Məhkəmə qərarları › İş №2-1(120)-1969/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1969/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1969/2025 12.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun 01 sentyabr 1996-cı il tarixindən, 01 may 2000-ci il tarixinədək Əli Bayramlı şəhər Xalq Təhsil Şöbəsi 4 saylı məktəbdə işlədiyini, ümumi əmək stajının 25 ildən artıq olmasını nəzərə almaqla ona hüquqlarının yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı il tarixdən Şirvan şəhər 4 saylı orta məktəbinə 134 Ş3 saylı əmrlə sinif müəllimi ixtisası üzrə müəllim təyin edilmişdir. 01 May 2000-ci ildə 99 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. 2018-ci il tarixdən bu günə kimi sosial pensiya alır. Pensiya yaşı 2024-cü ilin Yanvar ayında çatdığı üçün ərizə ilə Şirvan şəhər ƏƏSMN -nə pensiya təyinatının dəyişməsi ilə əlaqədar müraciət etmişdir. Onun 4 saylı orta məktəbdə 01 Sentyabr 1996-cı ildən 2000-ci ilin 01 may ayına kimi əmək stajı nəzərə alınmamışdır. Səbəbi arxivdən əmək haqqı cədvəlinin olmamasını göstərmişlər. Bu səbəbdən ona ƏƏSMN tərəfindən pensiya təyinatının dəyişdirilməsinə imtina vermişlər. Bildirir ki, dərs cədvəlinə əsasən daima işdə olmaqla hər ay əmək haqqı almışdır. 4 saylı orta məktəbdə işləməyini onunla bir yedə işləyən müəllimlər təsdiq edə bilərlər. Odur ki, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, iddiaçı cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-98641/2024 nömrəli imtina məktubunda bildirmişdir ki, ümumi iş stajı qanunvericiliklə tələb olunandan (25 il) az olduğu üçün müraciətin müsbət həlli mümkün olmamışdır.(19 il 08 ay 29 gün) İmtina məktubundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Belə ki, iddiaçının təqdim etdiyi 034934 nömrəli diplomun surətində qeyd olunan məlumatlara əsasən, onun xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil dövrü, Hacıqabul rayon Dövlət Arxivinin 23.02 2024-cü il tarixli 3-48-17RA/2-22/2024 nömrəli arayışına əsasən 7 il 7 ay kolxozdakı əmək fəaliyyəti dövrü. Fondun 1 saylı Şirvan-Salyan regional filialının Şirvan şəhər Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktına əlavə olunmuş əmək haqqı cədvəllərindən çıxarışa əsasən xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək əməkhaqqı qeydə alınan 4 il 8 ay, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 18 il 4 ay 29 gün, xx.xx.2006-cı il tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixədək 4 ay əmək fəaliyyəti dövrləri və sözügedən əmək kitabçasının surətində qeyd olunan 1 il işsizlikdən sığorta ödənişinin verildiyi müddət nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 19 il 8 ay 29 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 04 ay 29 gün sığorta stajına uyğun olaraq 19562,35 manat. xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (4 ay sığorta stajına uyğun) 76,43 manat olmaqla, ümumilikdə 19638,78 manat təşkil edir ki, bu məbləğ onun pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildir ki, iddiaçının təqdim etdiyi ******* №-li əmək kitabaçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Şirvan şəhər qiyabi orta məktəbində və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Şirvan şəhər 4 saylı orta məktəbdə əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti zamanı yalnız iddiaçının adına əmək haqqı hesablanan aylar onun sığorta stajında nəzərə alınmış, əmək haqqı hesablanmayan ayların sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvardan 1-dək “Sosial müavinətlər haqqında” Qanuna əsasən, təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22.1-2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X4 gəlmiş, İddiaçı isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı oğlu konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Şirvan şəhəridir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X14 məktəbinin xx.xx.1980-cı il tarixli, ВТ № 034934 nömrəli diplomunun surətindən görünür ki, İddiaçı X18 texnikomunun ibtidai sinif müəlliməsi ixtisası üzrə 1977ci il tarixdən 1980-cı il tarixədək təhsil almışdır. Şirvan şəhər X3 xx.xx.2024-cü il tarixli, 28 nömrəli arayışında qeyd edilmişdir ki, Məmmədova (Qurbanova) Mülayim Qurban qızı 31 avqust 2002-ci ildən 01 aprel 2006-cı il tarixədək Əli Bayramlı şəhər X7 dərnək rəhbəri vəzifəsində işləyib. X12 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-280/2024 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Əli Bayramlı şəhər əyani-qiyabi məktəbinin, 14 və 4 saylı məktəblərin sənədləri ayrılıqda filiala təhvil verilməyib. Tərəfimizdən geniş araşdırılma aparılaraq X16 filialında mühafizə olunan Əli Bayramlı şəhər X15 1988-2000-ci illərin işçi heyyətinə aid (əmr və əmək haqqı hesablanması cədvəlləri) sənədlərinə baxıldı. 1. Əli Bayramlı şəhər X15 1988-1994-cü illərə aid əmrlər kitabında adınıza əmr aşkar olunmadı. 1988-ci ilin əmək haqqı cədvəlləri filiala təhvil verilməyib.1989-1994 illərin əmək haqqı cədvəlindən adınıza (Qurbanova soy adı ilə) aşkar olunan qeydlərin çıxarışını, 2.1994- 1996-cı illərə aid əmrlər kitabında adınıza aşkar olunan əmrlərin və əmək haqqı hesablanmasının çıxarışını, 3.1996-2000-ci illərə aid əmrlər kitabında adınıza əmr aşkar olunmadı. Əmək haqqı cədvəllərindən adınıza aşkar olunan qeydlərin çıxarışını sizə təqdim edirik. Qeyd: Əli Bayramlı şəhər Xalq Marif şöbəsi əyani-qiyabi məktəbinin 1991-ci ilin yanvar, iyul, 1992-ci ilin aprel, iyul, 1993-cü ilin fevral, aprel, iyun aylarının cədvəlləri filiala təhvil verilməyib. 1993-cü ilin mart, iyul, avqust, aylarının əmək haqqı hesablama cədvəllərində adınıza əmək haqqı hesablanması aşkar olunmadı. X5- pedaqoji orta təhsilli ibtidai sinif müəllimi, şəhər 14 №-li orta məktəbdə əvəzçiliklə ibtidai siniflərdə əmək və rəsm dərslərini aparan, 25 aprel 1994-cü il tarixdən həmin məktəbə ixtisası üzrə müəllim təyin edilsin. Əsas: Qurbanovanın 25/İV-94-cü il tarixli ərizəsi, şəhər 14 №-li orta məktəbin 25/İV-94 -cü il tarixli 613 №-li məktubu, şəhər maarif şöbəsinin kadr inspektoru X.Tağıyevin 25/İV-94-cü il tarixli razılığı. M.Q.Qurbanovanın işdən azad edilməsi haqqında. X5 Şəhər 14 saylı orta məktəbin pedaqoji orta təhsilli ibtidai sinif müəllimi, işə çıxmadığı ücün “15” iyun 1995-ci il 14 saylı orta məktəbin və Əli Bayramlı şəhər müəllimliyindən azad edilsin. Qeyd: Əli Bayramlı şəhər Xalq Marif şöbəsi 14 saylı məktəbinin 1994-ci ilin iyul, oktyabr, 1995-ci ilin sentyabr aylarının əmək haqqı hesablama cədvəllərində adınıza əmək haqqı hesablanması aşkar olunmadı. 1995-ci ilin iyul ayının cədvəlləri filiala təhvil verilməyib. Qeyd: Əli Bayramlı şəhər Xalq Təhsil şöbəsi 04 saylı məktəbinin 1996-cı ilin iyun ayında 1999-cu ilin sentyabr ayına qədər əmək haqqı hesablama cədvəllərində adınız aşkar olunmadı. Təqdim etdiyiniz əmək kitabçanızda göstərilən Təsviri incəsənət şöbəsinin sənədləri filiala təhvil verilməyib. Əli Bayramlı şəhər Xalq Təhsil şöbəsinin 2002-2006-ci illərə aid əmrlər kitabında adınız aşkar olunmadı. Bu səbəbdən 2002-2006-cı illərdə əmək fəliyyətiniz barədə məlumat vermək mümkün olmadı. Hacıqabul rayon Dövlət Arxivi xx.xx.2024-cü il tarixli, 3-48-17RA/2-22/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı Hacıqabul rayonu 1 may kolxozunda 1980-ci il tarixdən 1988-ci il tarixədək işləmiş və əmək haqqı almışdır. Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 43 nömrəli arayışında qeyd edilmişdir ki, X5 25 aprel 1994-cü il tarixdən 13 may 1996-cı il tarixədək Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləmişdir. Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam orta məktəb üzrə 02 may 1994-cü il tarixli 259 nömrəli əmrdən çıxarışında qeyd edilmişdir ki, X5 pedoqoji orta ixtisas təhsilli ibtidai sinif müəllimi 25 aprel 1994-cü il tarixdən məktəbə ixtisası üzrə müəllim təyin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla) 19 il 8 ay 29 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 4 ay 29 gün sığorta stajına uyğun olaraq 19562,35 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək (4 ay sığorta stajına uyğun) 76,43 manat olmaqla, ümumilikdə 19638,78 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Şirvan şəhər əyani qiyabi orta məktəbdə və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Şirvan şəhər 4 saylı orta məktəbdə əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Şirvan-Salyan regional filialının Şirvan şəhər Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyətiniz zamanı adınıza əmək haqqı hesablanan aylar sığorta stajınızda nəzərə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə yaşa görə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Qanunun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İddiaçıya məxsus 02 noyabr 1990-cı il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci il tarixdən Əli Bayramlı şəhər əyani-qiyabi orta məktəbinə kitabxana müdiri təyin edilmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 14 nömrəli orta məktəbə ixtisası üzrə müəllim, xx.xx.1996-xx.xx.2000-ci il tarixədək 4 saylı orta məktəbdə ixtisası üzrə müəllim, xx.xx.2002-xx.xx.2006-cı il tarixədək dərnək rəhbəri vəzifələrində işləmiş, xx.xx.2007-xx.xx.2007-ci il və xx.xx.2008-xx.xx.2008-ci il tarixədək Əli Bayramlı şəhər Məşğulluq Mərkəzində işsizlik müavinəti almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi 034934 №-li diplomun surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı dövr, Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-17RA/2-22/2024 nömrəli arayışına əsasən 1980-1988-ci illərdə Hacıqabul rayonu “1 May” kolxozunda işlədiyi müddətdə cəmi 7 il 7 ay minimum adam günü normasını (180) tam yerinə yetirdiyi dövr, Fondun 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2024-cü il tarixli aktı və akta əlavə edilmiş əməkhaqqı cədvəllərindən çıxarışa əsasən 1988-2000-ci illərdə Şirvan şəhər qiyabi orta məktəbi və 4 saylı orta məktəbdə işlədiyi müddətdə cəmi 56 ay (4 il 8 ay) əməkhaqqı aldığı dövr, ******* №-li əmək kitabçasının surətinə əsasən xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü, xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək və xx.xx.2008-ci il tarixindən 01.11 2008-ci il tarixinədək işsizlik müavinəti aldığı dövr və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan cəmi 4 ay nəzərə alınmaqla onun ümumi 19 il 8 ay 29 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir ki, bu da qanunla tələb olunan (25 il) müddətdən azdır. Eyni zamanda adıçəkilən şəxsin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 4 ay 29 gün sığorta stajına uyğun olaraq 19562,35 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək (4 ay sığorta stajına uyğun) 76,43 manat olmaqla, ümumilikdə 19638,78 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, iddiaçının təqdim etdiyi ******* №-li əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Şirvan şəhər qiyabi orta məktəbində və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Şirvan şəhər 4 saylı orta məktəbdə əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Şirvan- Salyan regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti zamanı yalnız İddiaçı adına əmək haqqı hesablanan aylar onun sığorta stajında nəzərə alınmış, əməkhaqqı hesablanmayan ayların sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Bildiririk ki, iddiaçıya “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. X12 Filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-14F/2-93/2025 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, tərəfimizdən vətəndaş Məmmədova (Qurbanova) Mülayim Qurban qızına verilən xx.xx.2024-cü il tarixli, № 3-48-DA-14F/2-280/2024 saylı arxiv arayışının verilməsinə əsas olan əmr və əmək haqqı cədvəllərinin (seçmə üsulu ilə) müvafiq qaydada təsdiq olunmuş surətləri təqdim edilmişdir. Əli Bayramlı şəhər Maarif Şöbəsi üzrə 25 aprel 1994-cü il tarixli 91 nömrəli əmrinə əsasən, Mülayim Qurbanova 14 nömrəli orta məktəbə ixtisası üzrə müəllim təyin edilmiş, 13 may 1996-cı il tarixdən işdən azad edilmiş, Həmçinin iddiaçının adıq qeyd olunmuş noyabr, yanvar 1989-cu il tarixli, yanvar, iyun 1990-cı il, dekabr 1991-ci il, yanvar, dekabr 1992-ci il, yanvar, oktyabr, dekabr 1993-cü il, yanvar, may 1994-cü il, oktyabr 1995-ci il, yanvar, mart, may 1996cı il, noyabr 1997-ci il, dekabr 1999-cu il, fevral, mart, aprel 2000-ci il əmək haqqı cədvəllərinin (seçmə üsulu ilə) müvafiq qaydada təsdiq olunmuş surətləri təqdim edilmişdir. Məktəbəqədər və Ümumi Təhsil Üzrə X13-Salyan Regional Təhsil İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Məmmədova (Qurbanova) Mülayim Qurban qızı 1 sentyabr 2000-ci il tarixdən 1 aprel 2006-cı il tarixədək Əli Bayramlı şəhər X7 çalışmışdır. İddiaçı Şirvan şəhər 4 nömrəli tam orta məktəbdə işləməsi barədə hüquqmüəyyənedici sənədlərin tapılması mümkün olmamışdır. X17 Tərbiyə mərkəzi üzrə xx.xx.2000-ci il tarixli, 347 saylı Əmrdən çıxarışdan görünür ki, X5 pedoqoji orta təhsilli 01 sentyabr 2000-ci il tarixdən üç qrup (18 saat) dərnək aparmaq işinə qəbul edilmişdir. X17 Tərbiyə mərkəzi üzrə xx.xx.2006-cı il tarixli, 232 saylı Əmrdən çıxarışdan görünür ki, X5 dərnək rəhbəri vəzifəsindən azad edilmişdir. Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əli Bayramlı şəhər Xalq Təhsil Şöbəsi heç bir sənədlərini Hacıqabul rayonu Dövlət Arxivinə təhvil verməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və X19 Mərkəzi Filialinın məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sorğunuzla əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları təqdim edirik. Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna əsasən əmək pensiyası və diqər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1 -ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır.2006-cı il üzrə yanvar-mart ayları üzrə mdss ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi 034934 nömrəli diplomun surətində qeyd olunan məlumatlara əsasən, onun xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil dövrü, Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-17RA/2-22/2024 nömrəli arayışına əsasən 7 il 7 ay kolxozdakı əmək fəaliyyəti dövrü, Fondun 1 saylı Şirvan-Salyan regional filialının Şirvan şəhər Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktına əlavə olunmuş əmək haqqı cədvəllərindən çıxarışa əsasən xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək əməkhaqqı qeydə alınan 4 il 8 ay, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 18 il 4 ay 29 gün, xx.xx.2006-cı il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək 4 ay əmək fəaliyyəti dövrləri və sözügedən əmək kitabçasının surətində qeyd olunan 1 il işsizlikdən sığorta ödənişinin verildiyi müddət nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 19 il 8 ay 29 gün təşkil edir. Fondun 1 saylı Şirvan-Salyan regional filialının Şirvan şəhər Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı əmək fəaliyyəti zamanı 1988-ci il üzrə 4 ay, 1989-cu il üzrə 8 ay, 1991-ci il üzrə 8 ay, 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 8 ay, 1994-cü il üzrə 5 ay, 1995-ci il üzrə 8 ay, xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək, 2000-ci il üzrə 2 ay əmək haqqı qeydə alınmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Məktəbəqədər və Ümumi Təhsil Üzrə X13-Salyan Regional Təhsil İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Məmmədova (Qurbanova) Mülayim Qurban qızı barəsində Əli Bayramlı şəhər 14 saylı məktəbin əmr kitabında xx.xx.1993-cü il tarixli 173 nömrəli (ehtiyatda olan dərsin əvəzçilik qaydası ilə müvəqqəti olaraq aparılması ilə bağlı), xx.xx.1994-cü il tarixli 259 nömrəli (xx.xx.1994-cü il tarixdən müəllim təyin olunması ilə bağlı), xx.xx.1996-cı il tarixli 569 nömrəli (işdən azad edilməsi ilə bağlı) əmrlərin tapılması mümkün olmuşdur. Əli Bayramlı şəhər X8 əmr kitabında xx.xx.2000-ci il tarixli 347 nömrəli (işə qəbul edilməsi ilə bağlı), xx.xx.2006-cı il tarixli 232 nömrəli (işdən azad edilməsi ilə bağlı) əmrlərin tapılması mümkün olmuşdur. Müvafiq əmr kitabları mövcud olmadığı üçün Məmmədova (Qurbanova) Mülayim Qurban qızının əmək kitabçasında göstərilən digər əmrlər barədə hüquqmüəyyənedici sənədlərin tapılması mümkün olmamışdır. Əli Bayramlı şəhər Estetik Tərbiyə mərkəzi üzrə 31/Vİİİ 2000-ci il 347 № Əmrdən çıxarışdan görünür ki, X5 pedaqoji orta təhsilli 01 sentyabr 2000-ci il tarixdən üç qrup (18 saat) dərnək aparmaq işinə qəbul edilmişdir. Əli Bayramlı şəhər Estetik Tərbiyə mərkəzi üzrə 01 aprel 2006-cı il, 232 № Əmrdən çıxarışda qeyd edilmişdir ki, Mərkəzin applikasiya dərnəyinin rəhbəri X2 apardığı İİ qrup alınmaqla vakanta keçirilsin və X5 dərnək rəhbəri vəzifəsindən azad edilsin. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 1 iyul 2023 – 30 iyun 2024-cü il tarixədək qadınların pensiya yaşı 63 il 6 ay müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1960-cı il tarixdə doğulması və xx.xx.2024-cü il tarixində, yəni 63 il 6 ayında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. - 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə nəzər yetirdikdə məlum olur ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materiallarında olan 02 noyabr 1990-cı il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci il tarixdən Əli Bayramlı şəhər əyani-qiyabi orta məktəbinə kitabxana müdiri təyin edilmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 14 nömrəli orta məktəbə ixtisası üzrə müəllim, xx.xx.1996xx.xx.2000-ci il tarixədək 4 saylı orta məktəbdə ixtisası üzrə müəllim, xx.xx.2002xx.xx.2006-cı il tarixədək dərnək rəhbəri vəzifələrində işləmiş, xx.xx.2007-xx.xx.2007-ci il və xx.xx.2008-xx.xx.2008-ci il tarixədək Əli Bayramlı şəhər Məşğulluq Mərkəzində işsizlik müavinəti almışdır. Cavabdeh tərəfindən iddiaçının sığorta stajı xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla mübahisələndirilməyən 19 il 8 ay 29 iş stajı kimi qəbul edilmiş, yalnız əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Şirvan şəhər əyani qiyabi orta məktəbdə və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Şirvan şəhər 4 saylı orta məktəbdə əmək fəaliyyəti dövrü mübahisələndirilmiş və siğorta stajına daxil edilməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilən etirazda qeyd edilmişdir ki, Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988ci il tarixdən xx.xx.1996-cı il tarixədək Şirvan şəhər qiyabi orta məktəbində və xx.xx.1996cı il tarixdən xx.xx.2000-ci il tarixədək Şirvan şəhər 4 saylı orta məktəbdə əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti zmanı yalnız iddiaçının adına əmək haqqı hesablanan aylar onun sığorta stajında nəzərə, alınmış, əmək haqqı hesablanmayan ayların sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-nin rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda aşağıdakılar müəyyən olunmuşdur: -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Həmçinin iş materiallarında olan X12 filialının arxiv arayışı, müəssisənin arayışları və əmrlər ilə İddiaçı əmək kitabçasında qeyd edilən dövrlər üzrə əmək fəaliyyəti öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər əmək kitabçasından əlavə iş materiallarında olan digər arayışlar ilə də öz təsdiqini tapdığı üçün mötəbər hesab olunur. Məhkəmə əmək kitaçasında xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti zamanı yalnız iddiaçının adına əmək haqqı hesablanan ayların onun stajında nəzərə alınması ilə bağlı cavabdeh inzibati orqanın irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, göstərilən hal iddiaçının təqsiri nəticəsində baş verməmişdir və bu səbəbdən də onun məsuliyyət sferasına aid edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması, yəni təsdiqedici sənədlərin, əmək haqqı cədvəllərinin arxivə verilməməsi iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni bərabərlik və sosial təminat hüququnun pozulması ilə nəticələnmiş olar. Belə olan halda iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi dövrədək qüvvədə olan qanunvericilik normaları ilə əhatə olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Həmin dövrlər qanunvericiliyə əsasən nəzərə alındıqda həm əmək kitabçasındakı qeydlərə, həmçinin arayışlara əsasən, iddiaçının sığorta stajı 25 ildən artıq olur və beləliklə də, iddiaçı tərəfindən 2-ci şərt, 2006-cı ilə kimi 25 illik ümumi iş stajı tələbi də ödənilmiş olur. Göstərilən faktiki hallara əsaslanaraq məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin digər arayışlar ilə də öz təsdiqini tapdığından mötəbərliyini şübhə altına almır və hesab edir ki, həmin mübahisəli dövrlər iddiaçıya münasibətdə də əmək fəaliyyəti dövrü kimi onun sığorta stajına daxil edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Oxşar işlər üzrə Ali Məhkəmənin digər qərarlarında da qeyd olunduğu kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz.Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd olunan əmək fəaliyyəti dövrləri nəzərə alınaraq müəyyən olunur ki, iddiaçının 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən pensiya hüququ xx.xx.2024-cü il tarixində, yəni 63 il 6 ayında yaranmış olur. Həmçinin iddiaçıya etiraz ərizəsində göstərildiyi kimi cavabdeh orqan tərəfindən xx.xx.2017-ci il tarixdən sosial müavinət təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2024-cü il tarixindən (üst-üstə düşən dövrlər üzrə müavinət çıxılmaqla) yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar