Məhkəmə qərarları › İş №2-1(120)-2011/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2011/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2011/2022 14.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********733500 qərarla İddiaçı adına yazılmış, kameral qaydada əlavə olaraq hesablanmış 3649.80 (üç min altı yüz qırx doqquz manat. 80 qəpik) manat məbləğində mənfəət vergisinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, İddiaçı 14 iyul 2021-ci il tarixli “iddia ərizəsi” ilə 2021-ci il üçün “Mənfəət vergisi”nə görə yanacağın daşınması ilə bağlı qeyd etdiyi (iddia ərizəsindəki 7-ci sətir) 27614.0 manat nəqliyyat xərcinin 9840.0 manatı Elektron Qaimə ilə olduğu üçün gəlirdən çıxılan xərclərə aid edilmiş, digər 17774.0 manat məbləği “alış aktı” ilə nağdı qaydada aparıldığı üçün gəlirdən çıxılan xərclərə aid edilməmiş və müəssisəyə xx.xx.2022-ci il tarixli **********733500 saylı Qərar ilə 3649.80 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. xx.xx.2022-ci il tarixdə isə, yenidən 2- ci dəfə Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi (6 saylı ƏVBİ) tərəfindən İddiaçınə 2021-ci il üçün “Mənfəət vergisi”nə görə yanacağın daşınması xərcləri ilə bağlı **********456800 saylı Qərar vasitəsi ilə 1968.0 manat əlavə mənfəət vergisi hesablanmışdır. Yəni 6 saylı ƏVBİ, 2021-ci il üçün “Mənfəət vergisi”nə görə yanacağın daşınması xərcləri ilə bağlı xx.xx.2022-ci il tarixli, **********733500 saylı Qərarla 3649.80 manat və yenidən 2-ci dəfə kameral qaydada əlavə olaraq xx.xx.2022ci il tarixli, **********456800 saylı Qərarla 1968.0 manat cəmi: 3649.80 + 1968.0 = 5617,80 manat məbləğində mənfəət vergisi hesablamışdır. Yuxarıda qeyd etdiyi kimi, iddianın xahiş edirəm hissəsində:“3649.80 manat məbləğində mənfəət vergisinin ləğv edilməsi” barədə məhkəməyə müraciət etmişdir.Bu səbəblərdən iddia tələbinin təsviri hissəsində 5617,80 manat məbləğində mənfəət vergisinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinə qarşı, “xx.xx.2022-ci il tarixli, **********733500 saylı Qərarla, yenidən 2-ci dəfə kameral qaydada əlavə olaraq xx.xx.2022-ci il tarixli, **********456800 saylı mənfəət vergisinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2011/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iddia tələbi dəqiqləşdirilərək, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinə qarşı, “xx.xx.2022-ci il tarixli, **********733500 saylı Qərarın, yenidən 2-ci dəfə kameral qaydada əlavə olaraq xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsi kimi qeyd edilməsi haqqında qərardad qəbul eidlmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinə qarşı, xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsi kimi qeyd edilməsi haqqında qərardad qəbul eidlmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2011/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iddia tələbi dəqiqləşdirilərək, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsinə qarşı, “xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsi kimi qeyd edilməsi haqqında qərardad qəbul eidlmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (VÖEN: **********), fəaliyyət kodu- 47302 və fəaliyyət növü-yanacaqdoldurma məntəqəsində neft məhsullarının pərakəndə satışı ilə Lənkəran rayonunda məşğul olur. Müəssisə fəaliyyət dövründə hər il dövlət büdcəsinə mənfəət vergisi, əmlak vergisi və sosial vergilər ödəməklə yanaşı, göstərdikləri pərakəndə satışa görə 2021-cu ildə ƏDV-ə görə 17572,90 manat Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına köçürmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********733500 saylı Qərarla, kameral yoxlama nəticəsində 2021-ci il üçün, İddiaçınə (KM) 3649,80 (üç min altı yüz dırx doqquz manat 80 qəpik) manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Belə ki, 2021-ci il üçün təqdim etdikləri “Mənfəət vergisi” bəyannaməsi üzrə cəmi 2618.24 manat məbləğ göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən 2021-ci il üçün aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 6268.04 manat hesablanmaqla 6268.04 manat-2618.24 manat=3649.80 manat əlavə vergi borcunun hesablanması haqqında Qərar verilmişdir. Dövlət Vergi Xidmətinə 16 iyun 2022-ci il tarixli **********733500 saylı məktubla verilən Qərarın ləğv edilməsi ilə bağlı şikayət ünvanlamışlar. Bundan sonra Dövlət Vergi Xidmətində bir müddət sonra guya araşdırma aparıldıqdan sonra, inzibati şikayətin təmin edilməməsi haqqında 16 iyun 2022-ci il tarixli **********733500 saylı Qərar verilmişdir. Odur ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 16 iyun 2022-ci il tarixli **********733500 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişlər. Belə ki, hüquqi şəxs- İddiaçı KM, digər tərəf "xxxx" QSC direktor müavini X4 şəxsində xx.xx.2021-cu il tarixli, № 11/462 saylı yanacağın Alış müqaviləsi əsasında, "xxxx" neft şirkətinin Bakı şəhərində yerləşən anbarlarından neft məhsullarını (benzin, dizel yanacağını və s.) Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən YDM-də (X7) pərakəndə satışını təmin etməkdən ötrü bağlanmışdır.Həmin "xxxx" QSC ilə bağlanmış Alış müqaviləsinin 3.1- ci bəndində “Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X10 sifarişçi təşkilat, “öz nəqliyyat vasitələri və vəsaitləri hesabına yanacağın daşınmasını həyata keçirməlidir” qeyd olunmuşdur. Bu o deməkdirki,”Tərəqq” kiçik müəssisəsi, yanacağın daşınmasını 01 yanvar 2021-cu il tarixli, sürücü- fiziki şəxs X11 (VÖEN **********) ilə bağlanmış “Müqavilə” əsasında həyata keçirməlidir. Hər ay daşman yanacağa görə sürücü tərəfindən Vergi məcəlləsinin 71-1-ci maddəsinə əsasən (görülən işlərə və göstərilən xidmətlərə görə e-qaimələr təqdim edilir) alınmış malların sənədləri - Elektron qaimə və Elektron vergi hesab fakturası AVİS bazasında öz əksini tapmışdır. Yəni alınmış malların dəyəri AVİS bazasından da göründüyü kimi e-qaimə ilə təqdim edilib və daşınma haqqının bir hissəsi sürücünün bankdakı hesablaşma hesabına köçürülmüş, digər hissəsi “Aliş aktı” ilə sürücüyə nağdı qaydada ödənilmişdir. Lakin 2021-cu il üçün “Mənfəət vergisi bəyannaməsi”-ndə yanacağın daşınması ilə bağlı qeyd etdiyimiz 27614.0 manat “nəqliyyat xərci”nin 9840,0 manat El.Qaimə olduğu üçün gəlirdən çıxılan xərclərə aid edilmiş, digər 17774,0 manat Alış aktı ilə nağdı qaydada aparıldığı üçün gəlirdən çıılan xərclərə aid edilməmişdir. Araşdırma üşün zəruri olan sənədləri tələb edilmiş və vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci,67-ci və 83-cü maddələrini əsas gətirərək 2021-ci il üçün 3649,04 manat əlavə mənfəət vergi hesablanmışdır. Bundan əlavə olaraq Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli, 2№ li Qərarının 2.5 bəndini əsas gətirilməklə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən parakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edildiyi bildirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1; 24.2 və 24.3-cü maddələrinə əsasən inzibati orqan,inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli,tam və obyektiv araşdırılmağa borcludur.X13 məlum Qərarına əsasən,’’Sokar PetroleurrTsatdığı yanacağı,alıcının fəaliyyət göstərən parakəndə satış yerlərinə qədər daşınmasına borcludur.Faktiki olaraq “Sokar Petroleum”bunu həyata keçirməmiş və alıcıya bu məhsulun daşınmasını öz nəqliyyat vasitəsi və vəsaiti hesabına həyata keçirməsini bildirmişdir.Bu ziddiyyətli məqamı Vergi Orqanı bilərəkdən nəzərindən qaçımış “Sokar Petroleunf’a yanacağın daşınması onun nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirilməsi tələb olunmaqla ciddi sanksiyalar tətbiq olunmalı idi.Lakin biz bunun əksini gördük və biz ciddi sanksiyalara məruz qaldıq. Nəticədə sürücüyə 2021-cu il ərzində ödənilmiş 27614.0 manat vəsaitin 9840,0manatı El.Qaimə ilə ödənildiyi üçün ’’Gəlirdən çıxılan xərclər”ə aid edilmiş,digər vəsait 17774,0 manat “nağdı” vəsait olduğu üçün,’’Gəlirdən çıxılan xərclərə”aid edilməmiş və 3649.80 manat kameral yoxlama qaydasında əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Məhkəməyə bildirirəm ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 461-VQD nömrəli Qanuna əsasən nağdı əməliyyatların həyata keçirilməsi qismən məhdudlaşdırılmışdır. Lakin ƏDV məqsədləri üçün qeydiyyata alınmış 200.000,0 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri, yalnız nağdsız qaydada həyata keçirilməlidir. (“Nağdsız hesablaşmalar haqqında 461-VQD Qanuna edilmiş əlavələr” İddia Ərizəsinə əlavə edilir.) Onların da bu daşınmaya görə təqvim ayı ərzində ödədiyimiz vəsait 5.000,0 manatdan artıq olmamışdır. Burada heç bir qanun pozuntusuna və “Vergilər Məcəlləsi”-ndən kənar uyğunsuzluqlara yol verilməmişdir. İddiaçı KM hüquqi şəxs kimi, Vergi məcəlləsinin 108-ci maddəsini əsas tutaraq, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılılır. Müəssisənin 2021-cu il ərzində aylar üzrə cari ƏDV bəyannamələri, illik əmlak , torpaq və mənfəət vergisi bəyannaməsi vaxtında təqdim etməklə bərabər ödənişləri də həyata keçirmişdir. Bu məlumatları şəxsi hesab vərəqəsində və AVİS bazasında də aydın görmək olur. Aylar üzrə təqdim olunmuş ƏDV bəyannamələrində müvafiq aylar üzrə dövriyyələr, əvəzləşən ƏDV məbləğləri, işçi sayı və işçilərə hesablanmış əmək haqqı məlumatları da öz əksini tapmışdır. 2021-cu ilin təqdim olunmuş illik mənfəət vergisi bəyannaməsində də bu göstəricilər - alınmış mallar, əmək haqqı və sosial sığorta xərcləri, enerji, telfon xidməti, bank xidməti və digər xərclər xərc maddələri üzrə göstərməklə öz əksini tapmış və bütün bu yuxarıda qeyd olunanları 6 saylı ərazi vergilər baş idarəsinə təqdim olunmuşdur. 6 saylı Ərazi Vergilər Baş idarəsi “Kameral vergi yoxlaması ilə aparılan araşdırmalar zamanı tərəfinizdən zəruri təsdiqedici səndlər və ya tam əsaslandırılmış izahat təqdim edilmədiyi üçün, müraciətinin nəzərə alınmasının mümkün olmaması” bildirilmişdir. Aşağıdakı faktlardan, səbəblərdən, əsaslandırılmış mötəbər sübut növlərinə istinad edərək, İddiaçı KM- nə yazılmış 2021-cu il üçün, 3649.80 man. məbləğində mənfəət vergisinin müəssisəmizin hesabından silinməsi barədə Şirvan İnzibati Məhkəməsinə müraciət edirəm :1) 6 Saylı Ərazi vergilər idarəsinin qeyd etdiyi,yanacağın daşınması ilə gəlirdən çıxılan xərclərə aid edilməyən 17774,0 manat məbləğ, "xxxx" QSC-dən E-qaimə fakturalarla 2021-cu il ərzində aldığımız, neft məhsullarının, sifarişçinin yanacaqdoldurma məntəqəsinə çatdırılmasından ötəri nağdı qaydada ödənilmiş malın, daşınma xərcidir. Bu nağdı qaydada ödənilmiş, fiziki şəxs olan sürücü- X8 (vöen - **********) , "xxxx" QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, Alış müqaviləsinin ЗЛ- ci bəndinə uyğun olaraq həyata keçirilmişdir (Müqavilə əlavə edilir). 2021-cu il ərzində "xxxx" QSC-dən alınmış bütün yanacağı fiziki şəxs X11, idarə etdiyi ** KT *** nömrəli avtosisternlə daşımaqla, İddiaçı X7ndə boşaldılmışdır. Fiziki şəxs (vöen - **********) X11 6 Saylı Ərazi vergilər idarəsində qeydiyyatda olmaqla, fərqlənmə nişanı əsasında yükdaşımaları həyata keçirir və büdcəyə ödəmələrini də vaxtında ödəməklə, vergidən yayınma hallarına yol verməmişdir və “Vergi Məcəlləsi”nin tələblərinə uyğun vergi hesabatlarını vaxtlıvaxtında təqdim etmişdir..2) 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən, müəssisəmiz barədə əsassız hesablanmış vergi cərimələri ucbatından, hələ bu azmış kimi, Müəssisəmizin bank hesabına sərəncam qoyulmaqla onun fəaliyyəti bilərəkdən dondurulmuşdur. Bu qanunsuz qərarın ucbatından müəssisəmiz öz fəaliyyətini qismən də olmaqla dayandırmış və orada çalısan işçiləri, öz hesablarına məzuniyyətə göndərmək məcburiyyətində qalmışdır. İsin hüquqi halları :Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən; Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.Göründüyü kimi yanacağın daşınmasına görə nəqliyyat xərci İddiaçı KM- nin gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərə aiddir və bu məbləğ də qanunda qeyd olunduğu kimi gəlirdən çıxılmalıdır. Çünki mən sürücü ilə xidmət müqaviləsi əsasında işləyirəm və hər ay daşınan yanacağa görə ödənişi yuxarıda qeyd olunan nağdsız və nağdı qaydada sürücünün müvafiq hesabına ödəyirəm.Gəlirdən çıxılmayan xərclərin dairəsi Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanmışdır və mənim hazırki vəziyyətim həmin maddədə qeyd olunanların heç birinin təsir dairəsinə düşmür.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.2-ci maddəsində göstərilir ki, vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləgv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Yenə də Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. (AR İPM) Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Yenədə həmin məcəllədə, 12.1-ci maddəsinin tələbinə görə məhkəmə proses iştirakçilarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vasatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 9.1.12. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər; dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində qeyd olunan dəlillərə konkret olaraq münasibət bəsləmək üçün aşağıdakıların qeyd olunmasını zəruri hesab edirik:Qeyd olunan dəlillərlə bağlı bildiririk ki, İddiaçınə (VÖEN **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Müəssisə tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzərində “hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10cu), “Rabitə xərcləri” (221.11 -ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 979258.70 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (26383.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (955939.35 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1 -ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr)+1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 982322.35 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (20636.79 manat) çıxılması nəticəsində yaranan (961685.56 manat) məbləğin müqayisəsi nəticəsində 17573.14 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.” və “mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1 -ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 475.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1 -ci (Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir.” məzmunlarda uyğunsuzluq yaranmışdır. Yaranmış uyğunsuzluqlar barədə müəssisəyə xx.xx.2022-ci il tarixli **********182000 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdi. Lakin, müəssisə tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq əsaslandırılmış izahat, dəqiqləşdirilmiş bəyannamə və ya təsdiqedici sənədlər təqdim edilməməklə heç bir münasibət bildirilməmişdi. Qeyd olunanlara əsasən müəssisəyə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə “Vergi Məcəlləsi”nin 37-ci, 67-ci və 83-cü maddələrinə uyğun olaraq baza məlumatlarına əsasən təsdiqini tapmayan xərclərə əsasən kameral vergi yoxlaması ilə 3649,8 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli **********733500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, № 11/462 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 11/462 saylı alqısatqı müqaviləsinə əlavə edilmiş təsnifatdan görünür ki, cavabdeh 1 079 000 manat dəyərində Aİ-92 markalı avtobenzini və 122800 manat dəyərində dizel yanacağını iddiaçıya satmaq, iddiaçı isə ümumi məbləği ******* manat təşkil edən neft məhsullarının dəyərini əvvəlcədən köçürmə yolu ilə cavabdehə ödəmək barədə qarşılıqlı öhdəliklər götürülmüşdür. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən «alıcı», yəni İddiaçı KM müəyyən olunmuş miqdarda neft məhsullarını «satıcı»nın, yəni "xxxx" QSC-nin Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İş materiallarında olan «Avtomobil nəqliyyatı vasitəsi ilə yanacaq daşınması üzrə» xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə sürücü-fiziki şəxs X11 (VÖEN **********) arasında daşıma müqaviləsi bağlanmışdır. İş materiallarında olan 2020-ci ilin yanvar-dekabr aylarını əhatə edən ödəniş tapşırıqlarından və elektron qaimələrdən müəyyən olunur ki, hər ay daşınan yanacağa görə sürücü tərəfindən Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən (görülən işlərə və göstərilən xidmətlərə görə e-qaimələr təqdim edilir) alınmış malların sənədləri - Elektron qaimə və Elektron vergi hesab fakturası AVİS bazasında öz əksini tapmış və 9,840.00 manat məbləğində daşınma xərci iddiaçı tərəfindən sürücünün bankdakı hesablaşma hesabına köçürülmüşdür. İş materiallarından, habelə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, İddiaçı tərəfindən X6 hesablaşma hesabına köçürülmüş 9,840.00 manat məbləğində daşınma xərci Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən və Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə istinadən müəssisənin ümumi gəlirindən çıxılmış və vergi orqanına təqdim olunmuş «Mənfəət vergisi» Bəyannaməsidə mənfəət vergisinin məbləği 2618.24,70 manat göstərilmişdir. İş materiallarında olan cavabdeh vergi orqanının iddiaçıya ünvanladığı «kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 16 may 2022-ci il tarixli **********182000 nömrəli məktubunun təsdiq olunmuş surətindən görünür ki, vergi ödəyicisi tərəfindən 13 may 2022-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1 -ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 475.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1 -ci ( Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşman və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konslruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 979258.70 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 26383.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (955939.35 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1 -ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 982322.35 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 20636.79 manat) çıxılması nəticəsində yaranan (961685.56 manat) məbləğin müqayisəsi nəticəsində 17573.14 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli qərarından və iddiaya etirazından görünür ki, vergi orqanının 15 fevral 2021-ci il tarixli, **********286300 nömrəli məktubuna vergi ödəyicisi tərəfindən münasibət bildirilmədiyindən aparılmış kameral yoxlama nəticəsində İddiaçı tərəfindən sürücü X6 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması vergidən yayınma halı kimi qiymətləndirilmiş və həmin məbləğə 3649,80 mənfəət vergisi hesablanmış, müəssisənin vergi orqanına 2021-ci il üçün təqdim etdiyi Bəyannaməyə əsasən ödənilmiş 1425,70 manat mənfəət vergisi həmin məbləğdən çıxılaraq 3649,80 manat ödənilməyən mənfəət vergisi müəyyən olunmuş və həmin məbləğin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Beləliklə, iş materiallarından göründüyü kimi, iddianın predmeti olan vergi orqanının xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli Qərarının mübahisələndirilməsinin əsasını İddiaçı tərəfindən sürücü X6 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması, vergi orqanının isə həmin məbləğin müəssisənin ümumi gəlirinə daxil edərək bununla əlaqədar 6824,00 manat ödənilməyən mənfəət vergisi hesablaması təşkil edir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tələbinin maddi hüquqi əsası kimi İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqısatqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli, № 11/447 saylı müqavilənin 3.1-ci bəndinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələrinə, cavabdeh təşkilat isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015ci il tarixli 2 nömrəli Qərarının 2.3, 2.4 və 2.5-ci bəndlərinə istinad etmişlər. Vergi orqanının mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli Qərarında istinad edilən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsulları üzrə təchizat tarifləri daxil edilmişdir. Qeyd olunan Qərarın 2.4-cü bəndinə əsasən neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Həmin Qərarın 2.5-ci bəndinə görə topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş «ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri»nin təsnifatından görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən müqavilə əsasında aldığı Aİ-92 markalı avtobenzin və dizel yanacağı tarifləri müəyyənləşdirilmiş neft məhsullarıdır. Vergi orqanı mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli Qərarında Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin "Xammal və materiallar” (221.3-cü), "Malın dəyəri” (221.4-cü), "Enerji xərcləri”, (221.7) "Qaz xərcləri" (221.8), "Yanacaq xərcləri" (221.9-cu), “Su və kanalizasiya xərcləri" (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), Mühafizə xərcləri" (221 12-ci). "Reklam xərcbri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221 15-ci). "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işbrinə çəkibn xərcbr” (226-cı), Nəqliyyat xərcləri (229-cu) və “Digər xərcbr” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləğ ilə ( 979258.70 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadəbşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği (26383.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (955939.35 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməbri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ib bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəməbri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işb əlaqədar alman gəlirbr istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 982322.35 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 20636.79 manat) çıxılması nəticəsində yaranan (961685.56 manat) məbbğin müqayisəsi nəticəsində 17573.14 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarına əsasən, İddiaçı təqdim edilmiş bəyannamə, hesabat üzrə 6.268.04 manat hesablanmış vergi və ya siğorta haqqı, 8236.04 manat vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya siğorta haqqı, 1968.00 əlavə hesablanmış vergi və ya siğorta məbləği hesablanmışdır. Qərarın 6-cı bəndində qeyd edilmişdir ki, bu qərara əsasən **********733500 saylı, 20220617 saylı qərar ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçınə ünvanladığı «vergi qanunvericiliyinə dair müraciətə baxılması» barədə xx.xx.2022-ci il tarixli, **********841600 nömrəli məktubunda bildirilir ki, 26 iyul 2022-ci il tarixədək qüvvədə olmuş «Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2015ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndində təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilir. İş materiallarında olan "xxxx" QSC-nin məhkəməyə ünvanladığı məktubunda neft məhsullarının hüquqi və fiziki şəxslərə məxsus yanacaqdoldurma məntəqərinə qədər daşınması üçün Cəmiyyətin hər hansı maddi-texniki bazasının mövcud olmadığı bildirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndindən, Vergi orqanının mübahisələndirilən Qərarında və Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********841600 nömrəli məktubunun ikinci abzasında verilən izahlardan belə müəyyən olunur ki, neft məhsulunun topdansatış qiymətinə daxil edilmiş təchizat xərcləri (o cümlədən alınan neft məhsullarının pərakəndə satış yerinə daşınma xərcləri) aldığı neft məhsullarının dəyərini tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11/462 nömrəli müqavilənin 2.4-cü bəndinə uyğun olaraq əvvəlcədən İddiaçı tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilmişdir. Belə olan halda, İddiaçı tərəfindən neft məhsullarının pərakəndə satış yerinə çatdırılması ilə bağlı ödənilmiş daşınma xərci, qanunvericiliyin tələbinə əsasən həmin daşınmanı həyata keçirməli olan, lakin bunu etməyən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ümumi gəlirinə daxil olan mənfəətidir və təbii ki, həmin mənfəət vergitutma obyekti hesab olunur. "xxxx" QSC-dən aldığı neft məhsullarının pərakəndə satış yerinə çatdırılması ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 9840 manat daşınma xərci isə müəssisənin mənfəəti yox, gəlir əldə etmək üçün çəkilən xərcdir və həmin məbləğin aldığı neft məhsullarının pərakəndə satış qiymətinə daxil edilməsi və sonradan vergitutma obyekti olan ümumi gəlirdən çıxılması Vergi Məcəlləsinin 108.1-ci maddəsinə tam uyğun olmaqla vergitutma obyekti kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Qeyd olunanlara hüquqi qiymət verərək məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli Qərarında gəldiyi nəticənin mötəbər sübutlara əsaslanmış hesab olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr”ini əhatə edən X fəslininin “Gəlirin əldə edilməsi ilə bağlı xərclər” haqqında 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109-cu maddəsində “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsi verilmişdir. İddiaçı tərəfindən aldığı neft məhsullarının daşınması üçün sürücü X6 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərci Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsinə daxil olmadığından, məhkəmə hesab edir ki, həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılmasında iddiaçı tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərar ləğv edilmiş, «Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri» təsdiq edilmişdir. Yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı xərclər daxil edilmişdir. Buna əsasən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat xərclərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Göründüyü kimi, Tarif Şurası da 26 iyul 2022-ci il tarixdən qüvvədə olan 4 nömrəli Qərarında neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalı olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 9840 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirinə daxil edilməsi və həmin məbləğə 1968.0 manat mənfəət vergisinin hesablanması barədə vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarının ləğvini tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (qərar) qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması” barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması” nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar