Məhkəmə qərarları › İş №2-1(120)-199/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-199/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-199/2024 06.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə eyni nömrəli 2 qeydiyyat vəsiqəsi verildiyindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxetekturasının 8 nömrəli qeydiyyat vəsqəsinin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə eyni nömrəli 2 qeydiyyat vəsiqəsi verildiyindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxetekturasının 8 nömrəli qeydiyyat vəsqəsinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək qeyri-yaşayış sahəsinə eyni mömrəli 2 qeydiyyat vəsiqəsi verildiyindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxetekturasının 8 nömrəli qeydiyyat vəsqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində Masallı rayon İcra və Probasiya şöbəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə icraatına cəlb olunması, iddia tələbinə isə qeyri-yaşayış sahəsinə eyni nömrəli 2 qeydiyyat vəsiqəsi verildiyindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxetekturasının 8 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-ci il tarixli qərardadı ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. X1 Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-502/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli telefonoqramına əsasən İddiaçı məxsus (50) ***-**-** mobil nömrəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 15:25-də məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğluna məxsus (55) ***-**-** nömrəli mobil telefonla xx.xx.2024-ci il tarixdə, saat 15:30-da əlaqə saxlanılan zaman iş üzrə icraata xitam verildikdən sonra müəyyən sənədləri toplayıb məhkəməyə yenidən müraciət edəcəyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddiadan imtina edilməsi və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-nin 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Hazırki iş üzrə müəyyən olunur ki, İddiaçı iş üzrə icraata xitam verildikdən sonra müəyyən sənədləri toplayaraq məhkəməyə yenidən müraciət edəcəyini qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ərizəsi təmin edilməlidir. İddiaçıya izah olunsun ki, o, gələcəkdə inzibati orqana düzgün müraciət etdiyi və müraciətindən imtina olunduğu təqdirdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın geri götürülmüş hesab edilməsi səbəbi ilə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, iddiadan imtina edilməsi barədə qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4 və 55.5-cı maddələrinə əsasən məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddia ərizəsi geri qaytarılsın və inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə inzibati orqana düzgün müraciət etdiyi və müraciətindən imtina olunduğu təqdirdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar