Məhkəmə qərarları › İş №2-1(120)-1979/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1979/2025

17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1979/2025 17.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı X4, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirаkları ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə xx.xx.2025-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququn yarandığı xx.xx.2022-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək iddia tələbinə “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 2-1(120)-1979/2025 nömrəli qərardadı ilə iddia tələbinə tələbinə “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Əli Bayramlı şəhəri (indiki Şirvan), Axtaçı kəndində anadan olmuşdur. İddiaçı 1982-1990-cı il tarixə kimi (08 il 05 ay) M.Müşfiq adına kolxozunda, xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə, əmək fəaliyyətinə isə xx.xx.1990-xx.xx.1993-cü il tarixə (02 il 09 ay) kimi “X9 X23 İdarəsi”-nin “Salyan” gəmisində “bosman”, xx.xx.1993-xx.xx.2000-ci il tarixə (06 il 08 ay 05 gün) kimi “3 nömrəli Yol Tikinti-Təmir Tresti”-nin 15 nömrəli Yol Tikinti İdarəsində “asfalt-beton qarışdırıcı maşinist”, xx.xx.2000-xx.xx.2005-ci il tarixə (05 il 10 ay 02 gün) kimi “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”-da “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı”, xx.xx.2016-xx.xx.2019-cu il tarixə (02 il 09 ay 29 gün) kimi “X15 X2 meşəbəyliyi”-nə “fəhlə” və xx.xx.2019-xx.xx.2024-cü il tarixə (04 il 11 ay 10 gün) kimi “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”-nin Nəqliyyat İdarəsinin 3 saylı X3 “nasosçu” vəzifəsində işləmişdir. Həmin vəzifələrdən xx.xx.1993-xx.xx.2000-ci il tarixə (06 il 08 ay 05 gün) kimi “3 nömrəli Yol Tikinti İdarəsində “asfalt-beton qarışdırıcı maşinist”, xx.xx.2000-xx.xx.2005-ci il tarixə (05 il 10 ay 02 gün) kimi “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”-da “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifələri ağır və zərərli iş olduğundan, hesab edir ki, xx.xx.2022-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Hesab edir ki, cavabdehin imtinası iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas ola bilməz. Çünki, iddiaçı 2023-cü il tarixdə ağır beyin insuldu keçirtdiyinə görə 57 yaşdan güzəştli pensiya təyin edilməsi ilə bağlı cavabdehə qarşı qaldırdığı iddia tələbi davam etdirə bilməmiş və bu hal hesab edir ki, cavabdehin 60 yaşdan təyin edilməsi üçün əsas ola bilməz. İddiaçının hüququ yarandığı xx.xx.2022-ci il tarixədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını topladığına görə hesab edir ki, onun xx.xx.2022-ci il tarixdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin göstəricilərin” Siyahısının 29. Bina, qurğu digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: a) fəhlələr; 21-ci abzasına əsasən “səyyarasfalt-beton qarışdırıcıların maşinistləri” və 7-ci abzasına əsasən “izolyasiyaçılar” vəzifələri qeyd edilmişdir. Belə ki, iddiaçının hüququnun yarandığı xx.xx.2022-ci il tarixə kimi işlədiyi xx.xx.1993-xx.xx.2000-ci il tarixə (06 il 08 ay 05 gün) kimi” 3 nömrəli Yol Tikinti-Təmir Tresti”-nin 15 nömrəli Yol Tikinti İdarəsində “asfalt-beton qarışdırıcı maşinist”, xx.xx.2000-xx.xx.2005-ci il tarixə (05 il 10 ay 02 gün) kimi “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”-da “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifələri zərərli və ağır iş olaraq güzəştli iş stajı 12 il 06 ay 07 gün və 31 il 05 ay 26 gün ümumi iş stajı vardır. İddiaçının işlədiyi sahənin zərərli və ağır iş stajı haqqında arayışı və Hacıqabul rayon Yol Tikinti – 3 ASC-nin xx.xx.2024-cü il tarixli, 12 nömrəli güzəştli iş stajı haqqında arayışı və Hacıqabul rayon İcra Hakimiyyətinin Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli, 31 nömrəli güzəştli arayışı vardır ki, həmin arayışda gördüyü kimi işlərin nədən ibarət olduğu və güzəştli iş stajına görə aylıq əmək haqqına əlavə və məzuniyyət gününə isə əlavə təqvim gününün əlavə edildiyi qeyd edilmişdir. Həmçinin işlədiyi peşə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 29. Bina, qurğu digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: a) fəhlələr; 21-ci abzasına əsasən “səyyarasfalt-beton qarışdırıcıların maşinistləri” və 7-ci abzasına əsasən “izolyasiyaçılar” vəzifələrinə uyğun olduğu qeyd edilmişdir. Həmçinin iddiaçının işlədiyi idarə və müəssisədə işlədiyi peşə və vəzifələrin arxiv sənədləri də vardır ki, həmin arxiv sənədlərində iddiaçının işləməsi bir daha öz təsdiqini tapır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İcraatınızda İddiaçı cavabdeh Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(120)-1979/2025 nömrəli inzibati iş vardır. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2024-cü il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirmişdir. Bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyası üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşında çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X17 qərarlarını, X17 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı xx.xx.2022ci il tarixə ümumi stajı 18 il 8 ay 10 gün (xx.xx.2006-cı il tarixədək 12 il 11 ay 10 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 8 il 14 gün kolxozda işlədiyi dövr), həmin tarixdən sonra 5 il 9 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə xx.xx.2022-ci il tarixə 14875,28 manat təşkil edir. Bundan başqa bildirilmişdir ki, İddiaçı 01 oktyabr 2021-ci il tarixdə açılmış əmək kitabçasının dublikatının surətinin 6-9-cu səhifələrində onun xx.xx.1993-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Əli Bayramlı 15 nömrəli Yol Tikinti İdarəsi”ndə qarışdırıcı maşinist, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”nda izolyasiyaçı peşələrində işlədiyi qeyd edilmişdir. Həmin dövrlə üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə 1 saylı X1 aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəiqləşdirmə aparılmışdır. Dəqiqləşdirmə zamanı, “Əli Bayramlı 15 nömrəli Yol Tikinti İdarəsi”nin əmək haqqı cədvəllərinin X14 şəhər Filialına təhvil verilmədiyi müəyyən edilib və bu fakt X14 şəhər Filialının 12 sentyabr 2022-ci il tarixli birgə aktı ilə təsdiqlənmişdir. Həmçinin Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının Rayon Arxivində saxlanılan əmək haqqı cədvəllərində də İddiaçı adı aşkar edilməmişdir. Bu fakt Hacıqabul rayon Dövlət Arxivinin 16 sentyabr 2022-ci il tarixli birgə Aktı ilə təsdiqlənib. Göstərilən səbəblərdən də, yuxarıda qeyd olunan dövləri İddiaçı iş stajına daxil etmək mümkün olmamışdır. Həmçinin İddiaçı xx.xx.2022-ci il tarixə münasibətdə 48960 manat pensiya kapitalı tələb olunduğu halda onun pensiya kapitalı 14815,28 manat təşkil edir. Beləliklə iddiaçının xx.xx.2022-ci il tarixə münasibətd pensiya kapitalı tamamlanmır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X12 iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X16 etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1962-ci il təvəllüdlü iddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə Əli-Bayramlı rayonu, Axtaçı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin 19 mart 2021-ci il tarixli, 375 nömrəli Arayışının surətindən görünür ki, 1962-ci il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Hacıqabul rayon Dövlət Arxivinin 3- 48-17RA/2-27/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı keçmiş M.Müşviq kolxozunda 1982-1990-cı il tarixlərdə işləmiş və əmək haqqı qazanmışdır. Azərbaycan X18 QSC 13-3/3-9-51/2024 nömrəli,xx.xx.2024-cü il tarixli Arxiv Arayışının surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı ildən (xx.xx.1990-cı il tarixli 39/л nömrəli əmr) xx.xx.1993-cü ilə kimi (xx.xx.1993-cü il tarixli 32/л nömrəli əmr) X9 X23 İdarəsinin “Salyan” gəmisində bosman vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X18 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X9 və X25 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X18” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X14 Filialının 12 fevral 2024-cü il tarixli, 3-48-DA-14F/2-80/2024 nömrəli Arxiv Arayışının surətindən görünür ki, X14 filialında mühafizə olunan 3 nömrəli Yol Tikinti Təmir trestinin 15 nömrəli Yol tikinti idarəsinin 1993-2000-ci illərə aid əmrlər kitabında adına aşkar olunan əmrlərin çıxarışı: ƏMR № 89/K 17 iyun 1993-cü il tarixli İddiaçı 15 nömrəli Yol Tikinti İdarəsinə 2-ci dərəcəli Asfalt-Beton qarışdırıcı maşinist vəzifəsinə təyin edilmiş. Əmək haqqı muzd sistemi ilə ödənilmişdir. ƏMR № 01.k 22 fevral 2000-ci il tarixli Azəravtoyol Dövlət Şirkətinin 15 və 21 fevral 2000-ci il tarixli 30 və 49 saylı əmrlərinə əsasən Əli Bayramlı 15 saylı Yol-Tikinti idarəsi ləğv edilmiş, onun bazasında 3 saylı Yol-Tikinti idarəsi yarandığı üçün bir qrup işçi öz ərizələri ilə ƏQM-70-ci maddəsinin A bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı 4-cü dərəcəli A.Beton qarışdırıcı maşinist. Əsas: 3 saylı Yol-Tikinti idarəsinin rəisi Mehtiyev Q.X. 22 fevral 2000-ci il tarixli 01/k saylı əmrinə əsasən işdən azad olunublar. Azərbaycan Respublikası "xxxx" ASC-nin 12 saylı, 14 mart tarixli Güzəştli iş stajı haqqında Arayışın surətindən görünür ki, İddiaçı 17 iyun 1993-cü il tarixdə 89/k saylı əmrlə Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsinə 2-ci dərəcəli “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsinə qəbul edilib. Həmin vəzifə saxlanılmaqla 30 avqust 1999-cu il tarixdə, 63/k saylı əmrlə 3-cü dərəcə verilib (Sədrin xx.xx.1999-cu il tarixli, 63/k saylı təqdimatı əsasında). “Azəravtoyol” DŞ-nin 15 və 21 fevral 2000-ci il tarixli 30 və 49 saylı əmrlərinə əsasən Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsi yarandığı üçün xx.xx.2000-ci il tarixli, 01/k saylı əmrlə 4-cü dərəcə “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsində öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi üzrə 6 il 8 ay 5 gün zərərli və ağır iş stajı vardır. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “səyyar asfalt-beton qarışdırıcıların maşinistləri” vəzifəsi 2290000a-14199 kodu ilə göstərilmişdir. Odur ki, X4 işlədiyi “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi zərərli və ağır iş olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin 29 fevral 2024cü il tarixli, 3-48-17RA/2-27/2024 nömrəli Arxiv Arayışının surətindən görünür ki, Şirvan şəhər sakini İddiaçı adı Hacıqabul rayon X20 22-də qorunub saxlanılan Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının 2000-2005-ci illərə aid əmr kitablarında adı – ƏMR №3, xx.xx.2000-ci il tarixindən bina və qurğularda su və konalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı işinə qəbul edilmişdir. ƏMR № 26, xx.xx.2005-ci il tarixindən öz xahişi ilə işdən azad edilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının 31 saylı, 18 mart 2024-cü il tarixli Güzəştli Arayışının surətindən görünür ki, Şirvan şəhər sakini İddiaçı xx.xx.2000-ci il tarixində, 03 nömrəli Əmrlə Hacıqabul rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatına bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı vəzifəsinə qəbul edilmişdir. Onun peşə və vəzifə təlimatına əsasən gördüyü işlər bina və qurğularında yerləşən zirzəmilərdən keçən su, istilik sistemlərinin, konalizasiya (məişət texniki sularının) xətlərini təmir və bərpasından, yəni korroziyadan qorunması üçün izolyasiya (şüşə liflərlə sarınması) edilməsindən ibarət olmuşdur. Əmək fəaliyyəti müddətində ona əmək haqqıya 12-24%-ə kimi əlavə pul və məzuniyyət gününə 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi vəzifə ağır və zərərli olduğundan sabun və süd məhsulları ilə təmin edilmişdir. Belə ki, Mehtiyev X6 rayon İcra Hakimiyyətinin Kommunal müəssisələri Kombinatında işlədiyi 5 il 10 ay 02 gün “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin (290000a-1250)” koduna uyğundur və siyahıda qeyd edilmişdir. Onun işlədiyi vəzifə ağır və zərərli iş stajı olduğundan, həmin koda əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X10 Mərkəzinin 3-14-99-3/2-008/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli Arayışın surətindən görünür ki, İddiaçı 21 aprel 2016-cı il tarixdə 25/4 saylı əmrlə keçmiş X15 X2 meşəbəyliyinə fəhlə işinə qəbul edilib. 13 iyun 2018-ci il tarixdə 31/1 saylı əmrlə fəhlə işindən azad edilərək həmin tarixdən Şirvan meşəbəyliyinə motorçu vəzifəsinə təyin edilmişdir. 20 fevral 2019-cu ul tarixdə 07/4 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz arzusu ilə) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinin 3-14-30/2-121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Arayışının surətindən görünür ki, ******* nömrəli əmək kitabçasındakı qeydiyyata əsasən İddiaçı 21 fevral 2019-cu il tarixdən (Əmr №460/k) 31 yanvar 2024-cü il tarixədək (Əmr №074/K) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin 3 saylı X3 nasosçu vəzifəsində işləyib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 305-10672M-3121 nömrəli Arayışının surətindən görünür ki, Şirvan şəhər sakini X8 ona məxsus olan NT-1 N ******* nömrəli əmək kitabçasını şəhər ərazisində naməlum şəraitdə itirməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Şirvan şəhər polis şöbəsinə məktub ilə müraciət etmişdir. Bildirilir ki, İddiaçı məxsus olan NT-1 N ******* nömrəli əmək kitabçasını Şirvan şəhər Polis şöbəsində tapılmış kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30/208 nömrəli, xx.xx.2021-ci il tarixli AR DİN Şirvan rayon Polis İdarəsinə ünvanladığı məktubunun surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X11 İdarəsinin 4 saylı Sabirabad Regional şöbəsinin nasosçusu İddiaçı 16 mart 2021-ci il tarixində idarənin İnsan Resursları şöbəsinə müraciət edərək əmək kitabçasını Sabirabad DSMF-na təqdim etmək üçün götürmüşdür. İddiaçı NT-1 N ******* nömrəli əmək kitabçasını tapılması üzrə müvafiq qaydada köməklik göstərilməsi xahiş olunmuşdur. Ambulator, X13 Kartasından Çıxarışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə “Beyin insuldi” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-14-207368/2024 nömrəli məktubun surətindən görünür ki, “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq vətəndaşın müraciətində göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda onun müraciəti baxılmamış saxlanılır. Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2023-cü il tarixli, 2-1(106)-18/2023 nömrəli qərarına əsasən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Mərkəzi Filialının üzərinə qoyulmasına dair tələbi qəbul edilməmişdir. Sözügedən qərara əsasən 9 avqust 2024-cü il tarixli müraciəti baxılmamış saxlanılmışdır. Məhkmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan X18” QSC-nin 13-3/3-9-271/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Arxiv Arayışının surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı ildən (xx.xx.1990-cı il tarixli 39/л nömrəli əmr) xx.xx.1993-cü ilə kimi (xx.xx.1993-cü il tarixli 32/л “A” nömrəli əmr) X9 X23 İdarəsinin “Salyan” gəmisində bosman vəzifəsində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə aiddir və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X18 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X9 və X25 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X18” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan X18” QSC-nin 13-3/3-9-272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Arxiv Arayışının surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı ildən (xx.xx.1990-cı il tarixli 39/л nömrəli əmr) xx.xx.1993-cü ilə kimi (xx.xx.1993-cü il tarixli 32/л “A” nömrəli əmr) X9 X23 İdarəsinin “Salyan” gəmisində bosman vəzifəsində işləmişdir. Onun 1990-1993-cü illər üzrə orta aylıq əmək haqqı 143,00, 160,00, 320,00, 420,00, 480,00, 545,00, 2200, 4400,00, 11250, 13500,00, 15200,00 ümumi 53150.00 (əlli üç min yüz əlli manat təşkil edilmişdir). Azərbaycan Respublikası "xxxx" ASC-nin 12 saylı, 14 mart tarixli Güzəştli iş stajı haqqında Arayışın surətindən görünür ki, İddiaçı 17 iyun 1993-cü il tarixdə 89/k saylı əmrlə Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsinə 2-ci dərəcəli “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi kimi qeyd edilmişdir. Belə ki, “Azəravtoyol” DŞ-nin 15 və 21 fevral 2000-ci il tarixli 30 və 49 saylı əmrlərinə əsasən Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsi ləğv edilib onun bazasında hüquqi varisi olan Əli Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi yarandığı üçün xx.xx.2000-ci il tarixli, 01/k saylı əmrlə 4-cü dərəcə “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsindən öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.1993-xx.xx.2000-ci illər işlədiyi “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi üzrə gördüyü işlər- Asfalt qarışığının tərkibi, xüsusiyyəti, materialların nəmliyini, keyfiyyətini, qranulometrik tərkibini, habelə örtüyün konstruksiyasını nəzərə almaqla optimal tərkibli qarışıqların seçilməsi işini yerinə yetirilməsini, bitumun qəbul edilməsi və bitumçənlərinə nəzarət edilməsi, bitum çənlərində temperatura nəzarət edilməsini, asfalt yüklənəcək avtomaşının hərəkətinin yönləndilməsi, hazır məhsulun (asfaltın) yük maşınlarına yüklənməsinə nəzarəti, qurğu və avadanlıqları işə qoşmazdan əvvəl mexaniki hissələrin yoxlanılması və qurğuda aparılan təmir işlərində iştirak edilməsini, asfaltın üst qatının yüksək temperaturda yumşaq sət formasında döşənməsini texniki vasitə olan avtomobillə həyata keçirilməsini və xidmət etdiyi qurğu və avadanlığın konstruktiv xüsusiyyətlərini və iş rejimini, təhlükəsizlik və yanğından mühafizə tədbir və qaydalarını təmin edən təlimatları həyata keçirirdi. X4 işlədiyi vəzifələr zərərli və ağır iş sahəsi olaraq hər ay əmək haqqısına 12 % və məzuniyyət gününə 2 təqvim günü əlavə edilirdi. Bu səbəbdən də hesab etmək olar ki, İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1993-xx.xx.2000-ci illər üzrə “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi zərərli və ağır iş stajı olduğundan, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “səyyar asfalt-beton qarışdırıcıların maşinistləri” vəzifəsi 2290000a-14199 kodu ilə göstərilmişdir. Odur ki, İddiaçı işlədiyi “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi zərərli və ağır iş olduğundan, onun 6 il 8 ay 5 gün zərərli və ağır iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin 25 iyun 2025-ci il tarixli, 3-48-17RA/2-37/2025 nömrəli məktubunun surətindən görünür ki, Hacıqabul rayon X20 22-də qorunub saxlanılan Hacıqabul rayon Kommunal Müəssisələr Kombinatının 2000-2005-ci illərə aid əmr kitablarında İddiaçı adı aşkarlandı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 29. Bina, qurğu digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: a) fəhlələr; 21-ci abzasına əsasən “səyyar asfalt-beton qarışdırıcıların maşinistləri” və 7-ci abzasına əsasən “izolyasiyaçılar” vəzifələrinə uyğun olduğu qeyd edilmişdir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Məhkəmənin mövqeyi: İşin hallarından görünür ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi məsələ məhz iddiaçının 25 il ümumi iş stajının olmaması və xx.xx.2022-ci il tarixə münasibətdə 48960 manat pensiya kapitalı tələb olunduğu halda onun pensiya kapitalı 14815,28 manat təşkil əsaslanmışdır. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında qeyd edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixə ümumi stajı 18 il 8 ay 10 gün (xx.xx.2006-cı il tarixədək 12 il 11 ay 10 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 8 il 14 gün kolxozda işlədiyi dövr), həmin tarixdən sonra 5 il 9 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə xx.xx.2022-ci il tarixə 14875,28 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə,1982-1990cı il tarixə kimi M.Müşfiq adına kolxozunda, xx.xx.1990-xx.xx.1993-cü il tarixə kimi “X9 X23 İdarəsi”-nin “Salyan” gəmisində “bosman”, xx.xx.1993-xx.xx.2000-ci il tarixə kimi “3 nömrəli Yol Tikinti-Təmir Tresti”-nin 15 nömrəli Yol Tikinti İdarəsində “asfalt-beton qarışdırıcı maşinist”, xx.xx.2000-xx.xx.2005-ci il tarixə kimi “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”-da “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı”, xx.xx.2016-xx.xx.2019-cu il tarixə kimi “X15 X2 meşəbəyliyi”-nə “fəhlə” və xx.xx.2019-xx.xx.2024-cü il tarixə kimi “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”-nin Nəqliyyat İdarəsinin 3 saylı X3 “nasosçu” vəzifəsində işləmişdir. Həmin vəzifələrdən xx.xx.1993-xx.xx.2000-ci il tarixə kimi “3 nömrəli Yol Tikinti İdarəsində “asfalt-beton qarışdırıcı maşinist”, xx.xx.2000-xx.xx.2005-ci il tarixə kimi “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”-da “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifələri ağır və zərərli iş hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı: 29. Bina, qurğu digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: a) fəhlələr; 21-ci abzasına əsasən “səyyarasfalt-beton qarışdırıcıların maşinistləri” və 7-ci abzasına əsasən “izolyasiyaçılar” vəzifələrinə uyğun olduğu qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması, müəssisənin fəaliyyətinin olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı X4 işlədiyi vəzifələr zərərli və ağır iş sahəsi olaraq hər ay əmək haqqısına 12 % və məzuniyyət gününə 2 təqvim günü əlavə edilirdi. Bu səbəbdən də hesab etmək olar ki, İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1993xx.xx.2000-ci illər üzrə “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi zərərli və ağır iş stajı olduğundan, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “səyyar asfaltbeton qarışdırıcıların maşinistləri” vəzifəsi 2290000a-14199 kodu ilə göstərilmişdir. Odur ki, İddiaçı işlədiyi “asfalt-beton qarışdırıcı maşinist” vəzifəsi zərərli və ağır iş olduğundan, onun 6 il 8 ay 5 gün zərərli və ağır iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Bundan başqa iddiaçının 3 nömrəli Yol Tikinti-Təmir Tresti”-nin 15 nömrəli Yol Tikinti İdarəsində “asfalt-beton qarışdırıcı maşinist”, xx.xx.2000-xx.xx.2005-ci il tarixə (05 il 10 ay 02 gün) kimi “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”-da “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı”, xx.xx.2016-xx.xx.2019-cu il tarixə (02 il 09 ay 29 gün) kimi “X15 X2 meşəbəyliyi”-nə “fəhlə” və xx.xx.2019xx.xx.2024-cü il tarixə (04 il 11 ay 10 gün) kimi “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”-nin Nəqliyyat İdarəsinin 3 saylı X3 “nasosçu” işlədiyini nəzərə alaraq onun 12 il 06 ay 07 gün güzəştli və 31 il 05 ay 26 gün ümumi iş stajı vardır. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Cavabdeh inzibati orqanın etirazının digər dəlilini təşkil edən iddiaçının xx.xx.2022-ci il tarixə münasibətdə 48960 manat pensiya kapitalı tələb olunduğu halda onun pensiya kapitalı 14815,28 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya kapitalı tələb edilən dövürə münasibətdə tələb dəqiqləşməsinə dair ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etmişdir. Belə olan halda xx.xx.2022-ci il tarxdən etibarən yeni qanunvericiliyə əsasən pensiya kapitalının nəzərə alınması halı aradan qalxmış olur. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması, müəssisənin sənədlərinin mövcud olamaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar (müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud cavabdeh tərəfindən baxış keçirən zaman əmək haqqı cədvəllərinin müəyyən edilə bilməməsi) iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1102/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi illər sığorta stajı kimi qəbul edilməli, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı iddiası təmin edilsin. İddiaçı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar