş surətini, vredni işlərin 1-nömrəli siyahısından çıxarışı) ərizəsinə əlavə edərək, cavabdeh inzibati orqana Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi müraciət etmişdir. Lakin onlar həmin sənədlərini qəbul etmədən bəhanələr gətirərək müraciətinə əlavə olunmuş sənədləri xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktuba əlavə edərək geri qaytarmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız sənədlərin əslinin, yəni əmək kitabçasının əslinin təqdim edilməsi və yaxud da həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətinin götürülməməsi ilə bağlı hər hansı göstəriş nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən onun cavabdehə rəsmi qaydada müraciətini, ona əlavə olunmuş sənədlərin notarial qaydada təsdiq olunmuş surətini, həmçinin müraciətinin qəbul olunması barədə xəbərnaməni iddia ərizəsinə əlavə edir. Vətəndaşların pensiya təminatı haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD saylı Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən Əmək şəraitinə görə güzəştli pensiyaları haqqında qanunda göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalısan neftcilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli sivahısı üzrə: kişilər—50 vasına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Hal-hazırda qüvvədə olan Əmək pensiyaları haqqında 07 fevral 2006-cı il tarixli, № 54-İİİQ saylı Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəratinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il stajı olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa həmin şəxslərin 50 yaşdan əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 17 iyul 1997-ci il tarixli 321 İQD nömrəli Qanununun 1-ci maddəsinə əsasən, həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Belə ki, xx.xx.1999-cu il tarixdə 20 il ümumi iş stajı 10 il isə zərərli (vredni) iş stajı toplanmışdır. Yəni xx.xx.1999-cu il tarixdə hüququ yaranıb. 17 fevral 2013-cü ildə isə 51 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Əmək pensiyaları haqqında 07 fevral 2006-cı il tarixli, Nq 54-İİİQ saylı Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə olan halda da onun konstitusion hüquqları pozulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ məhdudlaşdırılır. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən məhkəməyə iddianın mümkünsüzlüyünə dair ərizə təqdim edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladıqı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiava cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduqu hallarda cavabdehin imtinasının olub-olmamasını. İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasmda iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati-Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi İddiaçı hazırki tələblə (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) bağlı inzibati orqana, yəni cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, onun müraciətinə imtina verilmədən müvafiq əlavə sənədlərin təqdim olunması tələb edilmişdir. İddiaçı isə həmin sənədləri təqdim etmək əvəzinə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının müraciəti ilə bağlı imtina cavabı mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul eidlməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1078/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1078/2022 nömrəli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)-263/2022 nömrəli qərardadı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1078/2022 nömrəli qərardadının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)-263/2022 nömrəli qərardadı qanuni qüvvəsini almış və inzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1954/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İşdə olan iddiaçının NZ ******* nömrəli hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan NT-İ № ******* nömrəli əmək kitabçasının və kolxozçunun əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1977-1980-ci illərdə Sabirabad rayonu “Telman” adına kolxozda, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984xx.xx.1985, xx.xx.1984-xx.xx.1985-ci illərdə Sabirabad rayonu 41 nömrəli X1, xx.xx.1985xx.xx.1986-cı illərdə 20 nömrəli X1, xx.xx.1986-xx.xx.1999-cu illərdə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Meliorasiya-Mexaniki Təmir Zavodunda işləmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 103 nömrəli arayışından görünür ki, İddiaçı 1983-1986-cı illərdə SMD-20 idarəsində işləmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 103 nömrəli arayışından görünür ki, İddiaçı 1977-1980-ci illərdə Sabirabad rayon “Telman” kolxozunda işləmişdir. İşdə olan İddiaçı ərizəsindən görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən onun xx.xx.1980- xx.xx.1982-ci illərdə hərbi xidmətdə olduğu müddətin, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1985-ci illərdə Sabirabad rayonu 41 nömrəli X1, xx.xx.1985-xx.xx.1986-cı illərdə 20 nömrəli X1, xx.xx.1986xx.xx.1999-cu illərdə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Meliorasiya- Mexaniki Təmir Zavodunda işlədiyi illərin, 1977-1980-ci illərdə Sabirabad rayonu “Telman” adına kolxozda işlədiyi illərin minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 51 yaşdan, yəni 17 fevral 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi barədə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qaydada poçt vasitəsi ilə ərizə göndərmiş və müvafiq sənədlərin təsdiq olunmuş surətini ərizəyə əlavə etmişdir. İşdə olan SS755630019AZ nömrəli xəbərnamədən görünür ki, İddiaçı müraciət ərizəsi xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşı tərəfindən qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)-263/2022 nömrəli qərardadında Apellyasiya instansiyası məhkəməsinin mövqeyi hissəsində qeyd edilmişdir ki, işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına sorğu ünvanlanaraq iddiaçının cavabdeh orqana ilkin müraciət ərizəsinin və ona əlavə edilmiş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması xahiş olunmuşdur. Məhkəmənin sorğusuna verilmiş cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdeh orqana ilkin müraciəti zamanı pensiya təyin edilməsinə dair ərizəsini, şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının, güzəştli arayışının, hərbi biletinin və arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. Göründüyü kimi, cavabdeh orqan imtina məktubda İddiaçı şəxsiyyət vəsiqəsinin surətinin və pensiya təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsinin zəruriliyini qeyd etsə də, işin apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı zəruri olan bütün sənədlərini cavabdeh orqana təqdim etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-215569/2023 nömrəli imtina məktubundan görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1995-ci il tarixinədək əmək haqqı və digər ödənişlər ödənilməsini, xx.xx.1996-cı il tarixində işdən azad olunması, bu faktın qarşılıqlı yoxlama aktı ilə təsdiq edildiyini qeyd etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli DSMF publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan Regional filialı ilə X7 filialının birgə tərtib etdiyi qarşılıqlı yoxlama aktında qeyd edilmişdir ki, X7 filialında mühafizə olunan Meliorasiya Mexaniki Təmir zavodunun sənədləri yoxlanılarkən İddiaçı xx.xx.1986-xx.xx.1999-cu illərə aid əmrlər kitabı arxivə təhvil verilmədiyi üçün iş stajını yoxlamaq mümkün olmamışdır. Filialda mühafizə olunan X9 Təmir zavodunun 1991-1997-ci illərə aid əmək haqqı hesablama cədvəllərindən seçmə üsulla vətəndaşın adına rast gəlinmişdir. İşlədiyi dövr ərzində əmək haqqından məcburi dövlət sığorta haqları hesablanaraq ƏƏSMN tabeliyində DSMFnin hesabına tam ödənilmişdir. Yoxlama müəssisədə mühafizə olunan əmrlər kitabları, T-2 şəxsi vərəqə, əmək haqqının hesablanması və ödəniş cədvəllərinə əsasən aparılmışdır. Üzləşmə zamanı heç bir kənarlaşma aşkar edilmədiyi üçün aktın doğruluğunu öz imzalarımızla təsdiq edirik. İşdə olan xx.xx.2023-cü il tarixli DSMF publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan Regional filialı ilə X7 filialının birgə tərtib etdiyi qarşılıqlı yoxlama aktında qeyd edilmişdir ki, Meliorasiya Mexaniki Təmir zavodunda mühafizə olunan əmrlər kitabı saxlanılmadığı üçün İddiaçı xx.xx.1986-xx.xx.1999-cu illərə aid əmək stajını yoxlamaq mümkün olmamışdır. Lakin, 3-cü dərəcə əridici sexinə keçməsi barədə əmrə rast gəlinmişdir. İşlədiyi dövr ərzində əmək haqqından məcburi dövlət sığorta haqları hesablanaraq ƏƏSMN tabeliyində DSMF-nin hesabına tam ödənilmişdir. Yoxlama müəssisədə mühafizə olunan əmrlər kitabları, T-2 şəxsi vərəqə, əmək haqqının hesablanması və ödəniş cədvəllərinə əsasən aparılmışdır. Üzləşmə zamanı heç bir kənarlaşma aşkar edilmədiyi üçün aktın doğruluğunu öz imzalarımızla təsdiq edirik. İşdə olan X7 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2-269/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1991-1997-ci illərdə işləməsi və əmək haqqı alması qeydlər vardır. İşdə olan Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin Meliorasiya- Mexaniki Təmir Zavodunun xx.xx.2019-cu il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin Meliorasiya-Mexaniki Təmir Zavodunda mexaniki sexə 2-ci dərəcəli nəqledici peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.1986-cı il tarixində metal əritmə sexinə keçirilmiş, xx.xx.1987-ci il tarixində quraşdırıcı çilingər, xx.xx.1989-cu il tarixində metal əridici, xx.xx.1989-cu il tarixində polad əridən, xx.xx.1991-ci il tarixində metal əridici işinə keçirilmişdir. xx.xx.1999-cu il tarixdən işdən azad edilmişdir. Həmçinin həmin arayışda qeyd edilmişdir ki, İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin 1 saylı siyahısının Xİ-ci (Metal emalı) bölməsində ərinti və metal əridiciləri peşəsi 1110100a-16626 saylı kod ilə, vakkum sobalarında poladəridənlər və onların köməkçilərindən başqa bütün adlarda poladəridənlər və onların köməkçiləri peşəsi 1110100z-18768 saylı kod ilə çalışan işçilər 1 saylı siyahı üzrə güzəştli pensiya hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı siyahısına əsasən İddiaçı 10 il iş stajı vardır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən onun sığorta stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. Başqa sözlə işin hallarından və yuxarıda qeyd edilən sənədlərdən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı, 10 ildən çox güzəştli iş stajı olmasına baxmayaq, həmin sığorta stajı yalnız əmək kitabçası ilə deyil, arxiv arayışları və işlədiyi müəssisənin verdiyi sənədlər (arayışlar) ilə də təsdiq olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısın Xİ-ci (Metal emalı) bölməsində ərinti və metal əridiciləri peşəsi 1110100a-16626 saylı kodu ilə və vakkum sobalarında poladəridənlər və onların köməkçilərindən başqa bütün adlarda poladəridənlər və onların köməkçiləri peşəsi 1110100z-18768 saylı kodu ilə güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 51 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlı deyil məhz iddiaçının ümumi əmək fəaliyyətinə dair sığorta stajının kifayət etməməsinə əsaslanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1986-xx.xx.1999-cu ilə kimi olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları tam aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1986-xx.xx.1999-cu ilə kimi işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1986-xx.xx.1999-cu ilə kimi işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi, həmçinin məcburi sosial sığorta haqlarının ödənilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1986-xx.xx.1999-cu ilə kimi fasilələrlə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa iddiaçının kolxozda işlədiyi müddətlə bağlı məhkəmə Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 103 nömrəli arayışının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1977-1980-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X5 rayon filialının xx.xx.2019-cu il tarixli, 103 nömrəli arayışını, həmçinin iddiaçının digər əmək stajları ilə bağlı əmək kitabçasını, hərbi biletini, güzəştli arayışını, digər arxiv arayışlarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı təqdim etdiyi əmək kitabçalarında, arxiv və işlədiyi müəssisələrin verdiyi arayışlarında öz əksini tapmışdır və həmin sənədlərdə göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə təqdim etdiyi sənədlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının ümumi sığorta stajı və güzəştli şərtlərlə işlədiyi dövrü arxiv və işlədiyi müəssisələrin verdiyi arayışlarında öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışların və arxiv sənədlərinin mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı pensiya hüququ 17 fevral 2013cü il tarixdən, yəni 51 yaşdan yaranmasına baxmayaraq, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh inzibati orqana müraciət etdiyi, yəni müraciət ərizəsinin cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2021-ci il tarixdən üç il əvvəlki dövr üçün, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1954/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1954/2023
13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver