Məhkəmə qərarları › İş №2-1(120)-2024/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2024/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2024/2025 21.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “adının və soyadının dəyişdirilərək, müvafiq olaraq, “Mehdi” kimi deyil, “Xalid” kimi, soyadının isə “Zamanov” kimi deyil, “Bağırov” kimi yazılaraq qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “adının və soyadının dəyişdirilərək, müvafiq olaraq, “Mehdi” kimi deyil, “Xalid” kimi, soyadının isə “Zamanov” kimi deyil, “Bağırov” kimi yazılaraq qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1986-cı il tarixdə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. X2, anası isə X11 olmuşdur. Lakin doğulduğu andan bəri onun adı Xalid, Soyadı isə Bağırov olmuşdur və bütün yaxın qohumları, dostları və ətrafdakı əhatəsi onu bu adla tanımış və səsləmişdir. Bəzi şəxsi xarakterli problemlərdən asılı olaraq o, doğulduğu andan bəri valideynləri tərəfindən ona verilmiş ad və soyadı dəyişdirmək məcburiyyətində qalmışdır. Cavabdeh 08 may 2014-cü il tarixli “Adın, ata adın və soyadın dəyişdirilməsi” haqqında şəhadətnaməsindən də aydın görünür ki, o, İddiaçı xx xxxx 1986-cı il tarixində Lənkəran rayonu Gərmətük qəsəbəsində doğulmuş, soyadı “Bağırov”-dan “Zamanov” soyadına, adını isə “Xalid”-dən “Mehdi” adına dəyişmişdir. Bu barədə isə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 08 may 2014-cü il tarixə 89 nömrə ilə qeyd edilmişdir. Həmin tarixdən etibarən bütün sənədlərdə adı İddiaçı kimi əks olunmaqdadır. Lakin buna baxmayaraq, uşaq yaşlarından bəri adını həmişə Bağırov Xalid bilmişdir. Bu yaşına qədər də onu tanıyanlar və el-oba arasında hamı onu həmin ad və soyadla tanımışdır. Artıq özü də buna öyrəşmişdir. Hətta bəzi dairələrdə adının sənədə əsasən səslənməsi və qeyd olunması onu çaşdıraraq, bəzi anlaşılmazlıqlar yaradır. Həm Bağırov soyadının davamı baxımından və eləcə də, digər ailədaxili məsələlər nöqteyi nəzərdən bəzi problemlər yaşanmaqdadır. Bu vəziyyət isə artıq dözülməz hal almaqdadır. Hesab edir ki, adının və soyadının müvafiq rəsmi sənədlərdə əvvəl olduğu kimi, yəni Bağırov Xalid redaktəsi ilə qeyd olunması daha məqsədə müvafiqdir. Qeyd olunanlarla bağlı olaraq ərizə ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh 3-16-5/8-10-1151/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli cavab məktubu ilə onu bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və Cavabdeh nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, iş materialarında olan: Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli vəsiqəsindən müəyyən olunur ki, İddiaçı xx.xx.1986-cı il tarixdə doğulmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Gərmətük Qəsəbə İnzibati Ərazi X5 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ondan ötrü ki, həqiqətən o Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayır və qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuş, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatdadır. Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ərizəçi İddiaçı izah olundu ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-cı bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göstərilənlərə əsasən bildirik ki, bu barədə məhkəməyə müraciət edə bilərsiniz. xx.xx.2024-cü il tarixli, AZ-İ№ 036976 nömrəli Adın, Ata adının və Soyadının dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X1 “Bağırov”dan “Zamanov” soyadına, adı “Xalid”-dən “Mehdi” adına dəyişdirilmişdir. xx.xx.2014-cü il tarixli, AZ-İİİ№ 317785 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. AO№ ******* nömrəli, xx.xx.2008-ci il tarixli Hərbi biletin surətindən görünür ki, X7 Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. xx.xx.1986-cı il tarixli, 139 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, Bağırov X3 xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu, Gərmətük kəndində anadan olmuş, atası X8, anası X9r.Təkrar şəhadətnamə AZ İİİ № 317785. xx.xx.2014-cü il tarixli, seriya AZ-İ, №010225 nömrəli Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydindən görünür ki, X1 “Bağırov”dan “Zamanov” soyadına, adı “Xalid”-dən “Mehdi” adına dəyişdirilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Məcəllənin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə əsasən, ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1986-cı ildə doğulmuş İddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, xx.xx.2014-cü il tarixdə Xalid Bağırov adı və soyadı İddiaçı kimi dəyişdirilərək xx.xx.2014cü il tarixli, seriya AZ-İ, №010225 nömrəli Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı ad və soyadının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının ad və soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçı əvvəlki soyad və adına qayıtmaq istəsə belə bu hal növbəti dəfə adın və soyadın dəyişdirilməsidir ki, bu halla bağlı qanunvericilikdə istisnalar nəzərdə tutulmamışdır. İddiaçının adının və soyadının dəyişdirilməsinin müxtəlif problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla adın və soyadın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç bir əsasa söykənməyən arqumentləridir. Bundan başqa iddiaçı qanunla ona verilən hüquqdan istifadə edərək adını və soyadını dəyişdirən zaman üzləşəcəyi narahatlıqlara da eyni zamanda razı olmuş adını və soyadını dəyişmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “adının və soyadının dəyişdirilərək, müvafiq olaraq, “Mehdi” kimi deyil, “Xalid” kimi, soyadının isə “Zamanov” kimi deyil, “Bağırov” kimi yazılaraq qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar