Məhkəmə qərarları › İş №2-1(120)-197/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-197/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-197/2025 17.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında müvəqqəti yaşamaq icazəsi verilməsinin mümkünlüyü üçün olduğu yerdən qeydiyyata düşmək məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək, olduğu yerdən qeydiyyata düşdükdən sonra qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək öhdəliyinin Miqrasiya Xidmətinin üzərinə qoyulmasını, qanunla tələb olunan sənədləri ondan qəbul etdikdən sonra vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün ona icazəni verməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məcbur olunması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında müvəqqəti yaşamaq icazəsi verilməsinin mümkünlüyü üçün olduğu yerdən qeydiyyata düşmək məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək, olduğu yerdən qeydiyyata düşdükdən sonra qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək öhdəliyinin Miqrasiya Xidmətinin üzərinə qoyulmasını, qanunla tələb olunan sənədləri ondan qəbul etdikdən sonra vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün ona icazəni verməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məcbur olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edildiyi üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarrəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 08/471/di nömrəli məktubda göstərilmişdir ki, xx xxxxxx 1989-cu ildə Rusiya Federasiyasında anadan olmuş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli 427 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmişdir. Həmçinin bu barədə İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 27 dekabr 2024-cü il tarixli 17/38 nömrəli arayışı ilə məlumat verilmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə mübahisəsi artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Yuxarıda qeyd edirlən hüquq normalarının tələbindən aydın görünür ki, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ərizəsi təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında müvəqqəti yaşamaq icazəsi verilməsinin mümkünlüyü üçün olduğu yerdən qeydiyyata düşmək məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək, olduğu yerdən qeydiyyata düşdükdən sonra qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədi ilə qanunla tələb olunan sənədləri ondan qəbul etmək öhdəliyinin Miqrasiya Xidmətinin üzərinə qoyulmasını, qanunla tələb olunan sənədləri ondan qəbul etdikdən sonra vətəndaşlığı olmayan şəxsin statusunu tanımaqla qohumluq əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün ona icazəni verməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məcbur olunması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar