Məhkəmə qərarları › İş №2-1(120)-2004/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2004/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2004/2025 01.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, xx.xx.1986-xx.xx.2004-cü il tarixə kimi Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” Zavodunda (hal-hazırda "xxxx" X13 QSC "xxxx" X10 MMC “Telemexanika” Zavodu) “Mexaniki yığma sexi”-də “yığıcı” peşəsində işləmiş, işlədiyi vəzifələr ağır və zərərli iş olduğundan, 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 15 ildən çox (17 il 04 ay 22 gün) və 7 il 06 aydan çox (09 il 09 ay 20 gün) güzəştli iş stajı olduğuna görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısına əsasən xx.xx.2010-cu il tarixdən, 47 yaşından hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürəti, əmək kitabçasının əsli, əmək kitabçasının təsdiq edilmiş sürəti, güzəştli arayışı, T-2 arayışının təsdiq edilmiş sürəti və arxiv arayışı əlavə edərək ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunuun 13-cü maddəsinin “a” bəndinə əsasən 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-246595/2024 №-li məktubla cavab verərək təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi X14 X2 saxlanılan sənədlərinə əsasən 1994-2004-cü illər üzrə yalnız 1995-ci ilin iyul və sentyabr ayları üzrə əmək haqqı ödənildiyi, 1996-cı il üzrə əmək haqqı hesablanmadığı, 1994 və 1997-2000-ci illər üzrə əmək haqqı cədvəllərində adınıza rast gəlinmədiyi, 2000-ci ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəllərinin isə sözügedən arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Bu fakt X14 Filalının 03 oktyabr 2024-cü il tarixli aktı ilə təsdiq edilmişdir. Buna görə də yuxarıda qeyd edilən dövrləri onun iş stajına daxil etmək mümkün deyildir. Göstərilən səbəbdən də ümumi iş stajı 25 ildən az (8 il 6 ay 1 gün (xx.xx.1986-xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə 12 il 06 aydan az (11 ay 28 gün (xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrləri)) təşkil edir. Lakin güzəştli iş stajı yoxdur. Həmçinin qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi Hacıqabul 2 №-li Mənzil İstismar Sahəsi ona dair xx.xx.2022-ci il tarixli, 79 №-li arayışında xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə kanalizasiya sahəsinin təmiri üzrə çlingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi işlədiyi Hacıqabul rayon 2 №-li Mənzil İstismar Sahəsinin fəaliyyət sahəsi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri sahəsinə aid deyil. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatı ona imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq ona Qanunun 9.1-ci və 9.8-ci maddələrinin tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 17 il 04 ay 22 gün və 09 il 09 ay 20 gün güzəştli iş stajını qazanmış, ona görə də xx.xx.2006-cı il tarixədək qüvvə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısın da qeyd edilmiş İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu ilə qeyd edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən tələb edilən 15 il ümumi və 7 il 06 ay güzəştli stajı tələb olunan xx.xx.1997-ci il tarixədəkyığmadığıma görə həmin tarixdən xx.xx.2000-ci il tarixədək 06 ay artırılmaqla, lakin həmin tarixədək tələb olunan stajları yığmadığına görə də xx.xx.2006-cı il tarixədək yığdığı üçün 47 yaşından güzəştli pensiya hüququ verir. xx.xx.2006-cı il tarixadək olan ümumi iş stajına gəldikdə isə cavabdeh imtina məktubunda 25 ildən az (8 il 6 ay 1 gün (xx.xx.1986-xx.xx.1994cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini qeyd edir. Cavabdeh onun xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi iş stajının 20 il tələb edildiyini bilməli idi. Lakin xx.xx.1986-xx.xx.2004-cü il tarixə kimi “Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” Zavodunda (hal-hazırda "xxxx" X13 QSC "xxxx" X10 MMC “Telemexanika” Zavodu) “Mexaniki yığma sexi”-də “yığıcı” peşəsində işlədiyi illərin yalnız xx.xx.1986-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlərini götürməkdə, X14 Filialında saxlanılan Telemexanika Zavodunun 1995-ci illərin iyul və sentyabr ayları üzrə əmək haqqının olduğunu, lakin 1996-cı il tarixdə əmək haqqı hesablanmadığını, 1994 və 1997-2000-ci illər cədvəllərində adına rast gəlinmədiyini və 2000-ci il tarixdən sonrakı dövrlərin isə ümumiyyətlə arxivə təhvil verilmədiyini əsas gətirməklə, xx.xx.1986-xx.xx.2004-cü il tarixə kimi “Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” Zavodunda (hal-hazırda "xxxx" X13 QSC "xxxx" X10 MMC “Telemexanika” Zavodu) “Mexaniki yığma sexi”-də “yığıcı” peşəsində işlədiyi digər illəri əmək stajı kimi götürməməsidir. Halbuki, həmin illər üzrə əmək haqqıların işlədiyim zavod tərəfindən arxivə təhvil verilməməsi və yaxud müəyyən illərdə adının olmaması, cavabdehə əsas vermir ki, məhz əmək haqqının arxivdə olmaması baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etsin. Hüququnun yarandığı tarixdə qüvvədə olmuş əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarında məhz pensiya təyin edilərkən yalnız əmək haqqı əsas götürülməklə təyin edilməsi şərti əsasında təyin edilməsi üçün norma qeyd edilməmişdir. Halbuki, cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqıya əsasən təyin edilməsi barədə müraciət etməmişdir. Belə olan halda cavabdeh hansı əsaslarla onun ümumi iş stajını 8 il 6 ay 1 gün götürür. Onun isə xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 15 ildən çox (17 il 04 ay 22 gün) təşkil edir. Onun güzəştli iş stajının isə olmasını yalnız cavabdeh imtina məktubunda ümumi iş stajının təsdiqi olan əmək haqqıların 1995-ci ilin müvafiq ayları üzrə olduğunu, 1996-cı il tarixdə əmək haqqının hesablanmadığını və 1994 və 1997-2000-ci illər üzrə əmək haqqı cədvəllərində adının rast gəlinmədiyini əsas götürməklə həmin illəri də güzəştli iş stajı kimi qəbul etməyərək, yalnız (xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrləri götürərək hesab etmişlər ki, onun güzəştli iş stajının 12 il 06 aydan az (11 ay 28 gün (xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrləri təşkil etdiyini bildirmişdirlər. Lakin xx.xx.1986-xx.xx.1994-cü illəri güzəştli hesab etməməsi isə, onun xx.xx.1994-cü il tarixdən işlədiyi “Telemexanika Zavodu”-nun Müdafiə Sənayesi sahəsi olaraq istehsal sahəsinin partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kreteriyalara görə müəyyən edildiyindən, həmin tarixdən sonra olan illəri güzəştli iş stajı kimi sahə olaraq götürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı inzibati orqanın imtina məktubu ilə razılaşmayaraq Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətinə əsasən o xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçı "xxxx" X10 MMC-nin “Telemexanika” zavodunun 22 avqust 2024-cu il tarixli 100/02-452 nömrəli arayışına istinadən xx.xx.1994-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə yığıcı vəzifəsində işlədiyini iddia edir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixınədək Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №- li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların, həmin maddənin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" X10 MMC-nin “Telemexanika” zavodunun 22 avqust 2024-cü il tarixli 100/02-452 nömrəli arayışında xx.xx.1994-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə yığıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur, iddiaçının adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq göndərilən 4 oktyabr 2024-cü il tarixli məktubda X6 filialında saxlanılan sənədlərə əsasən iddiaçıya 1994- 2004-cü illər üzrə yalnız 1995-ci ilin iyul və sentyabr ayları əmək haqqı ödənildiyi, 1996-cı il üzrə əmək haqqı hesablanmadığı, 1994-cü il və 1997-2000-ci illər üzrə əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi, 2000-ci ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəllərinin isə sözügedən arxivə təhvil verilmədiyi qeyd edilib. Bu fakt X14 Filialının 3 oktyabr 2024-cü il tarixli Aktı ilə təsdiq edilib. Buna görə də yuxarıda qeyd edilən dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də iddiaçının ümumi iş stajı 15 ildən az (8 il 6 ay 1 gün (xx.xx.1986-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə 7 il 6 aydan az (11 ay 28 gün (xx.xx.1994- xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8566,56 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya Qanunun 9.1-ci və 9.8-ci maddələrinin tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçının ümumi və güzəştli iş stajının qanunvericiliyin tələblərinə uyğun olaraq kifayət etməməsi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “iddiaçının 47 yaşı tamam olduğu xx.xx.2010- cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: - Tələb olunan 15 il ümumi iş stajının toplanmaması; - Tələb olunan 7 il 6 ay güzəştli iş stajının toplanmaması. Belə ki, iddiaçı xx xxxx 1963-cü il tarixdə doğulmuşdur. 28 iyun 2010-cu il tarixdə 47 yaşı tamam olmuşdur. İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, Sabirabad rayonu, Minbaşı kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 181696 nömrəli, xx.xx.2021-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan xx.xx.1998-ci il tarixli, 345278 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 ilə X12 xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. İşdə olan "xxxx" X13” QSC "xxxx" X10 MMC “Telemexanika” zavodunun xx.xx.2024-cü il tarixli, 100/02-452 nömrəli arayışından görünür ki, Bibiquliyeva (Qaraveva) Dinarə İzzət qızı həqiqətən xx.xx.1986-cı il tarixdə Əli Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunda (Hal-hazırda "xxxx" X13” QSC "xxxx" X10 MMC “Telemexanika” Zavodu) “Mexaniki yığma sexi”nə “yığıcı” peşəsinə işə qəbul edilmişdir (Əmr № 240). xx.xx.1988-ci il tarixdə həmin sexə 2-ci dərəcəli “yığıcı” peşəsinə keçirilmişdir (ƏMR № 96). xx.xx.1992-ci ii tarixdə “yığma sexi”nin “T-301 sanəsi nə 3-cü dərəcəli yığıcı peşəsinə keçirilmiş (Əmr № 179) və həmin tarixdən xx.xx.2004-cü il tarixə kimi həmin sexdə işini davam etdirməklə əmək fəaliyyətində olmuşdur. 22.01,2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir (Əmr № 05). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli-Bayramlı “Telemexanika” İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən İddiaçı xx.xx.1986-xx.xx.2004-cü illər arasındakı əmək fəaliyyəti dövrünün xx.xx.1994-xx.xx.2004-cü illər arasında topladığı iş stajı güzəştli əmək stajıdır. Belə ki, İddiaçı işlədiyi Əli-Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunun “Mexaniki yığma sexi”ndə və “yığma sexi”nin “T-301 sahəsi”ndə “yığıcı” peşəsi ağır əmək şəraiti olaraq “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin №1 siyahısı”nın İX bölməsinin - yəni ki, partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərdə göstərilmiş məhlullar olan hər nov döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri” (********) kodu ilə qeyd edilmiş tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prossesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan fəhlələr göstəricisi ilə eynilik təşkil etməklə onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 9 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda əlavə olaraq qeyd edilir ki, İddiaçı xx.xx.1994-xx.xx.2004-cü il tarixə kimi işlədiyi peşələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın İX bölməsi üzrə partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı, habelə 7-ci bəndinə əsasən müəyyən edilmiş partlayıcı maddələr, döyüş sursatı və s. istehsalı ilə məşğul olan bütün fəhlələr (peşə adından asılı olmayaraq), mütəxəssislər və rəhbərlər üçün güzəştli şərtlərlə pensiya hüququ yaratdığına görə, onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 9 il 9 ay 20 gün təşkil edir (Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi - “Fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir). Beləliklə, İddiaçı Əli- Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavoduna “Mexaniki yığma sexi”ndə və yığma sexi”nin “T-301 sahəsi”ndə xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işləməklə ümumi iş stajı 17 il 04 ay 22 gün və həmin əmək stajının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi zərərli və ağır iş stajı 9 il 9 ay 20 gün təşkil edir. İddiaçı işlədiyi peşələrin güzəştli pensiya hüququna malik olan xüsusiyyətləri - yüksək səviyyədə partlayış təhlükəli obyektdə əmək fəaliyyəti göstərməkdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsi 1 saylı X1 aparıcı mütəxəssisi X8, X14 filialının direktoru X5 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1994-xx.xx.2004-ci il illərə daxil olan əmək stajı yerində yoxlanılmış, müəyyən edilmişdir ki, Şirvan filialında mühafizə olunan Telemexanika zavodunun sənədlərinə baxış zamanı vətəndaş Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının 1994-1999-cu illərə aid iş stajı araşdırılmış və 1995-ci ildə iyul və sentyabr aylarında əmək haqqı hesablanmasına rast gəlinmiş, 1996-cı ildə əmək haqqı cədvəllərində bağlı yazılsada əmək haqqı hesablanmamışdır. Qalan illərdə vətəndaşın adına rast gəlinməmişdir. 2000-2004-cü illərə aid əmək haqqı sənədləri arxivə təhvil verilməmişdir. Sənədlərdə vətəndaşın soyadı Qarayeva kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-246595/2024 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" X10 MMC-nin “Telemexanika” zavodunun 22 avqust 2024-cü il tarixli 100/02-452 nömrəli arayışında xx.xx.1994-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə yığıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq göndərilən 4 oktyabr 2024-cü il tarixli məktubda X6 filialında saxlanılan sənədlərə əsasən 1994-2004-cü illər üzrə yalnız 1995-ci ilin iyul və sentyabr ayları əmək haqqı ödənildiyi, 1996-cı il üzrə əmək haqqı hesablanmadığı, 1994-cü il və 1997-2000-ci illər üzrə əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi, 2000-ci ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəllərinin isə sözügedən arxivə təhvil verilmədiyi qeyd edilib. Bu fakt X14 Filialının 3 oktyabr 2024-cü il tarixli Aktı ilə təsdiq edilib. Buna görə də yuxarıda qeyd edilən dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də ümumi iş stajı 25 ildən az (8 il 6 ay 1 gün (xx.xx.1986-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə 12 il 6 aydan az (11 ay 28 gün (xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8566,56 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Qanunun 9.1-ci və 9.8-ci maddələrinin tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan "xxxx" X13” QSC "xxxx" X10 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 100/02-605 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Əli Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunda (hal-hazırda "xxxx" X13” QSC "xxxx" X10 Telemexanika İdarəetmə şöbəsi) “Mexaniki yığma sexi”nə “yığıcı” peşəsinə işə qəbul edilmişdir (Əmr № 240). xx.xx.1988-ci il tarixdə həmin sexə İİ dərəcəli “yığıcı” peşəsinə keçirilmişdir (Əmr № 96). xx.xx.1992-ci il tarixdə “yığma sexi”nin “T- 301 sahəsi”nə İİİ dərəcəli “yığıcı” peşəsinə keçirilmiş (Əmr № 179) və həmin tarixdən xx.xx.2004-cü il tarixə kimi həmin sexdə işini davam etdirməklə əmək fəaliyyətində olmuşdur. xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir (Əmr № 05). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli- Bayramlı “Telemexanika” İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən İddiaçı xx.xx.1986-xx.xx.2004-cü illər arasındakı əmək fəaliyyəti dövrünün xx.xx.1994-xx.xx.2004-cü illər arasında topladığı iş stajı güzəştli əmək stajıdır. Belə ki, İddiaçı işlədiyi Əli-Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunun “Mexaniki yığma sexi”ndə və “yığma sexi”nin “T-301 sahəsi”ndə işlədiyi (xx.xx.1994cü ildən xx.xx.2004-cü ilədək) “yığıcı” peşəsi ağır və zərərli əmək şəraiti olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın 9-cu bölməsinin - (yəni ki, partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin) 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərdə göstərilmiş məhlullar olan hər nov döyüş sursatlarının, döyüş hissələrinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri” 10907000 kodu ilə qeyd edilmiş (tam iş günü ərzində partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prossesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan fəhlələr) göstəriciləri ilə eynilik təşkil etməklə onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 9 il 9 ay təşkil edir. Beləliklə, İddiaçı Əli-Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavoduna “Mexaniki yığma sexi”ndə və yığma sexi”nin “T-301 sahəsi”ndə xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işləməsi nəzərə alınaraq ümumi iş stajı 17 il 04 ay müəyyən edilir və ümumi əmək stajının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövr üzrə stajı isə zərərli və ağır iş stajı olmaqla 9 il 9 ay hesab edilir. İddiaçı işlədiyi peşələrin güzəştli pensiya hüququna malik olan xüsusiyyətləri yüksək səviyyədə partlayış təhlükəli obyektdə əmək fəaliyyəti göstərməkdir. İşdə olan "xxxx" X13” QSC "xxxx" X10 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1/3/02/102 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən də xx.xx.1986-cı il tarixdən (Əmr № 240) xx.xx.1988-ci il tarixə (Əmr № 96) kimi Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” zavodunda (hal-hazırda "xxxx" X13” QSC-nin "xxxx" X7 Telemexanika İdarəetmə şöbəsi) Mexaniki yığma sexində yığıcı peşəsində, həmin zavodda xx.xx.1988-ci il tarixdən (Əmr № 96) xx.xx.1992-ci il tarixə (Əmr № 179) kimi Mexaniki yığma sexində 2-ci dərəcəli yığıcı peşəsində, xx.xx.1992-ci il tarixdən (Əmr № 179) xx.xx.2004-cü il tarixə (Əmr № 05) kimi T-301 sahəsində 3-cü dərəcəli yığıcı peşəsində işləmiş və xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir (Əmr № 05). İddiaçı xx.xx.1986-xx.xx.2004-cü illər üzrə Mexaniki yığma sexində və T-301 sahəsində işlədiyi yığıcı peşəsi üzrə gördüyü işlər - Yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə, yəni hər növ döyüş sursatlarının, döyüş hissələrinin və pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmirini həyata keçirilməsindən ibarət olmuşdur. "xxxx" X13” QSC-nin "xxxx" EİM-nin Telemexanika İdarəetmə şöbəsində çalışan işçilər (rəhbərlər, mütəxəssislər və fəhlələr) yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə çalışdıqlarına görə onların əməkhaqqısına müxtəlif faizlər əsasında əlavələr və məzuniyyət günlərinə isə təqvimlər əlavə edilir. İddiaçı işlədiyi peşə zərərli və ağır iş stajı olduğundan aylıq əməkhaqqısına və məzuniyyət gününə isə təqvim günü əlavə edilir. Həmin peşə AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli-Bayramlı “Telemexanika” İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahısı”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən də hesab edirik ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir. İşdə olan "xxxx" X13” QSC "xxxx" X10 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1/3/02/129 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq işçi Bibiquliyeva (Qarayevə) Dinarə İzzət qızı baradə aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, müəssisədə işləyidi illər ərzində 1995-ci ildə 326 №-li əmrlə xx.xx.1995-xx.xx.1995ci il tarixədək (1993-1994-cü illər üzrə), 489 №-li əmrlə xx.xx.1995-xx.xx.1995-cü il tarixədək (1994-1995-ci illər üzrə) əmək məzuniyyətinə buraxılmışdır. 04.01,1999-cü il tarixli 03 №-li əmrə əsasən yığma sexinin yığıcısı Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızı 01.01,1999-cü il tarixdən xx.xx.1999-cu il tarixdək ödənişsiz məzuniyyətə buraxılmışdır. Uzun müddət heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən (rəhbərliyin təşəbbüsü) xx.xx.2004-cü il tarixli 05 №-li əmrlə işdən azad edilmişdir. Sabiq işçi Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının müəssisədə işləyidi ümumi əmək stajı 17 il 4 ay 24 gün təşkil edir. xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək müəssisənin arxivində sabiq işçi Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının əmək haqqı cədvəlləri aşkar edilməmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının 47 yaşı tamam olduğu 28 iyun 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260- İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə qadınlar – 47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür:

1. tələb olunan yas həddinə çatdıqda (47 yaş),

2. xx.xx.2006-ci il tarixədək azı 15 il sığorta stajı olduqda,

3. stajın 7 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən görünür ki, iddiaçının 47 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 7 il 6 ay, ümumi iş stajı minimum 15 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: xx.xx.1986-cı il tarixdə Əli Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunda (Hal-hazırda "xxxx" X13” QSC "xxxx" X10 MMC “Telemexanika” Zavodu) “Mexaniki yığma sexi”nə “yığıcı” peşəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə həmin sexə 2-ci dərəcəli “yığıcı” peşəsinə keçirilmiş, xx.xx.1992-ci ii tarixdə “yığma sexi”nin “T-301 sanəsi nə 3cü dərəcəli yığıcı peşəsinə keçirilmiş və həmin tarixdən xx.xx.2004-cü il tarixə kimi həmin sexdə işini davam etdirməklə əmək fəaliyyətində olmuşdur. xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İnzibati orqan iddiaçının işlədiyi 1994-2004-cü illər arasında olan dövrü mübahisələndirərək qeyd edir ki, 1994-2004-cü illər üzrə yalnız 1995-ci ilin iyul və sentyabr ayları üzrə əmək haqqı ödənilmiş, 1996-cı il üzrə əmək haqqı hesablanmış, 1994 və 1997- 2000-ci illər üzrə əmək haqqı cədvəllərində adınıza rast gəlinməmiş, 2000-ci ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəllərinin isə sözügedən arxivə təhvil verilmişdir. Qeyd edilən dövrlər bağlı qarşılıqlı yoxlama keçirilərək xx.xx.2024-cü il tarixli akt tərtib edilərək məhkəməyə təqdim edilmişdir ki, akta nəzər yetirilən zaman İddiaçı xx.xx.1994xx.xx.2004-ci il illərə daxil olan əmək stajı yerində yoxlanıldığı, Şirvan filialında mühafizə olunan Telemexanika zavodunun sənədlərinə baxış zamanı vətəndaş Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının 1994-1999-cu illərə aid iş stajı araşdırıldığı və 1995-ci ildə iyul və sentyabr aylarında əmək haqqı hesablanmasına rast gəlindiyi, 1996-cı ildə əmək haqqı cədvəllərində bağlı yazılsada əmək haqqı hesablanmadığı, qalan illərdə vətəndaşın adına rast gəlinmədiyi, 2000-2004-cü illərə aid əmək haqqı sənədləri arxivə təhvil verilmədiyi, sənədlərdə vətəndaşın soyadının Qarayeva kimi qeyd edildiyi müəyyən edilir. Göründüyü kimi, arxivdə olan araşdırma nəticəsində müəssisə tərəfindən sənədlərin arxivə natamam təhvil verildiyi müəyyən edilir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi “Telemexanika” zavodunun sorğu cavabları əsasında fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxivdə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, "xxxx" X13” QSC "xxxx" X10 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1/3/02/129 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq işçi Bibiquliyeva (Qarayevə) Dinarə İzzət qızı baradə aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, müəssisədə işləyidi illər ərzində 1995-ci ildə 326 №-li əmrlə xx.xx.1995-xx.xx.1995-ci il tarixədək (1993-1994-cü illər üzrə), 489 №-li əmrlə xx.xx.1995xx.xx.1995-cü il tarixədək (1994-1995-ci illər üzrə) əmək məzuniyyətinə buraxılmışdır. 04.01,1999-cü il tarixli 03 №-li əmrə əsasən yığma sexinin yığıcısı Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızı 01.01,1999-cü il tarixdən xx.xx.1999-cu il tarixdək ödənişsiz məzuniyyətə buraxılmışdır. Uzun müddət heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən (rəhbərliyin təşəbbüsü) xx.xx.2004-cü il tarixli 05 №-li əmrlə işdən azad edilmişdir. Sabiq işçi Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının müəssisədə işləyidi ümumi əmək stajı 17 il 4 ay 24 gün təşkil edir. xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək müəssisənin arxivində sabiq işçi Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, məhkəmə araşdırmasının gedişində göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin, iddiaçıya məxsus arxivdə olan sənədlərdə vətəndaşın soyadının Qarayeva kimi qeyd edilmişdir ki, həmin hissə ilə bağlı araşdırma nəticəsi olaraq iddiaçıya məxsus xx.xx.1963cü il tarixli, 74 nömrəli doğum akt qeydinə əsasən qızlıq soyadının “Qarayeva” olduğu, daha sonra xx.xx.1998-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən isə soyadına dəyişiklik edilərək “Bibiquliyeva” yazıldığı, son olaraq arxivdəki sənədlərin eyni şəxsə məxsusluğu müəyyən edilir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1994-ci il tarixindən xx.xx.2004-ci il tarixədək işlədiyi və inzibati orqan tərəfindən qəbul edilməyən iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1994-ci il tarixindən xx.xx.2004-ci il tarixədək işlədiyi və inzibati orqan tərəfindən qəbul edilməyən işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 47 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2010-cu il tarixə ümumi iş stajı 15 ildən çox təşkil edir. İmtinanın digər əsası iddiaçının 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajının 7 il 6 aydan az olması ilə bağlıdır. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Belə ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu uyğundur. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş 9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsində 9.7. Tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri peşələri uyğundur. "xxxx" X13” QSC "xxxx" X10 MMC “Telemexanika” zavodunun xx.xx.2024-cü il tarixli, 100/02-452 nömrəli və xx.xx.2024-cü il tarixli, 100/02-605 nömrəli arayışlarından görünür ki, Bibiquliyeva (Qaraveva) Dinarə İzzət qızı həqiqətən xx.xx.1986-cı il tarixdə Əli Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunda (Hal-hazırda "xxxx" X13” QSC "xxxx" X10 MMC “Telemexanika” Zavodu) “Mexaniki yığma sexi”nə “yığıcı” peşəsinə işə qəbul edilmişdir (Əmr № 240). xx.xx.1988-ci il tarixdə həmin sexə 2-ci dərəcəli “yığıcı” peşəsinə keçirilmişdir (ƏMR № 96). xx.xx.1992-ci ii tarixdə “yığma sexi”nin “T-301 sanəsi nə 3-cü dərəcəli yığıcı peşəsinə keçirilmiş (Əmr № 179) və həmin tarixdən xx.xx.2004-cü il tarixə kimi həmin sexdə işini davam etdirməklə əmək fəaliyyətində olmuşdur. 22.01,2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir (Əmr № 05). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli-Bayramlı “Telemexanika” İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən İddiaçı xx.xx.1986-xx.xx.2004-cü illər arasındakı əmək fəaliyyəti dövrünün xx.xx.1994-xx.xx.2004-cü illər arasında topladığı iş stajı güzəştli əmək stajıdır. Belə ki, İddiaçı işlədiyi Əli-Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunun “Mexaniki yığma sexi”ndə və “yığma sexi”nin “T-301 sahəsi”ndə “yığıcı” peşəsi ağır əmək şəraiti olaraq “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin №1 siyahısı”nın İX bölməsinin yəni ki, partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərdə göstərilmiş məhlullar olan hər nov döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri” (********) kodu ilə qeyd edilmiş tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prossesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan fəhlələr göstəricisi ilə eynilik təşkil etməklə onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 9 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda əlavə olaraq qeyd edilir ki, İddiaçı xx.xx.1994-xx.xx.2004-cü il tarixə kimi işlədiyi peşələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın İX bölməsi üzrə partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı, habelə 7-ci bəndinə əsasən müəyyən edilmiş partlayıcı maddələr, döyüş sursatı və s. istehsalı ilə məşğul olan bütün fəhlələr (peşə adından asılı olmayaraq), mütəxəssislər və rəhbərlər üçün güzəştli şərtlərlə pensiya hüququ yaratdığına görə, onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 9 il 9 ay 20 gün təşkil edir (Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi - “Fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir). Beləliklə, İddiaçı Əli-Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavoduna “Mexaniki yığma sexi”ndə və yığma sexi”nin “T-301 sahəsi”ndə xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işləməklə ümumi iş stajı 17 il 04 ay 22 gün və həmin əmək stajının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi zərərli və ağır iş stajı 9 il 9 ay 20 gün təşkil edir. İddiaçı işlədiyi peşələrin güzəştli pensiya hüququna malik olan xüsusiyyətləri - yüksək səviyyədə partlayış təhlükəli obyektdə əmək fəaliyyəti göstərməkdir. "xxxx" X13” QSC "xxxx" X10 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1/3/02/102 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən də xx.xx.1986-cı il tarixdən (Əmr № 240) xx.xx.1988-ci il tarixə (Əmr № 96) kimi Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” zavodunda (hal-hazırda "xxxx" X13” QSC-nin "xxxx" X7 Telemexanika İdarəetmə şöbəsi) Mexaniki yığma sexində yığıcı peşəsində, həmin zavodda xx.xx.1988-ci il tarixdən (Əmr № 96) xx.xx.1992-ci il tarixə (Əmr № 179) kimi Mexaniki yığma sexində 2-ci dərəcəli yığıcı peşəsində, xx.xx.1992-ci il tarixdən (Əmr № 179) xx.xx.2004-cü il tarixə (Əmr № 05) kimi T-301 sahəsində 3-cü dərəcəli yığıcı peşəsində işləmiş və xx.xx.2004cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir (Əmr № 05). İddiaçı xx.xx.1986-xx.xx.2004-cü illər üzrə Mexaniki yığma sexində və T-301 sahəsində işlədiyi yığıcı peşəsi üzrə gördüyü işlər - Yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə, yəni hər növ döyüş sursatlarının, döyüş hissələrinin və pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmirini həyata keçirilməsindən ibarət olmuşdur. "xxxx" X13” QSC-nin "xxxx" EİMnin Telemexanika İdarəetmə şöbəsində çalışan işçilər (rəhbərlər, mütəxəssislər və fəhlələr) yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə çalışdıqlarına görə onların əməkhaqqısına müxtəlif faizlər əsasında əlavələr və məzuniyyət günlərinə isə təqvimlər əlavə edilir. İddiaçı işlədiyi peşə zərərli və ağır iş stajı olduğundan aylıq əməkhaqqısına və məzuniyyət gününə isə təqvim günü əlavə edilir. Həmin peşə AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli-Bayramlı “Telemexanika” İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahısı”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən də hesab edirik ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya uyğun olmaqla güzəşli iş stajının 07 il 06 aydan çox, yəni 09 il 09 ay 20 gün təşkil etdiyi müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya 47 yaşdan, yəni xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X19 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 30 avqust 2024-cü il tarixində müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də ilkin müraciətinin iş materiallarına əsasən 30 avqust 2024-cü il tarixində edildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində, yəni 30 Avqust 2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən 30 avqust 2024-cü il tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar