Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2023/2025 07.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 mart 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 27 iyun 2001-ci il tarixli, 382 saylı akt qeydində düzəliş olunaraq uşaq haqqında məlumat qrafasında adının “Elnur”, ata adının “Elçin”, doğum tarixinin xx.xx.2001-ci il, doğum yerinin Hacıqabul rayonu Meyniman kəndi yazılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 27 iyun 2001-ci il tarixli, 382 saylı akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Elçin”-dən “Elnur”-a, ata adının “Abdulla”-dan “Elçin”-ə, doğum tarixinin xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 iyun 2001-ci ildə anadan olmuş və doğum faktı 27 iyun 2001-ci il tarixdə Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfındən qeydə alınaraq ona İddiaçı adı ilə XX-JQ436130 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Hacıqabul rayon Qeydiyyat şöbəsindən doğum haqqında arayış almaq istəyərkən şəhadətnaməyə uyğun akt qeydi qeydiyyat şöbəsinin arxivində aşkar edillməmişdir. Lakin təqdim etdiyi sənədlər əsasında 382 saylı, xx.xx.2001-ci il tarixli doğum akt qeydi aşkar edilmişdir. Həmin akt qeydinin uşaq haqqında məlumat bölməsində uşağın adı Elçin, ata adı Abdulla, doğum tarixi 15 iyun 2001-ci il, doğum yeri Bakı şəhəri qeyd edilmişdir. Məlum olmuşdur ki, Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfındən tərtib edilmiş 27 iyun 2001-ci il tarixli, 382 saylı akt qeydində onun barəsində məlumatlara atası haqqında məlumatlar qeyd olunmuş, doğum tarixində və doğum yerində də texniki səhvlərə yol verilmişdir. Doğulduğu yerlə bağlı qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Xəstəxanasının doğum evində doğulmuş, lakin doğum haqqında şəhadətnamədə doğum yeri Hacıqabul rayonu Meyniman kəndi qeyd olunduğu üçün şəxsiyyət vəsiqəsində və digər sənədlərində də doğum yeri Meyniman kəndi qeyd olunub. Akt qeydində müvafıq düzəlişlərin edilməsi ilə bağlı Hacıqabul rayon qeydiyyat şöbəsinə müraciət etsə də, akt qeydində göstərilən şəhadətnamə ilə doğumu haqqında təqdim etdiyi şəhadətnamənin fərqli seriya nömrəli olmasını və ziddiyyətli məlumatların çox olmasını əsas göstərərək Qeydiyyat şöbəsi tələbinin icrasından imtina etmişdir. Bundan başqa yuxarıda göstərilənlər istisna olmaqla düzəliş edilməsini tələb etdiyi aktdakı məlumatlar ona aid məlumatlarla tam eynilik təşkil edir. Eyni zamanda həmin dövrdə anası X3 tərəfındən cəmi bir övladı doğulmuş, yəni onun əkiz bacı və ya qardaşı olmamışdır. Bütün göstərdiyi bu faktlar isə düzəliş edilməsini tələb etdiyi akt qeydinin əslində ona münasibətdə tərtib olunduğunu, lakin həmin sənəddə onun haqqında məlumatların və doğumu ilə bağlı verilmiş şəhadətnamənin nömrəsinin səhv yazıldığını təsdiq edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı doğumu haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Elçin”-dən “Elnur”-a, ata adının “Abdulla”-dan “Elçin”-ə, doğum tarixinin xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-16-5/8-237-2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Hacıqabul rayon qeydiyyat şöbəsində Sizin doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Təqdim etdiyiniz XX-JQ 436130 saylı xx.xx.2001-ci il tarixli doğum haqqında şəhadətnaməyə uyğun akt qeydi Hacıqabul rayon qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. Lakin 2001-ci ilin doğum akt qeydlər kitabında valideynlərin sənədləri əsasında 382 saylı, xx.xx.2001-ci il tarixli doğum akt qeydi aşkar edilmişdir. Həmin akt qeydinin uşaq haqqında məlumat bölməsində uşağın soyadı Rəhimov, adı Elçin, ata adı Abdulla, doğum tarixi 15 iyun 2001-ci il, doğum yeri Bakı şəhəri qeyd edilmişdr. Təqdim olunmuş digər sənədlərə əsasən müvafiq doğum haqqında akt qeydində düzəliş və dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığından (akt qeydində göstərilən şəhadətnamə ilə doğum haqqında təqdim edilən şəhadətnamənin fərqli seriya nömrəli olması) Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2001-ci il tarixli, 382 nömrəli doğum haqqında akt qeydində uşağın soyadı, adı, ata adına, doğum tarixinə və doğum yerinə düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Qeyd olunanlara əsasən doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə tələbinizin icrasından imtina olunur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Hacıqabul rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı, 17229704 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Hacıqabul rayonunun Meyniman kəndində doğulmuş və Hacıqabul rayonu Talış kəndində qeydiyyatdadır. İş materiallarında olan Hacıqabul Rayonu İcra Hakimiyyəti Başçısının Talış kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 60 nömrəli arayışından görünür ki, Rəhimov X1 rayonu Talış kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Hacıqabul rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 27 iyun 2001-ci il tarixli, 382 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, akt qeydinin ata qrafasında X2, ana qrafasında anası X3 yazılmışdır. İş materiallarında olan Hacıqabul rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-cü il tarixli, XX-ЖГ № 436130 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 05 iyun 2001-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində doğulmuş, ata qrafasında X2, ana qrafasında anası X3 yazılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, SX № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2019-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixl arayışından görünür ki, xx.xx.2001-ci il tarixdə Hacıqabul rayonu, Meyniman kəndində anadan olmuş, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan və yaşayan İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının adına haqqında “Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 27 iyun 2001-ci il tarixli, 382 saylı doğum haqqında akt qeydində adı “Elçin”, ata adı “Abdulla” kimi, doğum tarixi isə xx.xx.2001-ci il olaraq qeyd olunmuşdur. Lakin iddiaçıya məxsus sənədlərin (məhkəməyə təqdim olunmuş) hamısında onun adı “Elçin” deyil, “Elnur” kimi, ata adı “Abdulla” deyil, “Elçin” kimi, doğum tarixi isə “xx.xx.2001-ci il” deyil, “xx.xx.2001-ci il” kimi göstərilmişdir. Bundan başqa, “Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 27 iyun 2001-ci il tarixli, 382 saylı doğum haqqında akt qeydindən görünür ki, həmin akt qeydinin “Uşaq haqqında məlumat” qrafasında həm iddiaçının özü X2, həm də “Ata haqqında məlumat” qrafasında atası X2 olaraq qeyd olunmuşdur ki, bu da adına tərtib olunmuş bütün sənədlərdə iddiaçının İddiaçı yazılmasını nəzərə alan məhkəmə tərəfindən 27 iyun 2001-ci il tarixli, 382 saylı doğum haqqında akt qeydinin “Uşaq haqqında məlumat” qrafasındakı qeydlərin texniki səhv kimi qiymətləndirilməsinə tam əsas verir. Məhkəmə həmçinin qeyd edir ki, doğum akt qeydində müvafiq olaraq qeydlərin aparılması iddiaçının deyil, qeydiyyat şöbəsinin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq doğum akt qeydinin tərtibi zamanı müvafiq qeydiyyat şöbəsinin yol verdiyi yanlışlıqlar isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Digər tərəfdən də, adın və soyadın dəyişdirilməsi onun qanunla müəyyən edilmiş hüququdur və 18 yaşı tamam olmuş və barəsində müvafiq (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi) hallar mövcud olmayan şəxs kimi onun adının və soyadının dəyişdirilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmənin sorğusu əsasında Hacıqabul rayon Polis Şöəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda xx.xx.2001-ci il tarixdə Hacıqabul rayonu, Meyniman kəndində anadan olmuş, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan və yaşayan İddiaçı barəsində Hacıqabul rayon PŞ-də heç bir təqsirləndirici material olmadığı qeyd olunmuşdur. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 27 iyun 2001-ci il tarixli, 382 saylı nömrəli doğum haqqında akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, akt qeydinin uşaq haqqında məlumat qrafasında onun adının “Elçin”dən “Elnur”a, ata adının “Abdulla”dan “Elçin”ə, doğum tarixinin isə “xx.xx.2001-ci il” tarixdən, “xx.xx.2001-ci il” tarixə dəyişdirilməsi öhdəliyi cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.3, 23.1, 33, 52, 58.7, 62.3, 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı adına Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 27 iyun 2001-ci il tarixli, 382 saylı nömrəli doğum haqqında akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, akt qeydinin uşaq haqqında məlumat qrafasında onun adının “Elçin”dən “Elnur”a, ata adının “Abdulla”dan “Elçin”ə, doğum tarixinin isə “xx.xx.2001-ci il” tarixdən, “xx.xx.2001-ci il” tarixə dəyişdirilməsi öhdəliyi cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2023/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2023/2025
07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver