Məhkəmə qərarları › İş №2-1(120)-20/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-20/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-20/2022 31.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 və vəkili və nümayəndəsi X5, Üçüncü şəxs X17 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh1 X17 adına torpaq sahəsinin ayrılmasına dair 30.12.2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 31 may 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 X17 adına torpaq sahəsinin ayrılmasına dair 30.12.2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən X17 adına verilmiş RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını, Rusiya Federasiyasının vətəndaşı olan X17 adına Azərbaycan Respublikasının ərazisindən torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması ilə məşğul olmuş təqsirkar şəxslər barəsində və X17 barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X15 iddia tələbini dəyişərək, cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsini qeyd edilməsini və iddia tələbinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3C, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0,049 hektar torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında X17 adına daşınmaz əmlakın dövlət reyestrində 13.02.2019-cu il tarixdə, **********4 sayla aparılmış qeydiyyatının etibarsız hesab edilərək, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2-1(120)-625/2020 nömrəli qərardadlarına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmiş, eləcə də X17 və Cavabdeh1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini dəyişərək, cavabdeh qismində Cavabdeh1 qəbul edilməsini, iddia tələbinə İddiaçı Cavabdeh1nə qarşı Cavabdeh1 X17 adına torpaq sahəsinin ayrılmasına dair 30.12.2006-cı il tarixli qərarın etibarsız hesab edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(120)-625/2020 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin müvafiq sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon İcra Hakimiyyətinin 25.02.2019-cu il tarixli, 12 saylı sərəncamı ilə onun şəhərin İ.İsgəndərov küçəsində uzun müddət istifadəsində olan torpaq sahəsinin üzərində təqdim olunmuş layihə əsasında inşa etdirdiyi 120 kv.m ölçüdə sahibkarlıq obyektinin ərazidə yerləşməsinə icazə verilmiş və həmin obyektin onun adına ilkin hüquqi qeydiyyata alınması məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra, 28.10.2019-cu il tarixdə 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edərək, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etsə də, 09.12.2019-cu il tarixli, **********00 saylı imtina barədə bildiriş verilmişdir. İmtinada qeyd edilmişdir ki, müraciətinizə cavab olaraq bildiririk ki, yuxarıda qeyd edilmiş ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair torpaq sahəsinə bitişik olan üzərində mülkiyyət hüququ qeydiyyata alınmış qeyri-yaşayış binasının sahibi X21 ilə aranızda mübahisənin olduğu 05.11.2019-cu il tarixli, ********** nömrə ilə qeydə alınmışdır. Üzərində mübahisə olan daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı mübahisəli hal aradan qaldırıldıqdan sonra aparılır. Eyni zamanda Sabirabad Rayon Məhkəməsindən daxil olmuş 12.12.2019-cu il tarixli, 2(056)-1852/2019 saylı məhkəmə bildirişindən aydın olmuşdur ki, iddiaçı X17 ona və qardaşı X3 qarşı «Tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi» barədə iddia ərizəsi üzrə mülki işin məhkəmə iclası 19.12.2010-cu il tarixə, saat 16:30-a təyin edilmişdir. Göstərilən tarixdə məhkəmə iclasında qardaşı iştirak etmiş və müəyyən edilmişdir ki, X21 onun adına inşa edilmiş və Rayon İcra Hakimiyyəti tərəfindən sərəncamla adına ilkin hüquqi qeydiyyata alınmasına dair sərəncam verilmiş həmin 120 kv.m-lik obyektin tərəfindən inşa etdirilməsindən narazıdır və sökülərək torpaq sahəsinin onun istifadəsinə verilməsini tələb edir. X17 məhkəməyə verdiyi iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən edilmişdir ki, Sabirabad bələdiyyəsinin 30.12.2006-cı il tarixli, 34 saylı qərarı ilə 629 kv.m torpaq sahəsi S.O.Bəşirovun mülkiyyətinə ayrılmışdır. Daha sonra DTXK-nin A № 061165 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra isə 15.02.2019-cu il tarixdə S.O.Bəşirovun Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi, 3C (Yeni qavdalarla: AZ 5400 ünvan 3 ünvanında verləşən 119.5 kv.m qeyri-yaşayış binası və 0.049 hektar (490 kv.m) torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Bundan sonra hüquqlarının müdafiəsi ilə əlaqədar X15 ilə müqavilə bağlamışdır. Vəkil olaraq icraatında olan bu məsələni araşdırmaq üçün müvafıq orqanlara vəkil sorğuları ilə müraciət edərək müəyyən etmişdir ki, Cavabdeh1 tərəfindən ümumiyyətlə 30.12.2006-cı il tarixdə iclas keçirilməmişdir. S.Ə.Bəşirovun adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış qeyri-yaşayış binası əvvəllər çayxana binası olaraq Sabirabad rayon Kooperativlər Cəmiyyətinin İctimai X10 balansında olmuş və Sabirabad RKC-nin 05.04.2004-cü il tarixli, 04 saylı qərarları əsasında payçı, həmin çayxanada işləyən X1. X21 özü isə Rusiya Federasiyasının vətəndaşıdır. Ona ayrılmiş torpaq sahəsi bələdiyyənin ərazisinə aid deyil. Belə olan halda, qeyd edilən halı təsdiq edən sübutları məhkəməyə təqdim edərək hazırkı iddianı qaldırmağa məcbur olurlar. Belə ki, cavabdeh Sabirabad bələdiyyəsi vermədiyi qərarı etibarsız hesab edə bilməz. DƏDRX isə legitim orqan olmaqla ona daxil olmuş müraciəti qeydə almaqda müvəkkil olduğundan onun qeydiyyatı əsasında mülkiyyət hüququ əldə etmiş şəxsin mülkiyyətindən məhrum edilməsi məsələsi Konstitusiyaya əsasən məhkəmə qərarı əsasında həyata keçirilməlidir. Odur ki, saxtalığına kifayət qədər əsas olan Bələdiyyə qərarının etibarsızlığının tanınması məsələsi inzibati icraat qaydaşında həll edilməli olan mübahisə olduğundan S.O.Bəşirovun adına verilmiş Cavabdeh1 30.12.2006-cı il tarixli, 54 saylı qərarının etibarsız hesab edilməsini xahiş edirlər. Eyni zamanda, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48ci maddəsinə əsasən xarici ölkə vətəndaşına torpaq sahəsi mülkiyyətə verilə bilməz. Yalnız istifadəsinə ayrıla bilər. Bu baxımdan da S.Ə.Bəşirovun adına olan çıxarışın ləğv edilməli olduğu qənaətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edilən normanın tələbinə uyğun olaraq və S.Ə.Bəşirovun Rusiya Federasiyasının vətəndaşı olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin tələbini rəhbər tutaraq, onun adına verilmiş Azərbaycan Respublikasının ərazisinə aid xüsusi mülkiyyət hüququnu dair çıxarışın ləğv edilməsini və mülkiyyətindən məhrum edilməsini tələb edir. Həmçinin iddia tələbinin hüquqi əsasları kimi aşağıdakı qanunvericilik normalarının tələblərini məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir: “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 7.2-ci bəndinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 11.8-ci bəndinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşəpark, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatının yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyala keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fıziki şəxslərin icarəsinə venilir. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 S.Ə.Bəşirova Sabirabad şəhərində parkın ərazisindən 629 kv.m torpaq sahəsinin ayrılmasına dair 30.12.2006-cı il tarixli, 34 saylı qərarı etibarsız hesab edilməlidir. Eyni zamanda S.Ə.Bəşirovun adına verilmiş 13.02.2019cu il tarixli, RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir. İddianın mümkünlüyü məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla subyektiv hüquq məsələsi. Subyektiv hüququn olmasını məhz Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019-cu il tarixli, 12 saylı sərəncamı və DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin 09.12.2019-cu il tarixli, ********* 000 saylı imtina barədə bildirişi ilə əsaslandırır. İkincisi iddia müddəti məsələsi. İddiaçı S.O.Bəşirovun qeyd edilən sənədlərindən sonuncunun müdafiə etdiyi şəxsə və və onun qardaşına qarşı Sabirabad Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra məlumatlı olmuşdur. Bu isə 2019-cu ilin dekabr ayına təsadüf edir və qanunvericiliklə nəzərdə tutulan 1 illik iddia müddəti ötürülməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X13 və vəkili və nümayəndəsi X9 və üçüncü şəxs X17 nümayəndəsi və vəkili X14 gəlmiş, cavabdehin və digər üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və digər üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 və vəkili və nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X14 iddiaçının hazırkı tələb üzrə müvafiq subyektiv hüququ olmadığından iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı hazırkı tələb üzrə müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin 28.01.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunaraq ekspertlər qarşısında “1. Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə X18 Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3 C, (yeni qaydalarla: AZ 5400 ünvan 3 ünvanında sahibkarlıq məqsədi üçün ayrılmış 629 kv.m torpaq sahəsinin koordinatları müəyyən edilsin; 2. İş materiallarında olan X18 verilmiş ******* nömrəli, 13.02.2019-cu il tarixli dövlət reyestrindən çıxarışda göstərilən Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3 C, (yeni qaydalarla: AZ 5400 ünvan 3 ünvanında yerləşən 0,049 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin; 3. Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə ayrılmış 629 kv.m torpaq sahəsinin koordinatları (sərhədləri) ilə X18 verilmiş ******* nömrəli, 13.02.2019-cu il tarixli dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin (0,049 ha) koordinatları (sərhədləri) üst-üstə düşürmü və əgər düşürsə, hansı hissələrdə?

4. Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə X18 Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3 C, (yeni qaydalarla: AZ 5400 ünvan 3 ünvanında sahibkarlıq məqsədi üçün ayrılmış 629 kv.m torpaq sahəsi ayrılan zaman (30.12.2006-cı il tarixdə) və daha əvvəl (30.12.2006-cı il tarixədək) bələdiyyə mülkiyyətində olmuşdurmu? Əgər olmamışdırsa, həmin torpaq sahəsinin hüquqi statusu nə olmuşdur? 5. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019-cu il tarixli, 12 nömrəli sərəncamına əsasən İddiaçı adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində təqdim edilmiş layihə əsasında inşa edilmiş 120 kv.m ölçüdə sahibkarlıq obyektinin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu, hüquqi rejimi və koordinatları müəyyən edilsin; 6. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019-cu il tarixli, 12 nömrəli sərəncamına əsasən İddiaçı adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində təqdim edilmiş layihə əsasında inşa edilmiş 120 kv.m ölçüdə sahibkarlıq obyektinin yerləşdiyi torpaq sahəsinin kordinatları (sərhədləri) ilə ******* nömrəli, 13.02.2019-cu il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin (0,049 ha) koordinatları (sərhədləri) ilə üst-üstə düşürmü və əgər düşürsə, hansı hissələrdə? 7. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019-cu il tarixli, 12 nömrəli sərəncamına əsasən İddiaçı adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində təqdim edilmiş layihə əsasında inşa edilmiş 120 kv.m ölçüdə sahibkarlıq obyektinin yerləşdiyi torpaq sahəsi torpaq sahəsinin kordinatları (sərhədləri) ilə Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə X18 Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3 C, (yeni qaydalarla: AZ 5400 ünvan 3 ünvanında sahibkarlıq məqsədi üçün ayrılmış 629 kv.m torpaq sahəsinin koordinatları (sərhədləri) ilə üst-üstə düşürmü və əgər düşürsə, hansı hissələrdə?” məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında verdikləri 24 noyabr 2021-ci il tarixli, 10/5269 saylı rəydə ekspert “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan LTİ-nin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə X18 Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3 C (Yeni qaydalarla: AZ 5400 ünvan 3 ünvanında sahibkarlıq məqsədi üçün ayrılmış 629 kv.metr torpaq sahəsinin koordinatlarını (sərhədlərini) müəyyən etmək mümkün olmamışdır. Belə ki, 629 kv.metr torpaq sahəsinin döngə nöqtələrində mərz nişanları mövcud deyil, 629 kv.metr torpaq sahəsinə ləğv edilmiş DT və XK-i tərəfindən A№ 061165 olan torpaq sahəsinin “Plan və ölçü” sənədi tərtib edilmiş və həmin “Plan və ölçü” sənədində qeyd edilmiş koordinatlar mübahisələndirilən əraziyə uyğun gəlmir, 629 kv.metr torpaq sahəsinə DT və XK-i tərəfindən A № 061165 olan torpaq sahəsinin kadastr göstəriciləri elektron kadastr məlumat bazasında aşkar edilməmişdir. - X18 verilmiş ******* nömrəli, 13.02.2019-cu il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3 C (Yeni qaydalarla: AZ 5400 ünvan 3 ünvanında yerləşən 0.049 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuşdur. - Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə ayrılmış 629 kv.metr torpaq sahəsinin koordinatlarını (sərhədlərini) müəyyən etmək mümkün olmadığı üçün (əsas a, b, c bəndləri) X18 verilmiş ******* nömrəli, 13.02.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən 0.049 ha torpaq ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. - Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə X18 Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3 C, yeni qaydalarla: AZ 5400 ünvan 2 ünvanında sahibkarlıq məqsədi üçün ayrılmış 629 kv.metr torpaq sahəsi ayrılan zaman (30.12.2006-cı il tarixdə) və daha əvvəl (30.12.2006-cı il tarixədək) bələdiyyə mülkiyyətinə aid olması barədə heç bir məlumat mövcud deyil. Lakin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı fərmanı ilə təsdiq edilmiş Respublika ərazisində “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” qaydalarına əsasən tərtib edilmiş Sabirabad bələdiyyəsinə aid elektron xəritə materiallarında həmin ərazi Dövlət mülkiyyəti kimi qeyd edilmişdir. - Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019-cu il tarixli, 12 nömrəli sərəncamına əsasən İddiaçı adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində təqdim edilmiş layihəyə əsasən nəzərdə tutulmuş 120 kv.metr (GPS-lə qeyd edilən 104 kv.metr) ölçüdə sahibkarlıq obyektinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı fərmanı ilə təsdiq edilmiş Respublika ərazisində “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” qaydalarına əsasən tərtib edilmiş Sabirabad bələdiyyəsinə aid elektron xəritə materiallarında həmin ərazi bələdiyyə mülkiyyətində saxlanılmaqla yaşayış məntəqəsi torpaqları kateqoriyasına aiddir, uqodiyası isə tikinti altında olan torpaq sahəsidir və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. - Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019cu il tarixli, 12 nömrəli sərəncamına əsasən İddiaçı adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində təqdim edilmiş layihə əsasında inşa edilmiş 120 kv.metr ölçüdə sahibkarlıq obyektinin yerləşdiyi torpaq sahəsinin koordinatları (sərhədləri) ilə ******* nömrəli, 13.02.2019-cu il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin (0.049 ha) koordinatları (sərhədləri) ilə üst-üstə düşmür. - Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019-cu il tarixli, 12 nömrəli sərəncamına əsasən İddiaçı adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində təqdim edilmiş layihə əsasında inşa edilmiş 120 kv.metr ölçüdə sahibkarlıq obyektinin yerləşdiyi torpaq sahəsinin koordinatları (sərhədləri) ilə Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə X18 Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3 C (Yeni qaydalarla: AZ 5400 ünvan 3 ünvanında sahibkarlıq məqsədi üçün ayrılmış 629 kv.metr torpaq sahəsinin koordinatları (sərhədləri) ilə üst-üstə düşüb-düşməməsini yuxarıda göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadığını” vurğulamışlar. Beləliklə, ekspert rəyi ilə məlum olmuşdur ki, Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə X18 Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 3 C (Yeni qaydalarla: AZ 5400 ünvan 3 ünvanında sahibkarlıq məqsədi üçün ayrılmış 629 kv.metr torpaq sahəsinə aid torpaq sahəsinin döngə nöqtələrində mərz nişanları mövcud olmadığından, həmin torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) təyin edilməsi, habelə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019-cu il tarixli, 12 nömrəli sərəncamına əsasən İddiaçı adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində təqdim edilmiş layihə əsasında inşa edilmiş 120 kv.metr ölçüdə sahibkarlıq obyektinin yerləşdiyi torpaq sahəsinin koordinatları (sərhədləri) ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi mümkün olmamamışdır. Bundan əlavə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019-cu il tarixli 12 nömrəli sərəncamına əsasən İddiaçı adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində təqdim edilmiş layihə əsasında inşa edilmiş 120 kv.metr ölçüdə sahibkarlıq obyektinin yerləşdiyi torpaq sahəsinin koordinatları (sərhədləri) ilə ******* nömrəli, 13.02.2019-cu il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin (0.049 ha) koordinatları (sərhədləri) ilə üst-üstə düşmür. Göründüyü kimi, iddiaçı ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsə ayrıldığını iddia edərək hazırda mübahisələndirdiyi bələdiyyə qərarını mübahisələndirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin, eləcə də üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatlarını, eləcə də Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 25.02.2019-cu il tarixli, 12 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış həmin torpaq sahəsi ilə Cavabdeh1 30.12.2006-cı il tarixli qərarı ilə üçüncü şəxs X2 məqsədi üçün ayrılmış 629 kv.metr torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsini müəyyən etmək mümkün olmadığından iddiaçı hazırkı iddia tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilmir və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının nəticələrinə dair 50 manat məbləğində məhkəmə xərci mövcuddur ki, bu xərc iddianın araşdırılması nəticəsində yaranmışdır. İddia mümkün iddia olmadığından məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh1 X17 adına torpaq sahəsinin ayrılmasına dair 30.12.2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X6, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar