Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1968/2024 16.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsi vaxtı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 01N nömrəli əmri ilə həmin hərbi hissəyə xidmətə götürülmüşdir. xx.xx.1993-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və həmin tarixdə Ağadərə bölgəsində yaralanmışdır. Bu fakt onun ******* nömrəli hərbi biletində xüsusi qeyd edilmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 037 nömrəli əmrində onun Ağadərə bölgəsində döyüş zamanı yaralanmağı barədə məlumat var. Bundan əlavə, qeyd edir ki, yaralandıqdan sonra ona ikinci qrup əlillik verilmiş və əlillik dərəcəsinə görə ona 6600 manat sığorta pulu verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-324N nömrəli arxiv arayışında qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 01N nömrəli əmri ilə N nömrəli hərbi hissəyə xidmətə götürülmüşdür. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 037 nömrəli əmrində onun Ağadərə bölgəsində döyüş zamanı yaralanmağı barədə məlumat var. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 037 nömrəli əmrində ştat bölgüsündə kənarda qalan şəxsi heyətin siyasinda adı qeyd olunmuşdur. Bundan başqa arxiv arayışında qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli 2/2-9695 nömrəli məktubda cavab olaraq, Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-324N nömrəli arxiv arayışına əsasən xx.xx.1993-cü ildən sonra xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsi verilməsinin məqsədəuyğun olmaması qeyd edilmişdir. Halbuki, verilmiş hərbi biletindən və digər sənədlərdən açıq aydın görünür ki, o, xx.xx.1993-cü tarixindən xx.xx.1993-cü il tarixindək Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin buna baxmayaraq ona imtina verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək etirazında qeyd etmişdir ki, iddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu ,Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərətərəfli araşdırılması üçün, tərəfimizdən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmiş, Mərkəzi arxivin 14 dekabr 2023-cü il tarixli 260N nömrəli arayışına əsasən N nömrəli hərbi hissə kom and in in N avqust 1993-10 sentyabr 1993, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin yanvar-may 1994-cü il tarixli şəxsi heyətin “pul təminatı ilə təmin olunması” cədvəllərində İddiaçı xidməti və məvacib olamsı barədə məlumat aşkar edilməmişdir. Bununla da, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Odur ki, göstərilənləri nəzərə alıb İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adının və vəsiqəsinin verilməsi təlabinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE ******** seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə İmişli rayonu Soltanmuradlı kəndində anadan olmuş, İmişli şəhəri, Ağamalıoğlu küçəsi, ev 4, mənzil 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. xx.xx.1986-cı il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Ağdərə rayonun döyüşlərdə iştirak etmişdir. Hökumət mükafatları və döş nişanları və qiymətli hədiyyələrlə təltif edilmə: "Sovet Ordusu əlaçısı” döş nişanı ilə təltif edilib. 25.05.87-ci il tarixli 014 nömrəli əmr. 35236 saylı h/h Qərargah rəisi p/p-k: imza var Matrosov Möhür var 22. Hansı yaralanmaları və kontuziyaları var (yaralanmanın (kontuziyanın) tarixi və xarakteri: 25.03.93-cü ildə hər iki sümüyün qəlpəli sınıqları və mil sinirinin zədələnməsi ilə sol bazunun odlu dəlib keçən güllə yaralanması almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-324N nömrəli arayışından görünür ki, Respublika çağırış məntəqəsindən göndərilmiş İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 01N nömrəli əmrilə (əsas: səh.9, §2, sıra-29) hərbi hissəyə xidmətə götürülmüşdür. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 037 nömrəli əmrində (əsas: səh.16, §1, sıra-5, qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı Ağdərə bölgəsində döyüş zamanı yaralanması barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 103 nömrəli əmrində (əsas: səh.37, §1, sıra-40) ştat bölgüsündə kənarda qalan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin fevral, aprel, iyul 1993-cü il, N nömrəli hərbi hissə komandirinin iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. xx.xx.1993-cü il tarixli, 3043 nömrəli Xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, İddiaçı, 1993-cü ilin aprel ayından xidmət edir, hərbi rütbəsi: sıravi, hərbi peşəsi: atıcı, hərbi hissə: 133, həqiqi hərbi xidmətə İmişli RHK yanında çağırış komissiyası tərəfindən çağırılıb, şikayətləri: sol ön çiyin və əldə ağrılardan, zəiflikdən və funksiya məhdudluğundan şikayət edir, qısa anamnezi: 25.03.93-cü ildə Ağdərə rayonunda döyüşlər zamanı hər iki sümüyün qəlpəli sınığı və mil sinirinin zədələnməsi ilə sol ön çiyinin odlu silahdan dəlib keçən güllə yarasını alıb. İlk yardım yerinə göstərilib, bundan sonra Ağdam hərbi hospitalına çatdırılıb, burada sol ön çiyində yaranın ilkin cərrahi emalı aparılıb, müvəqqəti immobilizasiya qoyulub, 27.03.93-cü ildə helikopterlə Ələtə təxliyyə edilib (h/h 251), burada konservativ müalicə aparılıb. Yaralar sağalıb. Gips immobilizasiya qoyulub. HHK-da müayinə edilib, 30 günlük məzuniyyət verilib, ambulator müalicə üçün çıxışa yazılıb (18.05.93-cü il tarixli çıxış epikrizi). MHP HHK tərəfindən müayinə edilib, 30 günlük əlavə məzuniyyət verilib. 13.07.93-cü ildə ekspert qərarının qəbul edilməsi üçün MHP-ya göndərilib. Müalicədə olub: 27.03.93-cü il - Ağdam hospitalı, 18.05.93-cü il - Ələt hospitalı. Obyektiv tədqiqatın məlumatları: Düzgün bədən quruluşuna malikdir, kifayətli qidalanıb. Dəri və görünən selikli qişaları normal rəngdədir. Nəbzi dəqiqədə 70 vurğu, ritmikdir. AT 120/60 mm.rt.cs. Ürək tonları təmizdir, sərhədləri normasındadır. Ağciyərlərində vezikulyar tənəffüs eşidilir. Qarın düzgün konfiqurasiyaya malikdir, yumşaqdır, ağrısızdır. Qaraciyər böyüməyib, dalaq palpasiya olunmur. Görmə itiliyi hər iki gözdə 1,0. Rəng hissiyatı normasındadır. LOR orqanları normasındadır. Sinir sistemi: əlin arxa qatlanmasmda, açılmasında və birinci barmağın ayrılmasında məhdudiyyət qeyd edilir. Sümük arxasının mil yarısında hipesteziya. Dayaq-hərəkət aparatı: sol ön çiyinin əzələlərinin 3 sm ölçüdə atrofıyası. Ön çiyinin deformasiyası, onun uzununa oxunun milistiqamətində əyilməsi. On çiyinin orta üçdə birində güllənin daxil olm ası və çıxışı, əməliyyat sonrası dəliklərdən çapıqlar var. Palpasiya ağrılıdır. Hər iki sümüyün sınıq yerində böyük olmayan yellənmə hərəkəti müəyyən edilir. Əl funksiyası kəskin zəifləyib, dinamometriya - 0. Xüsusi tədqiqatların nəticələri: 13.07.93-cü il tarixli qan, sidik analizləri normasındadır, döş qəfəsi orqanlarının 13.07.93-cü il tarixli rentgenoskopiyasında patologiya yoxdur. Sol ön çiyinin 13.07.93-cü il tarixli rentgenoqrammda sol ön çiyinin hər iki sümüyün orta üçdə birinin qəlpələrin sürüşməsi ilə qeyro- konsolidasiyalı qəlpəli sınığı müəyyən edilir. Diaqnoz və xəstəliyin (yara, kontuziya, xəsarətin) səbəb əlaqəsi haqqında qətnamə. Hər iki sümüyün çoxsaylı qəlpəli sınığı və mil sinirinin zədələnməsi ilə sol ön çiyinin odlu silahdan dəlib keçən güllə yarası (25.03.93) nəticəsində ön çiyin sümüyünün orta üçdə birinin hər iki sümüyünün qeyri-konsolidasiyalı sınığı. Sol mil sinirinin əl funksiyasının cüzi pozulması ilə postravmatik nevropatiyası. Yaralanma, bəli, Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanıb. Hərbi xidmətə yararlılıq haqqında komissiyanın qətnaməsi Xəstəliklərin və fiziki qüsurların Siyahısının (SSRİ Müdafiə Nazirinin 260 saylı 1987-ci il tarixli əmri ilə təsdiq edilib) İ qrafasmın 39“b”, 14 “v” maddələrinə əsasən sülh dövründə hərbi xidmət üçün yararsızdır, müharibə dövründə qeyri- sıravi xidmət üçün yararlıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-324N nömrəli arayışına əsasən N () nömrəli hərbi hissədə xx.xx.1993-cü ildən sonrakı hərbi xidmətiniz əmrlərlə təsdiqlənmədiyinə görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 01N nömrəli əmrində (əsas: §-2, səh-9, sıra-29, əmrdə vəzifəsi yazılmamışdır) Respublika çağırış məntəqəsindən göndərilmiş və hisssəyə xidmətə götürülmüş əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. 733(703) nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 037 nömrəli əmrində (əsas: §-1, səh-16, sıra-5, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Ağdərə bölgəsində döyüş zamanı yaralanması barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 103 nömrəli əmrində (əsas: §-1, səh-37, sıra-40) ştat bölgüsündə kənarda qalan əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Qeyd edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkaı olunmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında aparılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 05.12 1967-ci il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən, aprel 1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir və xx.xx.1993-cü il tarixdə yaralanmışdır. xx.xx.1993-cü il tarixdə Mərkəzi Hərbi Poliklinikasının HHK-nın qərarına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilərək ehtiyata buraxılmışdır. "Müharibə veteran” vəsiqəsinin verilməsi üçün müraciət etmiş və xidmətini müəyyən etmək üçün xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu göndərilmişdir. Mərkəzi arxivdən daxil olmuş xx.xx.2023-cü il tarixli 4/2-324N nömrəli arxiv arayışının, xəstəlik haqqında şəhadətnaməsinin və qeydiyyat kartasının təsdiq olunmuş kserosurətlərini məhkəməyə göndərir. xx.xx.2021-ci il tarixli AZ 10324 və xx.xx.2021-ci il tarixli AZ 0482 Azərbaycan Respublikası Qarabağ Uğrunda medalından görünür ki, İddiaçı Azərbaycan Respublikası Qarabağ Uğrunda medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 01N nömrəli əmrində (əsas: §-2, səh-9, sıra-29, əmrdə vəzifəsi yazılmamışdır) Respublika çağırış məntəqəsindən göndərilmiş və hissəyə xidmətə götürülmüş əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 037 nömrəli əmrində (əsas: §-1, səh-16, sıra-5, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Ağdərə bölgəsində döyüş zamanı yaralanması barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 103 №-li əmrində (əsas: §-1, səh-37, sıra-40) ştat bölgüsündə kənarda qalan əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasf'na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirir ki, İddiaçı İmişli Rayon Mərkəzi Xəstəxanasının 0262003AAPA8, 0262003AAS6K və C00072695DRİ nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2021, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində təqsirləndirici material və ya cinayət işi yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 255 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək müddət ərzində olan sənədlər hərbi hissədə məhv edildiyindən, Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməyiniz daha məqsədə uyğundur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi sənədlər arxivinin xx.xx.2024-cü il tarixli, 134 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1993-cü il tarixdə və xx.xx.1993-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: 1. Saidin hər iki sümüyünün orta 1/3 natamam bərkiməmiş qəlpəli sınığı, yüngül dərəcəli disfunksiya ilə. (xx.xx.1993, MN MHP-ka) 39 “q” maddəsinin İ bəndinə əsasən xəstəliyə görə 30 (otuz) gün məzuniyyətə ehtiyacı olub. 2. Sol saidin orta 1/3-nin dəlib keçən odlu silah yaralanması nəticəsində yaranan hər iki sümüyün bərkiməmiş çoxsaylı qəlpəli sınığı.(xx.xx.1993, MN MHP-ka) Hərbi xidmətə sülh dövründə yararsızdır, müharibə dövründə sıradan kənar xidmətə yararlıdır. Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmışdır. Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 №-li hərbi hissənin) 1993-cü ilə məxsus “Hərbi Həkim Komissiyasının İclas protokolu qeydiyyat” kitablrının 68,67- ci səhifələrində olan, 2669,3043-cü saylarındakı qeydlər. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 01N nömrəli əmrindən görünür ki, İddiaçı hərbi hissəyə xidmətə götürülmüşdür. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 037 nömrəli əmrindən görünür ki, İddiaçı Ağdərə bölgəsində döyüş zamanı yaralanmışdır. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 103 nömrəli əmrindən görünür ki, İddiaçı ştat bölgüsündən kənarda qalmışdır. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşın əlillik ilkin təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində, eləcə də ərazi üzrə xidmət göstərən 19 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi QaydasTna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı İmişli Rayon Mərkəzi Xəstəxanasının 0262003AAPA8, 0262003AAS6K və C00072695DRİ nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2021, xx.xx.2022 və xx.xx.2023cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 21N nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Göründüyüx kimi iddiaçı cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarızəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1968/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1968/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver