Məhkəmə qərarları › İş №2-1(120)-1992/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1992/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1992/2025 26.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi ilə, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə işin materiallarına məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onların qeydiyyat ünvanlarının ünvan 2 öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X13 ilə İddiaçı1 sonuncunun anası X4 məxsus Şuşa şəhəri, Nəriman Nərimanov küçəsi, bina 22b, mənzil 22 ünvanında qeydiyyatda olmaqla yaşamışdırlar. Həmçinin birgə nikahdan doğulmuş onlar yəni İddiaçı3,İddiaçı4, və İddiaçı2 qeyd edilən ünvanda qeydiyyatda olmuşdur. Məlum hadisələrdən sonra məcburi köçkün kimi Ağcabədi şəhərində yerləşən köhnə zavodun ərazisində məskunlaşmışdırlar. Şuşa şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları Bakı şəhərində yerləşdiyindən lazımi sənədlərin əldə edilməsinə çətinliklər yarandığından müvəqqəti inzibatçılıq 1995-1996-cı illərdə Laçın rayon Bülüldüz icra nümayəndəliyinə həvalə olunmuşdur.Bundan sonra onlarla birlikdə yaşayan X1 şəhəri, Nəriman Nərimanov küçəsi, bina 22b, mənzil 22 ünvanında qeydiyyatda qalmışdır. Hazırda Şuşa şəhəri işğaldan azad olunmuşdur və onlar doğma şəhərlərinə köçmək niyyətindədirlər. Lakin qeydiyyat ünvanları onlardan xəbərsiz şəkildə dəyişdirilməsi buna maneələr yaradır. İPM 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməyi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin 2-1(120)-1992/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçını nümayəndəsi və vəkili izahat verərək iddiasının mümkün hesab edilərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki, İddiaçılara məxsus AZE seriyalı 0******* №-li, AA*******, AA*******,AA******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən və şəxsiyyət vəsiqələrinə dair məlumatdan müəyyən olunur ki, İddiaçı1, İddiaçı4, X9, İddiaçı3 Laçın rayonu, Bülüldüz Ərazi Dairəsi, Bülüldüz kəndində qeydiyyatdadırlar. SSR Məönzil-Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş iyul 1991-ci il tarixdə verilmiş Fərdi yaşayış evinin texniki pasportunun surətindən müəyyən olunur ki, Şuşa şəhəri, Nəriman Nərimanov küçəsi 2B, mənzil 22 X2 adına qeyd edilmişdir. Şuşa şəhərində qeydiyyatda olan X5 tərəfindən notarial qaydada verilmiş **********053 qeydiyyat nömrəli ərizədə xx.xx.1987-ci il təvəllqüdlü İddiaçı3, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı4, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı1, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı2 ona məxsus olan istənilən yaşayış sahəsinə qeydiyyata düşməsinə razıdır, etiraz etmir. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2Ə-94652 №-li, xx.xx.2025ci il tarixli cavab məktubunda qeyd olunuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı1 xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Şuşa şəhəri, N.Nərimanov küçəsi, ev 2A, mənzil 22-də, xx.xx.2005-ci il tarixdən hazıradək Laçın rayonunun Bülüldüz kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğu qeyd olunmuşdur. İddiaçıların hazırkı iddia tələbləri ilə bağlı DİN Baş Pasport Qeydiyyat İdarəsi tərəfindən İddiaçı1, İddiaçı4, X7, İddiaçı3 ünvanlanmış cavab məktublarında qeyd olunmuşdur ki,xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərindən işğaldan azad edilmiş şəhər və rayonlarına yaşayış yeri üzrə qeydiyyata alınması müvəqqti məhdudlaşdırılmışdır. Qeyd olunan məhdudiyyət aradan qaldırıldıqdan sonra vəsatətləri təmin ediləcəkdir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Ədliyyə Nazirliyi Vətəndaşlıq X6 3-16-5/2-15159/2025 saylı xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X3 xx.xx.1956-cı il təvəllüdlü Gülzar Məmmədova və xx.xx.1959-cu il təvəllüdlü Xartirə Məmmədova adlı övladlarının doğumu haqqında akt qeydiə dair məlumat aşkar edilmişdir. Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 3-36-3/2-1466/2025 saylı, xx.xx.2025ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Şuşa şəhərinə köçürülmə prosesinin ilkin mərhələsi yekunlaşmış və 1409 nəfərdən ibarət 376 ailə şəhər ərazisinə köçürülmüşdür. Adıçəkilən şəxs ilkin mərhələdə Şuşa şəhərində mənzillə təmin edilməmişdir. Şəhər ərazisində köçürülmə prosesinin növbəti mərhələlərində həmin şəxsin köçürülməsi həyata keçirilə bilər. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-8906/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı1 xx.xx.2005-ci il tarixdən, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2003-cü il tarixdən, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı2 xx.xx.2002-ci il tarixdən, xx.xx.1994-cu il təvəllüdlü İddiaçı4 xx.xx.2012-ci il tarixdən, hazıradək Laçın rayonu Bülüdüz kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 19 saylı Xankəndi Ərazi İdarəsinin 3-21-3-48/2-7/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Şuşa şəhəri, Nərimanov küçəsi,ev 2b, 22 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin 5-77/2-174/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı1, İddiaçı4, X9, İddiaçı3 Şuşa şəhərindən məcburi köçkün kimi qeydiyyatda olan əhalinin siyahısında rast gəlinməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 1.2.-ci bəndində əsasən Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra ─ qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə almaq hüququna malikdir. Həmin Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Göründüyü kimi hazırki iddiaya cavab verməli olan şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (hazırda iddiaçının qeydiyyata düşmək istədiyi ünvan üzrə Şuşa rayon Polis Şöbəsi) müəyyən olunmuşdur ki, iddiaçı həmin orqana müraciət etdikdən sonra, müraciəti təmin olunmayacağı təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 13-cü maddəsinə əsasən iddiaçılara hüquqi yardım məktubu göndərilmiş eyni zamanda xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında təkrar hüquqi yardım göstərilərək, onlara iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılmaqla, iddiaya cavab verməli izibati orqanın (hazırkı halda Şuşa Rayon Polis Şöbəsi olmalıdır) dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı, iddiaçınınnümayəndəsi və vəkili tərəfindən buna etiraz olunmuşdur. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar