Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2028/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidmətinə, döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N92-ci il tarixdən xx.xx.N9N-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N9N-cü ildən xx.xx.N9N-cü ilədək N saylı hərbi hissədə müddətli hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N9N-cü ildə Ağdamın Qaraqaşlı kəndində döyüşdə yaralanmışdır. Həmin yaralanmadan indi də əziyyət çəkir. Bu faktı Bakı Medistayle Hospitalin xx.xx.2022-ci il tarixli müayinə sənədləri təsdiq edir. Müdafiə Nazirliyi Baş Klinik Hospitalın xx.xx.2022-ci il tarixli arayışında da təsdiq olunur ki, N nömrəli hərbi hissənin çavuşu İddiaçı xx.xx.N94-cü ildə N nömrəli hərbi hospitalda sol bazunun güllə yarası ilə stasionar müayinə və müalicədə olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021 -ci il tarixli N52 nömrəli qərarı ilə təsdiq olunur ki, aldığı yaralar hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Ona 11.200N-cü il tarixdə 2-ci qrup əlillik vəsiqəsi verilmişdir. AVMVİB-nin üzvüdür. Bu faktı onunla birgə döyüşmüş şahidlər də təsdiq edə bilərlər. O, fərari olmamış, vətəndaşlıq borcunu vicdanla yerinə yetirmişdir. Ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasına müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilir ki, “təqdim etdiyiniz sənədlərə əsasən N və N nömrəli hərbi hissələrdə xx.xx.N94-cü il tarixdən sonra hərbi xidmətiniz əmrlərlə təsdiqlənmədiyinə görə sizə döyüş əməliyyatlarında iştirakınızı təsdiq edən sənədlər olmadığından müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur”. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2021-cü il tarixli məktubunda göstərilir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 168 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissənin yaralananların qeydiyyatı kitabında xx.xx.N9N-cü il tarixdə Qaraqaşlı kəndində yaralanması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. O, cavabdehin imtinası ilə razı deyildir. Həmin imtina qanunvericiliyə uyğun deyildir. Bek ki, onun müharibə zamanı işğalçılara qarşı döyüşməyi qeyd etdiyi sənədlərdə öz əksini tapır. Buna görə onun döyüş bölgəsində xidmətinin üzərindən xətt çəkib ona veteran adı verilməsindən imtina olunması humanist qanunlara ziddir. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir: Belə ki, iddiaçı tərəfindən Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya təqdim edilən sənədlərlə və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin müvafiq arayışı ilə iddiaçının N və N nömrəli hərbi hissələrdə xx.xx.N94-cü il tarixdən sonra hərbi xidməti müəyyən olunmur, belə ki, qeyd edilən tarixdən sonra iddiaçının həmin hərbi hissələrdə hərbi xidmətini təsdiq edən sənədlər (nizami hissə üzrə əmrlər və əlaqədar sənədlər) mövcud deyildir. Bu halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə dair haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Qeyd edilən tələbin məzmunundan da göründüyü kimi, bütün döyüş əməliyyatlarında iştirak edənlər deyil, məhz döyüş əməliyyatlarında iştirak edib müvafiq meyarlara cavab verən şəxslərə “müharibə veteran” adı verilir. Odur ki, Müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazına əlavədə qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/2-1047 nömrəli məktubundan görünür ki, İddiaçı taburu özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli NN nömrəli əmri ilə taburun tərkibində qalmaqla ştatdan kənar saxlanılmışdır. Həmin məktubda iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N92ci il tarixli 168 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edildiyi göstərilmişdir, lakin onun qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması faktı müəyyən olunmamışdır (buna dair nizami hissə üzrə əmrlər və ya əlaqədar təsdiqedici sənədər mövcud deyildir). Beləliklə, qeyd olunan “qanuni əsaslarla ehtiyata buraxılma” faktı iddiaçıya münasibətdə müəyyən olunmadığına görə iddianın təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Odur ki, Müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.N-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından “məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin NN.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin NN.2-ci madəsinə əsasən bu Məcəllənin NN.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı məcburetmə haqqında iddia növü olduğundan, İPM-in 8.1.2-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının yaşadığı yer İmişli rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçı məxsus AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N92-ci il tarixdən xx.xx.N9N-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində, xx.xx.N9N-cü il tarixdən xx.xx.N9N-cü il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N9N-cü il tarixdə Ağdamın Qaraqaşlı kəndində yaralanması barədə məlumat vardır. Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunan sənədlərə əsasən N və N nömrəli hərbi hissələrdə xx.xx.N94-cü il tarixdən sonra hərbi xidmətiniz əmrlərlə təsdiqlənmədiyinə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Hərbi Komissarlıq tərəfindən göndərilmiş İddiaçı Huseyn oğlu N №-li hərbi hissə komandirinın xx.xx.N92-ci il tarixli 168 №-li əmrilə (əsas, səh 8N, sıra 5, əmrdə atasının adı Hüseyin yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 187 №-li əmrilə (əsas: sıra 2N, əmrdə atasının adı Hüseyin yazılmışdır) İddiaçı Hüseyin oğlu snayper vəzifəsinə təyin edilmişdir. Taburu özbaşına tərk etdiyi üçün İddiaçı Hüseyin oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli NN №-li əmrilə (əsas səh 121, § 5. sıra 71. əmrdə atasının adı Hüseyin yazılmışdır) taburun tərkibində qalmaqla ştatdan kənar saxlanılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N9N-cü ıl tarixli 266 №-li əmrilə (əsas: səh 14, § 5 sıra 10) İddiaçı 6-cı taburun tərkibindən çıxarılaraq təlim bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxıl edilmişdir. N №-li hərbi hissənin 25.12 N9N-xx.xx.N94-cu il tarixli yaralananlarının qeydiyyatı kitabında (əsas: sıra 17) İmişli RHK-dan çağırılmış, N74-cü il təvəllüdlü İddiaçı xx.xx.N9N-cü il tarixdə Qaraqaşlı kəndində yaralanması barədə məlumat vardır. Qeyd edirik ki, N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, N52 nömrəli qərarında qeyd edilmişdir ki, İmişli RHK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli 18/6721 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N9N-cü ildə aldığı və xx.xx.N9N-cü ildən xx.xx.N9N-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik - diaqnoz: “Sağtərəfli funikulit”, xx.xx.N9N-cü ildə aldığı və xx.xx.N94cü ildən xx.xx.N94-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu yaralanmadiaqnoz: “Sol saidin orta 1/N-nin dəlib keçən güllə yaralanması, mil sümüyünün diafizinin sınığı” və xx.xx.N94-cü ildən xx.xx.N94-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu yaralanma-diaqnoz: “Sol saidin dəlib keçən güllə yaralanması mil sümüyünün sınığı ilə, Sol əlin ll-lll-İV barmaqların bükücü kontrakturası” (Azərbaycan Respublikası SHXÇDX-nin İmişli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 16N nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 14N4 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N9Ncü il tarixli, N94-cü il tarixli xəstəlik tarixlərinin surəti, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” . Müdafiə Nazirliyi Baş Klinik Hospitalının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə (Ələt hospitalında) stasionar müalicədə olarkən adınıza tərtib olunmuş xx.xx.N9N-cü il tarixdən xx.xx.N9N-cü il tarixədək 112 №-li, xx.xx.N94-cü il tarixdən xx.xx.N94-cü il tarixədək 608 №-li xəstəlik tarixlərindən çıxarılmış “çıxarış epikrizlərinin” təsdiq olunmuş kserosurətləri və N9N-N94-cü illərə məxsus stasionar kitaba əsasən adınıza tərtib olunmuş №-li “Arayış” ünvanınıza göndərilir. Əlavə olaraq bildiririk ki, sizin xx.xx.N9N-cü il tarixdən xx.xx.N94-cü il tarixədək 22N nömrəli hərbi hissədə (Sarıcalı hospitalında) və 24N nömrəli hərbi hissədə (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmağınız barədə X2 saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilmədi. Müdafiə Nazirliyi Baş X1 Tibbi arxivinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissənin çavuşu İddiaçı Hüseyin oğlu həqiqətən xx.xx.N94-cü il tarixdə (yazılma tarixi göstərilməyib) N nömrəli hərbi hospitalda (Ələt hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol bazunun güllə yarası. Əsas: N nömrəli hərbi hospitalın (Ələt hospitalının) N9N-N94-cü illərə məxsus “Stasionar xəstələrin qeydiyyatı” kitabının 4-cü sayındakı qeyd. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N504 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq göndərilmiş İddiaçı Hüseyin oğlu 845(708) №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 168 №-li əmrilə (əsas: səh-8N, sıra-5, əmrdə atasının adı “Hüseyin” yazılmışdır) hərbi hissə əsgərliyinə qəbul edilərək bütün növ təminatlara təmin olunmuşdur. Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, hərbi hazırlıq keçərək hərbi andı qəbul etmiş İddiaçı Hüseyin oğlu 845(708) №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 187 №-li əmrilə (əsas: sıra-2N, əmrdə atasının adı “Hüseyin” yazılmışdır) N-cü bölüyün 2-ci tağımının Ncü bölməsində snayper vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli 208 №-li əmrində (əsas: §-5, səh-N7) 6-cı MAT-ın bir qrup əsgəri taboru özbaşına tərk etdiklərinə görə, taborun tərkibində qalmaqla ştatdan hənar saxlanılmaları barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli NN №-li əmrində (əsas: §-5, səh-121, sıra-71, əmrdə atasının adı “Hüseyin” yazılmışdır) taboru özbaşına tərk etdiklərinə görə,N №-li hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli 208 №-li əmrinə əsasən, taborun tərkibində qalmaqla ştatdan hənar saxlanılan əsgərlərin siyahısında İddiaçı Hüseyin oğlunun adı qeyd olunmuşdur. 6-cı taborda xidmət edən İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N9Ncü il tarixli 266 №-li əmrilə (əsas: §-5, səh-14, sıra-10) 6-cı taburun tərkibindən çıxarılaraq, Güzdəyə, təlim bölüyünün şəxsi heyətinin siyahısına salınmış və bütün təchizatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli N2N №-li əmrində (əsas: §-9, səh-1N, sıra-4, əmrdə atasının adı yazılmamışdır) 6-cı taborun əsgəri İddiaçı Güzdəkdə təlim keçdikdən sonra hərbi hissəyə göndərilməsi və “kiçik çavuş hərbi rütbəsi verilərək Mühafizə və xidmət bölüyünün şəxsi heyətinin siyahısına salınması və bütün təchizat növləri ilə təmin olunması qeyd edilmişdir. N №-li hərbi hissənin xx.xx.N9N-xx.xx.N94-cü il tarixli “Yaralıların qeydiyyatı” kitabında (əsas: sıra-17) İmişli RFİK-dan çağırılmış, N74-cü il təvəllüdlü 4-cü MAT-ın hərbi qulluqçusu İddiaçı Flüseyn oğlunun xx.xx.N9N-cü il tarixdə Qaraqaşlı kəndində yaralanması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 94 №-li əmrilə (əsas: §-1, səh-N0, sıra-2) 4-cü MAT-da xidmət edən İddiaçı müayinə və müalicə üçün hərbi hospitala göndərildiyinə görə, ərzaq təminatından çıxarılmış və ərzaq attestatı ilə təmin edilmişdir. Uzun müddət müalicədə olduğuna görə, sıravi İddiaçı Hüseyin oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N94-cü il tarixli 278 №-li fərmanına əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N6N №-li əmrilə (əsas: §- 11, səh-N1, sıra-6N, əmrdə atasının adı “Hüseyin” yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatları dayandırılmış və hərbi bileti XN məntəqəsinə göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N74-cü il təvəllüdlü İddiaçı xidmətini müəyyən etmək üçün Xidmətin İmişli rayon şöbəsinə ərizə ilə müraciət etmişdir və xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş xx.xx.2021-ci il tarixli 4/2-1047 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.N92-ci il tarixdən xx.xx.N9N-cü il tarixədək N nömrəli hərbi hissədə snayper vəzifəsinə təyin edilərək hərbi xidmət keçmişdir. Taburu özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il traixli NN nömrəli əmrilə tabıırun tərkibində qalmaqla ştatdan kənar saxlanılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli 266 nömrəli əmrilə İddiaçı 6-cı taborun tərkibindən çıxarılaraq təlim bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.N9N-xx.xx.N94-cü il tarixli yaralananlarının qeydiyyatı kitabında İddiaçı xx.xx.N9Ncü il tarixdə Qaraqaşlı kəndində yaralanması barədə məlumat qeyd edilmişdir. Ehtiyata buraxılması barədə məlumat olmadığına görə xx.xx.2021 -ci il tarixdə 1404 nömrəli məktubla Ağdam Hərbi Prokurorluğuna barəsində cinayət işinin və təqsirləndirici materialın olub-olmaması barədə sorğu göndərlimişdir. İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici materialın araşdırılmaması barədə məktub daxil olmuşdur. Ağdam Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli 18/6721 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Hüseyin oğlu barəsində Ağdam hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 850 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı N0 dekabr N9N-cü il tarixdə Müdafiə Nazirliyinin 22N nömrəli hərbi hissəsində (Sarıcalı hospitalında), 16 fevral N9N-cü il tarixdən 02 mart N9N-cü il tarixədək 112 №-li, 01 yanvar N94-cü il tarixdən 08 fevral N94-cü il tarixədək 4 №-li və 608 №-li 06 aprel N94-cü il tarixdən 28 aprel N94-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Ələt hospitalında) stasionar müayinə və müalicədə olmasına dair adına tərtib olunmuş xəstəlik tarixlərindən çıxarılmış “çıxarış epikrizlərinin” təsdiq olunmuş kserosurətləri və arxiv arayışı əlavə olunmuşdur. İmişli rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayonu Xubyarlı kəndində yaşayan İddiaçı barəsində İmişli RPŞ-də xidmət yerini öz başına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə tərəfimizdən araşdırılma aparılmamış, barəsində təqsirləndirici materialın olmaması müəyyən olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ətraflı qiymətləndirilmə məlumatlarından görünür ki, İddiaçı xx.xx.200N-cü il tarixdən 1 il müddətinə, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 168 №-li, xx.xx.N9N-cü il tarixli NN №-li və N №-li hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli 208 №-li, xx.xx.N94-cü il tarixli N6N №-li nizami hissə üzrə əmrlərindən Arxiv Çıxarışları və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N94-cü il tarixli 278 №-li əmrinin təsdiq edilmiş kserosurəti ünvanınıza göndərilir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin hərbi hissədəki xidməti barədə araşdırma apara bilmirik. N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 168 nömrəli əmrində qeyd edilmişdir ki, Azərbaycan Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq göndərilmiş ... nəfər adları aşağıda göstərilən çağırışçılar hərbi hissə əsgərliyinə qəbul edilsin, geyim və yeməklə təmin edilsinlər. Onlara 40 gün müddətində hərbi təlim keçirildikdən sonra 24 dekabr N92-ci il tarixdə onlara hərbi and içdirilsin və ştat cədvəli üzrə bölük və tağımlara yerləşdirilsin. İddiaçı Hüseyin oğ. (əmrdə atasının adı Hüseyin yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli, NN nömrəli əmrində qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N avqust N9N-cü il tarixli 208 №-li əmrinə əsasən aşağıda adları göstərilən tabur əsgərləri taburu özbaşına tərk etdikləri üçün, taburun tərkibində qalmaqla ştatdan kənar saxlanılsınlar. 71. İddiaçı Hüseyin oğ. (əmrdə atasının adı “Hüseyin” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli, 208 nömrəli əmrində qeyd edilmişdir ki, Həmin tarixdən 6-cı MAT-un ... nəfər əsgəri taburu özbaşına tərk etdikləri üçün taburun tərkibində qalmaqla ştatdan kənar saxlanılsınlar. Siyahı əmr kitabına əlavə edilsin. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, N6N nömrəli əmrində qeyd edilmişdir ki, Az. Resp. MN-nin 278 №-li fərmanına əsasən N №-li h/h-dən uzun müddət müalicədə olduqlarına görə aşağıda adları göstərilən əsgərlər h/h-nin ş/h siyahısından çıxarılsın, bütün növ təminatları dayandırılsın, hərbi biletləri şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilsin. 6N. sıravi İddiaçı Hüseyin (əmrdə atasının adı “Hüseyin” yazılmışdır, vəzifəsi göstərilməmişdir) Ağdam Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 9-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun: 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. N-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə N. Müharibə veteranları. Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; N44-cü il yanvarın 1-dən N51-ci il dekabrın N1-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; N41 — N45-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş N yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə, iş materiallarında olan sənədlərdən müəyyən edir ki, iddiaçıya məxsus AO seriyalı № ******* nömrəli hərbi biletinin 15-ci səhifəsində qeydindən görünür ki, o, xx.xx.N92-ci il tarixdən xx.xx.N9N-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində, xx.xx.N9N-cü il tarixdən xx.xx.N9N-cü il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.N9N-cü il tarixdə Ağdamın Qaraqaşlı kəndində yaralanması barədə məlumat vardır. Bu fakt iş materiallarında olan digər mötəbər sübutlarla da öz təsdiqini tapır. Cavabdeh imtina və etiraz ərizələrində bildirmişdir ki, N və N nömrəli hərbi hissələrdə xx.xx.N94-cü il tarixdən sonra hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə və tərxis əmri olmadığna görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, həmin dövrlərlə bağlı əmrlərin Mərkəzi Arxivə daxil olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi, yaralandığı, döyüş əməliyyatlarında iştirakı zamanı N və N saylı hərbi hissələrinin tərkibində olduğu öz təsdiqini tapır. Həmçinin barəsində hərbi hissəni özbaşına tərketmə, digər təqsirləndirici material və ya cinayət işi aşkar edilməmişdir. Cavabdehin qeyd etdiyi dövrlər ərzində onun müalicə olunduğu da öz təsdiqini tapır. Həmçinin məhkəmə müəyyən edir ki, iddiaçıya ilkin əlillik təyinatının onun yaralandığı tarixdən xeyli müddət keçdikdən sonra, yəni xx.xx.200N-cü il tarixdə aparılmasına baxmayaraq, əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması onun bu əlilliyi faktiki olaraq Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında yaralandığına görə qazandığını təsdiq edir. Beləliklə, İddiaçı N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs hesab oldunduğundan məhkəmə hesab edir ki, yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur və onun hüquq və mənafeyinin pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, əlilliyin səbəbli əlaqəsidir. İddiaçıya əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələsi mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti də tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Çünki qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə qanunun hərfi mənada sözbəsöz və formal şəkildə tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman mütləq işin xüsusi halları ilə əlaqələndirilməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağı, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağı nəzərə alınmaqla mübahisənin həllində ədalət meyarı önə çəkilə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun N.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun N.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmənin mövqeyinə görə, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlə (hərbi biletlə) təsdiq edildiyindən və belə status alınmasına yol verilməyən (Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı «Veteranlar haqqında» Qanunun N-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Müdafiə Nazirliyinin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 2-1(102)-2580/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.N-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 7N.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən N0 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi N) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2028/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2028/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver