Məhkəmə qərarları › İş №2-1(120)-1991/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1991/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1991/2022 14.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Həqiqətən N4 dekabr N992-ci il tarixdə Masallı rayonu, Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və N997-ci ilin iyun ayına kimi müxtəlif hərbi hissələrdə hərbi xidmət keçmişdir. Ona verilən hərbi xidmətlə bağlı arayışdan və digər sənədlərdən bir daha aydın görünür ki, o həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş. İştirak etməyi ilə bağlı şahidləri də vardır. O döyüşdə iştirak etməyi ilə bağlı ona müharibə veteranı adının və vəsiqənin verilməsi ilə bağlı müvafiq təşkilatlara müraciətlər etsə də heç bir nəticəyə nail ola bilməmişdir. Ona görə də o iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsini formasına və məzmununa dair tələblər müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri nəzərə alınmaqla müvafiq qaydada tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcələsini N.2-ci maddəsinə əsasən bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessul prinsiplərə zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddiaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olunmuş sənədlər göstərilməlidir. Odur ki, ona müharibə veteranı adını və vəsiqənin verilməsi ilə bağlı tələbi təmin edilməli və ona dövlət tərəfindən verilən bəzi güzəştlərdən istifadə etməyinə cavabdeh təşkilat üzərinə vəzifə kimi qoyulması məqsədə müvafiq hesab edilməlidir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma Hissəsi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin iddiaçıya təqdim etdiyi xx.xx.2020-cı il tarixli, 9/2-342 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N65 №-li əmrində (əsas: səh N0, § 6, əmrdə adı “Əmrah”, atasının adı “Bəliş” yazılmışdır) sıravi XN döyüş əməlliyatları rayonunu özbaşına tərk etdiyi üçün xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılaraq ştatdan kənar edilməsi barədə məlumat vardır. N Nq-İİ hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N73 №-li əmrində (əsas: səh 25, § 3, əmrdə adı "Əmrah” yazılmışdır) əvvəllər hərbi hissəni özbaşına tərk etmiş sıravi X2 6 RBD-nin tərkibinə daxil edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Füzuli və Qubadlı Qarnizonu hərbi tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin “B” bəndinə əsasən N0 (on) il azadlıqdan məhrum edilmiş, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək hökmün icrası təxirə salınmış və cəzası döyüş bölgəsində hərbi xidmətlə əvəz edilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 №-li əmrilə (əsas: səh 36, § 3) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3-cü motoatıcı tabura ştatdan kənar təyin edilmişdir. Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən tərxis edildiyi üçün N974-cü il təvəllüdlü sıravi X4 N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 2N8 Nq-İİ əmrilə (əsas: səh N98, § 6, sıra N4, əmrdə adı “Əmrah” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Masallı RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissənin N-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, və N Nq-İİ hərbi hissə komandirinin aprel N994-cü il, mart N996-cı il tarixli nizami hissə üzrə əmrlərində, N994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-5222 nömrəli məktubunda qeyd edilmişdir ki, N №- li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N65 №-li əmrində (əsas: səh N0, § 6, əmrdə adı “Əmrah”, atasının adı “Bəliş” yazılmışdır) sıravi XN döyüş əməlliyatları rayonunu özbaşına tərk etdiyi üçün xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılaraq ştatdan kənar edilməsi barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N73 №-li əmrində (əsas: səh 25, § 3, əmrdə adı “Əmrah” yazılmışdır) əvvəllər hərbi hissəni özbaşına tərk etmiş sıravi X2 6 RBD-nin tərkibinə daxil edilərək qazan təminatına qoyulması barədə məlumat vardır.Füzuli və Qubadlı Qarnizonu hərbi tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin “B” bəndinə əsasən N0 (on) il azadlıqdan məhrum edilmiş, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək hökmün icrası təxirə salınmış və cəzası döyüş bölgəsində hərbi xidmətlə əvəz edilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 №-li əmrilə (əsas: səh 36, § 3) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3-cü motoatıcı tabura ştatdan kənar təyin edilmişdir.Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən tərxis edildiyi üçün N974-cü il təvəllüdlü sıravi X4 N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 2N8 №-li əmrilə (əsas: səh N98, § 6, sıra N4, əmrdə adı “Əmrah” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Masallı RHK-na göndərilmişdir.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-dekabr N-cü il, yanvar-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək, xx.xx.N-cü ildən xx.xx.N994-cü ilədək, N №-li hərbi hissənin xx.xx.N-cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır.Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi qeyd edilmədiyi üçün araşdırmalar barəsində Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş sorğu əsasında aparılmışdır. - İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.202N-ci il tarixli, N55-33453-N222 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu, Xallıcallı kəndində anadan olmuş halhazırda həmin ünvanda qeydiyyatda olan İddiaçı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “VMAS” portalında yoxlanılmış, yoxlama zamanı müəyyən edilmişdir ki, AR CM N28 maddəsi ilə İddiaçı barəsində istintaq aparılıb, lakin AR CPM 40.2.2 maddəsinə əsasən xitam verilmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, N059 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqi hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmliyyatlarında iştirak etməsi, həmçinin xx.xx.N992-ci il tarixdən 06.N997-ci il tarixə kimi müxtəlif hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi, hərbi qeydiyyatı, hərbi xidmətdən tərxis olunması, hərbi xidmət zamanı yaralanması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması, həmçinin iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə zəruri məlumat və sənədlərin təsdiq olunmuş surətlərini Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində baxılmışdır. Müəyyən olunmuşdur ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N992-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon Hərbi Komissarlığı) tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-342 nömrəli Arxiv Arayışına (təsdiq olunmuş kserosurəti əlavə olunur) əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü tarixli N65 nömrəli əmrində döyüş əməliyyatları rayonunu özbaşına tərk etdiyi üçün xx.xx.N994- cü il tarixdən qazan təminatından çıxarılaraq ştatdankənar edilmiş lakin, xx.xx.N994-cü il tarixli N73 nömərli əmri ilə 6RBD-nin tərkibinə daxil edilərək qazan təminatına qoyulmuşdur.İddiaçı Füzuli və Qubadlı Qarnizonu hərbi tribunalı tərəfindən Azərbaycan Respublikasınının Cinayət Məcəlləsinin 245-ci maddəsinin “B” bəndinə əsasən N0 (on) il azadlıqdan məhrum edilmiş, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək hökmün icrası təxirə salınmış, cəzası döyüş bölgəsində hərbi xidmətlə əvəz edilmiş N8N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3-cü motoatıcı tabora şatatdankənar təyin edilmişdir.İddiaçı, Müdafiə Nazirinin xx.xx.N997-ci il tarxili müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən tərxis edilmiş, N8N nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 2N8 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı, 70N nömrəli hərbi hissənin N-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyat kitablarında, aprel N994-cü il və mart N996-cı il tarixli nizami hissə üzrə əmrlərində xidmət barədə məlumat aşkar edilməmişdir.İddiaçı xx.xx.N992-ci il tarixdən 06.N997-ci il tarixə kimi müxtəlif hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi, hərbi qeydiyyatı, hərbi xidmətdən tərxis olunması, hərbi xidmət zamanı yaralanması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması, həmçinin iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat aşkar edilmədi - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-5795 nömrəli məktubunda qeyd edilmişdir ki, N №- li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N65 №-li əmrində (əsas: səh N0, § 6, əmrdə adı “Əmrah”, atasının adı “Bəliş” yazılmışdır) sıravi XN döyüş əməlliyatları rayonunu özbaşına tərk etdiyi üçün xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılaraq ştatdan kənar edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N73 №-li əmrində (əsas: səh 25, § 3, əmrdə adı “Əmrah” yazılmışdır) əvvəllər hərbi hissəni özbaşına tərk etmiş sıravi X2 6 RBD-nin tərkibinə daxil edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Füzuli və Qubadlı Qarnizonu hərbi tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin “B” bəndinə əsasən N0 (on) il azadlıqdan məhrum edilmiş, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək hökmün icrası təxirə salınmış və cəzası döyüş bölgəsində hərbi xidmətlə əvəz edilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 №-li əmrilə (əsas: səh 36, § 3) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3-cü motoatıcı tabura ştatdan kənar təyin edilmişdir. Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən tərxis edildiyi üçün N974-cü il təvəllüdlü sıravi X4 N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 2N8 №-li əmrilə (əsas: səh N98, § 6, sıra N4, əmrdə adı “Əmrah” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Masallı RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-dekabr N-cü il, yanvarxx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli NN/4559 nömrəli etiraz məktubundan görünür ki, İddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur.Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 Nq-İİ Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu .Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti yə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, inzibati iş materiallarında olan Mərkəzi Arxivin N3 yanvar 2020-ci il tarixli arayışına əsasən 70N nömrəli hərbi hissənin N-cü il tarixli şəxsi heyətin əlifba aevdivvatı kitablarında, komandirin aprel N994-cü il tarixli nizamı hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin aprel N994-cü il, mart N996-cı il tarixli nizamı hissə üzrə əmrlərində, N994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X9* nnlunun xidməti barədə məlumat aşkar edilməmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin N4.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanmüharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair sübutların (əmrin),həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N73 №-li əmrində (əsas: səh 25, § 3, əmrdə adı “Əmrah” yazılmışdır) əvvəllər hərbi hissəni özbaşına tərk etməsi, 6 RBD-nin tərkibinə daxil edilərək qazan təminatına qoyulması barədə məlumat olması, Füzuli və Qubadlı Qarnizonu hərbi tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin “B” bəndinə əsasən N0 (on) il azadlıqdan məhrum edilməsi, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək hökmün icrası təxirə salınması və cəzası döyüş bölgəsində hərbi xidmətlə əvəz edilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 №-li əmrilə (əsas: səh 36, § 3) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3-cü motoatıcı tabura ştatdan kənar təyin edilmiəsi, Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən tərxis edildiyi üçün N974-cü il təvəllüdlü sıravi X4 N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 2N8 №-li əmrilə (əsas: səh N98, § 6, sıra N4, əmrdə adı “Əmrah” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Masallı RHK-na göndərilməsi, N №-li hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-dekabr N-cü il, yanvarxx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddiaçının qanuni əsasla ehtiyata buraxılması hər hansı mötəbər sübutla təsdiqolunmur. Müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar,hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsaslar olsa da, məhkəmə araşdırması nəticəsində iddiaçının ehtiyata buraxılmasına dair Mərkəzi Arxivdə olan hərbi hissənin sənədlərində hər hansı məlumatın mövcud olması aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.N996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiasının ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar