Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2/2025 19.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi İddiaçı2, Üçüncü şəxs X1, Üçüncü şəxs Yardımlı rayon Yolocaq bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “X1 adına tərtib edilmiş JN-13 nömrəli Dövlət aktı ilə **********39 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Yardımlı rayon İHB-nın 30 iyun 1997-ci il tarixli, 7-6/43 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş Yardımlı rayonunun Seperadi kəndinin bələdiyyə fonduna aid olan “Kerilik” adlanan sahəsində cəmi üç hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılması” tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-801/2020 nömrəli qərardadı ilə Yardımlı rayon Yolocaq bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-50/2021 nömrəli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2/2025 nömrəli qərardadı ilə iddia tələbinə “X1 adına tərtib edilmiş JN-13 nömrəli Dövlət aktı ilə **********39 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Yardımlı rayon İHB-nın 30 iyun 1997-ci il tarixli, 7-6/43 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş Yardımlı rayonunun Seperadi kəndinin bələdiyyə fonduna aid olan “Kerilik” adlanan sahəsində cəmi üç hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2/2025 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi İddiaçı2 iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 vəkili və nümayəndəsi İddiaçı2 məhkəmə iclasında izahatında X1 adına tərtib edilmiş JN-13 nömrəli Dövlət aktı ilə **********39 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Yardımlı rayon İHB-nın 30 iyun 1997-ci il tarixli, 7-6/43 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş Yardımlı rayonunun Seperadi kəndinin bələdiyyə fonduna aid olan “Kerilik” adlanan sahəsində cəmi üç hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X4 məhkəmə iclasında izahatında X1 adına tərtib edilmiş JN-13 nömrəli Dövlət aktı ilə **********39 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Yardımlı rayon İHB-nın 30 iyun 1997-ci il tarixli, 7-6/43 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş Yardımlı rayonunun Seperadi kəndinin bələdiyyə fonduna aid olan “Kerilik” adlanan sahəsində cəmi üç hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılması barədə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Yardımlı rayon Yolocaq bələdiyyəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahatında X1 adına tərtib edilmiş JN-13 nömrəli Dövlət aktı ilə **********39 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Yardımlı rayon İHB-nın 30 iyun 1997-ci il tarixli, 7- 6/43 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş Yardımlı rayonunun Seperadi kəndinin bələdiyyə fonduna aid olan “Kerilik” adlanan sahəsində cəmi üç hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılması barədə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X1 adına tərtib edilmiş JN-13 nömrəli Dövlət aktı ilə **********39 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Yardımlı rayon İHB-nın 30 iyun 1997-ci il tarixli, 7-6/43 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş Yardımlı rayonunun Seperadi kəndinin bələdiyyə fonduna aid olan “Kerilik” adlanan sahəsində cəmi üç hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hüquqi marağını Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı əsasında X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə JN-0013, KOD 80413038 nömrəli Dövlət aktı ləğv edilməsi, dövlət aktı ləğv edildikdən sonra iddiaçıya Yardımlı rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsindən ibarətdir. Hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, hazırki tələblər üzrə cavabdehlər fərqlidir. Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı əsasında X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə JN-0013, KOD 80413038 nömrəli Dövlət aktı ləğv edilməsi barədə tələb üzrə cavabdeh Yardımlı Rayon İcra Hakimiyyəti olmalıdır. İddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Yardımlı RİHB-nin xx.xx.1997-ci il tarixli, 7-6/43 saylı qərarının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Yardımlı rayonunun Seperadi kəndinin bələdiyyə fonduna aid olan “Kerilik” adlanan sahəsində cəmi üç hektar torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. (bu barədə torpaq sahəsinin cizgi planı da iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə” dair JN-0013, KOD 80413038 nömrəli Dövlət aktından görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı ilə 2.26 hektar torpaq sahəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmçinin torpaq sahəsinin yerləşmə sxemi tərtib olunmuşdur. İş materiallarında olan Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarından və Yardımlı rayon Separadi kənd inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, X1 adı püşkatma nömrəsi 11, əsas siyahıdakı nömrəsi 48, ailə üzvlərinin sayı 6, normadan artıq həyətyanı torpaq sahəsi 0,85 ha qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi **********39) X1 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3540/2024 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir: Qərardadda qoyulmuş suallar mütəxəssislərin iştirakı ilə yerində naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. 1.Yardımlı rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinin məkan göstəricilərinin koordinatlrı olmadığından sözü gedən ərazinin hansı koordinatlarda yerləşdiyini təyin etmək mümkün olmadı.
2. Yardımlı rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinin məkan göstəricilərinin koordinatlrı olmadığından həmin ərazinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında olan uyğunsuzluğu təyin etmək mümkün olmadı.
3. Yardımlı, rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinin məkan göstəricilərinin koordinatlrı olmadığından sözü gedən ərazini təyin etmək mümkün olmadı. İddiaçı1 həmin ərazidə faktiki istifadəsində torpaq sahəsi yoxdur.
4. Yardımlı rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinin məkan göstəricilərinin koordinatlrı olmadığından həmin torpaq sahəsinin mülkiyyətçisini və istifadəçisini təyin etmək olmadı.
5. Yardımlı rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinin məkan göstəricilərinin koordinatlrı olmadığından həmin torpaq sahəsinin xx.xx.1997-ci ildə və hal hazırda hüquqi statusu, hüquqi rejimi, kateqoriyası və təyinatını təyin etmək mümkün olmadı.
6. Yardımlı rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinin məkan göstəricilərinin koordinatlrı olmadığından həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olmasını təyin etmək mümkün olmadı.
7. Yardımlı rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinin məkan göstəricilərinin koordinatlrı olmadığından üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün olmadı.
8. Yardımlı rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinin məkan göstəricilərinin koordinatlrı olmadığından sözü gedən ərazidə hər-hansı tikilinin olub-olmamasını təyin etmək mümkün olmadı.
9. İddiaçı1 iddia etdiyi torpaq sahəsi iki hissədən (birinci hissə 2,4873 ikinci hissə 0.5228 ha) ibarət olmaqla 3.01 hektardir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsinin birinci hissəsinin 0.48 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla **********39 reyestr nömrəli çıxarışla X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi və 2.0073 hektarı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla X1 istifadəsindədir. 2.0073 ha torpaq sahəsində X2 aid fərdi yaşayış evi və köməkçi tikililər mövcuddur. İkinci hissə olan 0.5228 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4841 hektarı əkin sahəsi olmaqla JN 13 nömrəli dövlət aktı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi, 0.0378 hektarı bələdiyyə mülkiyyətinə aid kollu örüş torpaq sahəsidir. Rəyə əlavə olunmuş planda iddiaçının iddia etdiyi torpaq sahəsi və cavabdehin mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi göstərilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4592 nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci - səkkizinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3540/2024 saylı mütəxəssis rəyinə əsasən, -Yardımlı rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 7-6/43 nömrəli qərarına və torpaq sahəsinin planına əsasən İddiaçı1 ayrılmış 3 hektar torpaq sahəsinin məkan göstəricilərinin koordinatın olmadığından sözü gedən ərazinin hansı koordinatlarda yerləşdiyini təyin etmək, ərazinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında olan uyğunsuzluq olub-olmamasını, sözügedən ərazini təyin etmək, həmin torpaq sahəsinin mülkiyyətçisini və istifadəçisini təyin etmək, həmin torpaq sahəsinin xx.xx.1997-ci ildə və hal hazırda hüquqi statusu, hüquqi rejimi, kateqoriyası və təyinatını təyin etmək, həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olub-olmamasını müəyyən etmək, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək, sözügedən ərazidə hər-hansı tikilinin olub-olmamasını təyin etmək mümkün olmamışdır. Eyni zamanda mütəxəssis rəyinə əsasən, İddiaçı1 iddia etdiyi torpaq sahəsi iki hissədən (birinci hissə 2,4873 ha, ikinci hissə 0,5228 ha) ibarət olmaqla 3,01 hektardır. Torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsinin birinci hissəsinin 0,48 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla **********39 reyestr nömrəli çıxarışla X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi və 2.0073 hektarı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla X1 istifadəsindədir. 2,0073 ha torpaq sahəsində X2 aid fərdi yaşayış evi və köməkçi tikililər mövcuddur. İkinci hissə olan 0.5228 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4841 hektarı əkin sahəsi olmaqla JN-13 nömrəli dövlət aktı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi, 0.0378 hektarı bələdiyyə mülkiyyətinə aid kollu örüş torpaq sahəsidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları iddiaçıya məxsus torpaq sahəsinin üzərinə qeydiyyata alınsın. Lakin, iş materiallarında olan sənədlərdən (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/4592 nömrəli ekspert rəyindən və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3540/2024 saylı mütəxəssis rəyindən) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən etmək mümkün olmur. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Eyni zamanda iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunudan və iddiaçının nümayəndəsi-vəkilinin izahatından məlum olmuşdur ki, iddiaçının hazırki mübahisələndirilən X1 adına tərtib edilmiş JN-13 nömrəli Dövlət aktı ilə **********39 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli (**********39 reyestr nömrəli) çıxarış “Torpağın mülkiyyətə verilməsinə” dair JN- 0013, KOD 80413038 nömrəli Dövlət aktı, həmin akt isə Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı əsasında verilmişdir. Belə ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı qüvvədə olduğu halda həmin çıxarışın ləğv edilməsi mümkünsüzdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə” dair JN-0013, KOD 80413038 nömrəli Dövlət aktından görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı ilə 2.26 hektar torpaq sahəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmçinin torpaq sahəsinin yerləşmə sxemi tərtib olunmuşdur. Hazırda iddiaçı Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı əsasında 2.26 hektar torpaq sahəsinin X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə JN-0013, KOD 80413038 nömrəli Dövlət aktını mübahisələndirir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı tərəfindən mübahisələndirilən çıxarış Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı əsasında 2.26 hektar torpaq sahəsinin X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə JN-0013, KOD 80413038 nömrəli Dövlət aktı əsasında qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdirlər. Hansı ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdə də bunun əksini təsdiq edən sənəd və sübutlar müəyyən edilməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılsada, tələb dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən iddiaçıya göstərilən hüquqi yaradıma uyğun aparılmamış həmin akt-ın onların hansı subyektiv hüquqlarına toxunulmasına dair sübutları, bundan başqa cavabdehin hazır ki, iddia tələbinə cavab verməli olmasını və müddətlə bağlı sübutları məhkəməyə təqdim etmədən tələb dəqiqləşdirilməsi həyata keçirməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsi Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Yəni hazırkı tələb ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı deyil Yardımlı rayon İcra Hakimiyyətinə qarşı yönələ bilər. İddiaçı JN-0013, KOD 80413038 nömrəli dövlət aktından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda iddiaçı JN-0013, KOD 80413038 nömrəli dövlət aktının ləğv edilməsini tələb edərək, üçüncü şəxsə ayrılmış torpaq sahəsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddia tələbi ilə əlaqədar olaraq xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı JN-0013, KOD 80413038 nömrəli dövlət aktının ləğv edilməsi ilə bağlı qərarı mübahisələndirmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-711/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini rəhbər tutaraq iddiaçıya 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-7/2024 nömrəli məktubla və məhkəmə iclaslarında nümayəndəsinə şifahi qaydada bildirilməsinə baxmayaraq yuxarıda qeyd edilən məslələrlə bağlı hüquqi yardım göstərməsinə baxmayaraq, iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirsədə, lakin iddia tələbini tam dəqiqləşdirməmiş və sonuncu dəqiqləşdirmə ərizəsinə uyğun şəkildə məhkəmə iclasının davam etdirilməsini xahiş etmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “X1 adına tərtib edilmiş JN-13 nömrəli Dövlət aktı ilə **********39 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Yardımlı rayon İHB-nın 30 iyun 1997-ci il tarixli, 7-6/43 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş Yardımlı rayonunun Seperadi kəndinin bələdiyyə fonduna aid olan “Kerilik” adlanan sahəsində cəmi üç hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı:
İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “X1 adına tərtib edilmiş JN-13 nömrəli Dövlət aktı ilə **********39 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Yardımlı rayon İHB-nın 30 iyun 1997-ci il tarixli, 7-6/43 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş Yardımlı rayonunun Seperadi kəndinin bələdiyyə fonduna aid olan “Kerilik” adlanan sahəsində cəmi üç hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Sədrlik edən Şahəli Musayev