Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1964/2023 05.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X9nin nümayəndəsi X7, Cavabdeh, Üçüncü şəxs Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X9nin Cavabdeh qarşı “tikinti obyektinin sökülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 sentyabr 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhəri, Araz Seyfullayev küçəsində (Şərəfə yolu ilə Digah yolunun kəsişməsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 14 mart 2023-cü il tarixli qərardadı ilə Masallı Rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 2022-ci il tarixli, M-01-2654 saylı məktubuna əsasən Azərbaycan Respublıkası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti çərçivəsində Masallı şəhəri, Araz Seyfullayev küçəsində (Şərəfə yolu ilə Digah yolunun kəsişməsində) yerləşən torpaq sahəsində Cavabdeh qeyriyaşayış obyektini qanunsuz inşa etməsı faktı aşkarlanmışdır. Bununla əlaqədar Tikintidə Təhlükəsizliyə Nəzarət Dovlət Agentliyi tərəfındən müvafıq araşdırmalar aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Masallı Rayon İcra Hakımıyyəti başçısının, atası X1 adına vermiş olduğu 07 oktyabr 1998-ci il tarixli, 415 nömrəli Sərəncamından kənara çıxaraq dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etmış və icazə olmadan şəhərsalma norma və qaydaları pozulmaqla qeyri-yaşayış obyekti inşa etmişdir. Hal-hazırda tikinti obyektinın yan divarlarının və dam örtüklərinin inşası başa çatdırıldığına görə, Agentlik tərəfindən qeyd olunan özbaşına tikilinin sökülməsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək zərurəti yaranmışdır. Həmin Məcəllənin 95.1.1-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə quvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsındə olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfındən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətındə olan torpaq sahəsində inşa edildikdə; 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrındə nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95 1.3-1ci, 95 1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafıq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak ozbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ ınəhkəmə tərəfındən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərını pozursa və ya fızıki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikınti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakımıyyəti orqanlarının və ya maraqlı tərəfın müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökulə bilər. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəlı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçırilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfındən, tikınti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökulməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Həmin Qaydalara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçırılməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi tərəfindən Nazirliyin Tikintidə X4 Agentliyi və Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə uyğun olaraq Qaydaların 2.1.3-cü, 2.1.4-cu və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda Agentlik tikinti obyektinin və ya onun hissəsınin sökulməsi barədə məhkəməyə müraciət edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 10.4-cü bəndınə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökulməsı barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin ümayəndəsi X11 iddia tələbinin əsaslı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 1998-ci il tarixli, 415 nömrəli sərəncamının surətindən görünür ki, X2 Masallı şəhərində tikəcəyi mağaza binasının altına Bakı-Astara magistral yolunun Şərəfə kəndinə gedən yolun kəsişdiyi yerin yaxınlığında olan boş ərazidən 38,0 kvadrat metr torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Masallı rayonu Masallı bələdiyyəsi tərəfindən Cavabdeh verilmiş 08 sentyabr 2021-ci il tarixli, 346 nömrəli arayışa əsasən onun Bakı-Astara yolunun Şərəfə kəndinə gedən yol ilə kəsişdiyi yerin yaxınlığında 80 kv.m sahəsi olan obyekti (avtomobillərə qaynaq və elektrik işləri xidməti) vardır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Cavabdeh ünvanladığı 15 noyabr 2022-ci il tarixli, 362 nömrəli məktubunda bildirilmişdir ki, Sizin Masallı şəhəri, Araz Seyfullayev küçəsində (Şərəfə yolu ilə Digah yolunun kəsişməsində) yerləşən torpaq sahəsində həndəsi ölçüləri 24,0 x 8,0 m (192 kv.m.) olan qeyri-yaşayış obyektinin qanunsuz inşa edilməsi faktı aşkarlanmışdır. Bununla bağlı sizdən sözügedən obyektə dair müvafiq sənədlərin 3 (üç) gün müddətində Masallı Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinə təqdim etməyiniz tələb olunur. Əks təqdirdə özbaşına inşa edilmiş qeyri-yaşayış obyekti barədə məlumat hüquq-mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinə göndəriləcəkdir. İş materiallardan, o cümlədən iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən, həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Masallı şəhəri, Araz Seyfullayev küçəsində (Şərəfə yolu ilə Digah yolunun kəsişməsində) yerləşən 192 kv.m torpaq sahəsində olan qeyri-yaşayış obyektinin yan divarlarının və dam örtüklərinin inşası başa çatmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X9nə ünvanladığı xx.xx.2022-ci il tarixli, M-01-2654 nömrəli məktubuna əsasən rayon ərazisində bir çox şəxslər, o cümlədən Cavabdeh tərəfindən müvafiq icazə sənədi almadan, şəhərsalma norma və qaydaları pozulmaqla tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilmiş, özbaşına inşa olunmuş həmin tikililərin sökülməsi ilə əlaqədar tədbirlərin görülməsi xahiş edilmişdir. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli iclas protokolunun 18 nömrəli qərarından çıxarışdan görünür ki, Masallı rayonu Masallı bələdiyyəsi bələdiyyənin alqısatqı predmeti olan, Masallı şəhəri, Bakı prospekti ünvanında yerləşən 150 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə qərar qəbul etmişdir. İş materiallarında olan Masallı rayonu Masallı bələdiyyəsinin Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X9nə ünvanladığı 03 fevral 2023-cü il tarixli, 32 nömrəli məktubundan müəyyən olunur ki, Masallı bələdiyyəsinin 18 oktyabr 2022-ci il tarixli iclas protokolunun 18 nömrəli qərarında qeyd olunmuş alqı-satqı predmeti olan sahibkarlıq təyinatlı 150 kv.m torpaq sahəsinin Cavabdeh satılması nəzərdə tutulmuşdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Masallı Rayon İcra Hakimiyyəti başçısının 07 oktyabr 1998-ci il tarixli, 415 nömrəli sərəncamı ilə atası X2 mağaza binasının tikintisi üçün Bakı- Astara magistral yolunun Şərəfə kəndinə gedən yol ilə kəsişdiyi yerin yaxınlığında olan boş ərazidən verilmiş 38 kv.m və Masallı rayonu Masallı bələdiyyəsinə aid alqı-satqı qaydasında əldə etmək istədiyi 150 kv.m torpaq sahələrində ümumi ölçüsü 192 kv.m olan, yan divarlarının və dam örtüklərinin tikintisi başa çatmış qeyri-yaşayış obyekti inşa etdirmişdir. Qeyd olunan torpaq sahələri və həmin torpaq sahələri üzərində inşa olunmuş tikililər üzrə hər hansı hüquqda (vərəsəlik, mülkiyyət, sahiblik, istifadə, icarə) səlahiyyətə malik olduğunu təsdiq edən dəlil-sübutların təqdim edilməsi təklif olunsa da, cavabdeh bu barədə məhkəməyə heç bir hüquqmüəyyəedici sənəd təqdim etməmiş, bununla da, məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh üzərində heç bir hüququ olmadığı torpaq sahələrində özbaşına tikinti işləri aparmış, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2) və s. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar (hazırki mübahisədə daşınmaz əmlakla bağlı qeyd olunan hüquq normalarında göstərilən hallar mövcud deyildir) istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçırilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfındən, tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti quraşdırma işlərının dayandırılması və zəruri hallarda obyektin sökulməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Həmin Qaydalara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçırılməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi tərəfindən Nazirliyin Tikintidə X4 Agentliyi və Agentliyin Baş Dövlət Tikinti Müfəttışliyi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli, 534 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə uyğun olaraq Qaydaların 2.1.3-cü, 2.1.4-cu və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökulməsi barədə məhkəməyə müraciət edir. İnzibati və mülki hüquq münasıbətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 10.4cü bəndınə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökulməsı barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı Masallı şəhəri, Araz Seyfullayev küçəsində (Şərəfə yolu ilə Digah yolunun kəsişməsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsini tələb etməkdə haqlıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Masallı şəhəri, Araz Seyfullayev küçəsində (Şərəfə yolu ilə Digah yolunun kəsişməsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri-yaşayış obyektinin öz hesabına sökülməsi öhdəliyi cavabdeh X3 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Masallı şəhəri, Araz Seyfullayev küçəsində (Şərəfə yolu ilə Digah yolunun kəsişməsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa olunan qeyri-yaşayış obyektinin öz hesabına sökülməsi öhdəliyi cavabdeh X3 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1964/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1964/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver