Məhkəmə qərarları › İş №2-1(120)-20/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-20/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-20/2023 28.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********634100 nömrəli qərarla kameral qaydada əlavə hesablanmış 9596,64 manat məbləğində mənfəət vergisinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Kiçik Müəssisəsi (VÖEN: **********), fəaliyyət kodu- 47302 və fəaliyyət növü-yanacaqdoldurma məntəqəsində neft məhsullarının pərakəndə satışı ilə Lənkəran rayonunda məşğul olur. Müəssisə fəaliyyət dövründə hər il dövlət büdcəsinə mənfəət vergisi, əmlak vergisi və sosial vergilər ödəməklə yanaşı, göstərdikləri pərakəndə satışa görə 2019-cu ildə ƏDV-ə görə 20494,50 manat Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına köçürmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 24 iyun 2020-ci il tarixli, **********634100 saylı Qərarla kameral yoxlama nəticəsində 2019-cu il üçün, "xxxx" Kiçik Müəssisəsinə (KM) 9596,64 (doqquz min beş yüz doxsan altı mant altmış dörd qəpik) manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Belə ki, 2019-cu il üçün təqdim etdikləri "xxxx" bəyannaməsi üzrə cəmi 513,23 manat məbləğ göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən 2019-cu il üçün aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 10109,87 manat hesablanmaqla 9596,64 (10109,87-513,23) manat əlavə vergi borcunun hesablanması haqqında qərar verilmişdir. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə edilmiş müraciətləri nəticəsiz qalmış, əlavə hesablanmış mənfəət vergisinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişlər. Belə ki, hüquqi şəxs- "xxxx" KM, digər tərəf "xxxx" QSC-nin direktor müavini X3 şəxsində xx.xx.2019-cu il tarixli, № 11/447 saylı yanacağın Alış müqaviləsi əsasında, "xxxx" Neft Şirkətinin Bakı şəhərində yerləşən anbarlarından neft məhsullarını (benzin, dizel yanacağını və s.) Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən YDM-nə (X7) pərakəndə satışını təmin etməkdən ötrü bağlanmışdır. Həmin "xxxx" QSC ilə bağlanmış Alış müqaviləsinin 3.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X10 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınmanın” həyata keçirilməsi qeyd olunmuşdur. Bu o deməkdir ki, yanacağın daşınması 01 yanvar 2019-cu il tarixli, sürücü-fiziki şəxs X11 (VÖEN **********) ilə bağlanmış “Avtomobil nəqliyyatı ilə yanacaq daşınması üzrə Müqavilə” əsasında həyata keçirilir. Hər ay daşınan yanacağa görə sürücü tərəfindən Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən (görülən işlərə və göstərilən xidmətlərə görə e-qaimələr təqdim edilir) alınmış malların sənədləri - Elektron qaimə və Elektron vergi hesab fakturası AVİS bazasında öz əksini tapmışdır. Yəni alınmış malların dəyəri AVİS bazasından da göründüyü kimi e-qaimə təqdim edilir və daşınma haqqı sürücünün bankdakı hesablaşma hesabına ödənilir. Lakin 2019-cu il üçün “Mənfəət vergisi bəyannaməsi”-ndə 2019-cu il üçün çəkilən nəqliyyat xərcləri xərc sənədi kimi qəbul edilməmiş, Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli, 2№-li Qərarı əsas gətirilməklə, yəni xərclərin guya "xxxx" QSC tərəfindən ödənildiyi bildirilmiş, nəticədə sürücüyə 2019-cu il ərzində ödənilən 56600 manat vəsaitin 47736,10 manatını “Gəlirdən çıxılan xərclər” siyahısından çıxmaqla süni surətdə “Mənfəət” yaradılmış, buna əsasən müəssisənin şəxsi hesab vərəqəsinə 9596,64 (47736,1 x 20%) manat kameral yoxlama qaydasında əlavə olaraq mənfəət vergisi hesablanmışdır. "xxxx" kiçik müəssisəsi hüquqi şəxs kimi Vergi Məcəlləsinin 108-ci maddəsini rəhbər tutaraq (gəlirin əldə edilməsi ilə bağlı çəkilən bütün xərclərin gəlirdən çıxılması) təqdim etdiyi "xxxx" bəyannaməsində qeyd etmişdir. Müəssisənin 2019-cu il ərzində aylar üzrə cari ƏDV bəyannamələri, illik əmlak, torpaq və mənfəət vergisi bəyannaməsi vaxtında təqdim edilmiş və vergiləri də ödənilmişdir. Bu məlumatları şəxsi hesab vərəqəsindən də aydın görmək olur. Aylar üzrə təqdim olunmuş ƏDV bəyannamələrində müvafıq aylar üzrə dövriyyələr, əvəzləşən ƏDV məbləğləri, işçi sayı və işçilərə hesablanmış əmək haqqı də göstərilmişdir. 2019-cu ilin təqdim olunmuş illik mənfəət vergisi bəyannaməsində də bu göstəricilər - alınmış mallar, əmək haqqı və sosial sığorta xərcləri, eneıji, telefon xidməti, bank xidməti və digər xərclər xərc maddələri üzrə göstərilərək öz əksini tapmış və bütün bu yuxarıda qeyd olunanlar 6 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmuşdur. "xxxx" KM barəsində, qanunsuz və ədalətsiz yazılmış qərarın ləğv edilməsi haqqında xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixli 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilmişdir. Müraciətlərinin sonunda “Kameral vergi yoxlaması ilə əlaqədar apanlmış araşdırmalar zamanı yuxarıda qeyd olunan uyğunsuzluqların və mənfəət vergisinə görə əlavə hesablanmış 9825,55 manat vəsaitin müəssisənin şəxsi hesab vərəqəsindən azalma verilməsi üçün köməklik göstərilməsi” xahiş edilmişdir. Cavabında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Kameral vergi yoxlaması ilə apanlan araşdırmalar zamanı tərəfinizdən zəruri təsdiqedici sənədlər və ya tam əsaslandırılmış izahat təqdim edilmədiyi üçün, müraciətinizin nəzərə alınmasınm mümkün olmaması” bildirilmişdir. Aşağıdakı faktlara, səbəblərə, əsaslandırılmış mötəbər sübut növlərinə istinad edərək, "xxxx" KM-nə yazılmış 2019-cu il üçün 9596,64 manat məbləğində mənfəət vergisinin müəssisənin hesabından silinməsi barədə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir: 1) "xxxx" kiçik müəssisəsinin 2019-cu ildə neft məhsullarının satışına görə əldə etdiyi gəlir 1.305924,9 manat göstərildiyi halda, 6 saylı Ərazi Vergilər Baş İdarəsində aparılmış kameral yoxlamanın nəticəsinə görə 1.307043,5 manat göstərməklə, hesabatlarında düzəliş edilərək 1118,6 manat artıq gəlir yaradılmışdır. Müəssisənin 2019-cu il üçün verdiyi aylar üzrə ƏDV hesabatında və Vergilər Nazirliyinin uçot məlumat bazasında bu fərq görünməkdədir. 2) Digər yaranmış fərq, 6 Saylı Ərazi Vergilər İdarəsinin qeyd etdiyi sənədlərlə təsdiqini tapmayan 56600,0 manat məbləğ, "xxxx" QSC-dən E-qaimə fakturalarla 2019-cu il ərzində alınmış nefl məhsullarının sifarişçiyə çatdırılmasından ötrü nağd və nağdsız qaydada ödənilmiş malın daşınma xərcidir. Bu nağd ödənilmiş 47.736,90 manat məbləğ və noyabr-dekabr aylarında e-qaimələr (EBAD.207451; EBAE.139609 və 413140) əsasında ödənilmiş 8.863,10 manat nağdsız qaydada cəmi: 47.736,90 + 8.863,10 = 56.600,0 manat fıziki şəxs olan sürücü-X8 (vöen - **********), "xxxx" QSC ilə bağlanmış xx.xx.2019-cu il tarixli “Alış müqaviləsi”nin 3.1-ci bəndinə uyğun olaraq həyata keçirilmişdir. 2019-cu il ərzində "xxxx" QSC-dən alınmış bütün yanacağı fiziki şəxs X11 idarə etdiyi ** KT *** nömrəli avtosisternlə daşımaqla, "xxxx" kiçik müəssisəsinin X7ndə boşaltmış, daşınma xərci tərtib edilmiş Aktlar əsasında ona ödənilmişdir. Fiziki şəxs (vöen - **********) X11 6 Saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olmaqla, fərqlənmə nişanı əsasında yükdaşımaları həyata keçirir və büdcəyə ödəmələrini də vaxtında ödəməklə, vergidən yayınma hallarına yol verməmiş və “Vergi Məcəlləsi”nin tələblərinə uyğun olaraq həyata keçirmişdir. 1) Bildirilir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 461-VQD nömrəli Qanununa əsasən nağd əməliyyatların həyata keçirilməsi məhdudlaşdırılmışdır. Lakin ƏDV məqsədləri üçün qeydiyyata alınmış 200000,0 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu daşınmaya görə təqvim ayı ərzində müəssisənin ödədiyi vəsait 5000,0 manatdan artıq olmamışdır. Burada heç bir qanun pozuntusuna və “Vergi Məcəlləsi”ndən kənar uyğunsuzluqlara yol verilməmişdir. Cavabdeh konkret olaraq iddiaçı "xxxx" KM-nin ”Vergi Məcəlləsi”nin hansı maddələrinin tələblərini pozmasını cavab məktublarında göstərməmişdir. 2) 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" kiçik müəssisəsi barədə əsassız, qərəzli hesablanmış vergi cərimələri ilə bağlı müəssisənin bank hesabına sərəncam qoyulmaqla onun fəaliyyəti bilərəkdən dondurulmusdur. Bu qanunsuz qərarın ucbatından müəssisə öz fəaliyyətini qismən dayandırmış və orada çalışan isciləri öz hesablarına məzuniyyətə göndərmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Prezidenti 25 mart 2020-ci il tarixdə, saat 21:30-da “Azad Azərbaycan” televiziya kanalı vasitəsilə koronovirusla (COVİD-19) mübarizə haqqında, sərtləşdirilmiş karantin rejimində yaşayıb fəaliyyət göstərən şəhər və rayonlar haqqında çıxışında sahibkarlara etdiyi dəstək; dövriyyə və gəlirlərinin aşağı düşməsinə baxmayaraq fəaliyyətlərinin davam etdirilməsini-karantin rejimində olmasına baxmayaraq, işçilərinin əmək haqqlarının verilməsini, eyni zamanda dövlət strukturlannın o cümlədən Dövlət vergi xidmətinin, dövlət büdcəsinə vergiləri vaxtlı-vaxtında ödəyən sahibkarlara, hüquqi və fiziki şəxslərə güzəştlər edilməsini bildirmişdir. X15 Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi şəxsən Namik Bağırov tərəfındən, bu çıxışa hörmətsizlik edilərək lazımı diqqət yetirilmir. YDM-də işləmək mümkün olmadığına görə "xxxx" KM mübahisəni sivil məhkəmə qaydasında həll edənə qədər fəaliyyətini, qismən də olmaqla dayandırmaq məcburiyyətindədir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə baglı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Göründüyü kimi, yanacağın daşınmasına görə nəqliyyat xərci "xxxx" KM- nin gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərə aiddir və bu məbləğ də qanunda qeyd olunduğu kimi gəlirdən çıxılmalıdır. Çünki müəssisə sürücü ilə xidmət müqaviləsi əsasında işləyir və hər ay daşınan yanacağa görə ödənişi yuxanda qeyd olunan nağdsız və nağd qaydada sürücünün müvafıq hesabına ödəyir. Əlavə olaraq qeyd edir ki, gəlirdən çıxılmayan xərclərin dairəsi Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanmışdır və "xxxx" KM-nin hazırki vəziyyəti həmin maddədə qeyd olunanların heç birinin təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.2-ci maddəsində göstərilir ki, vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi ücün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 65.2.3-2-ci maddəsinə əsasən Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfındən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməvə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sikavət verilmədikdə, vergi orqanı tərəfındən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Konstitusiyasımn 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Yenə də Koııstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlann qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası MPM 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məıqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən Hər hansı fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafıəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1.ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinin tələbinə görə məhkəmə proses iştirakçilannm izahatları, ərizə və təklifləri ilə, onlann təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vasatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. Həmin Məcəllənin 38.1ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanların nəzərə alınaraq 2019-cu il üçün "xxxx" KM barədə xx.xx.2020-ci il tarixli, **********634100 saylı Qərarla kameral qaydada əlavə olaraq hesablanmış 9.596,64 (doqquz min beş yiiz doxsan altı manat 64 qəpik) manat məbləğində mənfəət vergisinin ləğv edilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müəssisənin 2019-cu ildə neft məhsullarının satışına görə əldə etdiyi gəlir 1305924.9 manat göstərildiyi halda, 6 saylı Ərazi Vergilər İdarəsində aparılmış kameral yoxlamanın nəticəsinə görə 1307043.5 manat göstərilməklə, hesabatlarında düzəliş edilmiş və 1118.6 manat artıq gəlir yaradılmışdır. 2019-cu il üçün verdikləri aylar üzrə ƏDV hesabatında və Vergilər Nazirliyinin uçot məlumat bazasında bu fərq görünməkdədir”. Bununla bağlı qeyd edirlər ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövrünün gəlirləri” hissəsində 1305924,90 manat gəlir məbləği göstərilmiş və bu gəlir məbləği kameral vergi yoxlaması ilə təsdiqini tapmışdır. (Sözügedən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi (kameral vergi yoxlaması üzrə) etiraza əlavə edilir). Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, “Digər yaranmış fərq cavabdehin qeyd etdiyi, sənədlərlə təsdiqini tapmayan 56600,0 manat məbləğ, "xxxx" QSC-dən e-qaimə fakturalarla 2019-cu il ərzində aldıqları neft məhsullarının sifarişçiyə çatdırılmasından ötrü nağd və nağdsız qaydada ödənilmiş maşın daşınma xərcidir. Bu nağd ödənilmiş 47736,9 manat məbləğ və noyabr-dekabr aylarında e-qaimələr (EBAD.207451; EBAE.139609 və 413140) əsasında ödənilmiş 8863.1 manat nağdsız qaydada cəmi:47736.9+8863.1=56600,0 manat fiziki şəxs olan sürücü X8, "xxxx" QSC ilə bağlanmış xx.xx.2019-cu il tarixli Alış müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq həyata keçirilmişdir”. Qeyd olunan dəlillə bağlı ətraflı olaraq bildirirlər ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi gəlirlərin vergidən gizlədilməsi və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-cu il tarixli **********122500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 9825,55 manat mənfəət vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********193600 nömrəli Qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və yaranmış uyğunsuzluqla bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 9696,64 manat mənfəət vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********634100 nömrəli Qərar qəbul olunmuşdur. Belə ki, müəssisə tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövrünün gəlirləri” hissəsində 1305924,90 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 1303358,74 manat xərc məbləği, o cümlədən 12053,0 manat əmək haqqı xərcləri və ona bərabər tutulan ödəmələr, 2659,5 manat sosial sığorta haqları, 1192067,00 manat malın dəyəri, 1392,54 manat enerji xərcləri, 1067,00 manat bank xidməti üzrə xərclər, 136,00 manat reklam xərcləri, 36031,00 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 140,00 manat amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər, 56600,00 manat nəqliyyat xərcləri, 270,00 manat sığorta üzrə xərclər, 911,40 manat digər xərclər, 31,30 manat gəlirdən çıxılan vergilər və yığımlar göstərilmişdir. Hesablanmış əlavə vergi məbləğinin araşdırılması zamanı “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində göstərilmiş xərc məbləğlərinin uçot-baza məlumatları ilə müqayisəsi zamanı kənarlaşmanın olmadığı müəyyən edilmişdir. Müəssisə tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.4-cü (Malın dəyəri) sətrində göstərilmiş məbləğ bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci (Mallar) sətrində göstərilmiş 14580,00 manat mal qalığı, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) alınmış 1205787,67 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalara əsasən, 221.7-ci (Enerji xərcləri) sətrində göstərilmiş məbləğ "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (VÖEN: **********) alınmış 1392,54 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalara əsasən, 221.14-cü (Reklam xərcləri) sətrində göstərilmiş məbləğ Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi (VÖEN: **********) alınmış 136,00 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalara əsasən, 221.15-ci (Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) sətrində göstərilmiş məbləğ "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) alınmış malların dəyərinə daxil edilmiş yol vergisindən, 229-cu (Nəqliyyat xərcləri) sətrində göstərilmiş məbləğin 8864,00 manat (ƏDV-siz) məbləğində olan hissəsinin X5 (VÖEN: **********) alınmış elektron qaimə-fakturalara əsasən, 232-ci (Digər xərclər) sətrində göstərilmiş məbləğin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) və "Azərbaycan Metrologiya İnstitutu" X12 (VÖEN: **********) alınmış 664,20 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalara əsasən göstərilmişdir. Eyni zamanda, 229-cu (Nəqliyyat xərcləri) sətrində göstərilmiş 56600,00 manat məbləğində xərcin 8864,00 manat olan hissəsinin dəyərinin elektron qaimə-faktura əldə edilməklə hesablaşma hesabından ödənildiyi, 47736,00 manat məbləğində olan hissəsinin isə elektron qaimə-faktura və dəyərinin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədən çəkildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15,0 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alınan xərc elementi olduğundan “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində nəqliyyat xərcləri müstəqil xərc elementi kimi nəzərə alınmamalı, satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilməlidir. Nəticə etibarı ilə kameral vergi yoxlaması nəticəsində 9596.64 manat əlavə vergi hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, o cümlədən işdə olan "xxxx" kiçik müəssisəsinin nizamnaməsinə dəyişiklik edilməsi barədə sənəddən, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli **********224900 nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, "xxxx" kiçik müəssisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərinin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən 14 may 1999-cu ul tarixdə dövlət qeydiyyatına, 6 saylı Ərazi Vergilər Baş İdarəsində ********** qeydiyyat nömrəsi ilə vergi uçotuna alınmış, dövlət qeydiyyatı xx.xx.2020-ci il tarixli **********224900 nömrəli çıxarışla rəsmiləşdirilmiş, qanuni təmsilçisi X6r. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 11/447 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, "xxxx" kiçik müəssisəsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 11/447 saylı alqısatqı müqaviləsinin 2.1 və 2.4-cü bəndlərindən və həmin müqaviləyə əlavə edilmiş təsnifatdan görünür ki, cavabdeh ******* manat dəyərində 1300 ton Aİ-92 markalı avtobenzini və 245600 manat dəyərində 400 ton dizel yanacağını iddiaçıya satmaq, iddiaçı isə ümumi məbləği ******* manat təşkil edən neft məhsullarının dəyərini əvvəlcədən köçürmə yolu ilə cavabdehə ödəmək barədə qarşılıqlı öhdəliklər götürülmüşdür. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən «alıcı», yəni "xxxx" KM müəyyən olunmuş miqdarda neft məhsullarını «satıcı»nın, yəni "xxxx" QSC-nin Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İş materiallarında olan «Avtomobil nəqliyyatı vasitəsi ilə yanacaq daşınması üzrə» xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli, 02 nömrəli müqavilədən görünür ki, "xxxx" kiçik müəssisəsi ilə sürücü-fiziki şəxs X11 (VÖEN **********) arasında daşıma müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə daşıyıcı X11 "xxxx" kiçik müəssisəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alacağı yanacaq məhsullarını müəssisənin yanacaqdoldurma məntəqəsinə vaxtında, təhlükəsiz çatdırılması və təhvil verilməsi, "xxxx" kiçik müəssisəsi isə daşıyıcının təqdim etdiyi elektron qaimə-fakturaya əsasən görülmüş işlərin dəyərini onun hesabına ödəməyi barədə qarşılıqlı öhdəliklər götürmüşlər. İddia ərizəsindən, habelə iş materiallarında olan 2019-cu ilin yanvar-dekabr aylarını əhatə edən aktlardan və ödəniş tapşırıqlarından müəyyən olunur ki, hər ay daşınan yanacağa görə sürücü tərəfindən Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən (görülən işlərə və göstərilən xidmətlərə görə e-qaimələr təqdim edilir) alınmış malların sənədləri - Elektron qaimə və Elektron vergi hesab fakturası AVİS bazasında öz əksini tapmış və 56601 manat məbləğində daşınma xərcindən 8864 manatı iddiaçı tərəfindən sürücünün bankdakı hesablaşma hesabına köçürülmüş, qalan 47737 manat pul vəsaiti nağd qaydada ona ödənilmişdir. İş materiallarından, habelə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, "xxxx" kiçik müəssisəsi tərəfindən X8 ödənilmiş 56601 manat məbləğində daşınma xərci Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən və Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə istinadən müəssisənin ümumi gəlirindən çıxılmış və vergi orqanına təqdim olunmuş "xxxx" Bəyannaməsidə mənfəət vergisinin məbləği 513,23 manat göstərilmişdir. İş materiallarında olan cavabdeh vergi orqanının iddiaçıya ünvanladığı «kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 13 mart 2020-ci il tarixli **********122500 nömrəli məktubunun təsdiq olunmuş surətindən görünür ki, vergi ödəyicisi tərəfindən 13 mart 2020-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı, uçot-baza məlumatlarina əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində idxal edilmiş malların dəyərinin bəyannamədə 24777,41 manat az göstərildiyi, mənfəət vergisi üzrə sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edildiyi bildirilmiş, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün dəqiqləşdirilmiş bəyannamə və zəruri sənədlərlə əsaslandırılmış izahat məktubunun 5 (beş) gün ərzində təqdim olunması tələb olunmuş, əks təqdirdə, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi orqanının müəssisənin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ olduğu qeyd edilmişdir. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda kameral vergi yoxlaması ilə əlaqədar “Mənfəət vegisi”nə görə əlavə hesablanmış 9825,55 manat vəsaitin müəssisənin şəxsi hesab vərəqəsindən azalma verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli digər məktubunda kameral vergi yoxlaması ilə əlaqədar 2019-cu il “Mənfəət vegisi”nə görə cavabdeh təşkilatın xx.xx.2020-ci il tarixli **********193600 nömrəli Qərarı ilə müəssisəyə 10333,59 manat əlavə verginin hesablanmasına etiraz bildirilmiş, hüquqi əsası olmayan həmin Qərarın ləğv edilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin mübahisələndirilən 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarından və iddiaya etirazından görünür ki, vergi orqanının 13 mart 2020-ci il tarixli, **********122500 nömrəli məktubuna vergi ödəyicisi tərəfindən münasibət bildirilmədiyindən aparılmış kameral yoxlama nəticəsində "xxxx" kiçik müəssisəsi tərəfindən sürücü X8 ödənilmiş 56601 manat məbləğində daşınma xərcinin ümumi gəlirindən çıxılması vergidən yayınma halı kimi qiymətləndirilmiş və həmin məbləğə 10109,87 manat mənfəət vergisi hesablanmış, müəssisənin vergi orqanına 2019cu il üçün təqdim etdiyi Bəyannaməyə əsasən ödənilmiş 513,23 manat mənfəət vergisi həmin məbləğdən çıxılaraq 9596,64 manat ödənilməyən mənfəət vergisi müəyyən olunmuş və həmin məbləğin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 iyul 2020-ci il tarixli **********280400 nömrəli Qərarından görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarından "xxxx" kiçik müəssisəsi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, iddianın predmeti olan vergi orqanının 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli Qərarının mübahisələndirilməsinin əsasını "xxxx" kiçik müəssisəsi tərəfindən sürücü X8 ödənilmiş 56601 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması, vergi orqanının isə həmin məbləğin müəssisənin ümumi gəlirinə daxil edərək bununla əlaqədar 9596.64 manat ödənilməyən mənfəət vergisi hesablaması təşkil edir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tələbinin maddi hüquqi əsası kimi "xxxx" kiçik müəssisəsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli, № 11/447 saylı müqavilənin 3.1-ci bəndinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci və 109cu maddələrinə, cavabdeh təşkilat isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə istinad etmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(120)-121/2021 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" kiçik müəssisəsi üzrə qəbul edilmiş 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərara əsasən müəyyən edilmiş vergilər düzgün hesablanmışdırmı?” sualı qoyulmuşdur. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli 9/1208 nömrəli ekspert rəyində bildirilmişdir ki, (mübahisələndirilən) 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarda və etirazda (vergi orqanının iddiaya qarşı etirazında) göstərilənlər, iş materiallarında olan digər sənədlər nəzərə alındığı təqdirdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləği 9596,64 manat məbləğində müəyyən olunur. İddiaçının vəsatətinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(120)-121/2021 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş sənədlər nəzərə alınmaqla “cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" kiçik müəssisəsi üzrə qəbul edilmiş 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərara əsasən müəyyən edilmiş vergilər düzgün hesablanmışdırmı?” sualı qoyulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9/8759 nömrəli ekspert rəyində bildirilmişdir ki, müəssisənin fəaliyyəti ilə bağlı sənədlər (alış və satışa dair VHF, qaiməfaktura, mədaxil-məxaric orderləri və s), gəlirin əldə olunması ilə bağlı digər xərc sənədləri (əmək haqqı xərci, sosial ayırmalar, enerji xərci və s) tam şəkildə mövcud deyildir. Bu səbəbdən də hazırki ekspertiza zamanı dövlət büdcəsinə ödənilməli olan vergilərin dəqiq məbləğini müəyyən etmək mümkün olmadı. 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarda və etirazda göstərilənlər, iş materiallarında olan digər sənədlər nəzərə alındığı təqdirdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləği 9596,64 manat məbləğində müəyyən olunur. Beləliklə, 23 iyun 2021-ci il tarixli 9/1208 nömrəli və xx.xx.2022-ci il tarixli 9/8759 nömrəli ekspert rəylərindən göründüyü kimi, "xxxx" kiçik müəssisəsinin fəaliyyəti ilə bağlı sənədlər (alış və satışa dair VHF, qaimə-faktura, mədaxil-məxaric orderləri və s), gəlirin əldə olunması ilə bağlı digər xərc sənədləri (əmək haqqı xərci, sosial ayırmalar, enerji xərci və s) tam şəkildə mövcud olmadığından ekspertiza zamanı dövlət büdcəsinə ödənilməli olan vergilərin dəqiq məbləğini müəyyən etmək mümkün olmamışdır. Ekspert müəssisənin vergi borcunun 9596,64 manat məbləğində müəyyən olunması nəticəsinə isə əsasən mübahisələndirilən 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarda və vergi orqanının iddiaya qarşı etirazında göstərilənlərə istinad edərək gəlmişdir. Bu səbəbdən məhkəmə 23 iyun 2021-ci il tarixli 9/1208 nömrəli və xx.xx.2022-ci il tarixli 9/8759 nömrəli ekspert rəylərinin iş üzrə mötəbər sübut kimi qəbul olunmasını mümkün hesab etmir. Vergi orqanının iddiaya qarşı etirazında istinad edilən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsulları üzrə təchizat tarifləri daxil edilmişdir. Qeyd olunan Qərarın 2.4-cü bəndinə əsasən neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Həmin Qərarın 2.5-ci bəndinə görə topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş «ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri»nin təsnifatından görünür ki, "xxxx" kiçik müəssisəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən müqavilə əsasında aldığı Aİ-92 markalı avtobenzin və dizel yanacağı tarifləri müəyyənləşdirilmiş neft məhsullarıdır. Vergi orqanı iddiaya qarşı etirazında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərclərinin nəzərə alındığını və bu təchizat xərclərinin satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərləri də ehtiva etdiyini, buna əsasən "xxxx" kiçik müəssisəsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin (neft məhsullarının daşınması ilə bağlı nəqliyyat vasitəsinin və ödəniləcək vəsaitin alıcının öhdəsinə qoyulmasının) qanunvericiliyin tələblərinə uyğun olmadığını, bu səbəbdən də müəssisə tərəfindən 2019-cu ildə yanacaq daşınması üçün çəkilən 56601 manat xərcin ümumi gəlirdən çıxıla bilmədiyini qeyd etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli XO-xx-xx-0566-2020 nömrəli məktubunda neft məhsullarının hüquqi və fiziki şəxslərə məxsus yanacaqdoldurma məntəqərinə qədər daşınması üçün Cəmiyyətin hər hansı maddi-texniki bazasının mövcud olmadığı bildirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndindən, Vergi orqanının iddiaya qarşı etirazından və Dövlət Vergi Xidmətinin 13 iyul 2020-ci il tarixli **********280400 nömrəli Qərarından belə müəyyən olunur ki, neft məhsulunun topdansatış qiymətinə daxil edilmiş təchizat xərcləri (o cümlədən alınan neft məhsullarının pərakəndə satış yerinə daşınma xərcləri), aldığı neft məhsullarının dəyəri tərəflər arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli, 11/447 nömrəli müqavilənin 2.4-cü bəndinə uyğun olaraq əvvəlcədən "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilmişdir. Belə olan halda, "xxxx" kiçik müəssisəsi tərəfindən neft məhsullarının pərakəndə satış yerinə çatdırılması ilə bağlı ödənilmiş daşınma xərci, qanunvericiliyin tələbinə əsasən həmin daşınmanı həyata keçirməli olan, lakin bunu etməyən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ümumi gəlirinə daxil olan mənfəətidir və təbii ki, həmin mənfəət vergitutma obyekti hesab olunur. "xxxx" QSC-dən aldığı neft məhsullarının pərakəndə satış yerinə çatdırılması ilə bağlı "xxxx" kiçik müəssisəsi tərəfindən ödənilmiş 56601 manat daşınma xərci isə müəssisənin mənfəəti yox, gəlir əldə etmək üçün çəkilən xərcdir və həmin məbləğin aldığı neft məhsullarının pərakəndə satış qiymətinə daxil edilməsi və sonradan vergitutma obyekti olan ümumi gəlirdən çıxılması Vergi Məcəlləsinin 108.1-ci maddəsinə tam uyğun olmaqla vergitutma obyekti kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Qeyd olunanlara hüquqi qiymət verərək məhkəmə cavabdeh tərəfindən "xxxx" kiçik müəssisəsinə "xxxx" üzrə 9596,64 manat əlavə verginin hesablanmasının hüquqi əsasını təşkil edən 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli Qərarında gəldiyi nəticənin mötəbər sübutlara əsaslanmış hesab olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr”ini əhatə edən X fəslininin “Gəlirin əldə edilməsi ilə bağlı xərclər” haqqında 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109-cu maddəsində “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsi verilmişdir. "xxxx" kiçik müəssisəsi tərəfindən aldığı neft məhsullarının daşınması üçün sürücü X8 ödənilmiş 56601 manat məbləğində daşınma xərci Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsinə daxil olmadığından, məhkəmə hesab edir ki, həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən 56601 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılmasında iddiaçı tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərar ləğv edilmiş, «Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri» təsdiq edilmişdir. Yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı xərclər daxil edilmişdir. Buna əsasən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat xərclərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Göründüyü kimi, Tarif Şurası da 26 iyul 2022-ci il tarixdən qüvvədə olan 4 nömrəli Qərarında neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalı olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 56601 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirinə daxil edilməsi və həmin məbləğə 10109,87 manat mənfəət vergisinin hesablanması barədə vergi orqanı tərəfindən qəbul edilmiş 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli Qərarla kameral qaydada əlavə hesablanmış 9596,64 manat məbləğində mənfəət vergisinin ləğv edilməsini tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli Qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Məhkəmə belə bəticəyə gəlir ki, vergi orqanının 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli Qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 iyun 2020-ci il tarixli, **********634100 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar