Məhkəmə qərarları › İş №2-1(120)-197/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-197/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-197/2021 24.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, Kərimova (Fərəcova) Gülbahar Bağı qızının, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı Astara rayonu X5 xx.xx.1999-cu il tarixli, 18 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ümumi paylı mülkiyyətinə verilmiş 0,41 ha torpaq sahəsinə dair torpağa mülkiyyət hüququna dair JN-168 saylı Dövlət aktında mülkiyyətçi Kərimov Rövşən Elşad oğlunun soyadına və adına düzəliş edilərək İddiaçı4 yazılması, həmçinin mülkiyyətçi X1 düzəliş edilərək İddiaçı3 kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, Kərimova (Fərəcova) Gülbahar Bağı qızı, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu X5 xx.xx.1999-cu il tarixli, 18 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ümumi paylı mülkiyyətinə verilmiş 0,41 ha torpaq sahəsinə dair torpağa mülkiyyət hüququna dair JN-168 saylı Dövlət aktında mülkiyyətçi Kərimov Rövşən Elşad oğlunun soyadına və adına düzəliş edilərək İddiaçı4 yazılması, həmçinin mülkiyyətçi X1 düzəliş edilərək İddiaçı3 kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, Kərimova (Fərəcova) Gülbahar Bağı qızı, İddiaçı3 və İddiaçı4 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçıların iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara rayon X5 xx xxxx 1999cu il tarixli 18 saylı qərarı İlə Astara rayonu, Giləkəran kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,41 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Hansı ki, bu barədə onlara JN-168 saylı 80109048 KOD-lu torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Qeyd edilən torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçi İddiaçı4 Kərimov Rövşən Elşad oğlu kimi və İddiaçı3 isə X3 yazılmışdır. Göründüyü kimi hüquqmüəyyənedici sənəddə mülkiyyətçi İddiaçı4 soyadı və adı, həmçinin mülkiyyətçi İddiaçı3 soyadı səhv olaraq yazılmışdır. Dövlət aktında olan uyğunsuzluğu aradan qaldırmaq üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 10 saylı X11nə müraciət etmişlər. Lakin xx xxxxxx 2020-ci il tarixli, **********88 saylı bildirişləri ilə göstərilən uyğunsuzluğu aradan qaldırmaqdan imtina edilmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçılar İddiaçı1, Kərimova (Fərəcova) Gülbahar Bağı qızının, İddiaçı3 və İddiaçı4 iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-168 (kod 80109048) nömrəli dövlət aktının surətindən görünür ki, Astara rayon X5 xx xxxx 1999-cu il tarixli, 18 saylı qərarı ilə 0,41 hektar torpaq sahəsi Astara rayonu, Giləkəran kənd sakini İddiaçı1, X4, X6 və Kərimov Rövşən Elşad oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, **********82 nömrəli məktubuna əlavə olunmuş Astara rayon X7 tərəfindən təsdiq edilmiş Giləkəran sovxozunun islahatı ilə əlaqədar olaraq Giləkəran kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, 0,4 ha həyətyanı torpaq sahəsi İddiaçı1, X4, X6 və Kərimov Rövşən Elşad oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X11nin xx xxxxxx 2020-ci il tarixli, **********88 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayonu, Seləkəran (Giləkəran) kəndi ərazisində yerləşən, Astara rayon X5 xx xxxx 1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-168 nömrəli “Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ailə başçısı olaraq iddiaçının və ailə üzvlərinin (ümumilikdə 4 nəfərin) mülkiyyətinə verilmiş 0,41 ha payıbəlli torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdikləri hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olaraq həmin 0,41 ha pay torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim edilmiş ilkin hüquqmüəyyəneüici sənədlərlə faktiki vəziyyət arasında (mülkiyyətçilərin adı, soyadı və ata adlarına münasibətdə) müəyyən uyğunsuzluqlar mövcuddur. Təqdim olunmuş sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin JN-168 nömrəli “Dövlət Aktı” üzrə 3-cü qrafada barəsində qeyd olunan mülkiyyətçilərdən sayılan X2 əslində “Həsənzadə” və 4-cü qrafada barəsində qeyd olunan digər mülkiyyətçi Kərimov Rövşən Elşad oğlunun adı və soyadı isə əslində “İddiaçı4” kimi olduğundan reallıqda hüquqi anlaşılmazlıq yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X11 daşınmaz əmlakin dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, gələcəkdə sözü gedən payıbəlli torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin JN-168 nömrəli “Dövlət Aktı” üzrə 3-cü və 4-cü qrafalarda barələrində qeyd olunan mülkiyyətçilərə münasibətdə, hüquqi əhəmiyyətli faktın tanınmasına dair müvafiq məhkəmə qərarı təqdim olunduğu təqdirdə, müraciətə təkrarən baxılacaqdır. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların hazırda mübahisələndirdiyi torpağa mülkiyyət hüququna dair JN-168 (kod 80109048) nömrəli dövlət aktında hüquq sahibləri kimi İddiaçı1, X4, X6 və Kərimov Rövşən Elşad oğlunun adları qeyd edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən şəhadətnamə Astara rayon X5 xx xxxx 1999-cu il tarixli, 18 saylı qərarı və Astara rayon X7 tərəfindən təsdiq edilmiş Giləkəran sovxozunun islahatı ilə əlaqədar olaraq Giləkəran kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağa mülkiyyət hüququna dair JN-168 (kod 80109048) nömrəli dövlət aktının tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Hazırda iddiaçılar həmin dövlət aktında mülkiyyətçi Kərimov Rövşən Elşad oğlunun soyadına və adına düzəliş edilərək İddiaçı4 yazılması, həmçinin mülkiyyətçi X1 düzəliş edilərək İddiaçı3 kimi yazılmasını cavabdeh inzibati orqandan tələb edirlər. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – X5 qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə torpağa mülkiyyət hüququna dair dövlət aktları tərtib edilmişdir. Hazırkı tələb üzrə iddiaçıların mülkiyyətinə 0,41 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və JN-168 (kod 80109048) nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir. X6 və Kərimov Rövşən Elşad oğlunun JN-168 (kod 80109048) nömrəli dövlət aktındakı hüquq sahibləri sırasına daxil edilməsi rayon X5 qərarı ilə həll edilmiş məsələdir. Başqa sözlə, X6 və Kərimov Rövşən Elşad oğlunun adının JN-168 (kod 80109048) nömrəli dövlət aktına hüquq sahibləri kimi daxil edilməsi X5 qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar razılaşmadığı yerli X5 qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin iddiaçılar həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçıların maraqlarına zidd qərar qəbul edən müvafiq X7 ləğv olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X11 X5 hüquqi varisi deyildir. Göründüyü kimi mübahisələndirilən dövlət aktının əsasını təşkil edən akt hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmiş və iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin qənaətinə görə, iddia olunan dövlət aktının ləğv olunduğu halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx xxxxxxx 2020-ci il tarixli, 2-1(102)-1392/20 nömrəli nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə, eyni zamanda iddiaçıların nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr Mülki prossual Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Həmin Məcəllənin 305.1-ci maddəsinə məhkəmə xüsusi icraat qaydasında baxdığı işlər sırasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ərizələr də nəzərdə tutulmuşdur. İddiaçıların yaşadığı yerin məhkəməsinə (rayon və ya şəhər) “sənədin iddiaçıya məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizə vermək hüquqları vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, Kərimova (Fərəcova) Gülbahar Bağı qızının, İddiaçı3 və İddiaçı4 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar