Məhkəmə qərarları › İş №2-1(120)-2/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-2/2021 19.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili X13 iştirakı ilə, İddiaçılar İddiaçı, X22, X14, X23, X7, X37, X15, X16 və X8 cavabdeh Azərbaycan X2rşı kompensasiya tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdeh-yə qarşı “pul kompensasiyasının verilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)- 3310/2017 saylı qərardadı ilə məhkəmənin icraatında olan inzibati işin aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)- 3310/2017 saylı qərardadından Cavabdeh tərəfindən şikayət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2627/2017 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3310/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(086)-1037/2018 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(086)-1037/2018 saylı qərardadı ilə iddiaçılar İddiaçı və X22 cavabdeh Azərbaycan X2rşı İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2,29 hektar torpaq sahəsinə görə əldən çıxmış faydaya görə 10000 manat, magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinin real bazar qiymətinə uyğun qiyməti hesablanaraq kompensasiyanın, İddiaçı, X38, X42, X24 və X43 ödənilməsi öhdəliyinin, həmçinin X22 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2,7025 hektar torpaq sahəsinə görə əldən çıxmış faydaya görə 15000 manat, magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinin real bazar qiyməti hesablanaraq kompensasiyanın X44, X39, X40 və X10 ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, X14, X42, X7, X37, X15, X16 və X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(086)-1037/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(086)-1535/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-03/2020 saylı qərardadı ilə iddia tələbinə İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.29 hektar torpaq sahəsinin magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinə görə real bazar qiymətinə uyğun qiyməti hesablanaraq kompensasiyanın İddiaçı, X25, X33, X11 və X43 ödənilməsi, həmçinin X22 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2,7025 hektar torpaq sahəsinin magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinə görə real bazar qiymətinə uyğun hesablanaraq kompensasiyanın X34, X26, X27 və X10 ödənilməsi kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-03/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.29 hektar torpaq sahəsinin magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinə görə 276 manat kompensasiyanın cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı, X25, X33, X11 və X43 ödənilməsi, həmçinin X22 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2,7025 hektar torpaq sahəsinin magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinə görə 420 manat kompensasiyanın cavabdeh “xxxx” ASC-dən tutularaq X34, X26, X27 və X10 ödənilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından cavabdeh xxxx tərəfindən apelyasiya şikayəti verilmiş və inzibati iş xx.xx.2020-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(106)-448/2020 nömrəli qərardadı ilə cavabdeh xxxx tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-03/2020 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-1(120)-02/2021 saylı qərardadı ilə iddia tələbinə iddiaçılar İddiaçı, X22, X14, X23, X7, X37, X15, X16 və X8 cavabdeh Azərbaycan X2rşı İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2,29 hektar torpaq sahəsinin yolun mühafizə zolağına düşən hissəsinə görə 10.000 manat kompensasiyanın İddiaçı, X38, X42, X24 və X43 ödənilməsi öhdəliyinin, həmçinin X22 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2,7025 hektar torpaq sahəsinin yolun mühafizə zolağına düşən hissəsinə görə 15.000 manat kompensasiyanın X44, X39, X40 və X10 ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların yəni İddiaçı və mərhum qardaşı Ramizin Kürdəmir rayonu Atakişili kəndi ərazisində seriya MH ******* nömrəli Daşınmaz Əmlakın Reyestrindən çıxarışla 2.7025 ha, torpağa mülkiyyət hüququna dair JN:-4xx xxx 90603018 Dövlət Aktına əsasən isə 2.29 ha pay torpağı var. Bakı-Qazax magistral yolunun yenidən çəkilməsi ilə əlaqədar onların pay torpaqlarının 0.13+0.08=0.21 ha sahəsi yəni yolun alt hissəsinə düşmüş və əkin dövriyyəsindən çıxarılmışdır. Bu hal 2005ci ildə baş vermişdir. Bununla əlaqədar 4 aidiyyatı təşkilatlara, yəni Nəqliyyat Nazirliyinə və Atakişili Bələdiyyəsinə müraciətlərinə cavab olaraq onlara bildiriblər ki, ikinci xətt çəkilişindən sonra onlara birdəfəlik kompensasiya ödəniləcəkdir. İkinci xəttin çəklişi də artıq bir neçə aydır ki, başa çatıb, lakin hələ də magistral yolun altına düşmüş və əkin dövriyyəsindən çıxarılmış tam mülkiyyətlərində olan 0.7 ha torpaq sahəsinə görə kompensasiyanı da ala bilmirlər. Onlar ilə qonşu olan bütün torpaq mülkiyyətçiləri istər 1-ci və istərsədə 2-ci yolun çəkilişinə görə verilən kompensasiyanı almışlar. Sözü gedən torpaq sahəsi yonca əkini altında olmuş və son 11 ildə bu sahədən gözlənilən gəliri əldən çıxmışdır. Bu problemin həlli ilə əlaqədar aidiyyatı qurumlara və respublikanın rəhbər orqanlarına bütün müraciətləri nəticəsiz qalmışdır. Son müraciətlərinə Cavabdeh-nin investisiya idarəsinin rəisi Cəmil Rüstəmxanlının bir-birinə ziddiyyət təşkil edən iki cavab məktubu verdi. Birinci məktubda rəis qeyd edir ki, onların torpaqla əlaqədar onda heç bir məlumat yoxdur, ikinci məktubda isə onların torpaq sahəsinə aid miqdar qeyd olunmur. Hər iki məktubda problemin həlli ilə əlaqədar bir cümlə belə işlədilməmişdir. Təkrar bir neçə dəfə Nəqliyyat Nazirliyinin rəhbərliyinə müraciətlər əsasında Cəmil Rüstəmxanlı onlara xx.xx.2016-cı il tarixdə cavab məktubu göndərərək qeyd edir ki, torpağlarına görə onlara 1050,48+725,04=1775,52 manat kompensasiya 4 hesablanmışdır. Tərəfindən aparılmış hesablamalara görə bu məbləğ, yəni əldən çıxmış gəlirin (kompensasiyanın) məbləği 25 min manat təşkil edir. Digər tərəfdən mülkiyyətilərində olan torpaq sahəsindən magistral yolun çəkilişi Cavabdeh tərəfindən alqı-satqı olmadan zəbt edilmiş, bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrini pozmuşlar. Mülki Məcəllənin 157.9 və 246-cı maddələri torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasını tənzimləyir. Maddə 157.9. əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız 1 bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Maddə 246-ya əsasən torpaq sahəsinin alınması barədə mülkiyyətçi kimi bizə yazılı bildiriş göndərilməli, bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahələri azad edilməlidir. 247-yə əsasən isə dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq, bu məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir. Satınalma qiyməti müəyyənləşdirilərkən həmin qiymətə torpaq sahəsinin və orada daşınmaz əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən bütün zərər, o cümlədən, əldən çıxmış fayda da daxil olunmaqla onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər daxil edilir. Qeyd olunanlardan aydın olur ki, Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması üzrə qüvvədə olan maddələrini tam həcmdə pozaraq mülkiyyətində olan 0,7 ha torpaq sahəsini zəbt etmiş və bununla da bizə 25 min manat ziyan vurmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X41 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar X38, X42, X24, X52, X39, X40, X28, cavabdeh “xxxx” ASC-nin və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçılar X14, X23, X7, X37, X15, X16, X8, cavabdeh “xxxx” ASC-nin və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2017-ci il tarixli, AZ-İ 852872 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş seriya RX ******* saylı çıxarışdan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 0.036 ha torpaq sahəsi X26, X18, X10, X36 və X27 icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş JN-439, kod 90603018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından və torpaq sahəsinin plan çizgisindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X4, X26, X18, X10, X27 və X5 təsərrüfatı məhsullarının istehsalı üçün çizgidə göstərilən sərhəd daxilində 2.70 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2007-ci il tarixli şəhadətnamədən görünür ki, xx xxxxxxx 2006-cı ildə vəfat etmiş X3 vərəsəsi X19r. İş materiallarına əlavə olunmuş seriya MH ******* saylı çıxarışdan (qeydiyyat nömrəsi **********) görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2.7025 ha torpaq sahəsi X15, X12, X8, X29 və X16 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş seriya RX ******* saylı çıxarışdan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 0.036 ha torpaq sahəsi X20, X33, X25, X43 və İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş JN-440, kod 90603018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından və torpaq sahəsinin plan çizgisindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı, X25, X33, X11, X9 təsərrüfatı məhsullarının istehsalı üçün çizgidə göstərilən sərhəd daxilində 2.29 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxxx 2016-cı il tarixli, M-3/14-5706 saylı məktubda qeyd olunmuşdur ki, diqqətinizə çatdırırıq ki, Hacıqabul - Kürdəmir avtomobil yolunun tikintisi müvafiq təşkilatlarla razılaşdırılaraq həyata keçirilmişdir. Tikinti müddətində Sizə aid olan torpaq sahəsi barədə Cavabdeh-yə heç bir müraciət olunmamışdır. Eyni zamanda bizə ünvanladığınız müraciətlərinizdə Sizə aid ərazinin adı gedən yolun hansı hissəsində yerləşdiyi barədə heç bir məlumat yoxdur. Bu səbəbdən müraciətinizi araşdırmaq mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxxx 2016-cı il tarixli, M-3/16-5701 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınız teleqrama Cavabdeh-də aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Hacıqabul-Kürdəmir avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Kürdəmir rayonu, Atakişili kəndindən keçən hissəsində JN-440 saylı Dövlət Aktına 22936.99 m2 torpaq sahəsindən 1006.60 m2 hissəsi tikinti altına düşür. İş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2017-ci il tarixli, kol-3/16-1311 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidentinə və digər qurumlara ünvanladığınız Cavabdeh-də aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bir daha bildiririk ki, “Hacıqabul-Kürdəmir avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun Kürdəmir rayonu, Atakişili kəndindən keçən hissəsində JN-440 saylı Dövlət Aktına əsasən İddiaçı məxsus 27.025 m2 torpaq sahəsindən 1458.83 m2 hissəsi tikinti altına düşmüş və dəymiş ziyana görə 725.04 manat kompensasiya hesablanmışdır. Eyni zamanda yolun Kürdəmir rayonu, Atakişili kəndindən keçən hissəsində B-51 saylı çıxarışa əsasən X18 məxsus 27.025 m2 sahəsindən 1458.83 m2 hissəsi tikinti altına düşmüş və dəymiş ziyana görə 1050.48 manat kompensasiya hesablanmışdır. Bu barədə Sizə məlumat verilmişdir. Bununla bərabər bildirmək istəyirik ki, ərizənizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2017-ci il tarixli, kol-3/16-642 nömrəli məktubda qeyd olunmuşdur ki, “Hacıqabul-Kürdəmir avtomobil yolunun layihəsi çərçivəsində yolun Kürdəmir rayonu, Atakişili kəndindən keçən hissəsində JN-440 saylı Dövlət Aktına əsasən İddiaçı məxsus 22.936,99 m2 torpaq sahəsindən 1006.60 m2 hissəsi tikinti altına düşmüş və dəymiş ziyana görə 1050.48 manat kompensasiya hesablanmışdır. Eyni zamanda yolun Kürdəmir rayonu, Atakişili kəndindən keçən hissəsində ******* saylı çıxarışa əsasən X18 məxsus 27.025 m2 sahəsindən 1458.83 m2 hissəsi tikinti altına düşmüş və dəymiş ziyana görə 48 manat kompensasiya hesablanmışdır. Bu barədə Sizə məlumat verilmişdir. Bununla bərabər bildirmək istəyirik ki, ərizənizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Avtomobil Yolları X21 Rais Ramazan oğluna, X30 və digərlərinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, kol-3/16-8691 nömrəli məktubunda qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsi xxxx tərəfindən həyata keçirilmiş “Hacıqabul-Kürdəmir avtomobil yolunun tikintisi” layihəsi icra olunan ərazi ehtimal olunur. Hal-hazırda “Hacıqabul-Kürdəmir avtomobil yolunun tikintisi” layihəsi başa çatdığından həmin layihə üzrə hər-hansı sənədləşmə qeyri-mümkündür. Qeyd olunanlara narazılıqları olduğu halda məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2016-cı il tarixli, M-3/16-6770 nömrəli məktubda qeyd olunmuşdur ki, “Hacıqabul-Kürdəmir avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Kürdəmir rayonu, Atakişli kəndindən keçən hissəsində JN-440 saylı Dövlət Aktına əsasən Sizə məxsus 22936.99 m2 torpaq sahəsindən 1006.60 m2 hissəsi tikinti altına düşmüş və dəyən ziyana görə 725.04 manat kompensasiya hesablanmışdır. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016cı il tarixli, 2/1877-2 nömrəli məktubda qeyd olunmuşdur ki, Kürdəmir rayonunun Atakişili kənd sakinləri Ramiz və İddiaçı qardaşlarına mülkiyyətinizdə olan torpaq sahəsinin ərazisindən keçən İpək Yolunun tikintisi düşən hissəsinə görə kompensasiyanı ala bilmədiyiniz barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş şikayətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, yol tikintisi altına düşən torpaq sahələrinə görə mülkiyyətçilərə kompensasiya ödənişi “xxxx” ASC tərəfindən Kapital Bankın rayon filialı vasitəsi ilə aparılmışdır. Odur ki, çoxsaylı şikayətlərinizi nəzərə alaraq sizin yol tikintisi altına torpaq sahələrinizin düşüb-düşməməsi, kompensasiya hesablandığı halda həmin vəsaitin ödənilməsi barədə sizə və Kürdəmir rayon İcra Hakimiyyətinə məlumat verilməsi ilə əlaqədar Cavabdeh-nə məktubla müraciət olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2016-cı il tarixli, M-3/16-7172 nömrəli məktubda qeyd olunmuşdur ki, Hacıqabul-Kürdəmir avtomobil yolunun tikinti layihəsi çərçivəsində yolun Kürdəmir rayonu, Atakişili kəndindən keçən hissəsində JN-440 saylı Döviət Aktına əsasən İddiaçı məxsus 22936.99 m2 torpaq sahəsindən 1006.60 m2 hissəsi tikinti altına düşmüş və dəymiş ziyana görə 752.04 manat kompensasiya hesablanmışdır. Yolun Kürdəmir rayonu, Atakişili kəndindən keçən hissəsində ******* saylı çıxarışa əsasən X18 məxsus 27.025 m2 torpaq sahəsindən 1458.83 m2 hissəsi tikinti altına düşmüş və dəymiş ziyana görə 1050.48 manat kompensasiya hesablanmışdır. Bu barədə Sizə və müvafiq İcra Hakimiyyəti orqanlarına məlumat verilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 03/0031 saylı mütəxəssis rəyindən görünür ki, avtomobil yolları üçün ayrılmış torpaq sahələrinin (qorunma (mühafizə) zolaqları) Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli və Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 1 nömrəli və Nazirlər Kabinetinin xx xxxxxxxx 2014-cü il tarixli Nö 317 nömrəli qərarları əsasında müəyyən edilir. Mübahisəli torpaq sahələri tərtib edilmiş sxemdə göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 10330 saylı ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində aşağıdakılar qeyd olunmuşdur: Kürdəmir rayon Atakişlli kəndində yerləşən torpaq sahələri üzrə aparılır. Tədqiqat Azərbaycan Respublikası X50 Komitəsinin yanitıda Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X46 LTl-nin mütəxəssis rəyinə əsasən aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən xx.xx.2008-ci il tarixli RX-0003791 saylı çıxarışa əsasən 2,7025 ha torpaq sahəsi X35, X44, X39, X40 və X8 mülkiyyətindədir. Eyni zamanda mülki iş materiallarından göründüyü kimi, Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə torpağın mülkiyyət hüququna dair JN-440 saylı Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə 2,29 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Ekspertizaya təqdim olunmuş Azərbaycan Respublikası X50 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X46 LTl-nin mütəxəssis rəyindən görünür ki, Avtomobil yolları üçün ayrılmış torpaq sahələrinin (qorunma (mühafizə) zolaqları) Nazirlər Sovetinin 1989-cu § 17 noyabr tarixli 461 nömrəli və Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 1 nömrəli və Nazirlər Kabinetinin xx xxxxxxxx 2014cü il tarixli Nə 317 nömrəli qərarları əsasında müəyyən edilir. Mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008ci il tarixli, RX-0003791 saylı çıxarışa əsasən X35, X44, X39, X40 və X8 mülkiyyətində olan 2,7025 ha torpaq sahəsinin yolun mühafizə zolağına düşən hissənin eni 23,57 m, uzunluğu 70,0 m olmaqla, ümumi sahəsi 0,1513 ha və JN-440 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən xüsusi mülkiyyətində olan 2.29 ha torpaq sahəsinin yolun mühafizə zolağına düşən hissənin eni 15,14m, uzunluğu 70,0 m olmaqla, ümumi sahəsi 0,0973 ha təşkil edir. Beləliklə, aparılmış tədqiqatla Kürdəmir rayon Atakişlli kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27,02,2006-01 ii tarixil seriya MN-0003791 nöməli çıxarışa əsasən X35, X44, X39, X40 və X8 xüsusi mülkiyyətində olan 2,7025 ha torpaq sahəsinin yolun mühafizə zolağına düşən hissənin eni 23,57m, uzunluğu 70,0 m olmaqla, ümumi sahəsi 0,1513 ha və JN-440 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı, X38, X42, X24 və X37 xüsusi mülkiyyətində olan 2.29 ha torpaq sahəsinin yolun mühafizə zolağına düşən hissənin eni 15,14m, uzunluğu 70,0 m olmaqla, ümumi sahəsi 0,0973 ha təşkil edir. Yolun mühafizə zolağına düşən torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası X50 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə- X46 LTİ-nin mütəxəssis rəyində göstərilmişdir. Tədqiqatın nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Kürdəmir rayon Atakişlli kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27,02,2006-01 ii tarixil seriya MN-0003791 nöməli çıxarışa əsasən X35, X44, X39, X40 və X8 xüsusi mülkiyyətində olan 2,7025 ha torpaq sahəsinin yolun mühafizə zolağına düşən hissənin eni 23,57m, uzunluğu 70,Om olmaqla, ümumi sahəsi 0,1513 ha və JN-440 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı, X38, X45, X31 və X37 xüsusi mülkiyyətində olan 2.29 ha torpaq sahəsinin yolun mühafizə zolağına düşən hissənin eni 15,14m, uzunluğu 70,Om olmaqla, ümumi sahəsi 0,0973 ha təşkil edir. Torpaq sahəsinin koordinatları Azərbaycan Respublikasında Daşınmaz Əmlakın Kadastr və mütəxəssis rəyində göstərilmişdir. İşdə olan X47 xx xxxxxxx 2019-cu il tarixli, ƏEM/O 56-908/19 nömrəli ekspert rəyindən görünür ki, birinci sual üzrə; hüquqların dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, seriya MH0003791 nömrəli çıxarışa əsasən X35, X44, X39, X40 və X8 xüsusi mülkiyyətində olan, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,7025 hektar torpaq sahəsinin Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun mühafizə zolağma düşən (eni 15,14m, uzunluğu 70,0 m olmaqla) 0,1513 ha hissəsinin xx xxxxxxx 2019-cu il tarixinə; Bazar dəyəri: 350,0 (üç yüz əlli) manat təşkil edir. Torpaq sahəsi - 0,1513 ha (ümumi sahə) x 2350,0 manat/ 0,01 ha = 355,5 manat, yuvarlaq şəkildə 350,0 (üç yüz əlli) manat təşkil edir. İkinci sual üzrə; Beləliklə, JN-440 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı, X38, X42, X24 və X37 xüsusi mülkiyyətində olan, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,29 hektar torpaq sahəsinin Kürdəmir- Ucar- Yevlax avtomobil yolunun mühafizə zolağma düşən (eni 15,14 m, uzunluğu 70,0 m olmaqla) 0,0973 ha hissəsinin xx xxxxxxx 2019-cu il tarixinə; Bazar dəyəri: 230,0 (iki yüz otuz) manat təşkil edir. Torpaq sahəsi - 0,0973 ha (ümumi sahə) x 2350,0 manat/ 0,01 ha = 228,6 manat, yuvarlaq şəkildə 230,0 (iki yüz otuz) manat təşkil edir. Qiymətləndirmə işi X1 üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqtnda» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar və onların ailə üzvlərinin xüsusi mülkiyyətində olan, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,7025 hektar torpaq sahəsinin (eni 15,14m, uzunluğu 70,0 m olmaqla) 0,1513 ha hissəsi və Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,29 hektar torpaq sahəsinin (eni 15,14 m, uzunluğu 70,0 m olmaqla) 0,0973 ha hissəsi Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun mühafizə zolağına düşmüşdür. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahələrinin iddiaçıların xüsusi mülkiyyətində olması və iddiaçıların həmin torpaq sahəsinin bir hissəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş verməsi işin mübahisəsiz halıdır. Belə ki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət yolunun («Kürdəmir- Ucar-Yevlax» avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Bununla yanaşı, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işdə olan və tətqiq olunan X47 xx xxxxxxx 2019-cu il tarixli, ƏEM/O 56-908/19 nömrəli ekspert rəyinə əsasən iddiaçıların mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,7025 hektar torpaq sahəsinin (eni 15,14m, uzunluğu 70,0 m olmaqla) 0,1513 ha hissəsinə görə bazar dəyəri 350,0 (üç yüz əlli) manat, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,29 hektar torpaq sahəsinin (eni 15,14 m, uzunluğu 70,0 m olmaqla) 0,0973 ha hissəsinə görə isə bazar dəyəri 230,0 (iki yüz otuz) manat təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Bu halda məhkəmə hesab edir ki, tikinti altına düşən iddiaçılara məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,7025 hektar torpaq sahəsinin (eni 15,14m, uzunluğu 70,0 m olmaqla) 0,1513 ha hissəsinə görə bazar dəyəri 420 manat (350 + 70 (350 x 20% = 70) = 420) və Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,29 hektar torpaq sahəsinin (eni 15,14 m, uzunluğu 70,0 m olmaqla) 0,0973 ha hissəsinə görə isə bazar dəyəri 276 manat (230 + 46 (230 x 20% = 46) = 276) təşkil edir. Мəhkəmə iş materiallarında olan X47 xx xxxxxxx 2019-cu il tarixli, ƏEM/O 56- 908/19 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş verdiyindən bu zaman qanunvericiliyin tələblərinə riayət edilməklə, alınmış sahənin əvəzində ekspert rəyində göstərilən məbləğdə kompensasiya ödənilməlidir. Başqa sözlə, iddiaçılara məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qiymətləndirmənin nəticələrinə və məlum fərmana uyğun olaraq Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,7025 hektar torpaq sahəsinin (eni 15,14m, uzunluğu 70,0 m olmaqla) 0,1513 ha hissəsinə görə bazar dəyəri 420 manat (350 + 70 (350 x 20% = 70) = 420) və Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 2,29 hektar torpaq sahəsinin (eni 15,14 m, uzunluğu 70,0 m olmaqla) 0,0973 ha hissəsinə görə isə bazar dəyəri 276 manat (230 + 46 (230 x 20% = 46) = 276) müəyyən edildiyindən, həmin məbləğində kompensasiya iddiaçılara ödənilməli, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 7.1-ci maddəsinə müvafiq olaraq torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.29 hektar torpaq sahəsinin magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinə görə 276 (iki yüz yetmiş altı) manat kompensasiya cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı, X25, X33, X11 və X43, həmçinin X22 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2,7025 hektar torpaq sahəsinin magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinə görə 420 (dörd yüz iyirmi) manat kompensasiya cavabdeh “xxxx” ASC-dən tutularaq X34, X26, X27 və X10 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən prosessual xərc məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 150 (yüz əlli) manat ekspertiza tədqiqatının dəyərinin 140 (yüz qırx) manatı müştərək qaydada iddiaçılar İddiaçı, X44, X38, X42, X24, X52, X39, X40 və X6 və 10 (on) manatı cavabdeh “xxxx” ASC-dən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.29 hektar torpaq sahəsinin magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinə görə 276 (iki yüz yetmiş altı) manat kompensasiya cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı, X25, X33, X11 və X43, həmçinin X22 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2,7025 hektar torpaq sahəsinin magistral yolun mühafizə zolağına düşən torpaq sahəsinə görə 420 (dörd yüz iyirmi) manat kompensasiya cavabdeh “xxxx” ASC-dən tutularaq X34, X26, X27 və X10 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertizanın keçirilməsinə görə 150 (yüz əlli) manat ekspertiza tədqiqatının dəyərinin 150 (yüz əlli) manat ekspertiza tədqiqatının dəyərinin 140 (yüz qırx) manatı müştərək qaydada iddiaçılar İddiaçı, X44, X38, X42, X24, X52, X39, X40 və X6 və 10 (on) manatı cavabdeh “xxxx” ASC-dən tutularaq X60 MMC-nin hesabına (VÖEN **********, hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN **********, müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi (ünvan: ünvan 2xçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar