Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1974/2022 19.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi vəkil X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əlilliyə görə təyin edilmiş pensiya ödənişlərinin onun dayandırıldığı 01 sentyabr 2020-ci il tarixdən bərpa edilməsi və birdəfəlik ödənilməsi, habelə həmin tarixdən əvvəl 01 oktyabr 2019-cu il tarixdən 01 sentyabr 2020-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə təyin edilmiş pensiya ödənişlərinin onun dayandırıldığı 01 sentyabr 2020-ci il tarixdən bərpa edilməsi və birdəfəlik ödənilməsi, habelə həmin tarixdən əvvəl 01 oktyabr 2019-cu il tarixdən 01 sentyabr 2020-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X4 əlilliyə görə təyin edilmiş pensiya ödənişlərinin onun dayandırıldığı tarixdən bərpa edilməsi və birdəfəlik ödənilməsi, habelə həmin tarixdən əvvəl ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunın nümayəndəsi X6 izahatında İddiaçı hazırkı iddia tələbi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu deyil, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olmasını bildirmişdir. Qeyd edilənləri nəzərə alıb, iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən, iş materiallarından və iddiaçının nümauyəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən əlillik pensiyası təyin edilmişdir. Lankaran rayon sakini İddiaçı Sadix oglunun əlillik vəziyyəti X7 2768003AAB15 nomrəli gondarişi əsasında xx.xx.2018-ci ii tarixda qiymatləndirilmiş və "ümumi xəstəlik =gözdən əlil" səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə X8 adına Milli Oftalmologiya Mərkəzi və Azarbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə yoxlamaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş 2768003AAB15 nömrəli göndəriş əsasında təyin olunmuş əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçının barəsində yeni göndəriş rəsmiləşdirilməmişdir. Göründüyü kimi, əlilliyin təyini üzrə ilk olaraq səhiyyə müəssisəsi tərəfindən iddiaçı barəsində göndəriş rəsmiləşdirilməli, daha sonra inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtina edildiyi halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı inzibati qaydada mübahisələndirməlidir. İş materiallarına əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubuna əsasən, Lankaran rayon sakini İddiaçı Sadix oglunun əlillik vəziyyəti X7 2768003AAB15 nomrəli gondarişi əsasında xx.xx.2018-ci ii tarixda qiymatləndirilmiş və "ümumi xəstəlik =gözdan əlil" səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə X8 adına Milli Oftalmologiya Mərkəzi və Azarbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə yoxlamaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş 2768003AAB15 nömrəli göndəriş əsasında təyin olunmuş əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. İşə əlavə edilmiş X11 Sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, xxxxxxx0004 nömrəli İİİ qrup əlil İddiaçı sonuncu dəfə xx.xx.2018-ci il tarixdə müayinə edilmiş, göz xəstələrinin siyahısında aşkar edilmədiyi üçün xx.xx.2020-ci il tarixdə etibarsız hesab olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 X12 Sistemi tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən əlillik təyinatlarının müəyyən risk qrupları üzrə birgə araşdırılması işləri çərçivəsində onun Milli Oftalmoloji Mərkəzinin Tibbi Ekspertiza şöbəsində müayinədən keçmədiyi müəyyən edilmişdir. Qeyd olunanlar əsas götürülməklə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Bununla əlaqədar, səhiyyə müəssisəsi tərəfindən müayinə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İş materiallarına əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli, **********0 saylı məktubuna əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunun icrası ilə əlaqədar pensiya ödənişi dayandırılmışdır. 1 ay ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılan komissiyada əlilliyin bərpa edilməsi üçün keçmək tövsiyyə olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, müvafiq filial tərəfindən İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmiş, lakin daha sonra əlilliyə görə əmək pensiyası dayandırılmışdır. İddiaçı məhkəməyə ona əlilliyə görə təyin edilmiş pensiya ödənişlərinin dayandırıldığı tarixdən bərpa edilməsi və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 mart 2020-ci il qərarına əsasən, iddiaçıya ödəniş təyini üçün əsas müvafiq göndərişə əsasən təyin edilmiş əlillikdir. İddiaçıya təyin edilmiş pensiya onun əlilliyi ilə bağlı olmuşdursa, bu halda cavabdehin (DSMF) hərəkətləri qanunsuz sayıla bilməz. Beləliklə hazırki halda Forma 88 göndərişi və əlilliyi təsdiq edən sənəd etibarsız hesab edildiyindən bu iş üzrə cavabdehə qarşı iddia mümkün sayıla bilməz. İddiaçıya izah edilir ki, müvafiq orqana müraciət edib, həmin sənədləri əldə etdikdən sonra yenidən DSMF-ə müraciət edə bilər. İşin faktiki hallarından göründüyü kimi iddiaçının əlilliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən etibarsız hesab edilmişdir. Belə olan halda yuxarıda qeyd edilən Ali Məhkəmənin qərarının tələblərinə müvafiq olaraq İddiaçı ilk növbədə əlilliyi bərpa edilərək etibarlı hesab edilməli və daha sonra cavabdeh filiala ona əlilliyə görə əmək pensiyasının bərpa edilməsi tələbi ilə müraciət etməli və imtina cavabı verildikdə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə iddiaçıya 25 iyul 2022-ci il tarixli, 2-1(120)-1974/2022 saylı məktubla yardım edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisə üzrə tələb iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxılması mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyə görə təyin edilmiş pensiya ödənişlərinin onun dayandırıldığı 01 sentyabr 2020-ci il tarixdən bərpa edilməsi və birdəfəlik ödənilməsi, habelə həmin tarixdən əvvəl 01 oktyabr 2019-cu il tarixdən 01 sentyabr 2020-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1974/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1974/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver