Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2009/2025 07.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 qərarının ləğv olunması və həmin tarixdən ona Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə 2 saylı X4 üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi (məhkəməpsixiatriya) ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1968-ci ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. Qarabağ ətrafında yaranmış erməni münaqişəsi ilə əlaqədar könüllü müdafiə dəstəsinin tərkibində Füzuli rayonunun Divanalılar, Qacar kəndlərinin, eləcə də digər kəndlərin müdafiəsində iştirak etmişdir. Könüllü dəstələr ləğv olunduqdan sonra Füzuli rayon Hərbi Komissarlığı tərəfindən 01 mart 1992-ci ildə rəsmi qaydada hərbi xidmətə çağırılmış və 07 fevral 1996-cı ilədək N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat xidmətində qulluq etməklə çoxsaylı döyüş əməliyyatlarında iştirak etmişdir. 07 noyabr 1992-ci ildə döyüş tapşırığını yerinə yetirərkən tank əleyhinə minaya düşərək sağ topuq və sağ baldırından qəlpə yaraları almışdır. 1994cü ilin yanvar ayında döyüş əməliyyatları zamanı təkrarən tank əleyhinə minaya düşərək sol dirsək çuxurundan odlu qəlpə yarası almışdır. Hər iki halda kontuziya almışdır. Füzuli rayonu ərazisindəki hərbi hospitalda müalicələr almışdır. Diaqnozları: Qapalı kəllə-beyin travması (1992; 1994), ayrı-ayrı dağınıq üzvi nevroloji nişanələr və astenizasiya təzahürləri ilə müşayət olunan qalıq əlamətləri, odlu silah yaralanması nəticəsində sağ baldırın aşağı 1/3-nin ön səthinin, sağ bayır topuq nahiyyəsinin, sağ əlin 2-ci barmağının və sol dirsək çuxurunun bərkimiş dəri çapıqları, funksiyasının pozulması ilə. Hərbi Həkim Komissiyasının qərarına əsasən «Hərbi Travma, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» səbəbli əlaqə ilə. Hərbi xidməti, hərbi vəzifələri və hərbi xidmət zamanı aldığı xəsarətlərlə əlaqədar səhhətində yaranmış ağırlaşmalar faktları Füzuli rayon Məhkəməsinin 28 dekabr 2006-cı il tarixli, 2-176/2006 nömrəli və 21 avqust 2017-ci il tarixli, 2(064)-2012/2017 nömrəli qətnamələri, eləcə də 05 sentyabr 2017-ci il tarixli, 2(064)-2012/2017 nömrəli qərardadı ilə müəyyən edilmişdir. Aldığı xəsarətlərlə əlaqədar 2017-ci ildə ona 3-cü dərəcə əlillik təyin edilmişdir və o, həmin vaxtdan hərbi pensiya almışdır. Lakin 02 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən pensiya ödənişi dayandırılmışdır. Sonuncu dəfə aldığı pensiya 412,73 manat olmuşdur. Onu da bildirmək istəyir ki, o, X18 müharibəsi başlanan zaman da döyüşlərə könüllü kimi dəvət olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində çoxsaylı döyüş əməliyyatlarında iştirak etmişdir. O, 29 oktyabr 2020ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan minamyot mərmisinin yaxınlığında partlaması nəticəsində «Barotravma, Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, 14 oktyabr 2020-ci il tarixdə isə döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində sol baldırın yuxarı 1/3-ni dəlib keçmiş odlu silah yaralanması (güllə yaralanması) almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 09 fevral 2022-ci il tarixli qərarına əsasən müayinə zamanı ona aşağıdakı diaqnoz qoyulmuşdur: «Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, retroqrad amneziya, depressiv sindrom odlu silah yaralanması (xx.xx.2020), sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasına görə aparılmış birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı, Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli kəskin nevrit, ikitərəfli davamlı neyrosonsor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 2 metr, sol qulaqda 3 metr məsafədən eşitməsi ilə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Odlu silah yaralanması (1992; 1994), sol baldırın aşağı 1/3nin ön səthinin, sağ bayır topuq nahiyyəsinin, sağ əlin 2-ci barmağının və sol dirsək çuxurunun bərkimiş dəri çapıqları, funksiyalarının pozulması ilə. Bu travmalar «Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır». Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxs «Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Ambulator xəstənin 750 nömrəli tibbi vərəqəsində göstərilmişdir ki, xəstə İddiaçı aşağıdakı diaqnozlar olmuşdur: «İ 67.4; G 56.1; G 57.0; MS 1-1; R 52.2. Hipertenziya eksefalopatiya, hər iki yuxarı ətrafda median və sol aşağı ətrafda Tibial və qismən Peraneal sin. Zədələnməsi, neyropatiyası. Hər iki hissi pozulma və koksik ağır sindromu. 44-45 fəq-si, disk yırtığı (4 mm). İ10 Essensial hiperteziya. Psixiatr baxıb. D-z 2-ci mənşəli təbii pozuntu, şəxsiyyət dəyişikliyi. Koqnitiv link etməsi. Depressiv əlamətlər F07.0; F 62.1; F 32.1; F 06.3. «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10439739 nömrəli Ambulator kitabçasından çıxarışda göstərilmişdir ki, xəstə İddiaçı xroniki xəstəlik aşkar olunmuşdur, sahə psixiatorunun nəzarəti məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatoriya xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 1343 nömrəli rəydə göstərilmişdir ki, xəstə İddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntusu ilə koqnitiv funksiyaların zədələnməsi ilə depressiv əlamətlə MMSE-24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2828 nömrəli rəydə göstərilmişdir ki, xəstə İddiaçı diaqnoz: «Üzvi (müharibə zamanı aldığı travma) mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən cəngolma tutmaları koqnitiv funksiyaların enməsi ilə deqressiv əlamətlə F 07.0. olmuşdur. Hazırda səhhətinin ağırlaşması ilə əlaqədar bahalı və aztapılan dərmanlardan istifadə edir. Əlilliyinin müddətinin uzadılması üçün Bakı, 2 nömrəli X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial ekspertiza münayinəsindən keçməyi üçün 26 mart 2024-cü il tarixli S00179317JCF nömrəli göndəriş verilmişdir. Hazırki sağlamlıq durumu ona pensiya təyin olunan vaxtdakı durumundan dəfələrlə ağır olduğuna görə əlillik qrupunun 3-cü qrupdan 2-ci qrupa keçiriləcəyinə ümid etdiyi halda, 3-cü əlillik qrupunun müddətinin uzadılmasından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial ekspertiza və reabilitasiya Agentliyi tərəfindən diaqnozunun əlillik dərəcəsinin təyin edilməməsi səbəbi ilə imtina edilmiş, bu barədə istifadəsində olan mobil telefona 04 sentyabr 2024-cü il tarixdə mesaj gəlmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial ekspertiza və reabilitasiya Agentliyinin qərarını əsassız hesab edir. Çünki sağlamlıq durumu ona pensiya təyin olunan vaxtdakı durumundan dəfələrlə ağırdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 Nömrəli X2 xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş-beynin üzvi xəstəliyi (İİ QM) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 9-12 dəfə). Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 9-12 dəfə). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir...” səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında cavabdehin və 3-cü şəxsin nümayəndəsi iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və mahiyyəti üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmçinin ötürülmüş prosessual müddət məhkəmə tərəfindən bərpa edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.
Faktiki hallar və sübutlar: İş materiallarında olan:
MV №026134 nömrəli, xx.xx.1999-cu il tarixli vəsiqənin surətindən görünür ki, Əhmədov X6 iştirakçısıdır. 039549 nömrəli, xx.xx.2014-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiəsi zamanı aldığı travma ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Füzuli rayon Məhkəməsinin 2-176/2006-cı il nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı Fidayət oğlunun vəziyyətinin ağırlaşması ermənilərlə aparılan döyüş əməliyyatlarında aldığı xəsarətlə əlaqədar olması faktı müəyyən edilmişdir. Füzuli rayon Məhkəməsinin 2(064)-2012/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi İddiaçı N saylı hərbi hissənin tərkibində 1992-1994-cü illərdə vzvod komandiri, 21 mart 1994-cü il tarixdən 07 fevral 1994-cü il tarixədək tabor komandirinin siyasi və sosial işlər üzrə komandir müavini vəzifəsində hərbi xidmətdə olması faktı müəyyən edilmişdir. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 3171 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi mənşəli (travma) şəxsiyyət pozuntusu, tez tez baş verən cəngolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F 07.0” diaqnozu qoyulmuşdur. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Azərbaycan X8 və Ortopediya İnstitutu PHŞ-nin xx.xx.2023-cü il tarixli tibbi arayışında iddiaçıya odlu silah yaralanması, sol baldırın dəlib keçən güllə yaralanması, qarın, sol baldırın, sol yuxarı ətrafın qəlpə yaralanmasından sonrakı vəziyyət, yad cisimləri (qəlpədən) sol baldırın geniş həcmli, həmçinin dartılı keloid çapıqları, sağalmayan yaralar, sol pəncənin sallanması, sol diz oynağının 100% bükücü, 170% açılıb, sol əlin 2 barmağının açıcı kontrakturası, yayılmış ostroxon, ostroperoz, sponiklyar L4-L5-S1 disklərin yırtığı, dayaq-hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuşdur. N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli, 445 nömrəli travma haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Barotravma. Sol baldırın yuxarı 1/3-nin dəlib keçmiş odlu silah yaralanması (güllə yaralanması)” ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur, xəsarət (yaralanma, travma, kontuziyal döyüş tapşırığını yerinə yetirərkən) almışdır. Füzuli Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X20 Dispanserinin xx.xx.2021-ci il tarixli, 1052 nömrəli tibbi rəyində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə X20 Dispanserində baş həkim X13 tərəfindən müayinə olunub. Diaqnoz: “Keçilmiş X1q əlamətləri, şəxsiyyətin davamlı dəyişməsi, depressiv sindrom” F 62.1, F 32.1, F 44.0. Respublika Diaqnostika Mərkəzində Elektroneyromioqrafiya Müayinəsində qeyd edilmişdir ki, Xəstəyə hər iki yuxarı və hər iki aşağı ətrafların ENMG müayinəsi aparıldı. Müayinə stimulyasion və iynə EMG üsulu ilə keçirildi. Yuxarı ətrafların stimulyasion EMGsi zamanı Median, Ulnar. Radial sinirlərin senso-motor şaxələri müayinə olundu. Median və Ulnar sinirlərin F dalğaları qeydə alındı. Aşağı ətrafların sttimulyasion EMG-si zamanı motor Tibial. Peroneal və X11 sinirlər müayinə olundu. Tibial sinirlərdə F dalğalar qeydə alındı. İynə EMG-sı hər iki yuxarı ətrafların Deltoid, Biceps brachi ,Triceps, EDC, APB, ADM əzələlərində və hər iki aşağı ətraflarda Quadriceps,TA, GK med, AFİ əzələlərində aparıldı. Nəticə: ENMG müayinəsi zamanı hər iki yuxarı ətrafda Median sinirlərin sensor şaxələrinin aksonal itki ilə zədələnməsi neyropatiyası qeyd edildi. Yuxarı ətrafların digər senso-motor sinirlərin sinir-əzələ keçiriciliyi normaldır. Sol aşağı ətrafın motor Tibial sinirin əhəmiyyətli dərəcəli aksonal itki ilə zədələnməsi-neyropatiyası qeyd edildi. Peroneal sinirin dizətrafı nahiyədə stimulyasiyası zamanı BKAP dalğaların amplitudası çox yüngül dərəcəli aşağıdır. Aşağı ətrafların digər senso-motor sinirlərin sinir-əzələ keciriciliyi normaldır. İynə EMG-də C5-C6-C7-C8 və L4-L5-S1 səviyyə innervasiyalı əzələlər müayinə olundu. Müayinə olunan əzələlərdən sol aşağı ətrafda L4-L5 səviyyə kökənli Tibial sinir innervasiyalı TA, GK med, AH əzələlərdə mülayim dərəcədə kəskin denervasiya əlaməti- (sponatn aktivlik fib(++), PKD(++)) prosesi qeyd edilir. Aktiv əzələ vahidi normal patternlə əldə edilib, sol Deltoid, Biceps brachi, APB və Quadriceps,TA əzələlərdə nevrogen xarakterli YAUS MÜP-lər şəklindədir. 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli, 1343 nömrəli rəyində iddiaçıya F07.0 Üzvi mənşəli (müharibə zamanı aldığı travma nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə depressiv əlamətlərlə diaqnozu qoyulmuşdur. Xəstəlik Haqqında xx.xx.2022-ci il tarixli, 1159 nömrəli şəhadətnamədə qeyd edilmişdir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: DİAQNOZ: “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, retroqrad amneziya, depressiv sindrom. Odlu silah yaralanması (xx.xx.2020). Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarını dəlibkeçən güllə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli kəskin koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqi sağ qulaqda 2 metr, sol qulaqda 3 metr məsafədən eşitməsi ilə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Odlu silah yaralanması (1992,1994). Sağ baldırın aşağı 1/3-nin ön səthinin, sağ bayır topuq nahiyəsinin, sag əlin İİ barmağının və sol dirsək çuxurunun bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alinmışdır”. İddiaçıya dair Əlillik altsistemdən çıxarışlardan müəyyən olunur ki X5: xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək bir il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək bir il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək beş il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmiş, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə diaqnozun əlillik əlaməti təyin etməməsi, xx.xx.2024-cü il tarixdə S00179317JCF nömrəli göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və Komissiyanın xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir. Bakı 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, S00179317JCF nömrəli göndərişi əsasında iddiaçıya əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, başbeynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 9-12 dəfə), ağırlaşması F07.8 (baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları), F06.8 (baş-beynin zəələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş pxisi pozuntular, başbeynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar), yanaşı xəstəlikləri G40.0 (fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 9-12 dəfə)) kimi müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə X7 X15 xx.xx.2025-ci il tarixli, 1397 nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda “Üzvi mənşəli (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv əlamətlərlə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 62.1-ci maddəsinə görə, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il). …
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfi dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşin araşdırılması nəticəsində müəyyən olunur ki, X5 xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək bir il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək bir il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək beş il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti bir neçə dəfə cavabdeh tərəfindən qiymətləndirilmiş və müxtəlif tarixlərdə əlillik təyinindən imtina edilmişdir. Belə ki, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. Sonuncu dəfə Bakı 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, S00179317JCF nömrəli göndərişi əsasında iddiaçıya əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, başbeynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 9-12 dəfə), ağırlaşması F07.8 (başbeynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları), F06.8 (başbeynin zəələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş pxisi pozuntular, baş-beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar), yanaşı xəstəlikləri G40.0 (fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 9-12 dəfə)) kimi müəyyən edilmiş və həmin göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirilərək Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli Qərarı ilə “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı həmin əlverişsiz inzibati aktla razı olmamış və məhkəmə qaydasında həmin qərarı mübahisələndirmişdir. Məhkəmə araşdırma nəticəsində müəyyən edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır xəsarət almışdır. Füzuli rayon Məhkəməsinin 2-176/2006-cı il nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə İddiaçı vəziyyətinin ağırlaşmasının ermənilərlə aparılan döyüş əməliyyatlarında aldığı xəsarətlə əlaqədar olması faktı, həmçinin həmin Məhkəmənin 2(064)-2012/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Ərizəçi İddiaçı N saylı hərbi hissənin tərkibində 1992-1994-cü illərdə vzvod komandiri, 21 mart 1994-cü il tarixdən 07 fevral 1994-cü il tarixədək tabor komandirinin siyasi və sosial işlər üzrə komandir müavini vəzifəsində hərbi xidmətdə olması faktı müəyyən edilmişdir. Həmin faktı N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli, 445 nömrəli travma haqqında arayışı da təsdiq edir ki, arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Barotravma. Sol baldırın yuxarı 1/3-nin dəlib keçmiş odlu silah yaralanması (güllə yaralanması)” ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur, xəsarət (yaralanma, travma, kontuziyal döyüş tapşırığını yerinə yetirərkən) almışdır. X12 xx.xx.2022-ci il tarixli, 1159 nömrəli şəhadətnamədə qeyd edilmişdir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: DİAQNOZ: “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi, retroqrad amneziya, depressiv sindrom. Odlu silah yaralanması (xx.xx.2020). Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarını dəlib-keçən güllə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli kəskin koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqi sağ qulaqda 2 metr, sol qulaqda 3 metr məsafədən eşitməsi ilə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Odlu silah yaralanması (1992,1994). Sağ baldırın aşağı 1/3-nin ön səthinin, sağ bayır topuq nahiyəsinin, sag əlin İİ barmağının və sol dirsək çuxurunun bərkimiş dəri çapıqları, funksiyanın pozulmaması ilə. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alinmışdır”. Bundan əlavə iş materiallarında olan Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 3171 nömrəli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi mənşəli (travma) şəxsiyyət pozuntusu, tez tez baş verən cəngolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F 07.0” diaqnozu qoyulmuşdur. 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli, 1343 nömrəli rəyində iddiaçıya F07.0 Üzvi mənşəli (müharibə zamanı aldığı travma nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə depressiv əlamətlərlə diaqnozu qoyulmuşdur. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması və cavabdehin etirazının və imtinasının dəlillərinin araşdırılması məqsədi ilə təyin edilmiş ekspertiza üzrə Səhiyyə Nazirliyi Məhkəmə X7 X19 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1397 nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda “Üzvi mənşəli (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv əlamətlərlə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Beləliklə də, məhkəmə ekspert rəyini və iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarını mötəbər sübut kimi qəbul edərək iddiaçıda həmin diaqnozun və diaqnoz nəticəsində əlilliyin təyin edilməsinin mümkünlüyünü müəyyən edir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərlə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Həmçinin qiymətləndirməsi isə həmin Əsasnamənin 7.6.2.1-ci bəndi ilə uyğunluq təşkil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və qeyd edir ki, ididaçıya əlillik təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə bağlı 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova