Məhkəmə qərarları › İş №2-1(120)-1964/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1964/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1964/2025 20.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi rayon Taynaq kənd ərazisində yerləşən 2.16 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpası və qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi rayon Taynaq kənd ərazisində yerləşən 2.16 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpası və qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il 01 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 2.16 ha torpaq sahəsi ayrılmışdır. Həmin sahə Dövlət Aktı qeydiyyat kitabında 814 nömrə ilə qeydiyyata alınıb, JN 147 KOD 60812028 saylı Torpağı Mülkiyyət Hüququna X4 verilmişdir. 26 ildən sonra Torpağa Mülkiyyət Hüququna dair JN 147 nömrəli Dövlət Aktının cizgilərində göstərilən 2.16 ha torpaq sahəsi 1.0 ha azaldılaraq 1.16 ha olduğu müəyyən edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri 6 saylı Beyləqan ərazi idarəsinə xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirmişdir ki, araşdırma aparılmış, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən təqdim edilmiş məlumata əsasən elektron məlumat bazasında ona 1.16 ha torpaq sahəsi ayrılmışdır. Bununla da onların müraciətinin icrasından imtina edilmişdir. Bir ölkədə və ya onun bir kəndində iki dəfə islahat aparılmış, kəndin ərazisinin yerquruluşu xəritəsi ilə uyğunsuzluğu kimi sənədlər əsas göstərilərək mülkiyyət hüququnun pozulması yolverilməzdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. İş materiallarına əlavə olunan iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi rayon Taynaq kənd ərazisində yerləşən 2.16 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpası və qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İş materiallarına əlavə edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 21-3-45/2-6326/2024 nömrəli ərizənin icrasından imtina verilməsi barədə məktubunda qeyd edilmişdir ki, JN-147, KOD 60812028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən torpaq sahəsinin ölçüsü ilə Ağcabədi rayonu, Taynaq kəndinə aid islahatın kompleks yerquruluşu xəritəsi və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamına uyğun olaraq Ağcabədi rayonu, Taynaq kəndinə aid tərtib edilmiş yeni rəqəmsal kadastr xəritəsində göstərilən torpaq sahəsinin ölçüsü əsasında uyğunsuzluq olması müəyyən edilmişdir. Bundan əlavə bildirilmişdir ki, həmin 1.16 ha torpaq sahəsi üzərində də iddiaçının və digər ailə üzvlərinin mülkiyyət hüququ **********02 reyestr nömrəsi ilə 20 may 2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(120)-1964/2025 saylı hüquqi yardım məktubunun məzmunundan görünür ki, məhkəmə tərəfindən iddiaçılara yardım olunaraq bildirilmişdir ki, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi tərəfindən təqdim edilmiş məlumata əsasən elektron məlumat bazasında iddiaçıya və ailə üzvlərinə 1.16 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində iddiaçının və digər ailə üzvlərinin mülkiyyət hüququ **********2 reyestr nömrəsi ilə xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüququ izah olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər və iş materialları nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, Ağcabədi rayonu, Taynaq kəndində yerləşən 1.16 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində İddiaçı və digər ailə üzvlərinin adına çıxarış qeydə alınmışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının hüquqi marağı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il 01 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 2.16 ha torpaq sahəsinə çıxarışın və plan ölçü sənədinin verilməsi öhtəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi tərəfindən təqdim edilmiş məlumata əsasən elektron məlumat bazasında iddiaçıya və ailə üzvünə 1.16 ha torpaq sahəsi ayrıldığı müəyyən edilmişdir. Ağcabədi rayonu, Taynaq kəndində yerləşən 1.16 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində İddiaçı və digər ailə üzvü X1 adına çıxarış qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydə aldıraraq ona 1,16 ha torpaq sahəsinin verilməsi ilə razılaşmışdır. Bundan başqa Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi tərəfindən təqdim edilmiş məlumata əsasən elektron məlumat bazasında iddiaçıya və ailə üzvlərinə 1.16 ha torpaq sahəsi verildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım gösətrilməsinə baxmayaraq onun faktiki istifadəsində 2,16 ha torpaq sahəsinin olmasına və ya 2,16 ha torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyən edici sənədlərini məhkəməyə təqdim etməmişdir. İki nəfər ailə üzvünə 2,16 ha torpaq sahəsinin ayarılması iddiaçının məhkəmə təqdim etdiyi Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il 01 nömrəli qərarına istinad etmiş olsada Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi tərəfindən təqdim edilmiş məlumata əsasən elektron məlumat bazasında iddiaçıya və ailə üzvlərinə 1.16 ha torpaq sahəsi ayrıldığı müəyyən edilmiş, bu halla iddiaçı razılaşaraq xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının dövlət qeydiyyatınaldıraraq bu barədə müvafiq çıxarış əldə etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il 01 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 2.16 ha torpaq sahəsinə çıxarış verilməsinə dair iddia ərizəsi ilə məhkəyə müraciət etmişdir. Baxamayaraq ki, onun Ağcabədi rayonu, Taynaq kəndində yerləşən 1.16 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində İddiaçı və digər ailə üzvü X1 adına çıxarış qeydə alınmışdır. Belə olduğu halda iddiaçı 1,0 ha torpaq sahəsinin dövlət reysterində qeydə alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda yenidən 2,16 ha torpaq sahəsinin dövlət reysterində qeydə alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Beləliklə də iddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübutun olması müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri də iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən hər hansı hüquqi əsasla ona məxsus torpaq sahəsi barədə onun iradəsinə zidd onun adına çıxarış verilməsindən imtina olunsun. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən hazırda mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamına uyğun olaraq Ağcabədi rayonu, Taynaq kəndinə aid tərtib edilmiş yeni rəqəmsal kadastr xəritəsində göstərilən torpaq sahəsinin ölçüsü əsasında uyğunsuzluq olması müəyyən edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına, həmçinin hər hansı qanuni əsaslardan biri ilə torpaq sahəsinin iddiaçılara məxsus olmasına dair sübutların təqdim edilməsinin zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçılar həmin sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi rayon Taynaq kənd ərazisində yerləşən 2.16 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpası və qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar