Məhkəmə qərarları › İş №2-1(120)-2022/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2022/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2022/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla adın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı-10 sentyabr 2014-cü il təvəllüdlü X2 adının dəyişdirilərək, “Ləman” qoyulması haqqında müsbət rəy verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Şamaxı rayonu Göylər Dağ kənd sakini X5 ilə birgə nikahdan xx.xx.2014-cü il tarixində qız övlad doğulmuşdur. Övladı doğularkən ona ailənin ümumi razılığı ilə "Sərməgül” adını qoymuşdur. Uşağa verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİ 360360 nömrəli doğum haqqında şəhadətnamədə adı X1 qeyd edilmişdir. xx.xx.2016-ci il tarixində Ş.Rəhimovla aralarında olan nikah Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Artıq 8 (səkkiz) ildir ki, qızı Sərməgül onun himayəsində yaşayır. Hazırda 10 (on) yaşı olan qızı özünü rəsmi adı ilə deyil, "Ləman" adı ilə tanıyıb-tanıtdırır. Bu səbəbdən ailə ilə yanaşı qohum və qonşuları da qızını "Ləman" adı ilə çağırırlar. Təhsil aldığı məktəbdə sinif yoldaşları Sərməgülü "Ləman” kimi tanıyıb çağırırlar. Qızı da "Ləman” adı ilə çağırılarkən özünü xoşbəxt hiss edir. Rəsmi adı səslənərkən ciddi psixoloji sarsıntı və gərginlik yaşayan qızının adının dəyişdirilməsi qərarına gəlmişdir. Bu səbəbdən hazırda himayəsində yaşayan qızının adının dəyişdirilməsi məqsədilə aidiyyəti üzrə Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına rəsmi müraciət etmişdir. Komissiyadan ona verilmiş cavabda qızının adının dəyişdirilməsinin qanunamüvafiq olmadığı bildirilmişdir. Belə ki, Komissiya Azərbaycan Respublikasının “Ailə Məcəlləsi" nin 54.1-ci maddəsinə və “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 79 saylı Qərarına əsaslanaraq qızının atası X3 razılığı və istəyi olmadığı üçün məsələni qanunamüvafiq hesab etməmişdir. Halbuki artıq on yaşı tamam olan qızının da Komissiyada məsələyə münasibəti öyrənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-5100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, işin icraatına xitam verilməsi, yaxudda həmin işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi və vəkili İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla adın dəyişdirilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar