Məhkəmə qərarları › İş №2-1(120)-1971/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1971/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1971/2024 14.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 4RU3G9E008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 saylı qərarlarının ləğv edilməsi və ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyimin ləğv edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi, əlilliyinin bərpa edilərək pensiyasının dayandırıldığı vaxtdan hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 3-17- 4/3-3-18032/2023 saylı qərarının ləğv edilməsi və ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 4RU3G9E008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3- 18032/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 saylı qərarlarının ləğv edilməsi və ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ döyüşlərində iştirak etmişdir. Qarabağ döyüşlərində iştirak edərək yaralandıqdan sonra ona kəllə beyin travmasının qalığı, dəqiqləşdirilməmiş ensefalopatiya, qıc olma tutmaları diaqnozu qoyulub. Bundan başqa, Qarabağ döyüşlərindən ötən 30 ilə yaxın müddətdə onda daxili xəstəliklər də yaranıb. Belə ki, mədəsində bir neçə dəfə cərrahiyə əməliyyatı keçirmişdir. Daxili xəstəliklərlə bağlı ona ürəyin hipertenziv xəstəliyi, hipertaniya xəstəliyi 2-ci dərəcə, mədə xorası, kəskin qanaxma diaqnozu qoyulub. Döyüşlərdə yaralandığı üçün ona İİ qrup əlillik təyin edilib. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və nazirliyin tabe təşkilatları tərəfındən ona təyin edilmiş əlillik ləğv edilib və pensiya verilişi dayandırılıb. Nazirliyin vətəndaşa heç bir məlumat vermədən, şəxsin canlı müayinədən keçirilməsi təmin edilmədən əlilliyin ləğv edilməsi qanunsuz və əsassızdır. Döyüşlərdə aldığı xəsarətlər, həmçinin daxili xəstəliklərlə bağlı olaraq əmək fəaliyyəti ilə məşğul ola bilmir. O, yalnız aldığı pensiya ilə yaşayır və ailəsini dolandırırdı. Heç bir əsas olmadan, şəxs öncədən məlumatlandırılmadan və canlı müayinədən keçirilməsi təmin edilmədən onun əlilliyinin ləğv edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının “Əlilliyin qiymətləndirilməsi haqqında” Qanununun 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilityasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfındən həyata keçirilir. Azərbaycan Respublikasının “Əlilliyin qiymətləndirilməsi” haqqında Qanununun 2.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfındən Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonragöndəriş) əsasında aparılır. Azərbaycan Respublikasının “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” haqqında Qanunun 1.5-ci maddəsinə əsasən göndərişlərin verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində və ya son 12 (on iki) müddətində fasilələrlə ümumilikdə son 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli inkişafına mane olan sabit fıziki, psixi, əqli və ya hissiyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomiq çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının İV mərhələ ankoloji xəstəliklərin, V xronik böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Yuxarıda göstərilən qanunlardan göründüyü kimi əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır və pozuntuların, çatışmazlıqların, xəstəliklərin davam etməsi halında göndəriş verilir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və nazirliyin tabe təşkilatları heç bir göndəriş verilmədən, qiymətləndirilmə aparılmadan, pozuntuların çatışmazlıqların və xəstəliklərin davam edib-etməməsi əyani müayinə olunaraq müəyyən edilmədən sadəcə əlillik müddətinin bitməsi səbəbindən sağalmağı barədə qənaətə gələrək əlilliyi ləğv etmiş və ona təyin edilmiş pensiyanın verilməsini dayandırmışdır. Pozulmuş hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə 14 fevral 2022-ci ildə müraciət edərək araşdırılma aparılmasını və əlilliyinin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 22 fevral 2022-ci il tarixli məktubla tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq barəsində 18 oktyabr 2021-ci il tarixdən “Diaqnoz əlillik təyin etmir” qərarını qəbul etdiyini bildirmişdir. Lakin, şikayətindən sonra müayinə edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qərara gəlməsi gözlənilən nəticədir və şikayətindən əvvəl heç bir müayinə olunmadan əlilliyin ləğv edilməsi və pensiya verilməsinin dayandırılması halı bu qərarın düzgünlüyünə şübhə doğurur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Postkontuzion sindrom, Kəllədaxıli travmanın qalıq əlamətləri. Travmatik ensefalopatiya. Qabarıq amneziya. Şəxsiyyətin emosional davamsız pozulması. Emosional labillik. yaddaş pozğunluğu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyın etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Ağcabədi rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: 4RU3G9E) əlillik vəziyyəti tibb müəssisəsinin 0220003AAYF2 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfındən xx.xx.2016-cı il tarixli 787 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması, bas beyin silkələnməsi, Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Qarın nahiyəsinin coxsaylı qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında sıxılma hissindən, bayılmadan şikayətlənmişdir. Anamnestik məlumatlarında bayılma zamanı iynə (adını bilmədiyi dərman) vurulmasa özünə gələ bilmədiyini, mədəsindən cərrahi əməliyyat keçirdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını söyləmişdir. Müayinə zamanı qarının ön divarında total laporotomiya, sağtərəfli geniş pararektal kəsiklərin çapıqları izlənilmiş, çəkisi 56 kq, boyu 172 sm, BKİ 18,6 müəyyənləşdirilmiş, palpasiyada qarnı yumşaq olmuşdur. Təqdim olunmuş başbeynin instrumental müayinə nəticəsinə əsasən (KT) patologiya aşkarlanmamış, həmçinin psixi sənədlərində fərqli diaqnozlar qeyd olunmuşdur. Vətəndaş hər hansı xəstəliyə xarakter şikayətlər bildirməmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmiş, primitiv şəxs olaraq dəyərləndirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Kəllədaxili travmanın qalıq əlamətləri. Qapalı kəllə beyin travmasının, ensefalopatiya, qıcolma tutmaları ilə. Qabarıq amneziva. Səxsiyyətin emosional davamsız pozulması. Mədə xorası. Mədənin rezeksiyasından sonrakı vəziyyət. Emosional labillik. Yaddas pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli, 1736/2021-ci il tarixli Çıxarışında diaqnoz “Kecirilmiş qapalı kəllə beyin travmasının qalığı, qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 003206 nömrəli Çıxarışında diaqnoz “Kecirilmiş qapalı kəllə beyin travmasının qalığı. Epilepsiya, qıcolma tutmaları ilə. Şəxsiyyətin dəyişkənliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Mədənin subtotal Ru üsulu ilə rezeksiyası. Residiv xora. Hissəvi bağırsaq keçməzliyi. Bitismə xəstəliyi” kimi qeyd olunmuşdur. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Kompüter Tomoqrafiya müayinəsinin nəticəsi “Bas beyin parenximasına aid patoloji həcmli proses izlənmir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fıziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfındən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi- Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 787 nömrəli Qərarına əsasən, Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Ağdam Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu travma və yaralanma – diaqnoz: “Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Qarın nahiyəsinin çoxsaylı qəlpə yaraları” (Azərbaycan Respublikası SHXÇDX Ağcabədi rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli, 818 nömrəli arayışı, Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2016-cı il tarixli, 381 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisi – cərrahın və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, iddiaçı xx.xx.2009-cu il tarixdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında tibbi nəzarətə götürülmüş, onun əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; Əmək zəmanəti: əmək qabiliyyətsiz. X1: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K20- K31 – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K25 – Mədə xorası; Diaqnozun mətni: Resediv mədə xorasına görə edilmiş Bilrot İİ üsulu və mədə rezeksiyasından bağırsaq keçməməzliyinə görə edilmiş əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi səbəbi ilə ona xx.xx.2010-cu il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi : Ümumi xəstəlik; Əmək zəmanəti: əmək qabiliyyətsiz. X1: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K20- K31 – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K25 – Mədə xorası; Diaqnozun mətni: Resediv mədə xorasına görə edilmiş Bilrot İİ üsulu və mədə rezeksiyasından bağırsaq keçməməzliyinə görə edilmiş əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi səbəbi ilə ona yenidən bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə təkrar baxılmış və “Səbəbi : Ümumi xəstəlik; Əmək zəmanəti: əmək qabiliyyətsiz. X1: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K20- K31 – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K25 – Mədə xorası; Diaqnozun mətni: Resediv mədə xorasına görə edilmiş Bilrot İİ üsulu və mədə rezeksiyasından bağırsaq keçməməzliyinə görə edilmiş əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi səbəbi ilə ona daha bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə təkrar baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Əmək zəmanəti: əsəb gərginliyi tələb olunmayan işlərdə işləyə bilər. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90 – T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalığı, travmatik ensefalapatiya, qıc olma tutmaları ilə. Ürəyin hipertenziv xəstəliyi. Hipertoniya xəstəli İİ dər. Mədə xorası, kəskin qanaxma ilə, Mədənin rezeksiyasından sonrakı vəziyyət; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.9. Qabarıq yaddaş zəifliyi, İdrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərə çarpan veg... səbəbi ilə ona 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cı il tarixdə baxılmış və X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F00 – F09 – Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiya nəticəs... Diaqnozun mətni: Postkontuzion sindrom. Kəllədaxili travmanın qalıq əlamətləri. Travmatik ensefalapatiya. Qabarıq amneziya. Şəxsiyyətin emosional davamsız pozulması. Emosional labillik, yaddaş pozğunluğu. Spesifik şəxsiyyət pozğunluqları. Şəxsiyyətin emosional davamsız pozulması. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1974-cü ildə Ağcabədi rayonunda anadan olmuş və Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” X8 verdikləri 05 avqust 2022-ci il tarixli, T400/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində tərtib olunmuş 88 saylı formada qeyd olunan “postkontuzion sindrom, kəllə daxili travmanm qalıq əlamətləri, travmatik ensefalopatiya, qabarıq amneziya, şəxsiyyətin emosional davamsız pozulması, emosional labillik, yaddaş pozğunluğu, spesifık şəxsiyyət pozğunluqları, şəxsiyyətin emosional davamsız pozulması” diaqnozu onun stasionarda müalicəsi zamanı kliniki, laborator- instumental müayinələrin nəticələri əsasında müəyyən edildiyindən xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. O, həmin xəstəliklərdən hazırda əziyyət çəksə də diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarmı aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyac olduqda müvafıq ixtisas həkiminə müraciət edə bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X8 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 20 fevral 2023-cü il tarixli, 12 saylı rəydə göstərilmişdir ki, 1-3. İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən, ona “Postkontuzion sindrom, kəllə daxili travmanm qalıq əlamətləri, travmatik ensefalopatiya, qabarıq amneziya, şəxsiyyətin emosional davamsız pozulması, emosional labillik, yaddaş pozğunluğu, spesifık şəxsiyyət pozğunluqları, şəxsiyyətin emosional davamsız pozulması” diaqnozu təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli müayinəsinə əsaəsən “AES yetməzliyi. Distal ezofagit. Anastomoz xəttinin xoraları. Mədənin distal rezeksiyası - Bilrot İİ.” diaqnozu müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfındən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən əlillik dərəcəsinin təyin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları tərəfındən həyata keçirilir. Göründüyü kimi, İddiaçı xəstəlikləri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X8 verdiyi 05 avqust 2022-ci il tarixli, T400/2022 saylı rəyi ilə 20 fevral 2023-cü il tarixli, 12 saylı rəyi arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X8 05 avqust 2022-ci il tarixli, T400/2022 saylı rəyində iddiaçıya qoyulmuş “postkontuzion sindrom, kəllə daxili travmanm qalıq əlamətləri, travmatik ensefalopatiya, qabarıq amneziya, şəxsiyyətin emosional davamsız pozulması, emosional labillik, yaddaş pozğunluğu, spesifık şəxsiyyət pozğunluqları, şəxsiyyətin emosional davamsız pozulması” diaqnozunun və həmin xəstəliklərdən hazırda əziyyət çəksə də, “şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi” qeyd olunsa da, bu imtina əsaslandırılmamışdır. Digər tərəfdən, “Məhkəmə- Tibbi Ekspertiza və X7” X8 20 fevral 2023-cü il tarixli, 12 saylı rəyi ilə İddiaçı müayinəsinin nəticəsi olaraq “AES yetməzliyi. Distal ezofagit. Anastomoz xəttinin xoraları. Mədənin distal rezeksiyası - Bilrot İİ.” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarxli, 3-17-4/227553/2023 nömrəli məktubuna və Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 saylı qərarına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0220003AAYF2 nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş, müayinə zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirılmış ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyın və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05 2022-ci il tarixli 187 nomrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları'na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarxli, 3-17-4/227553/2023 nömrəli yuxarıda qeyd olunan məktubuna əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 saylı qərarına əsasən müayinə zamanı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Kəllədaxili travmanın qalıq əlamətləri. Qapalı kəllə beyin travmasının, ensefalopatiya, qıcolma tutmalan ilə. Qabarıq amneziya. Səxsiyyətin emosional davamsız pozulması. Mədə xorası. Mədənin rezeksiyasından sonrakı vəziyyət. Emosional labillik. Yaddaş pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli, 1736/2021-ci il tarixli Çıxarışında diaqnoz “Keçirilmis qapalı kəllə beyin travmasınm qalığı, qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli, 003206 nömrəli Çıxarışında dianqoz “Keçirilmis qapalı kəllə beyin travmasının qalığı. Epilepsiya. qıcolma tutmaları ilə. Şəxsiyyətin dəyişkənliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Mədənin subtotal Ru üsulu ilə rezeksiyası. Residiv xora. Hissəvi bağırsaq keçməzliyi. Bitişmə xəstəliyi” kimi qeyd olunmuşdur. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Kompüter Tomoqrafiya müayinəsinin nəticəsi “Baş beyin parenximasına aid patoloji həcmli proses izlənmir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlan məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qəran ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qarar qəbul edilmisdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7411/2024 saylı məktubuna və məktuba əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 nömrəli qərarına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0220003AAYF2 nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul ediimişdir. Belə ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, başağrılarından, başgicəllənmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında mədəsinin 2/3 hissəsinin rezeksiya olunduğunu, hər hansı səbəbdən ailə üzvləri ilə münaqişə yaratdığını bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını qeyd etmişdir. Baxış zamanı dili nəm, təmiz, palpasiyada qarnı yumşaq olmuş, çəkisi 58 kq, boyu 173 sm, BKİ 19,4 müəyyənləşdirilmiş, xroniki həzm pozğunluğunu təsdialəyən çəki defisiti olmamışdır. Müayinə zamanı qarının ön divarında total laparotomiyanın çapığı, sağtərəfli geniş pararektal kəsiyin çapığı və sol yanaqda çapıq izlənilmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həvəslə daxil olmuş, lakin xəstəlik və medikamentoz müalicə haqqında məlumat verə bilməmişdir. Yekun olaraq: müayinə gedişatı boyunca vətəndaş qıcolma tutmaları haqqında şikayət bildirməmiş, həmçinin epikrizlərdə qeyd edilmiş “Qıcolma tutmalarını” təsdiq edəcək heç bir instrumental müayinə (MRT, KT, EEQ) nəticəsini ekspertizaya təqdim etməmişdir. Beləliklə, anamnestik və kliniki məlumatlara, təqdim etdiyi sənədlərə əsasən əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 4RU3G9E008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 1594/2024 saylı qərarlarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 4RU3G9E008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3- 18032/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 saylı iddiaçıya əlilliyin təyinatından imtinalarını əsassız hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı ona ikinci dərəcə əlilliyin təyin edildiyi xx.xx.2010-cu il tarixdən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək olan dövrdə xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək X1: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri üzrə “Resediv mədə xorasına görə edilmiş Bilrot İİ üsulu və mədə rezeksiyasından bağırsaq keçməməzliyinə görə edilmiş əməliyyatdan sonrakı vəziyyət; Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi” diaqnozu ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri üzrə “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalığı, travmatik ensefalapatiya, qıc olma tutmaları ilə. Ürəyin hipertenziv xəstəliyi. Hipertoniya xəstəli İİ dər. Mədə xorası, kəskin qanaxma ilə, Mədənin rezeksiyasından sonrakı vəziyyət” diaqnozu ilə 11 il 3 ay ikinci dərəcə əlillik statusuna malik olmuş, bu müddət ərzində “Həzm sisteminin xəstəlikləri”nə daxil olan mədəsi ilə bağlı xəstəliyi X1 Xİ sinifdən XİX sinifə keçirilməsinə baxmayaraq dəyişmədən davam etmişdir. Lakin səbəbi izah edilmədən və əsaslandırılmadan ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixli, 4RU3G9E008 saylı qərarın qəbul olunmasının əsasını təşkil edən Diaqnozun mətninə mədəsi ilə bağlı xəstəliyi daxil edilməmişdir. Belə ki, xx.xx.2021-cı il tarixdə aparılmış müayinə nəticəsində X1 XİX sinifdən V Sinifə (Psixi pozğunluqlar və davranış pozğunluqları) keçirilmiş Diaqnozun mətni: “Postkontuzion sindrom. Kəllədaxili travmanın qalıq əlamətləri. Travmatik ensefalapatiya. Qabarıq amneziya. Şəxsiyyətin emosional davamsız pozulması. Emosional labillik, yaddaş pozğunluğu. Spesifik şəxsiyyət pozğunluqları. Şəxsiyyətin emosional davamsız pozulması” olaraq müəyyən edilmiş, iddiaçının tibbi sənənlərlə təsdiq olunan, qeyd edilən müayinə tarixinədək dəyişmədən davam edən və ona əlillik dərəcəsinin təyinatına əsas verən mədəsi ilə bağlı xəstəliyi diaqnoza daxil edilməməklə əlillik təyinatı ilə bağlı imtina üçün əsaslar yaradılmış, bununla iddiaçının qanuni hüquqlarına kobud şəkildə müdaxilə edilmişdir. Belə ki, işdə olan İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2010-xx.xx.2021-ci illərdə ambulator və stasionar müalicə aldığı tibb müəssisələrinin (Hindarx qəsəbə xəstəxanası, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, Ağdam X2, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Gəncə Şəhər Psixiatriya Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası) məlumatındakı klinik diaqnoz mətni qrafasında iddiaçıya təyin olunmuş və əlillik təyinatına əsas verən “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalığı, travmatik ensefalapatiya. Ürəyin hipertenziv xəstəliyi. Hipertoniya xəstəli İİ dər. Mədə xorası, Mədənin rezeksiyasından sonrakı vəziyyət” diaqnozunun ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixdən cəmi 10 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə dəyişməz olaraq mövcud olması tam təsdiq olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı iddiaçının əyani müayinəsinin nəticələrinə dair xx.xx.2023-cü il tarxli, 3-17- 4/227553/2023 nömrəli məktubunda və Tibbi-Sosial Ekspert Komissiyasının mübahisələndirilən 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 saylı qərarında, həmçinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7411/2024 saylı məktubunda və Tibbi-Sosial Ekspert Komissiyasının mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 nömrəli qərarında qeyd olunmuş “şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklərin aşkar olunmadığı” ifadəsini cavabdeh inzibati orqan əlillik təyinatına əsas verməyən hal kimi dəyərləndirsə də, məhkəmə bunu İddiaçı “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalığı, travmatik ensefalapatiya. Ürəyin hipertenziv xəstəliyi. Hipertoniya xəstəli İİ dər. Mədə xorası, Mədənin rezeksiyasından sonrakı vəziyyət” diaqnozu qoyulmuş, 11 il 3 aydan artıq heç bir müsbət irəliləyiş olmadan davam edən xəstəliyinin dəyişməz olaraq mövcud olduğunu təsdiq edən hal kimi qiymətləndirir. Bundan başqa, cavabdeh inzibati orqan müəyyən olunmuş xəstəlikləri ilə bağlı iddiaçıya təyin olunmuş və ona əlillik təyinatına əsas verən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışındakı “Kəllədaxili travmanın galıg əlamətləri. Qapalı kəllə bevin travmasının, ensefalopativa. qıcolma tutmalan ilə. Qabarıq amneziva. Səxsiyyətin emosional davamsız pozulması. Mədə xorası. Mədənin rezeksiyasından sonrakı vəziyyət. Emosional labillik. Yaddaş pozğunluğu” diaqnozunu, Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli, 1736/2021-ci il tarixli Çıxarışındakı “Keçirilmis qapalı kəllə beyin travmasınm qalığı, qıcolma tutmaları ilə” diaqnozunu, Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022ci il tarixli 003206 nömrəli Çıxarışındakı “Keçirilmiş qapalı kəllə beyin travmasının qalığı. Epilepsiya. qıcolma tutmaları ilə. Şəxsiyyətin dəyişkənliyi” diaqnozunu, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışındakı “Mədənin subtotal Ru üsulu ilə rezeksiyası. Residiv xora. Hissəvi bağırsaq keçməzliyi. Bitişmə xəstəliyi” dianqozunu qanunvericiliyin tələb etdiyi dəqiq və aydın şəkildə əsaslandırmadan “klinik olaraq öz təsdiqini tapmadığı” kimi qeyd etmiş, yalnız Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli “Baş beyin parenximasına aid patoloji həcmli proses izlənmir” diaqnozunu əsas götürərək “diaqnoz əlillik təyinatına əsas vermir” nəticəsinə gəlmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərin məhkəmə araşdirması zamanı tədqiqi nəticəsində İddiaçı xəstəliklərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü “Həzm sistemi orqanlarının xəstəlikləri və 6-cı “Sinir sistemi xəstəlikləri” bölmələrinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu işdə olan TSEK müayinələri, həmçinin iddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aldığı ambulator və stasionar müalicələrin nəticələri haqqında məlumatlarla tam təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarlarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamış, nəticədə iddiaçının qanuni əsaslarla malik olduğu hüquqlarına ciddi müdaxilə edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Digər tərəfdən, iş üzrə təqdim edilmiş tibbi sənədlərlə tam təsdiq olunur ki, İddiaçı ona ilkin olaraq ikinci dərəcə əlilliyin təyin olunduğu xx.xx.2010-cu il tarixdən etibarən hər il “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalığı, travmatik ensefalapatiya, qıc olma tutmaları ilə. Ürəyin hipertenziv xəstəliyi. Hipertoniya xəstəli İİ dər. Mədə xorası, kəskin qanaxma ilə, Mədənin rezeksiyasından sonrakı vəziyyət” diaqnozu ilə ona əlillik təyinatından ilk imtinanın verildiyi xx.xx.2021-ci ilədək fasiləsiz olaraq 11 il 3 aydan artıq müddətdə ikinci dərəcə əlilliyi mövcud olmuş, müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması üçün “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olaraq fasiləsiz 10 (on) il əlillik müddəti xx.xx.2020-ci ildə tamam olmuş və iddiaçının müddətsiz ikinci dərəcə əlillik əldə etməsi hüququ yaranmışdır. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixdə fasiləsiz ikinci dərəcə əlillik müddəti 10 il təşkil etmiş, növbəti müayinəyə zərurət olmadan müddətsiz ikinci dərəcə əlillik hüququ yaranmış, lakin nəinki iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin olunması təmin edilməmiş, əksinə heç bir əsas olmadan 1 il 3 ay sonra xx.xx.2021-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmiş, bununla da, onun qanuni hüquqlarına kobud şəkildə müdaxilə olunmuşdur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 4RU3G9E008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18032/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 saylı qərarlarının ləğv edilməsini və ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X9 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X9 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 4RU3G9E008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3- 18032/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 saylı qərarları ləğv edilməli və İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 4RU3G9E008 saylı, 16 oktyabr 2023-cü il tarixli, 3-17-4/3-3- 18032/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 saylı qərarları ləğv edilsin və İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar