Məhkəmə qərarları › İş №2-1(120)-1998/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1998/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1998/2025 23.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi X5-İmtahan və X7 qarşı “VAZ 21063 MİNİK markalı, ** DD *** nömrə nişanlı, 1991-ci ildə istehsal edilmiş, göy rəngli avtomobilin ban nömrəsi qeyd edilməklə sənədlərinin rəsmiləşdirilərək onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi X5-İmtahan və X7 qarşı “mülkiyyətində olan Vaz 21063 minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış qaynaq işlərinin görülməsi nəzərə alınmaqla ban nömrəsinin birkada hesab edilməklə həmin avtomobil üzərində qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-3170/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “VAZ21063 MİNİK markalı, 90DD613 nömrə nişanlı, 1991-ci ildə istehsal edilmiş, göy rəngli avtomobilin ban nömrəsi qeyd edilməklə sənədlərinin rəsmiləşdirilərək onun adıma qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş X11 idarəsi X5-İmtahan və X7 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayonunun Atakişili kəndində yaşayır və özünə məxsus “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili 2016-cı ildə Kürdəmir rayon sakinindən almış və idarə edir. “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil köhnə olmaqla bəzi hissələri paslanıb deformasiyaya uğramışdır. Ona görə də avtomobilinin deformasiya olunmuş hissələrini Kürdəmir rayonundakı maşın təmiri sexində təmir etdirərkən ustalar kəsərək yerlərinə başqa avtomobil hissələrini qaynaqla yapışdırmışdırlar. Axırıncı 6 il ərzində hər il özünə məxsus “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmiş, lakin bununla bağlı heç bir nöqsan aşkar edilməmiş və avtomobildə hər hansı bir nöqsan olması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə özünə məxsus “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmək üçün X5-İmtahan və X7 təqdim edərkən avtomobilin motorxana hissəsində olan ban nömrəsində uyğunsuzluq olduğu və avtomobilin ban nömrəsinin altinda başqa ban nömrəmsinin olması müəyyən edilmişdir. Avtomobilin köhnə olmaqla bəzi hissələrinin paslanaraq deformasiyaya uğradığına görə avtomobilin çox yerində qaynaq işləri aparılaraq avtomobilin bəzi hissələrinin dəyişdirildiyini bildirsə də, müayinə aparan əməkdaş bununla bağlı polis şöbəsində araşdırma aparılmalı olduğunu bildirmiş və Ağsu rayon Polis şöbəsinə məktubla müraciət etmişdir. Ağsu rayon Polis şöbəsində araşdırma aparılmış və 1991-ci il istehsallı “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin köhnə olduğundan, müəyyən yerləri korroziyaya uğradığından, 6 il əvvəl avtomobilin ön hissəsində korroziyaya uğramış hissəni dəyişdirərkən təmir sexində usta köhnə və istismara yararsız avtomobildən sökülmüş ehtiyat hissəsini onun avtomobili ilə əvəz etməsi, lakin həmin vaxt usta əvəz etdiyi hissənin üzərində olan XTA210130E4474275 ban nömrəsini silməmiş, avtomobilin öz ban nömrəsini isə həmin nömrənin üzərində yapışdırması müəyyən edildiyindən göstərilən xüsusat üzrə cinayət hadisəsi kimi qiymətləndirilə biləcək fakt və ya hal müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, eyni zamanda “Vaz 21063 minik” markalı **-DD- *** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış qaynaq işlərinin görülməsi nəzərə alınmaqla ban nömrəsinin birkada hesab edilməsi qərara alınmışdır. Bundan sonra “Vaz 21063 minik” markalı **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində qeydiyyat hərəkətləri aparılması üçün məhkəmə orqanlarına müraciət etməyi izah edilmişdir. Bundan sonra mülkiyyətində olan “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hərəkətlərin aparılması ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin X5-İmtahan və X7 müraciət etsə də, X5-İmtahan və X9 özünün xx.xx.2024-cü il tarixli, 3-13-16/2/2- 2094/2024 nömrəli məktubla cavab verərək yalnız məhkəmənin avtomobillə bağlı çıxaracağı qərardan sonra qeydiyyat hərəkətlərinin aparılacağı məsələsinə baxılacağını bildirmişdir. Buna görə mülkiyyətində olan “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirə bilməmişdir. Bu da onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş X11 idarəsi X5-İmtahan və X9nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən İddiaçı Atakişili oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-16/2/2- 2094/2024 nömrəli məktubda qeyd olunur: “Vaz 21063” markalı ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsində köməklik göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin X5-İmtahan və X7 ünvanladığınız müraciətə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan avtomobilin banı evni modeldən olan digər avtomobilə aiddir və eyni zamanda ban nömrəsi üzərinə yapışdırılmışdır. Bu səbəbdən də qeydiyyat hərəkətlərinin aparılması hal-hazırda mümkün deyildir. Belə olan halda göstərilən məsələ təqdim etdiyi Daxili İşlər Nazirliyinin Ağsu Rayon Polis Şöbəsinin rəyi ilə deyil, sənədləşmənin aparılmasına əsas olacaq “mülkiyyət hüququnun tanınması” ilə bağlı məhkəmə qərarı ilə həllini tapa bilər. Göstərilənləri nəzərə alaraq, müvafiq qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunur və yalnız məhkəmənin avtomobillə bağlı çıxaracağı qərardan sonra qeydiyyat hərəkətlərinin aparılması məsələsinə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2/2-2806/2023 nömrəli məktubundan görünür ki, Avtomobil texniki müayinədən keçirilərkən qeydiyyat şəhadətnaməsində ban nömrəsi “XTA210630N2705918” göstərildiyi halda, üzərində olan “XTA210630N2705918” ban nömrəsinin alt hissəsində “XTA210130E4474275” ban nömrəsinin olması aşkar edilmişdir. “XTA210130E4474275” nömrəli ban Kürdəmir rayonu Bağman kənd sakinin X2 məxsus olan VAZ 21013 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsusdur. İş materiallarında olan Ağsu RPŞ-nin TQ-nin təhqiqatçı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, “Vaz 21063 minik” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış qaynaq işləri nəzərə alınmaqla, ban nömrəsi birkada hesab edilməsi, Qərarın surəti maraqlı tərəflərə göndərilməsi, Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon Prokuroruna göndərilməsi, material saxlanılması üçün Ağsu RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16/2/2-3609/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli vət. İddiaçı “VAZ- 21063” markalı **-DD- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə bağlı qeydiyyat hərəkətləri aparılarkən nəqliyyat vasitəsinin banında kustar üsulla qaynaq işlərinin aparıldığı və qeydiyyat şəhadətnaməsində ban nömrəsinin “XTA210630N2705918” kimi qeyd olunmasına baxmayaraq, avtomobilin banında həmin nömrənin altında başqa avtomobilə məxsus ban nömrəsinin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə üçota alınması haqqında Əsasnamə”nin 4-cü bəndinin tələbləri pozulduğuna görə cinayət əməlinin olub-olmamasının müəyyənləşdirilməsi və vət. İddiaçı hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış material Ağsu Rayon Polis Şöbəsinə göndərilmiş, eləcə də avtomobilin sənələşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsi üçün vət. İddiaçı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinin 18-i və 21-ci bəndlərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələrinə daxildir. 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. 27-ci maddəsinin V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 27-ci maddəsinin V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. 32-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. 32-ci maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil köhnə olmaqla bəzi hissələri paslanıb deformasiyaya uğramışdır. Ona görə də avtomobilinin deformasiya olunmuş hissələrini Kürdəmir rayonundakı maşın təmiri sexində təmir etdirərkən ustalar kəsərək yerlərinə başqa avtomobil hissələrini qaynaq etdirmişdir. Axırıncı 6 il ərzində hər il özünə məxsus “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmiş, lakin bununla bağlı heç bir nöqsan aşkar edilməmiş və avtomobildə hər hansı bir nöqsan olması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə özünə məxsus “Vaz 21063 minik” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmək üçün X5-İmtahan və X7 təqdim edərkən avtomobilin motorxana hissəsində olan ban nömrəsində uyğunsuzluq olduğu və avtomobilin ban nömrəsinin altinda başqa ban nömrəmsinin olması müəyyən edilmişdir. Ağsu RPŞ-nin TQ-nin təhqiqatçı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, “Vaz 21063 minik” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış qaynaq işləri nəzərə alınmaqla, ban nömrəsi birkada hesab edilməsi, Qərarın surəti maraqlı tərəflərə göndərilməsi, Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon Prokuroruna göndərilməsi, material saxlanılması üçün Ağsu RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan Vaz 21063 minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış qaynaq işlərinin görülməsi nəzərə alınmaqla ban nömrəsinin birkada hesab edilməklə həmin avtomobil üzərində qeydiyyat hərəkətlərinin aparılması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin imtinasını əsaslandırmamış, müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə etməklə kifayətlənmişdir. Halbuki cavabdeh müraciətə əsasən avtomobilin qeydiyyat hərəkətlərini aparmalı, yəni avtomobilin texniki baxışını təşkil etməli, nöqsanları və sənədlərlə faktiki vəziyyət arasında olan uyğunsuzluqları aşkar etməli, səbəblərini müəyyən etməli, nöqsan və uyğunsuluqların aradan qaldılımasını iddiaçıdan tələb etməli, onların aradan qaldırılmasının mümkün olubolmaması, avtomobilin qeydiyyata alınmalı olub-olmaması məsələlərini həll etməlidir. Həmçinin cavabdeh avtomobilin hazırki vəziyyətdə, müəyyən edilmiş nöqsanlarla (dəyişdirilmiş ban nömrəsi ilə) əvvəllər qeydiyyata alınmasının səbəblərini müəyyən etməmişdir. Bu səbəbdən də cavabdeh avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına daxil olan hərəkətləri yerinə yetirdikdən sonra avtomobilin dövlət qeydiyyatına alınmalı olub-olmamasına qiymət verməlidir. Lakin cavabdeh tərəfindən avtomobilin dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qeyd olunan hərəkətlərdən hər hansı biri yerinə yetirilməmişdir. Eləcə də, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2/2-2806/2023 nömrəli məktubundan görünür ki, Avtomobil texniki müayinədən keçirilərkən qeydiyyat şəhadətnaməsində ban nömrəsi “XTA210630N2705918” göstərildiyi halda, üzərində olan “XTA210630N2705918” ban nömrəsinin alt hissəsində “XTA210130E4474275” ban nömrəsinin olması aşkar edilmiş və “XTA210130E4474275” nömrəli ban Kürdəmir rayonu Bağman kənd sakinin X2 məxsus olan VAZ 21013 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsusdur. Araşdırma nəticəsində məhkəməyə X3 tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli ərizəyə əsasən ona məxsus olan VAZ 21013 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə olunmadığı, bu səbəbdən metalloma (dəmirxanaya) verildiyi və iddia tələbinə etirazının olmadığı müəyyən edilir. Ağsu RPŞ-nin TQ-nin təhqiqatçı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, VAZ21063 MİNİK markalı, 90DD613 nömrə nişanlı, 1991-ci ildə istehsal edilmiş, göy rəngli avtomobilin ban nömrəsi qeyd edilməklə sənədlərinin rəsmiləşdirilərək onun adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. VAZ 21063 MİNİK markalı, ** DD *** nömrə nişanlı, 1991-ci ildə istehsal edilmiş, göy rəngli avtomobilin ban nömrəsi qeyd edilməklə sənədlərinin rəsmiləşdirilərək onun adına qeydiyyata alınması cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi X5-İmtahan və X9nin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar