Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2031/2025 21.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.1978-ci ildə başlamışdır. Fasiləsiz olaraq əmək fəaliyyətinə xx.xx.1980-ci ilə qədər davam etmiş, lakin hərbi çağırışla bağlı müddətli həqiqi hərbi xidmətə çağırılıb və xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirib. Əmək fəaliyyəti ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda ümumlikdə 42 (hərbi xidməti nəzərə alsaq 46 il) ildən artıq əmək stajı olduğunu bildirir. Əlavə olaraq qeyd edir ki, o xx.xx.1978-ci ildən hazırki SOCAR-ın Mexaniki-təmir emalatxanasında (avtomaşınların təmiri üzrə çilingər peşəsi) əmək fəaliyyətə başlamışdır. Daha sonra “Azneftmədəngeofizika" Trestinində “Neftçala" X13 gözətçi pesəsinə işə qəbul olunmuşdur. Daha sonra isə “Ə 1 i bay ram h" X7 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stsansivasına 5-ci dərəcəli maşinist vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra isə “Şirvan" X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-ci dərəcəli maşinist peşəsinə keçirilmişdir. Uzun müddətli əmək fəaliyyətinin xeyli hissəsi zərərli iş yerlərində çalışdığını bildirir. Lakin qeyd etmək istəyir ki, işlədiyi müəssisə müxtəlif dövrlərdə müxtəlif adlarda, eləcə də müxtəlif dövlət orqanlarının tabeçiliyində olmaqla fəaliyyət göstərmişdir. Amma hər bir zaman gördüyü işin zərərli iş növünə aid olan fəaliyyətdən ibarət olduğunu qeyd edir. Sözsüz ki, bu peşə çox ağır və təhlükəlidi, lakin mən hər bir zaman bu işi vicdanla görmüşdür. Bununla da fəxr hissi duyur. Onunla eyni müəssisədə, vəzifədə çalışan şəxslərə daha öncəki illər ərzində qanuna müvafiq qaydada güzəştli şərtlərlə pensiyanın təyin olunmasından xəbər tutduqda, müvafiq qaydada yaranmış pensiya hüququndan yararlanmaq məqsədilə cavabdehə müraciət edərək müvafiq sənədləri təqdim etdib. Lakin cavabdehin onu müxtəlif bəhanələrlə müxtəlif ünvanlara göndərərək pensiya hüququnu təmin etməmişdir. Belə ki, birinci müraciətinə əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-i- 229553/2024 nömrəli cavab məktubu verərək onda olan əmək stajınin qanunda nəzərdə tutulmuş zərərli işlərə aid olmadığını və ona görə də nəzərdə tutulmuş əmək stajı müəyyən olunmur. Nəticə etibarı ilə ona imtina verilmişdir. Lakin həmin cavab məktubu qanunsuz hesab etdiyinə görə o digər dövlət orqanlarına müraciət etsə də cavabdehin üzərinə düşən öhdəliklərinin icrasından qərəzli olaraq boyun qaçırdığını bildirir. İddiaçı hesab edir ki, hər iki cavab məktubları qanunsuzdur və ona görə də qanunla ona çatası pensiya hüququndan yararlanmaq üçün yeganə yol məhkəməyə müraciət etməkdən ibarətdir. Amma hesab edir ki, bu uydurma əsaslardı və cavabdeh yalnız bir məqsəd güdərək, müxtəlif bəhanə ilə ona qanuni pensiya təminatından məhrum edərək, konstitusiya hüquqlarının kobud səkildə pozulmasına gətirib-çıxartmışdır. Bu da yolverilməzdir. AR Konstitusiyasının 38-ci maddəsinin İ-ci hissəsinə əsasən Hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİ-ci hissəsinə əsasən Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. Həmin maddənin İİİ-cii hissəsinə əsasən Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə qatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Həmin maddənin İV-cü hissəsinə görə Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Həmin maddənin V-ci hissəsinə görə Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. Ancaq gördüyümüz kimi, cavabdeh qərəzli olaraq əsassız səbəblər gətirərək qanunla ona çatası hüquqdan yararlanmağıma qadağan edir. Həmçinin bildirir ki, "SOCAR"-ın xx.xx.2022-ci il tarixli **********80020123X00066 nömrəli Arxiv arayışında konkret olaraq qeyd olunur ki, o (İddiaçı ona gorə ki, həqiqətən “Küryanı” Geofizika Kontorunun (indiki X2) arxiv sənədlərində Onun Mexaniki Təmir emalatxanasında avtomaşınların təmiri üzrə çilingər 51/48 və 52/48 saylı Perforator Partiyasında fəhlə karotajçı-perforatorçu Azneftmədəngeofızıka Trestinin 'Neftçala X14 gözətçi fəhlə karotajçı perforatorçu motorçu maşinist Neftçala X11 86 saylı kompleks mədən geofiziki dəstəsində maşinist Neftçala, Əlibayramlı və Şirvan X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasında maşinist peşəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1978-ci il tarixli 85-k saylı əmrə əsasən Mexaniki Təmir emalatxanasına avtomaşınların təmiri üzrə çilingər peşəsinə işə qəbul olunub. xx.xx.1982-ci il tarixli 63 saylı əmrə əsasən 51/48 saylı Perforator Partiyasına 2-ci dərəcəli fəhlə xx.xx.1984-cu ıl tarixli 72 saylı əmrə əsasən 51/48 saylı Perforator Partiyasına 4-cü dərəcəli karotajçıperforatorçu vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1986-ci il tarixli 2-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İşə qəbul olma: Azneftmədəngeofizika Trestinin xx.xx.1997ci il tarixli 290-k saylı əmrə əsəsən X17 Sahəsinə gözətçi peşəsinə işə qəbul olunub. xx.xx.1999-cu il tarixli 57-k saylı əmrə əsasən həmin sahədə 3-cü dərəcəli fəhlə xx.xx.2000-ci il tarixli 47-k saylı əmrə Neftçala X15 4-cü dərəcəli karotajçı perforatorçu xx.xx.2001 -o il tarixli 47-k saylı əmrə əsasən həmin dəstədə 4-cu dərəcəli matorçu xx.xx.2002-ci il tarixli 15-k saylı əmrə əsasən 5-ci dərəcəli maşinist xx.xx.2008-ci il tarixli 139-k saylı əmrə əsasən Əlibayramlı Quru X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-cı dərəcəli maşinist xx.xx.2008-cı ıl tarixli 177-k saylı əmrə əsasən "Şirvan" X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5cı dərəcəli maşinist peşəsinə keçirilib. İşdən azad olma: xx.xx.2009-cu ıl tarixli 258-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən oz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixdən - xx.xx.1986-cı ilə qədər 7 il 2 ay 21 gün. xx.xx.1997-ci il tarixdən - xx.xx.2009-cu ilə qədər 12 il 1 ay .Cəmi güzəştli iş stajı: 19 il 3 ay 21 gün.) həqiqətən xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış və uzun illər ərzində zərərli işlərdə çalışmışdır. Nəticə etibarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə xx.xx.1993-cü il tarixli Qərarının. 320 nömrəli və AR Nazirlər Kabinetinin eyni adlı xx.xx.2007-ci il tarixli. 12 nömrəli Qərarının təsiri altına düşdüyümə görə güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas verdiyi göstərilmişdir. Lakin buna baxmayaraq uydurma, əsassız və qanunsuz səbəblərlə bu günə kimi onun pensiya hüququ təmin olunmamışdır. Bunun da da yol verilməz olduğunu bildirir. Belə olan halda iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cababdehin belə mövqeyi qanunsuzdur və ona görə də iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2-263/2025 nömrəli etirazda qeyd edilmişdir ki, icraatda olan 2-1 (120)-2031/2025 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İddiaçı Vəkil Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 12 sentyabr 2024-cü il tarixdə və Birinci vitse-prezidentinin Katibliyindən 13 sentyabr 2024-cü il tarixdə daxil olmuş müraciətlərinə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Müraciətlərə uyğun olaraq iddiaçıya ünvanlanmış məktubda güzəştli iş stajının qanunvericilikdə tələb olunan stajdan (12 il 6 ay) az olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-11247/2025 nömrəli məktubda bildirilir ki, Alim Nadir oğlu X8 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 31 il 4 gün (xx.xx.2006-cı il tarixədək 20 il 8 ay 4 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 4 ay), güzəştli iş stajı 3 il 10 ay 29 gün (xx.xx.1984-xx.xx.1986cı il, xx.xx.2000-xx.xx.2001-ci il və xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 46280,73 manat təşkil edir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, 2-1(120)-2031/2025 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı məhkəməyə gəlməmiş, iddiaçının vəkili məhkəməyə ərizə təqdim edərək, onun iştirakı olmadan keçirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Neftçala rayonu, B.Oriyat kəndində doğulmuşdur, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi qeydiyyat ünvanında yaşayır. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 60 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümümi iş stajının və 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə ünvan 1 ünvanında yaşayır. - İşdə olan iddiaçının ИТ-İ № ******* nömrəli, xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müxtəlif idarələrdə işləmişdir. - İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/-11247/2025 saylı məktubuna əsasən, Alim Nadir oğlu X8 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 31 il 4 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 8 ay 4 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 4 ay), güzəştli iş stajı 3 il 10 ay 29 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.2000-xx.xx.2001-ci il və xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 46280,73 manat təşkil edir. Əlavə olaraq, Alim X8 müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. - İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X22 qərarlarını, X22 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) buruqlara xidmət üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1978-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "Küryanı” X4 Təmir emalatxanasında avtomaşınların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda qeyd olunan buruqlara xidmət üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Eyni zamanda təqdim etdiyi sənədlərdə xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində Perforator Partiyasında fəhlə, xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "Neftçala” X13 gözətçi və fəhlə, xx.xx.2001 -xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə "Neftçala” X10 sürücü maşinist, sürücü motorçu vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (10 il 3 ay 19 gün (xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2008-xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. - - İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən,"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X22 qərarlarını, X22 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) buruqlara xidmət üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1978-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində "Küryanı” X4 Təmir emalatxanasında avtomaşınların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda qeyd olunan buruqlara xidmət üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Eyni zamanda təqdim etdiyi sənədlərdə xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində Perforator Partiyasında fəhlə, xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "Neftçala” X13 gözətçi və fəhlə, xx.xx.2001-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə "Neftçala” X10 sürücü maşinist, sürücü motorçu vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin, qazma bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. - İşdə olan "SOCAR"-ın xx.xx.2022-ci il tarixli **********80020123X00066 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən X9 arxiv sənədlərində Onun Mexaniki Təmir emalatxanasında avtomaşınların təmiri uzrə çılıngər 51/48 və 52/48 saylı Perforator Partiyasında fəhlə karotajçı-perforatorçu Azneftmədəngeofızıka Trestinin “Neftçala” X14 gözətçi fəhlə karotajçı perforatorçu motorçu maşinist Neftçala X11 86 saylı kompleks mədən geofiziki dəstəsində maşinist Neftçala Əlıbayramlı və Şırvan X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasında maşinist peşəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: 12 10 1978-cı ı1 tarixli 85-k saylı əmrə əsasən Mexaniki Təmir emalatxanasına avtomaşınların təmiri uzrə çılıngər peşəsinə işə qəbul olunub. xx.xx.1982-ci il tarixli 63 saylı əmrə əsasən 5148 saylı Perforator Partıyasma 2-cı dərəcəli fəhlə 06 08 1984-cu il tarixli 72 saylı əmrə əsasən 51/48 saylı Perforator Partiyasına 4-cü dərəcəli karotaıçı- perforatorçu vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1986-cı ıl tarixli 2-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-cı maddəsinə əsasən işdən azad edilmişdir. İşə qəbul olma: Azneftmədənoeofızika Trestinin 18 11 1997-cı ıl tarixli 29C-k saylı əmrə əsəsən X17 Sahəsinə gözətçi peşəsinə işə Qəbul olunub. 24 03 1999-cu ıl tarixli 57-k saylı əmrə əsasən həmin sahədə 3-cu dərəcəli fəhlə xx.xx.2000-cı ıl tarixli 07-k saylı əmrə Neftçala X15 4-cu dərəcəli karotajçı perforatorçu 22 02 2001 -o il tarixli 47-k saylı əmrə əsasən həmin dəstədə 4-cu dərəcəli matorçu 30 01 2002-cı ıl tarixli 15-k saylı əmrə əsasən 5-cı dərəcəli maşinist xx.xx.2008-cı ıl tarixli 139-k saylı əmrə əsasən “Əlıbayramlı Quru X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-cı dərəcəli maşinist 01 07 2008-cı ıl tarixli 177-k saylı əmrə əsasən "Şırvan" X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-cı dərəcəli maşinist peşəsinə keçirilib. İşdən azad olma: 01 12 2009-cu ıl tarixli 258-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69 3-cu bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixdən - xx.xx.1986-cı ilə qədər 7 il 2 ay 21 gün. xx.xx.1997-ci il tarixdən - xx.xx.2009-cu ilə qədər 12 il 1 ay. Cəmi güzəştli iş stajı: 19 il 3 ay 21 gün. İddiaçı çalışdığı çilingər, fəhlə, karotajçı-perferatorçu, gözətçi, matorçu. karotaj qaldırıcı stansiyanın maşinisti peşəiən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -cı ıl 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa gerə pensiya nuquau verən istehsalatların ışlənn peşəıənn və göstəricilərin siyahısında 10 Neftin qazılması və hasilatı neft qaz kondensatı komur va şıstın emalı bəndinin 10 1 Qazma aı fəhlələr buruqlara xidmət uzrə çilingərlər quyularda geofiziki tədqiqat ışlənnı tera edən mədəngeofızıkı partiyaların və dəstələrin fəhlələri yarımbəndındəkı karotaj stansiyasının qaldırıcı maşinistləri karotajçılar. ozuhərəkətedən karotaj stansiyasının motorçuları partladıcıiar peşələrində göstərilmişdir. - İşdə olan "SOCAR"-ın xx.xx.2025-ci il tarixli 214-2-4/2-182/2025 nömrəli məktubunda göstərilmişdir ki, “Küryanı” Geofizika Kontorunun (indiki X3) arxiv sənədlərində İddiaçı həqiqətən Mexaniki Təmir emalatxanasında avtomaşınların təmiri üzrə çilingər, 51/48 və 52/48 saylı Perforator Partiyasında fəhlə, karotajçı-perforatorçu, “Azneftmədəngeofizika” Trestinin "Neftçala” X14 gözətçi, fəhlə, karotajçı- perforatorçu, motorçu, maşinist, "Neftçala” X11 86 saylı kompleks mədən geofiziki dəstəsində maşinist, "Neftçala”, “Əlibayramlı” və “Şirvan” X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasında maşinist peşəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1978-ci il tarixli 85-k nömrəli əmrə əsasən Mexaniki Təmir emalatxanasına avtomaşınların təmiri üzrə çilingər peşəsinə işə qəbul olunub. xx.xx.1982ci il tarixli 63 nömrəli əmrə əsasən 51/48 saylı Perforator Partiyasına 2-ci dərəcəli fəhlə, xx.xx.1984-cü il tarixli 72 nömrəli əmrə əsasən 51/48 saylı Perforator Partiyasına 4-cü dərəcəli karotajçı-perforatorçu vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1986-cı il tarixli 2-k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İşə qəbul olma: “Azneftmədəngeofizika” Trestinin xx.xx.1997-ci il tarixli 290-k nömrəli əmrinə əsasən "Neftçala” X18 gözətçi peşəsinə işə qəbul olunub. xx.xx.1999-cu il tarixli 57-k nömrəli əmrə əsasən həmin sahədə 3-cü dərəcəli fəhlə, xx.xx.2000- ci il tarixli 7-k nömrəli əmrə əsasən "Neftçala” X15 4-cü dərəcəli karotajçı- perforatorçu, xx.xx.2001-ci il tarixli 47-k nömrəli əmrə əsasən həmin dəstədə 4-cü dərəcəli motorçu, xx.xx.2002-ci il tarixli 15-k nömrəli əmrə əsasən 5-ci dərəcəli maşinist, xx.xx.2008-ci il tarixli 139-k nömrəli əmrə əsasən “Əlibayramlı” Quru X1 70 nömrəli kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-ci dərəcəli maşinist, xx.xx.2008-ci il tarixli 177-k nömrəli əmrə əsasən "Şirvan” X1 70 nömrəli kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-ci dərəcəli maşinist peşəsinə keçirilib. İşdən azad olma: xx.xx.2009-cu il tarixli 258-k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Cəmi iş stajı: xx.xx.1978-ci il tarixdən - xx.xx.2009-cu il tarixinə qədər 19 il 3 ay 11 gündür. Cəmi güzəştli iş stajı: xx.xx.1982-ci il tarixdən - xx.xx.1986-cı ilə qədər 3 il 2 ay 28 gün. xx.xx.1999-cu il tarixdən - xx.xx.2009-cu ilə qədər 10 il 8 ay 8 gündür. İddiaçı çalışdığı fəhlə, karotajçı-perforatorçu, motorçu, karotaj qaldırıcı stansiyanın maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin 10.1. Qazma (quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar) kodunda çalışanlarla eyni əmək funksiyasını yerinə yetirir. Mexaniki Təmir emalatxanasının avtomaşınların təmiri üzrə çilingər, həmçinin X13 gözətçi peşələri Siyahıda yoxdur. Qeyd: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təklif olunan bir sıra Vahid Tarif- X6 təsdiqi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 31 yanvar 2012-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan fəhlə peşələrinin Vahid Tarif- X19”na əsasən Karotaj stansiyasının maşinisti peşəsi kitabça qüvvəyə minməmişdən əvvəl Qaz karotaj stansiyasının maşinisti, Karotaj stansiyasının qaldırıcısının maşinisti, Özüyeriyən karotaj stansiyasının motorçusu peşələri adlandırılmışlar. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 nömrəli əmrinin 2.1 bəndinə əsasən "Azneftgeofizika” və "Xəzərdənizneftgeofizika” trestləri birləşdirilib "Geofizika və geologiya İdarəsi”nin tabeliyində olaraq "Mədəngeofizika” İdarəsi adlandırılıb. Geofizika və geologiya İdarəsinin tabeliyində olan "Mədəngeofizika” İdarəsi xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-SM-08- 000033 nömrəli əmri ilə "Mədəngeofizika” İstehsalat Bölümü adlandırılmışdır. - “SOCAR"-ın xx.xx.2025-ci il tarixli 214-2-4/2-182/2025 nömrəli məktubla Geofizika və geologiya idarəsi “Mədəngeofizika” istehsalat bölümü 4-cü dərəcəli geofiziki işlər üzrə fəhlənin, 4-cü dərəcəli karotaj stansiyasının maşinisti peşə təlimatı və s. sənədlər təqdim edilmişdir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində qeyd olunanlara əsasən güzəştli iş stajının stajı 12 il 6 aydan az (3 il 10 ay 29 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.2000-xx.xx.2001-ci il və xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil etməsi, qeyd olunanların nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi, müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ olması barədə məlumat verilmişdir. Məhkəmə gedişatı zamanı cavabdeh orqan tərəfindən məhkəməyə məlumat verilmişdir ki, iddia ümumi iş stajı 25 ildən çox təşkil edir. İddiaçı məhkəmə prosesi gedişində 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halı iddiaçının ümumi iş stajı 25 ildən çox ümumi iş stajının olmasıdır. İşin mübahisəli halı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışının təqdim edilməsi ilə bağlı olmuşdur, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 46280,73 manat təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 60 yaşı –xx.xx.2021-ci ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Mübahisələndirilən dövr xx.xx.1982-ci il tarixdən - xx.xx.1986-cı ilə qədər 3 il 2 ay 28 gün fəhlə, xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu ilə qədər 10 il 8 ay 8 gün dövr işlədiyi fəhlə, karotaj-perforçu, motorçu, maşinist peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin 10.1. Qazma (quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar) kodu üzrə bölməsində qeyd olunan işin xüsusiyyətlərinə uyğun olması səlahiyyətli təşkilatın müvafiq məktubu ilə təsdiq edilir. Odur ki, iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya 60 yaşından pensiya hüququ yarandığından xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşagörə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İş materiallarında olan görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciəti (ərizəsi) xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi təmin edilsin. İddiaçı 60 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2031/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2031/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver