Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-200/2024 27.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2000-ci ildə aldığı əmək haqqını 2014-cü ildə, 2018-ci ildə və 2019-cu ildə hesablanmış pensiyaları bərpa etməklə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-1653/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia tələbi dəqiləşdirilərək “2000-ci ildə aldığı əmək haqqını 2014-cü ildə, 2018-ci ildə və 2019-cu ildə hesablanmış pensiyaları bərpa etməklə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmağa davam etdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2-1(120)-510/2023 nömrəli qərardadı ilə, İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. X3 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasinın aparılmasından imtina edilməsi barədə olan məlumat məktubunda göstərilmişdir ki, 2-1(120)- 200/2024 №-li iş üzrə tərəfinizdən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır:İlkin olaraq mülki iş xx.xx.2023-cü il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuşdur. Ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə aşağıda göstərilən əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi xahiş edilmişdir:Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti üzrə mütəxəssisinin tədqiqata cəlb olunması və aşağıda göstərilən əlavə tədqiqat obyektlərinin, iş üzrə materialların təqdim edilməsi : İddiaçı əmək pensiyasınni hesablanmasına dair əmək haqqı barədə məlumat və pensiya hesablanmasına dair əlavələr haqqıda məlumat (tam açıqlanması ilə).İddiaçı tələb olunan müddət ərzində yığılmış pensiya kapitalı və sığorta kapitalı barədə məlumat, (tam açıqlanması ilə).Vəsatətin təmin olunmaması səbəbindən mülki iş materialları 15.01 2024-cü il tarixdə icrasız geri qaytarılmışdır.Vəsatətin təmin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli məktubu xx.xx.2024-cü il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuşdur. Məktubda ekspertiza tədqiqatında Mərkəzi Filialın nümayəndəsi iştirak edəcəyi bildirilmişdir.xx.xx.2024-cü il tarixdə DSMF-nin XŞTMF-nin aparıcı mütəxəssisi X2 iş üzrə ekspertiza tədqiqatında iştirak etmək üçün Məhkəmə Ekspertizası Mərkəzinə dəvət olunmuş və tədqiqatda iştirak etmişdir.(xx.xx.2024-cü il tarixli protokol)Tərtib olunmuş protokolda nəticə olaraq DSMF-nin XŞTMF-nin aparıcı mütəxəssisi X2 tərəfindən mütəxəssis rəyi, yəni məlumatın hazırlanaraq təqdim ediləcəyi qeyd edilmişdir.Lakin, ekspertiza tədqiqatının keçirildiyi tarixdən bir aydan artıq keçməsinə baxmayaraq mütəxəssis rəyi, yəni məlumat təqdim olunmamışdır.Göstərilənləri nəzərə alaraq. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2.3-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İşdə olan **********1022024 nömrəli ölüm haqqında akt qeydində göstərilmişdir ki, İddiaçı 16 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2024-ci il tarixdə ölmüşdür və barəsində Cəlilabad Rayon Qeydiyyat Şöbəsi tərəfindən **********1022024 saylı ölüm akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən ibarətdir. İddiaçı xx.xx.2024-cü il tarixdə öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti, yəni iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanunvericiliyin tələbi baxımından hüquq varisliyinə yol vermədiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 55 və 80-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2000-ci ildə aldığı əmək haqqını 2014-cü ildə, 2018-ci ildə və 2019-cu ildə hesablanmış pensiyaları bərpa etməklə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-200/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-200/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver