Məhkəmə qərarları › İş №2-1(120)-202/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-202/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-202/2021 21.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialına qarşı «18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 24.07.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri h i s s ə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.04.1988-ci il tarixindən 18.09.1998-ci il tarixinə kimi işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-202/2021 nömrəli 15 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Saatlı rayon filialının əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-202/2021 nömrəli 21 iyun 2021-ci il tarixli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialına qarşı “18.04.1988-ci il tarixindən 18.09.1998-ci il tarixinə kimi işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia tələbinə “18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 24.07.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun “18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində işləməsi əmək kitabçasında qeyd olunduğu üçün onun, həmin illər nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin pensiya təyin edilməməsi ilə bağlı hərəkətlərini (hərəkətsizliyini) qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialı 24.08.2020ci il tarixli, **********7 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, iddiaçının işdən çıxdığı 18.09.1998-ci il tarixli əmr kitablarının Saatlı rayon Dövlət Arxivində saxlanılmamasını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, ödəniş qəbzini, NT ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, B 821988 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətini, NT ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə olunmuş surətini, əlillik arayışından çıxarışını, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Saatlı rayon Dövlət Arxivinin 06 oktyabr 2020-ci il tarixli, 51 nömrəli məktubuna və ona əlavə edilmiş sənədlərə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 08 oktyabr 2020-ci il tarixli, **********476100 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialının 14.10.2020-ci il tarixli, **********2 nömrəli məktubuna və ona əlavə olunmuş sənədlərə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Saatlı rayon Statistika İdarəsinin 19 oktyabr 2020-ci il tarixli, 147 nömrəli məktubunun, Saatlı rayon Dövlət Arxivinin 12 yanvar 2021-ci il tarixli, 3 nömrəli məktubuna və ona əlavə edilmiş sənədlərə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 14.03.2021-ci il tarixli, **********4 nömrəli məktubuna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 16 yanvar 2021-ci il tarixli, **********501300 nömrəli məktubuna və ona əlavə olunmuş sənədlərə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 27 may 2021-ci il tarixli, **********342800 nömrəli məktubuna və ona əlavə olunmuş sənədlərə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 may 2021-ci il tarixli, **********17 nömrəli məktubuna istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçının əlil olması işin mübahisəsiz halıdır, bununla belə iddiaçının əlil olmasına dair iş materiallarında sübutlar vardır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və o, 24 iyul 2020-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən birinci dərəcəli əlil hesab edilmişdir. Onun yaşına uyğun tələb olunan sığorta stajına malik olması, 18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində işləməsi NT-İ ******* nömrəli əmək kitabçası, Saatlı rayon Dövlət Arxivinin 06 oktyabr 2020-ci il tarixli, 51 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 08 oktyabr 2020-ci il tarixli, **********476100 nömrəli məktubu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialının 14.10.2020-ci il tarixli, **********2 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Saatlı rayon Statistika İdarəsinin 19 oktyabr 2020-ci il tarixli, 147 nömrəli məktubu, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 14.03.2021-ci il tarixli, **********4 nömrəli məktubu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 16 yanvar 2021-ci il tarixli, **********501300 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 27 may 2021-ci il tarixli, **********342800 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 may 2021-ci il tarixli, **********17 nömrəli məktubu ilə təsdiq olunur. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan mübahisəli əmək fəaliyyəti (18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində) dövrlərinin cəmi 9 il 11 ay 20 gün təşkil edir. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının 18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında göstərilən digər iş illəri və hərbi xidmət illəri və s.) mübahisə edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən əsaslarla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmır. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının 18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi işləməsi, əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr bütünlüklə iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması, iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, əmək haqqı alması, müvafiq əmrlə işə daxil olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan NT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsində və digər müəssisələrdə işləmişdir. İş materiallarında olan Saatlı rayon Dövlət Arxivinin 06.10.2020-ci il tarixli, 51 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 18.04.1988-ci il Saatlı yük avtonəqliyyat müəssisəsinə işə girməsi ilə bağlı əmrin əslinin surətini təsdiq edərək Sizə təqdim edirik. Eyni zamanda 07 aprel 1998-ci il 26 №-li əmrlə 20 manat yardım verilmişdir. Həmin əmrin əslinin surətini Sizə təqdim edirik. Nəzərinizə çatdırıram ki, 1998-ci il şəxsi heyətə aid əmr kitabı arxivə verilmədiyi üçün 1998-ci il işdən çıxma əmri araşdırmaq mümkün olmadı. İş materiallarında olan Saatlı rayon Dövlət arxivində mühafizə olunan Saatlı yük avtonəqliyyat müəssisəsinin əmr və əmək kitablarından çıxarışdan görünür ki, İddiaçı 18.04.1988-ci ildə Saatlı yük avtonəqliyyat müəssisəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialının 14.10.2020-ci il tarixli, **********2 nömrəli məktubuna əlavə olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin 30.07.2020-ci il tarixli, 247 nömrəli arayışından görünür ki, İddiaçı 27.04.1983-cü il tarixdən 25.05.1985-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialının 14.10.2020-ci il tarixli, **********2 nömrəli məktubuna əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialının 24 avqust 2020-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, İddiaçı 18 aprel 1988-ci il tarixdə Saatlı rayonu avtonəqliyyat müəssisəsində 3-cü dərəcəli ehtiyat sürücü vəzifəsinə qəbul olunmuşdur. 18 sentyabr 1998-ci il tarixdə Saatlı-Yük avtonəqliyyatsəhmdar cəmiyyətində tutduğu vəzifədən azad olunması barədə əmr aşkar edilməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialının 14.10.2020-ci il tarixli, **********2 nömrəli məktubuna əlavə olunmuş əlillik arayışından çıxarışdan görünür ki, İddiaçı 24.07.2020-ci il tarixindən müddətsiz olaraq birinci dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Saatlı rayon Statistika İdarəsinin 19 oktyabr 2020-ci il tarixli, 147 nömrəli məktubundan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti 20 may 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət Reyestrində qeydiyyatdadır. İş materiallarında olan B 821988 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1979-15.07.1982-ci illərdə 109 nömrəli peşə məktəbində traktorçu maşınçı peşəsi üzrə əyani təhsil almışdır. İş materiallarında olan Saatlı rayon Dövlət arxivinin 12.01.2021-ci il tarixli, 3 nömrəli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 109 nömrəli peşə məktəbinə K-28 nömrəli əmrlə 01.09.1979-cu il tarixdə geniş profilli traktorçu maşınçı TA-43 nömrəli qrupun əyani şöbəsinə qəbul olunmuş, 15.07.1982-ci il tarixdə 10 K nömrəli əmrlə imtahanları müvəffəqiyyətlə verdiyinə görə ona diplom və vəsiqə verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialının 14.10.2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında xx.xx.1964-cü ildə Saatlı şəhərində anadan olmuş, Saatlı şəhər ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 1988-1998-ci illərdə Saatlı rayonu avtonəqliyyat müəssisəsində (“Saatlı-Yük” avtonəqliyyat Səhmdar Cəmiyyəti) işlədiyi illərin sığorta stajına aid edilərək pensiya hüququnun yarandığı 24.07.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Saatlı rayon filialının üzərinə qoyulması barədə iddia tələbi vardır. 01 yanvar 2006-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 4.3.2-cİ bəndinə əsasən əlilliyə görə əmək pensiyası 1-ci qrup əlillərə ümumulikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə,əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Yuxarıda qeyd edildiyi kimi 1-ci qrup əlillər üçün əmək pensiyası təyin edilən zaman pensiya kapitalı tələb olunmur. Vətəndaş İddiaçı əmək kitabçasına əsasən sığorta stajı 15 il 3 ay 2 gün təşkil etmişdir. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən 30.07.2020-ci il tarixli 247 saylı arayışa əsasən İddiaçı 2 il 28 gün hərbi xidmətdə olmuşdur. Beləliklə vətəndaşın tələb olunan 13 il 8 ay sığorta stajına qarşı cəmi 17 il 4 ay sığorta stajı yaranmışdır. Vətəndaşın mübahisəli sığorta stajı Saatlı rayonu avtonəqliyyat müəssisəsində (“Saatlı-Yük” avtonəqliyyat Səhmdar Cəmiyyəti) işlədiyi 10 il 5 ay olduğu üçün pensiya təyin edilməsinə görə nəzərə alınan sığorta stajı 6 il 11 ay, nəzərə alınmayan sığorta stajı isə 10 il 5 ay təşkil edir. Həmin nəzərə alınmayan 10 il 5 ay sığorta stajı nəzərə alınarsa İddiaçı əlilliyə görə əmək pensiyası hüququ əldə edir. İddiaçı Saatlı rayon avtonəqliyyat müəssisəsində (“Saatlı-Yük” avtonəqliyyat Səhmdar Cəmiyyəti) 18.04.1988-ci il tarixində işə qəbul edilməsi faktı Saatlı rayon Dövlət Arxivində saxlanılan əmr kitabları üzrə yoxlanılarkən öz təsdiqini tapsa da, onun işdən çıxdığı 18.09.1998-ci il tarxli əmri Saatlı rayon Dövlət Arxivində saxlanılan əmr kitablarına aşkar edilmədiyi üçün araşdırılması mümkün olmadı. Beləliklə İddiaçı 17 il 4 ay sığorta stajı olmasına baxmayaraq onun sığorta stajı öz təsdiqini tapmadığı üçün ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyi Sizdən xahiş edirik. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 14.03.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. İddiaçı 24.07.2021-ci il tarixdə l dərəcə əlillik təyin edilmişdir. Vətəndaş 1-ci dərəcə əlilliyi olan şəxs qismində ona əmək pensiyası təyin olunması üçün DSMF-nin Saatlı rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın 24.08.2020-ci il tarixli qərarına əsasən tələb olunan sosial sığorta stajı olmadığı üçün ərizəçinin müraciətinin təmin olunmasından imtina edilmişdir. "Əmək pensiyaları haqqında" 7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qeyd edilən qanunvericilik normasının tələblərinə müvafiq olaraq iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sosial sığorta stajı 13 il 4 aydır. İddiaçının “xxxx” Səhmdar Cəmiyyətində işləməsi barədə əmək kitabçasında qeyd vardır. Bu barədə həmçinin arxiv sənədlərində qeyd olsa da, işdən azad edilməsi barədə məlumat aşkar edilməmişdir. Onun həmin müəssisədə işlədiyini iddia etdiyi dövr - 18.04.1988-18.09.1998 ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilmədiyi üçün əmək pensiyası hüququ yaranmamışdır. Aşağıda qeyd edilən hüquqi və faktiki əsaslara görə hesab edirik ki, icraatınızda olan 2-1(120)-202/2021 nömrəli iş üzrə iddia tələbi tamamilə, əsassızdır və təmin edilməməlidir: 1) “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanununun (1 iyul 1994-cü il tarixli) 18-ci maddəsi müəssisələrin qeydiyyata alınması ilə bağlı münasibətləri tənzimləyir. Həmin maddənin tələblərinə əsasən müəssisənin dövlət qeydiyyatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə nəzərdə tutulan qaydada həyata keçirilir. Müəssisənin dövlət qeydiyyatı haqqında məlumat Azərbaycan Respublikasının uçot vahidlərinin dövlət reyestrinə daxil edilmək üçün qeydiyyat orqanı tərəfindən on gün müddətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin dövlət vergi müfəttişliyi orqanına verilir. Qeydə alınmayan müəssisənin fəaliyyəti qadağandır. Qeydə alınmayan müəssisənin fəaliyyətindən əldə edilən gəlir qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə alınır və yerli büdcəyə köçürülür. Qeyd edilən qanunvericilik normalarının qarşılıqlı təhlilindən aydın olur ki, müəssisə faktiki olaraq fəaliyyət göstərmiş olsa belə, qeydiyyata alınmadığı dövrdəki fəaliyyəti qanunsuzdur. "xxxx” Səhmdar Cəmiyyətinin qeydiyyata alınma vaxtını müəyyənləşdirmək məqsədilə Şirvan İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika Dairəsinə sorğu ünvanlanmışdır. Sözügedən qurum tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda “xxxx” Səhmdar Cəmiyyətinin 20 may 1996-cı il tarixdən qeydiyyatda olduğu qeyd edilmişdir. Yuxarıda qeyd edilən müddəaların qarşılıqlı təfsirindən və işin faktiki hallarına tətbiqindən müəyyən olunur ki, sözügedən müəssisənin 20 may 1996-cı il tarixdən əvvəlki dövr üzrə fəaliyyəti qanunsuzdur. Qanunsuz bir fəaliyyət şəxsə hər hansı hüquq və imtiyaz verilməsinin əsası kimi çıxış edə bilməz. Buna görə də, iddiaçının işlədiyini iddia etdiyi dövr ona qanun üzrə əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilə bilməz. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81 və 83 maddələrini nəzərə alaraq, Sizdən icraatınızda olan İddiaçı "əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 may 2021-ci il tarixli, **********17 nömrəli məktubunda qeyd edilmişdir ki, “X8” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və özəlləşdirilməsi ilə bağlı məlumatların təqdim edilməsi barədə məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" X5 Avtonəqliyyat Müəssisəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 20.04.1998-ci il tarixli, 646 nömrəli sərəncamı ilə “X8” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 14.12.2004-cü il tarixinə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, məktubunuzda qeyd olunan digər məsələlər ilə əlaqədar müstəqil təsərrüfat subyekti olan “X8” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə orqanlarına və ya kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını aparan orqana müraciət etməyiniz məqsədəmüvafiqdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə, daha doğrusu iddia tələbində göstərdiyi dövrlərə uyğun işə daxil olması, həmin müəssisələrdə işləməsi, o cümlədən əmək haqqı alması tam sübuta yetirilir. Odur ki, məhkəmə iddiaçının 18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Göründüyü kimi iddiaçının işlədiyi dövrlərdə müəssisə mövcud olmuş və əmək kitabçası düzgün tərtib edilmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, 18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində və digər müəssisələrdə işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdeh iddiaçının işdən çıxdığı 18.09.1998-ci il tarixli əmr kitablarının Saatlı rayon Dövlət Arxivində saxlanılmamasını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi işləməsi və digər iş illəri iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisə tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iş materiallarında olan Saatlı rayon Dövlət Arxivinin 06.10.2020-ci il tarixli, 51 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 18.04.1988-ci il Saatlı yük avtonəqliyyat müəssisəsinə işə girməsi ilə bağlı əmrin əslinin surətini təsdiq edərək Sizə təqdim edirik. Eyni zamanda 07 aprel 1998-ci il 26 №-li əmrlə 20 manat yardım verilmişdir. Həmin əmrin əslinin surətini Sizə təqdim edirik. Nəzərinizə çatdırıram ki, 1998-ci il şəxsi heyətə aid əmr kitabı arxivə verilmədiyi üçün 1998-ci il işdən çıxma əmri araşdırmaq mümkün olmadı. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Beləliklə də məhkəmə müəyyən etdi ki, iddiaçı 18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində işləməyi ilə bağlı əmək stajları nəzərə alınmaqla, hüququnun yarandığı 24.07.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə:

1. İddia təmin olunsun.

2. İddiaçı 18.04.1988-ci il tarixindən 07.04.1998-ci il tarixinə kimi “xxxx” X5 Avtonəqliyyat Müəssisəsinin bazasında yaradılmış “X8” Açıq Səhmdar Cəmiyyətində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 24.07.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialına həvalə edilir.

3. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar