Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1975/2025 04.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh «Astara rayon Mərkəzi Xəstəxanası» X7rşı «əlilliyin qiymətləndirilməsi üçün göndərişin (forma 88) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh «Astara rayon Mərkəzi Xəstəxanası» X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il tarixdə Astara rayonu, Şəvqo kəndində anadan olmuşam. Uzun illərdir ki, “sağ bud sümüyü diafizi orta 1/3-nin qeyri düzgün bitişmiş sümüyündən əziyyət çəkir. Bununla əlaqədar olaraq AZ-1007 ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu” X8 xəstəxanasında müayinə və müalicə olunmuşdur. Xəstəliyimlə əlaqədar olaraq 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cü il tarixli qərarına əasən 5 il müddətinə üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Astara rayon Mərkəzi “X8 tərəfindən əlillik müəyyən edilməsi üçün göndərilmiş doldurulmuş və Tibbi Sosial Ekspert Komissiyasına göndəriş Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulduğundan və həkim tərəfindən Elektromielografiya müayinə olunasmı məsləhət görülmüş və bu səbəbdən əlillik təyin edilməsindən imtina edilmişdir. Yenidən əlillik müəyyən edilməsi üçün cavabdeh tərəfindən göndəriş natamam doldurulmuş, əsas diaqnozun ağırlaşmaları dəqiqləşdirilmədən və köməkçi diaqnostik müayinələrlə təsdiq edilmədən TSEK-ə göndərildiriyindən xx.xx.2002ci il tarixdə müayinə olunmuş və yenədə qeyd edilən səbəbdən əlillik təyin edilməsindən imtina edilmişdir. Beləliklə cavabdeh tərəfindən bilərəkdən göndəriş natamam doldurulmuşdur. Bu səbəbdən əlil olmasına baxmayaraq əlillik müəyyən edilməmişdir. Hətta xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Respublikası Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu” X10də müayinə və müalicə olunmuşdur. Həmin instititut tərəfindən verilmiş 20196264** AB ***0/2024 nömrəli xx.xx.2024 saylı arayışı ilə təsdiq olunur ki, 572.3, M84.0,M210,M16.5,M24.5,M17.5,M62.5,R52,1 və R26.8 meyarlı xəstəlik vardır. Bu meyarlara görə ona TSEK-si tərəfindən əlillik müəyyən edilə bilər. Lakin cavabdeh ona göndəriş verməkdən əsasız imtina etmişdir. Hansı ki, bu barədə əsassız olaraq Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndəriş verilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanların genişləndirilməsinə, sosial rifah hallının, maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata kçeirilməlidir. Şəxsin digər şəxslərlə bərabər psixi, əqli və ya hissiyyat pozuntularının olmasını sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və Labaratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qeyd etdiklərim nəzərə almamış əsassız olaraq əlilliyin təyin edilməsi üçün (forma 88) göndərişin verilməsinən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq eidlmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.2-ci bəndinə əsasən “Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsi tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında “Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Yenə həmin “Əsasnamənin 1.4-bəndinə görə “Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleksi halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adeptasiya) imkanları, sosial yardıma və müdafiyəyə ehtiyacı olması, əmək şəraiti,işin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1 -ci maddəsinin tələblərinə görə “Məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Cavabdeh «Astara rayon Mərkəzi Xəstəxanası» X10 tərəfindən etiraz ərizəsi təqdim edilərək göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində forma 88-in sistemə yüklənilməsindən HMK-sı tərəfindən imtina edilmişdir. Vətəndaşa izah edilmişdir ki, X3 və Ortopediya İnstitutu PHŞ tərəfindən verilən arayışda qeyd edilən XBT- 10 kodları Əlillik dərəcəsinin verilməsi yəni forma-88 yüklənilməsi Nazirlər Kabinetinin 11 nömrəli, 12 nömrəli,187 nömrəli qərarları ilə tənzimlənir. Vətəndaşın sənədləri araşdırldıqda məlum oldu ki, diaqnoz göndəriş verilməsi üçün əsas deyil çünki həmin diaqnoza əllilik dərəcəsinin verilməsi üçün əsas yoxdur. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarına əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-oi yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5,1.5.1,1.5.2,1.5.3,1.5.4,1.5.5). Həmin qərara əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir (2.3). Həmin qərara əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir (2.4). Həmin qərara əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər (2.8). Həkim Məsləhət Komissiyası tərəfindən Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi və Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarında qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən tibbi sosial ekspertiza müayinəsinə göndərşin verilməsindən imtina edilmişdir. X2 izah edilmişdir ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarının 12-ci maddəsinin Qeyd hissəsində qeyd edilmişdir ki, Xəstəlik, zədə və ya çatışmazlıqlar səbəbindən əmələ gəlmiş dəri və dərialtı qatın pozuntularının təzahüretmə dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən dəri funksiyasının pozulmasının təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması lazımdır. Həmin qərarın 12.7.8.1 -ci bəndində digər orqan və sistemlər cəlb edilməklə yayılmış, kəskinləşmiş proses olduğu halda bu zaman əiillik dərəcəsinin verilməsi üçün əsasdır. Həkim Məsləhət Komissiyasının qərarından razı olmadığı halda qanunvericiliyə əsasən yuxarı orqana və ya məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İPM-nə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə iiə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər (1.2). İnzibati Prosessual Məcəlləsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.1). Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.2). İİHQ-na əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir (73.1). MPM-nə əsasən İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.İddiaya etirazda aşağıdakılar göstərilməlidinetirazın göndərildiyi məhkəmənin adı;işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı; olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə); əlavə olunmuş sənədlərin siyahısı.İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki hallan və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. İşdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə həı hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. İddiaya etiraz işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı etiraza onun işi aparmağa səlahiyyətini təsdiq edən sənədlər əlavə edilir (154). Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq Nazirlər Kabinetinin 2020~ci il 16 yanvar tarixli 11 nömrəli qərarını Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarını, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarını, MPM-nin 154, İİHQ-un 73.1 və İPM-nin 1.2, 38.1 -ci maddələrini rəhbər tutaraq, İddiaçı Astara Rayon Mərkəzi X1rşı əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi ilə bağlı iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini, İddiaçı Astara Rayon Mərkəzi X1rşı əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi ilə bağlı iddia tələbinin müddətini ötürdüyü üçün müddət tətbiq edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır və mahiyyət baxımından əsaslıdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyi üçün hazırkı mübahisə yaranmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı qeyd olunan tələblə cavabdehə müraciət etmiş və onun tələbi təmin olunmamışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, iddiaçının arzuladığı nəticə göndərişin verilməsi olduğu üçün onun tələbi müraciətin cavablandırılması olsa da, onun cavabdehə müraciətində yazdığı kimi qəbul olunmalıdır. İş materiallarında olan iddiaçının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, Astara rayonu, Burzubənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı Həkim-məsləhət komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli “əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbisosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina” aktından görünür ki, İddiaçı “sol böyrəyin hidronefrom 4 dəcərə sağ bud sümüyü diafizi orta 1/3-nin qeyri düzgün bitişmiş sümüyü” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyralarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən, şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. İşdə olan sosial arayışdan görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və X4 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı sağ bud ərimnin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgul deformasiyası, sağ bud çanaq oynağının İİİ dərəcəli travmadan sonra deformasiya edici kokfaktoru, acıcı-bükücü yaxınlaşdırıcı kəskin kontrakturalama 10; bükmə 150; uzaqlaşma 20 % sol dizin oynağının İİİ dərəcəli gonartrozu, valgusdeformasiyası, acıcı-bükücü kəskin kontrakturası açma 165%, bükmə 155%, hər iki aşağı ətrafın əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq hərəkətlərinin funksiyasının pozulması, XBT Kodu üzrə məsləhət: S72.3, M84.0, M21.0, M16.5, M24.5, M15.5, M21.0, M24.5, M62.5, R52.1, R26.8. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və X4 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli tibbi sənəddən görünür ki, V.Baxşiyevdə “sağ bud-çanaq oynağının və sağ budun AP bir proyeksiyada rentgenoqrammasında sağ budçanaq oynağında İİ-İİİ dərəcə koksoartroz aşkar edilir. Pubik simfiz normal konfiqurasiyadadır. Sağ bud sümüyü diafizi orta 1/3-nin qövsvari deformasiya və boylama yerdəyişmə ilə qeyri-düzgün bitişmiş köhnə sınığı aşkar edilir. Sol diz oynağının iki proyeksiyada Rentgenoqrammasında oynaq yarığı medialda qismən daralıb. Oynaq kənarlarında kiçik osteofitik sivriləşmələr təyin edilir: İİ dərəcə osteoartoz Mülayim varus deformasiyası qeyd edilir. Patellofemoral oynaq əlaqəsi təbiidir. «Astara rayon Mərkəzi Xəstəxanası» X10 tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək İddiaçı ambulator müayinə olunmuş və barəsində səhhətinin müayinə aktı tərtib edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir, “sağ bud sümüyü cismində orta 1/3-nin qapalı qeyri-düzgün bitişmiş sınığı valqus deformasiyası əzələ atrofiyası sağ ətrafın qısalığı sağ diz oynağının postravmatik kontrakturası” diaqnozu qoyulmuşdur. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2021ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli qərarlarla İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci bəndinə əsasən, insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı xəstəxanada müayinələrdən keçmiş və xx.xx.2024-cü il tarixdə keçirilən həkim-məsləhət komissiyasının iclası zamanı İddiaçı “sol böyrəyin hidronefrom 4 dəcərə sağ bud sümüyü diafizi orta 1/3-nin qeyri düzgün bitişmiş sümüyü” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyralarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən, şəxsə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən iş materialları tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və X4 Hüquqi Şəxsin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli tibbi sənədlər üzrə xx.xx.2024-cü il tarixli arayışına əsasən, İddiaçı sağ bud ərim-nin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgul deformasiyası, sağ bud çanaq oynağının İİİ dərəcəli travmadan sonra deformasiya edici kokfaktoru, acıcı-bükücü yaxınlaşdırıcı kəskin kontrakturalama 10; bükmə 150; uzaqlaşma 20 % sol dizin oynağının İİİ dərəcəli gonartrozu, valgusdeformasiyası, acıcıbükücü kəskin kontrakturası açma 165%, bükmə 155%, hər iki aşağı ətrafın əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq hərəkətlərinin funksiyasının pozulması, XBT Kodu üzrə məsləhət: S72.3, M84.0, M21.0, M16.5, M24.5, M15.5, M21.0, M24.5, M62.5, R52.1, R26.8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və X4 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli tibbi sənəddən görünür ki, V.Baxşiyevdə “sağ bud-çanaq oynağının və sağ budun AP bir proyeksiyada rentgenoqrammasında sağ budçanaq oynağında İİ-İİİ dərəcə koksoartroz aşkar edilir. Pubik simfiz normal konfiqurasiyadadır. Sağ bud sümüyü diafizi orta 1/3-nin qövsvari deformasiya və boylama yerdəyişmə ilə qeyri-düzgün bitişmiş köhnə sınığı aşkar edilir. Sol diz oynağının iki proyeksiyada Rentgenoqrammasında oynaq yarığı medialda qismən daralıb. Oynaq kənarlarında kiçik osteofitik sivriləşmələr təyin edilir: İİ dərəcə osteoartoz Mülayim varus deformasiyası qeyd edilir. Patellofemoral oynaq əlaqəsi təbiidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 6.1.10-cu bəndi üzrə sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr- R25-R29; 13.3 bəndi üzrə “artrozlar- M15- M19, ətrafların digər qazanılma deformasiyaları- M21; 13.4 bəndi üzrə “Koksartroz (budçanaq oynağının artrozu)-M16”, qonartroz (diz oynağının artrozu)-M17” öz əksini tapmışdır və Orqanizmin funksiyalarının pozulması 35-100 arası % göstəricisi göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 6.1.10, 13.3, 13.4-cü bəndlərinə əsasən, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması halında 35-100 arası % göstəricisi müəyyən olunmuşdur. Həmçinin cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və X4 Hüquqi Şəxsinin İddiaçı barəsində təyin edilmiş diaqnozlar üzrə ağırlaşmaların olmaması ilə bağlı məhkəməyə sübut və ya digər dəlillər təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı əlilliyi müəyyən edən həkim komissiyasına və əlilliyinin qiymətləndirilməsinə dair ona qoyulmuş diaqnozlarda əks olunduğu göndərişin verilməsi (forma 88) öhdəliyi cavabdeh Astara rayon Mərkəzi Xəstəxanası» X8 üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova