Məhkəmə qərarları › İş №2-1(120)-1985/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1985/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1985/2025 16.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı vaxtdan əmək pensiyasını təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, 1978-1995 və 1996-2003-cü illərdə işlədiyi dövrün sosial siğorta stajına hesablanmaqla ona yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1985/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir, iddia tələbinə İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli şəhərində ailəsiylə birlikdə neçə illərdir yaşayır və məskunlaşıblar. O, xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci ilədək İmişli rayon İstehlak heyəttində sürücü vəzifəsində fəaliyyət göstərmişdir. xx.xx.1995-ci il tarixli № 125 nömrəli əmrlə öz ərizəsiylə işdən azad olunmuşdur. Həmin hal öz əksini ona məxsus əmək kitabçasında tapmışdır. O, daha sonra xx.xx.1996-cı il tarixdən İmişli rayon Aqrokimya labarotariyasında gözətçi vəzifəsində çalışmışdır. xx.xx.2003-cü il tarixdə №5 nömrəli əmrlə işdən azad olmuşdur. Lakin, arxivin köçürülməsi ilə əlaqədər illərin əmək haqqı cədvəllərinin təqdim olunması mümkün olunmamışdır. Buna görə də əmək stajı 25 ildən az hesablandığı üçün 220 (iki yüz iyirmi) manat əmək pensiyası alır. Güzəştli şərtlərlə pensiya təyinatının yenidən hesablanması və almaq istəyiylə əlaqədar tərəfindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Təyinat üzrə Mərkəzi Filiala müfaviq müraciət edilmişdir. Lakin həmin orqan tərəfindən ona verilmiş cavab məktubunda arxiv arayış ilə təsdiq edilə bilinməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmaması göstərilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş iddia ərizəsinə etirazdan görünür ki, iddia əsassızdır. Ona görə də iddia rədd edilməlidir. Belə ki, işin tam, hərtərəfli araşdırılması və iddiaçının “İmişli rayon Aqrokimya Laboratoriyası” və “İmişli rayon İstehlak Cəmiyyəti” müəssisələrində işlədiyini araşdırmaq məqsədilə müvafiq orqanlara sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli, **********4 nömrəli müraciətimizə cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli **********30 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, “İmişli rayon İstehlak Cəmiyyəti” dövlət müəssisəsi olmadığından onunla bağlı Əmlak Məsələləri Dövlət Ximətində hər-hansı məlumat yoxdur. “İmişli rayon Aqrokimya Laboratoriyası” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli qərarı ilə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yeni yaradılan X8 Laboratoriyasının balansına verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə xx.xx.2021-ci il tarixli, **********4 nömrəli müraciətə cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli **********8720000 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, İmişli rayon İstehsal-İstehlak Kooperativi (VÖEN **********) xx.xx.1999-cu il tarixdə İmişli rayon İstehlak Cəmiyyətinin bazasında yaradılmış İmişli rayon Kooperativ Cəmiyyəti kimi dövlət qeydiyyatında alınmışdır. xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “İmişli rayon Aqrokimya Laboratoriyası” (VÖEN **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.2001 -ci il tarixdə vegi uçotuna alınmışdır və hazırda vergi ödəyicisidir. Azərbaycan Respublikasının İmişli rayon Dövlət Arxivinə xx.xx.2021-ci il tarixli müraciətimizə cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli 111 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, X4 “İmişli rayon Aqrokimya laboratoriyası” müəssisəsinin Əmrlər kitabına əsasən xx.xx.1996-cs il tarixli 2 saylı əmrlə gözətçi işinə təyin edilmiş, !6.12.2003-cü il tarixli 5 saylı əmrlə gözətçi isindən azad edilmişdir. “İmişli rayon İstehlak Cəmiyyəti” dövlət müəssisəsinin ərnr kitabları və əmək haqqı cədvəlləri, mühasibatlıq sənədləri eləcə də “İmişli rayon Aqrokimya Laboratoriyası” müəssisiəsinin əmək haqqı cədvəlləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Sorğulara gələn cavablardan görünür ki, müəssisələrin dövlət qeydiyyatından keçmə tarixi iiə şəxsin orda işləmə tarixləri üst-üstə düşmür. Bundan başqa iddiaçıya pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi xx.xx.2006-cı ii tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsidir. Belə ki, X15 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992-2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdur. Xüsusilə qeyd edirik ki, işə məhkəmədə baxılarkən iddiaçının xx.xx.1996-cı ii tarixdən xx.xx.2003-cti il tarixədək İmişli rayon Aqrokimya Laboratoriyasında gözətçi vəzifəsində işlədiyi dövrün qarşılıqlı yoxlanılması həyata keçirilmiş və 25 aprel 2022-ci ii tarixii akt tərtib edilmişdir. Yoxlama zamanı isə aşağıdakılar aşkar edilmişdir: 1) X1 xx.xx.1998-cı i! tarixdə işə qəbul olunması badədə əmrin nömrəsində qaralama olması; 2) Sözügedən əmrin tarixində ağardıcıdan istifadə edilməklə dəyişikliyin aparılması; 3) Sözügedən əmrin yazıldığı vərəqin sıra nömrəsinin ardıcıllığının pozulması; 4) Əmr kitabında 4-cü səhifədən sonra 32-ci səhifənin gəlməsi; 5) İddiaçının xx.xx.2003-cü il tarixli, 05 nömrəli əmrlə işdən azad olunması əmrinin qeydiyyatının xx.xx.2004-cü il tarixli, 02 nömrəli əmrdən sonra aparılması; 6) İşdən azad olunma əmrinin qeydiyyatı aparılmış vərəqinin sıra (31) nömrəsinin 9 və 10-cu vərəqin arasında olması; 7) İmişli rayon Aqrokimiya Laboratoriyasının əməkhaqqı cədvəllərinin İmişli rayon Dövlət Arxivində olmaması; 25 aprel 2022-ci il tarixli akt məhkəməyə təqdim edilmişdir. Bundan sonra məhkəmənin şifahi sorğusu əsasında yenidən iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli rayon Aqrokimya Laboratoriyasında gözətçi vəzifəsində işlədiyi dövrün qarşılıqlı yoxlanılması həyata keçirilmiş və 31 avqust 2022- ci il tarixli akt tərtib edilmişdir. Həmin qarşılıqlı yoxlama zamanı da eyni saxtakarlıqlar aşkar edilmişdir. Həmin yoxlamanın nəticəsinə dair tərtib edilmiş 31 avqust 2022-ci il tarixli akt isə məhkəməyə təqdim edilmişdir. Daha sonra - xx.xx.2023-cü il tarixdə Fondun Mil-Muğan reginal filialı ilə İmişli rayon Dövlət Arxivi iddiaçının İmişli Rayon İstehlak Cəmiyyətində xx.xx.1978 xx.xx.1995-ci illərdə işlədiyini iddia etdiyi dövrləri araşdırmışdır. Araşdırmanın nəticəsinə dair xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən İmişli Rayon İstehlak Cəmiyyətinin arxiv sənədlərində iddiaçının işdən azad edilmə əmrinə rast gəlinməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, sözügedən müəssisənin arxiv sənədlər nə İmişli rayon Dövlət Arxivinə təhvil verilməmiş, nə də İmişli rayon İstehsai-İstehlak Kooperatividə saxlanılmır. İddiaçı bundan öncə də Şirvan İnzibati Məhkəməsində yaşa görə pensiyanın təyin edilməsinə dair iddia qaldırmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının 1978-1995-ci illərdə İmişli rayon İstehlak Cəmiyyətinin nəzdində olan Təsərrüfat hesablı avtoqarajda sürücü işlədiyi zaman ona verilən ******* saylı əmək kitabçasında adının səhv yazıldığı müəyyən edilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsini geri götürmüşdür. Daha sonra iddiaçı İmişli Rayon Məhkəməsinə müraciət edərək, 1978-1995ci illərdə İmişli rayon İstehlak Cəmiyyətinin nəzdində olan Təsərrüfat hesablı avtoqarajda sürücü işlədiyi zaman ona verilən ******* sayi, əmək kitabçasında yazılan X4 adının İddiaçı kimi oxunması və həmin sənədin ərizəçiyə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra isə iddiaçı ərizəsini geri götürmüşdür. İstər inzibati icraat zamanı, istərsə də məhkəmə icraatı zamanı əldə edilmiş bütün sübutlar (sorğuların cavabları, qarşılıqlı yoxlama aktiarı və sair) məhkəməyə təqdim edilmiş və 2-1(120)- 163/2023 nömrəli inzibati iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi iddianın təmin ediiməsi üçün istər faktiki, istərsə də hüquqi əsaslar mövcud deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında" Azərbaycan Respublikasinin Qanununun 11 -ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən siğortaolunanın hüquqları, siğortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanlarm vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən İmişli rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə İmişli rayonunda anadan olmuş, İmişli rayonu, Məhəmmədli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İddiaçı məxsus xx.xx.2021-ci il tarixli ******* saylı dublikat əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə İmişli rayon İstehlah- İstehlak Kooperativində sürücü işləmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli rayon Aqrokimya labaratoriyasında gözətçi vəzifəsində işləmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 fevral 2025-ci il tarixli 3-17-1/2-32015/2025 nömrəli məktubuna əsasən, İddiaçı təqdim etdiyi sənədlərin surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə 2 il 1 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun Mil-Muğan regional filialının İmişli Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən İmişli Rayon İstehlak Cəmiyyətinin arxiv sənədlərində İddiaçı işdən azad olunma əmrinə rast gəlinməmişdir. Eyni zamanda sözügedən müəssisənin arxiv sənədlərinin İmişli rayon istehsal-istehlak kooperativində saxlanılmadığı və Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. İmişli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1996-cı il tarixində İmişli rayon Aqrokimya Laboratoriyasına işə daxilolma əmrinin nömrəsində qaralama aşkar edilmiş, əmrin tarixində ağardıcıdan istifadə edilərək dəyişikliklər edilmiş, eyni zamanda əmrin qeydiyyatının aparıldığı vərəqin sıra nömrəsi özündən əvvəlki və sonrakı sıra nömrələri ilə uyğunluq təşkil etmir. Belə ki, əmrlər kitabında 4-cü səhifədən sonra 32-ci səhifə gəlir və xx.xx.1996-cı il tarixli, 02 nömrəli əmr 32-ci səhifədə qeyd olunmuşdur. Həmçinin İddiaçı xx.xx.2003-cü il tarixində 05 nömrəli əmrlə işdən azad olunmasının qeydiyyatı xx.xx.2004-cü il tarixli, 02 nömrəli əmrdən sonra aparılmışdır. Əlavə olaraq sözügedən müəssisənin əmək haqqı cədvəlləri mühafizə olunması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən xx.xx.1978ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı iddiasına dair iş üzrə aparılmış inzibati icraat materialları təqdim olunur. İşdə olan Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin 5 mart 2025 -ci il tarixli 3-21-3/2-3517/2025 nömrəli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1978-1995-ci və 1996- 2003-cü illərdə işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlə əlaqədar İmişli rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı Avtoqarajın və İmişli rayon Aqrokimya Laboratoriyasının hansı tarixdən qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasına dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan İmişli rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı Avtoqaraj və İmişli rayon Aqrokimya Laboratoriyası barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 mart 2025-ci il tarixli 3- 21-2-1/2-4066/2025 nömrəli məktubuna əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı barədə müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********692000 nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Dövlət reyestrində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Aqrokimya Laboratoriyasının (VÖEN: **********) xx.xx.2001-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat mövcuddur. İmişli rayon Aqrokimya Laboratoriyasının fəaliyyəti hazırkı dövrdə aktivdir. Reyestrdə İmişli rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı Avtoqaraj adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26 dekabr 2025-ci il tarixli 3-17-1/2-316146/2025 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2025-ci il tarixli 4-9/2-9715/2025 (2-1(120)-1985/2025) nömrəli sorğuya baxılmışdır. İddiaçı xx.xx.1978-xx.xx.1995-ci illərdə İmişli rayon İstehlah-İstehlak Kooperativində olan əmək fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş qarşılıqlı yoxlama aktları təqdim olunur. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1995-ci illərdə İmişli rayon İstehsal-İstehlak Kooperativində işlədiyi dövrlər yoxlanılmışdır. Azərbaycan Respublikası İmişli rayon İstehlak -İstehlak Kooperativinin arxiv sənəd materialları İmişli Rayon Dövlət Arxivində saxlanılmır. Bu səbəbdən iddiaçınnı adına olan müvafiq dövr üzrə sosial siğorta stajının doğruluğunu araşdırmaq mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İmişli rayon İstehsal -X5 Heyətinin sədri X9 və digərlərinin iştirakı ilə qarşılıqlı yoxlama keçirilmişdir. İddiaçı xx.xx.1978-ci il tarixdə İmişli rayon İstehlak -İstehlak Kooperativində sürücü vəzifəsinə qəbul edilmişdir. Əmr kitablarına baxış keçirilərkən İddiaçı işdən azad olunması ilə bağlı əmrinə rast gəlinmədi. İmişli rayon İstehlak Cəmiyyətinin İdarə Heyətinin xx.xx.1995-ci il tarixli Heyət iclasının qərarına əsasən, İmişli rayon İstehlak Cəmiyyətinin nəzdində olan Təsərrüfat hesablı avtoqaraj ləğv edilmişdir. İmişli rayon İstehlak Cəmiyyətinin müvafiq dövrü əhatə edən əmək haqqı cədvəlləri Cəmiyyətin arxivində saxlanılmadığından iddiaçının həmin dövrdə əmək haqqı alıb-almamasını araşdırmaq mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 02 oktyabr 2024-cü il tarixli 3-17-1/2-A-238015/2024 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixinədək pensiya yaş həddi Kişilər üçün 64 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1973-cü il tarixindən 02.11,1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla sığorta stajı 2 il 1 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixədək İmişli Rayon İstehlak Cəmiyyətinin Avtoqarajında və xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək İmişli rayon Aqrokimya Laboratoriyasında əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının İmişli Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən İmişli Rayon İstehlak Cəmiyyətinin arxiv sənədlərində işdən azad olunma əmrinə rast gəlinməmişdir. Eyni zamanda sözügedən müəssisənin arxiv sənədlərinin İmişli rayon istehsal-istehlak kooperativində saxlanılmadığı və Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Həmçinin, İmişli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1996-cı il tarixində İmişli rayon Aqrokimya Laboratoriyasına işə daxilolma əmrinin nömrəsində qaralama mövcud olmuş, əmrin tarixində ağardıcıdan istifadə edilərək dəyişikliklər edilmiş, eyni zamanda əmrin qeydiyyatının aparıldığı vərəqin sıra nömrəsi özündən əvvəlki və sonrakı sıra nömrələri ilə uyğunluq təşkil etmir. Belə ki, əmrlər kitabında 4-cü səhifədən sonra 32-ci səhifə gəlir və xx.xx.1996-cı il tarixli, 02 nömrəli əmr 32-ci səhifədə qeyd olunmuşdur. Həmçinin xx.xx.2003-cü il tarixində 05 nömrəli əmrlə işdən azad olunmasının qeydiyyatı xx.xx.2004cü il tarixli, 02 nömrəli əmrdən sonra aparılmışdır. Əlavə olaraq da sözügedən müəssisənin əmək haqqı cədvəlləri mühafizə olunması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən xx.xx.1978- ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq xx.xx.2021-cl il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 06 mart 2025-ci il tarixli 3-34/2-85/01-3/2025 nömrəli məktubuna əsasən, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində imişli rayon icra Hakimiyyəti nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı Avtoqaraja dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin imişli rayon Aqrokimya Laboratoriyası 29 fevral 2008-ci il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. İşdə olan İmişli rayon Dövlət Arxivinin 16 aprel 2025-ci il tarixli 3-48-22RA/2- 52/2025 nömrəli məktubuna əsasən, İmişli rayon İstehlak Cəmiyyətinin sənədləri mühafizəsi üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İmişli rayon Aqrokimya labaratoriyasının İmişli rayon Dövlət Arxivində mühafizə olunan yalnız Əmr kitablarıdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən,1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim edilən əmək kitabçası və hərbi bileti olmuşdur. Yəni, cavabdeh orqan tərəfindən İddiaçı təqdim etdiyi sənədlərin surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə 2 il 1 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən göstərmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun Mil-Muğan regional filialının İmişli Rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən İmişli Rayon İstehlak Cəmiyyətinin arxiv sənədlərində İddiaçı işdən azad olunma əmrinə rast gəlinməmişdir. Eyni zamanda sözügedən müəssisənin arxiv sənədlərinin İmişli rayon istehsal-istehlak kooperativində saxlanılmadığı və Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. İmişli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1996-cı il tarixində İmişli rayon Aqrokimya Laboratoriyasına işə daxilolma əmrinin nömrəsində qaralama aşkar edilmiş, əmrin tarixində ağardıcıdan istifadə edilərək dəyişikliklər edilmiş, eyni zamanda əmrin qeydiyyatının aparıldığı vərəqin sıra nömrəsi özündən əvvəlki və sonrakı sıra nömrələri ilə uyğunluq təşkil etmir. Belə ki, əmrlər kitabında 4-cü səhifədən sonra 32-ci səhifə gəlir və xx.xx.1996-cı il tarixli, 02 nömrəli əmr 32-ci səhifədə qeyd olunmuşdur. Həmçinin İddiaçı xx.xx.2003-cü il tarixində 05 nömrəli əmrlə işdən azad olunmasının qeydiyyatı xx.xx.2004-cü il tarixli, 02 nömrəli əmrdən sonra aparılmışdır. Əlavə olaraq sözügedən müəssisənin əmək haqqı cədvəlləri mühafizə olunması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən xx.xx.1978- ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən ətraflı araşdırmaq aparılmışdır və sorğular göndərilmişdir. Belə ki, İmişli rayon İstehsal-İstehlak Kooperativi məhkəməyə xx.xx.2025-ci il tarixli arayışına əsasən göstərilmişdir ki, İddiaçı İmişli Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin xx.xx.1995-ci il tarixli iclasının qərarına əsasən, Rayon İstehlak Cəmiyyətinin nəzdində olan təsərrüfat hesablı ləğv edilmişdir. İmişli Rayon İstehlak Cəmiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamı ilə işdən azad edilmişdir. Lakin məhkəmə tərəfindən verilmiş təkrar sorğu və keçirilmiş qarşılıqlı yoxlama aktı nəticəsində İddiaçı həqiqətən də xx.xx.1995-ci il tarixədək İmişli rayon İstehsal-İstehlak Kooperativində sürücü işləməsi və həmin tarixdə işdən azad edilməsi barədə hər hansı sübut və ya sənədləşmə əldə edilə bilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasında iddiaçının xx.xx.1978- ci il tarixində sürücü vəzifəsinə qəbul edilməsi barədə məlumat olsa da, İmişli rayon İstehsal- İstehlak Kooperativindən konket hansı tarixdə azad olunması barədə məluma öz əksini tapmamışdır. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq, İmişli rayon Dövlət Arxivinin 16 aprel 2025-ci il tarixli 3-48-22RA/2-52/2025 nömrəli məktubuna əsasən, İmişli rayon İstehlak Cəmiyyətinin sənədləri mühafizəsi üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İmişli rayon Aqrokimya labaratoriyasının İmişli rayon Dövlət Arxivində mühafizə olunan yalnız Əmr kitablarıdır. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş İddiaçı məxsus xx.xx.2021-ci il tarixli ******* saylı dublikat əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə İmişli rayon İstehlah- İstehlak Kooperativində sürücü işləməsi, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli rayon Aqrokimya labaratoriyasında gözətçi vəzifəsində işləməsi barədə qeydlər latın qrafikası ilə yazılmışdır, doldurulma qaydası pozulmuşdur, (müvafiq olaraq işdən çıxma qeydi latın qrafikalı möhürlə təsdiqləndiyindən, işə daxil olma və işdən çıxma qeydləri latın əlifbası ilə yazılaraq latın qrafikalı möhürlə təsdiq edilmişdir) dublikat deyildir, həmçinin həmin dövrlərdə həmin idarələrdə iddiaçının iş fəaliyyəti barədə məlumatlar arxivdə aşkar edilməmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçının hərbi biletinə əsasən, xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçdiyi dövr, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli rayon Aqrokimya labaratoriyasında gözətçi vəzifəsində əmək fəaliyyətində olması barədə əmək kitabçasında məlumat öz əksini tapmışdır, lakin həmin işlədiyi dövrlər məhkəmə tərəfindən qəbul edilsə belə, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçıarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1 -ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Həmin Qanunun 13.2ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifəsi: • müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; • sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. X17 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı vaxtdan əmək pensiyasını təyin edilməsi” barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququ yarandığı vaxtdan əmək pensiyasını təyin edilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar