Məhkəmə qərarları › İş №2-1(120)-1994/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1994/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1994/2022 05.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalıоğlunun sədrliyi, X16 оğlunun katibliyi, İddiaçı ilə, İddiaçı Cavabdehnə qarşı “mərhum X2 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 130 saylı Ölüm haqqında akt qeydinin ölən şəxs qrafasında Ədilovdan Adilova düzəliş edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum X2 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 130 saylı Ölüm haqqında akt qeydinin ölən şəxs qrafasında Ədilovdan Adilova düzəliş edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək “mərhum X2 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 130 saylı Ölüm haqqında akt qeydinin ölən şəxs qrafasında Ədilovdan Adilova düzəliş edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadları ilə iddia tələbinin dəyişdirilməsi qəbul olunmuşdur. İşin qısa mahiyyəti ondan ibarətdir ki, mərhum atasının ölüm haqqında şəhadətnaməsində X10 yerinə X3 qeyd edilmişdir. İddiaçı müvafiq sənədlər əsasında mərhum atasının ölüm haqqında şəhadətnaməsinə düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilmiş, İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə anası X4 rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların nikahından 5 övladı dünyaya gəlmişdir. X2 08 avqust 2010-cuı il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra Ağcabədi ayon Qeydiyyat şöbəsindən atasına ölüm haqqında şəhadətnamə götürmüşlər və ölüm haqqında şəhadətnamədə atasının soyadı Ədilov kimi yazılmışdır. Lakin atasının bütün sənədlərində sovadı Adilov olmuşdur. Ona görə də mərhum X2nun ölüm haqqında şəhadətnaməsində qeyd edilmiş X11 ilə X6 eyni şəxs olması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı ünvanladığı 23 noyabr 2022-ci il tarixli, xx/xx-1125/15 saylı məktubunda qeyd edilmişdir ki, mərhum atası X11 barəsində xx.xx.2010-cu il tarixdə Cavabdehndə tərtib edilmiş 130 saylı ölüm haqqında akt qeydində ölən şəxs qrafasında soyadı “Ədilov”, təqdim olunan sənədlərdə isə “Adilov” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarınTnın 1 -ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxlər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Təqdim etdilmiş sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün mərhum atası X11 xx.xx.2010-cu il tarixdə Cavabdehndə tərtib edilmiş 130 saylı ölüm haqqında akt qeydinin ölən şəxs qrafasında soyadına “Ədilov”dan “Adilov"a düzəliş edilməsi mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli, №05/70-306/69 nömrəli Cavabdeh arayışından görünür ki, X12 xx.xx.1965-ci il tarixdə anadan olmuş və bu barədə xx.xx.1966-cı il tarixdə doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X7 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1966-cı il tarixli, 498058 nömrəli nigah haqqında şəhadətnamədən görünür ki, X1 Gülxarə Həbib qızı ilə rəsmi nigaha girmişdir. İşdə olan НЗ № ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, X10 həqiqətən hərbi xidmətdə olmuşdur. İşdə olan xx.xx.1966-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1963-cü ildə anadan olmuşdur, X2, anası X7 qeyd edilmişdir. İşdə olan xx.xx.1966-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1959-cu ildə anadan olmuşdur, X2, anası X7 qeyd edilmişdir. İşdə olan xx.xx.1972-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Cəlal qızı xx.xx.1972-ci ildə anadan olmuşdur, X2, anası X7 qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı atasının ölüm haqqında şəhadətnaməsində soyadına düzəliş edilərək “Adilov” kimi qeyd edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin qaydaların 8.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qaydaların 8.14-cü maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Həmin 8.15-ci maddəsinə görə ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Həmin qaydaların 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. Həmin qaydaların 3.22 və 3.23-cü bənlərinə əsasən şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında mədaxil və məxaric qeydiyyat kitabında qeydə alınır (13-14 №-li əlavələr). Qeydiyyat kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Vətəndaşlara təqdim olunması üçün göndərilmiş və 6 ay ərzində onlar tərəfindən alınmamış, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar dəyişdirilmək üçün təhvil verilmiş, həmçinin korlanmış şəhadətnamələr məhv edilməlidir. İcra hakimiyyətinin nümayəndəliyində bu məqsədlə yaradılmış komissiya məhv etməni qeydiyyat şöbəsinin rəisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə həyata keçirir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum X2na verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ 416535 saylı ölüm haqqında şəhadətnamədə ad hissəsində “Ədilov”dan “Adilov”a düzəliş edilməsi edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X10 barəsində Cavabdehndə tərtib edilmiş Ölüm haqqında akt qeydinin ölən şəxs qrafasında Ədilovdan Adilova düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar