Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-199/2022 05.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası barədə xx.xx.2020-ci il tarixli, **********928000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********733600 saylı bildirişin, xx.xx.2021-ci il tarixli, **********260000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin, xx.xx.2021ci il tarixli, **********963800 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin ləğv edilməsi və hesablanmış 4600,41 manat vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 05 oktyabr 2022-ci il tarixdə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası barədə xx.xx.2020-ci il tarixli, **********928000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********733600 saylı bildirişin, xx.xx.2021-ci il tarixli, **********260000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin, xx.xx.2021-ci il tarixli, **********963800 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin ləğv edilməsi və hesablanmış 4600,41 manat vergi borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İşin hazırlıq icraatı mərhələsində İddiaçı nümayəndəsi X2 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası barədə xx.xx.2020-ci il tarixli, **********928000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********733600 saylı bildirişin, xx.xx.2021-ci il tarixli, **********260000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin, xx.xx.2021-ci il tarixli, **********963800 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin ləğv edilməsi və hesablanmış 4600,41 manat vergi borcunun silinməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılsın, iddia tələbinə “5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020ci il tarixli, **********928000 nömrəli, xx.xx.2021-ci il tarixli, **********260000 nömrəli və xx.xx.2021-ci il tarixli, **********963800 nömrəli qərarların ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul olunmuşdur. İşin hallarının araşdırılması məqsədilə hazırlıq icraatı üzrə xx.xx.2022-ci il tarixə təyin olunmuş və iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən yardım edilmişdir. Əlavə olaraq məhkəmə iclasları xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildiriş göndərilmişdir, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişində, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması iddiaçıya bildirilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmişdir. Göründüyü kimi (sərəncam, xəbərnamə və məhkəmə iclas protokollarından məlum olur), məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası barədə xx.xx.2020-ci il tarixli, **********928000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********733600 saylı bildirişin, xx.xx.2021-ci il tarixli, **********260000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin, xx.xx.2021-ci il tarixli, **********963800 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin ləğv edilməsi və hesablanmış 4600,41 manat vergi borcunun silinməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 55.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası barədə xx.xx.2020-ci il tarixli, **********928000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********733600 saylı bildirişin, xx.xx.2021-ci il tarixli, **********260000 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin, xx.xx.2021ci il tarixli, **********963800 saylı qərarın, xx.xx.2021-ci il tarixli, **********7 saylı bildirişin ləğv edilməsi və hesablanmış 4600,41 manat vergi borcunun silinməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-199/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-199/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver